Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sürmə
Sürmə — hansısa bir mebelə aid olan girib-çıxan yeşik. Ən çox evlərdə və ofislərdə işlənilir, balaca əşyaların mühafizəsi və gizliliyi üçündür. Bəzi sürmələr açarla bağlanır. "Sürmə" sözü "sürmək" (sürümək) feilindən yaranıb.
Türmə
Həbsxana (ing. Prison) — Cinayət törətmiş və ya qanunsuz hərəkət törətməkdə təqsirli bilinən şəxslərin saxlanıldığı yer.
Hibrid ötürmə
Hibrid ötürmə müxtəlf enerji mənbələri ilə işləyən iki mühərrikin bir məqsəd üçün birləşdirilməsidiir. Avtomobilqayırmada benzin və elektriklə işləyən mühərriklərin inteqrasiyası, velosipedlərdə elektrik mühərrikinin əzələ ilə işləyən mexanizmlə birləşməsini buna misal göstərmək olar. Hibrid mühərrikləri ilə işləyən avtomobillərin yaranması yanacağa qənaət etmək məqsədi daşıyır. Bu yolla qalıq (fosil) yanacaqlardan asılılığı azaltmağa çalışırlar. Digər aspekt ətraf mühitə vurulan ziyanın azaldılmasıdır. Hibrid güc ötürməsində mühərriklər ya parallel, ya da gücdən asılı olaraq birləşmə prinsipi ilə işə qoşulurlar. İkinci halda ötürmə daxili yanma mühərriki ilə bərabər iki elektrik mühərrikindən (generator və mühərrik) ibarət elektrik ötürmə sisteminə malikdir. Daxili yanma mühərrrikinin yaratdığı gücün bir hissəsi maşınların transmissiyasına bir başa, digər hissəsi isə mühərrik-generator-ötürməsi üzərindən ötürülür. Yəni iş zamanı elektrik ötürməsində mexaniki enerji elektrik enerjisinə çevrilir və batareyada yığılır. Kombinasiya olunmuş hibrid ötürməsində mühərriklər muftalar vasitəsilə ayrılaraq paralel və ya fərdi tətbiq oluna bilirlər.
Planetar ötürmə
Planetar dişli çarx ötürməsi- bir mərkəzi ulduz çarxının oxu ətrafında fırlanan bir neçə dişli çarxdan ibarət olan mexaniki sistemdir (şəkil 1). Dişli çarxlar aparıcı bəndlə (1) birlikdə saxlanılır. İlişmədə mütəhərrik oxlu dişli çarx satellit adlanır (2). Aparıcı çarxın oxuna əsas ox deyilir. Satellitlərlə təmasda olan, əsas oxla tuşoxlu olan dişli çarxlara mərkəzi dişli çarxlar deyilir (1, 3). Əsas oxla üst-üstə düşən, yükü qəbul edən bənd əsas bənd adlanır. Əsas bəndlərdən hər üçü 2, 3 və 4 ilişmədə iştirak edərsə, belə ötürmə diferensialdır. Adətən planetar ötürmədə iştirak edən dişli çarxlar radial qüvvəni kompensasiya etmək məqsədilə xarici səth boyunca bərabər paylanır. Bu ötürməni quraşdırmaq üçün mərkəzi çarxların dişlərinin cəminin satellitin sayına nisbəti tam ədəd olmalıdır. Planetar ötürmədə dişlərin yüklənməsi adi silindrik dişli çarxlarda olduğu kimi hesablanır.
Ötürmə sistemləri
Ötürmə sistemi — maşınlara verilən enerjini hərəkət enerjisinə çevirərək onun işləməsi üçün lazım olan mexaniki hərəkəti yaradır. Ağırlıq qüvvəsi ilə işləyənlərdə ətalət enerjisindən, əl ilə işləyənlərdə əzələ qüvvəsindən, elektrik ilə işləyənlərdə elektrik enerjisindən, daxili yanma mühərriklərində tətbiq olunan ötürmələrdə isə kimyəvi enerjidən istifadə edilir. Enerjinin hərəkəti icra edən hissələrə ötürülməsi çarxqolu-sürgüqolu mexanizmi ilə mexaniki, pnevmatik, hidravlik və ya elektrik ola bilər. Maşınların tətbiq sahələrindən asılı olaraq güc ötürücüləri kombinasiya edilmiş şəkildə də tətbiq olunur. Ən geniş yayılmış formaları bunlardır: Elektro-mexaniki ötürmə (məs. körpü kranlarında), Elektro-hidravlik (məs. elektrik karalar), Dizel-mexaniki (məs. ekskavatorlarda) , Benzin-hidravlik (məs. yük maşınlarında), Dizel-elektrik (məs. dəmir yol kranlarında).
Üfləmə kanalı
Üfləmə kanalı (rus. канал продувания, ing. blowhole, puffing hole, buller) — göl və dənizlərin abrazion sahilini təşkil edən süxurlarda bir qurtaracağı klifin aşağı hissəsinə, digər ucu isə sahilyanı platonun səthinə açılan maili kanal. Klif çıxıntısına dalğanın zərbəsi zamanı, intensiv hava axınının təsiri altında süxurlardakı çatlarda əmələ gəlir. Güclü dalğalanma zamanı kanalın yuxarı dəliyindən su fontanı atıla bilər.
Mexaniki ötürmə
Transmissiya — fırlanma momentini mühərrikdən nəqliyyat vasitəsinin təkərlərinə, torna dəzgahının patronuna ötürən və eyni zamanda gücün, sürətin dəyişdirilməsi üçün mexanizmlər toplusu. Transmissiyanın tərkibinə daxildirlər: Mufta Kardan valı Differensial Oynaqlı birləşmə Чобиток В. А., Данков Е. В., Брижинев Ю. Н. и др. Конструкция и расчет танков и БМП. Учебник.
Sintetik hürmə
Sintetik hürmə İnsan səsini sintez edən cihazlar çoxdan məlumdur. Məsələn, telefon vasitəsilə "danışan saatlarda" saatı məhz sintezator səsləndirir. Hal-hazırda isə Böyük Britaniyanın Şeffil universitetindən olan Rojer Mur it səsinin sintezatorunu yaratmışdır. Bu cihazda heyvanın ağ ciyərləri, boğazı və səs telləri proqramlı şəkildə modelləşdirilmişdir. Belə ki, itin ölçülərindən və əhvalı-ruhiyyəsindən (həyəcanlı, şən və ya ac olmasından) asılı olaraq səslər dəyişir. Cihaz yeni it - robotlar modellərində tətbiq olunacaqdır. R.Mur hesab edir ki, onun cihazı hər-hansı bir məməlinin səsini də oxşada bilər.
Türmə işarəsi
"#" simvolu, diyez işarəsi (octothorpe) — kompüter klaviaturasında olan bu simvoldan müxtəlif məqsədlər üçün istifadə olunur: UNIX-mühitdə: komanda sətrinin çağırışında (PROMPT) supervizor (ROOT (2)) səlahiyyətinin olmasını göstərir; UNIX-proqramlarının bir çoxunun konfiqurasiya fayllarında, Windows sisteminin konfiqurasiya fayllarının bir hissəsində, bir sıra proqramlaşdırma dillərində (Perl, Python), Unix əməliyyat sisteminin komanda örtüklərində birsətirli şərh işarəsi kimi istifadə olunur; HTML-fayllarda, istinadlarda faylın daxilindəki hər hansı bölümün, hissənin və s. bəlgəsinin adından qabaqda qoyulur; simmetrik olduğundan birenli şriftlərdə (MONOSPACED FONT) psevdoqrafik görüntülərin yaradılması üçün istifadə olunur; C, C++ dillərində kompilyatorun preprosessorunun direktivini göstərir; Pascal dilində simvolların ASCII kodlarını göstərmək üçün istifadə olunur; printf funksiyalar ailəsində qiymətlərin alternativ formada çıxışa verilməsini göstərmək üçün idarəedici ardıcıllığın daxilində istifadə olunur; Basic dilində dəyişənin adından sonra qoyulmuşsa, verilənlər tipinin "ikiqat dəqiqlikli sürüşkən nöqtəli" olmasını göstərir; Visual Basic proqramlaşdırma dilində "tarix" verilənlər tipini göstərmək üçün (məsələn, #2/27/06#). İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Verilənlərin ötürmə mühitləri
Fiziki qatın məqsədi bitləri bir maşından digərinə daşımaqdır. Real daşımalar üçün müxtəlif fiziki mediadan istifadə edilə bilər. Hər biri ötürmə sürəti, gecikmə, xərc və quraşdırma və baxım asanlığı baxımından özünə məxsus oyuqları var. Media kobud şəkildə mis naqillər və fiber optik kimi yönləndirilmiş media, yerüstü simsiz, peyk və lazerlər kimi hava ilə ötürülən yönləndirilməmiş mediyaya bölünür. Verilənləri bir kompüterdən digərinə ötürmək üçün ən çox istifadə olunan yollardandır. Verilənləri magnetik lent və ya silinəbilən media (məs: yazılabilən DVD-lər) üzərinə yazaraq diski və ya lenti fiziki olaraq hədəf olunan maşına daşınır və verilənlər yenidən oxunur. Bu üsul geostasionar əlaqə peyki istifadə etmək qədər mürəkkəb olmasa da, özəlliklə yüksək ötürmə sürəti və ya bit başına daşınan xərcin əsas faktor olduğu programlar üçün daha xərcli olur. Bu dediyimiz fikrin daha aydın olması üçün bunu bir misal ilə aydınladaq. Sənaye standartlı Ultrium lent 800 gb saxlaya bilir. 60X60X60 sm olan bir qutuda hardasa bu lentlərdən 1000 ədəd var və bunun ümumi ölçüsü 800 terabayt və ya 6400 terabit (6.4 petabit).
Levçay sürmə yatağı
Belarusun qaz ötürmə sistemi
Belarusun qaz ötürmə sistemi (belar. Газатранспартная сістэма Беларусі) — Belarus ərazisində məişət və istehsalat sahələrində istifadə üçün istehlakçılara təbii qazın verilməsinin geniş sistemi. Bu mərkəzi boru qaz kəmərlərindən, bir xəttli qaz boru kəmərlərindən (diametri 100 ilə 1400 mm arasında), aşağı təzyiqli paylayıcı şəbəkələrdən, eləcə də bir sıra qazpaylayıcı stansiyalardan və qaz anbarlarından ibarətdir. 2017-ci ilin sonuna görə Belarus Respublikasında qaz kəmərlərinin uzunluğu 7901 km-dir. == Qısa tarix == BSSR-in qazlaşdırılması 1960-cı ildə Daşava-İvatseviçi-Minsk qaz kəmərinin, eləcə də Daşava-Kiyev-Moskva qaz kəmərindən Qomelə bir filialın inşası başa çatdıqdan sonra başlayır. 1961-1965-ci illərdə Brest, Baranoviçi, Qrodno, Slonim, Volkovysk, Lida və başqa şəhərlər, eləcə də bir çox kəndlər qazla təmin edilir. Qaz sənayesinin inkişafında yeni bir mərhələ 1974-cü ildə güclü Torjok - Minsk - İvatseviçi qaz ötürücü sisteminin istismara verilməsi ilə əlaqələndirilir: Qərbi Sibir və Komi MSSR-nin böyük yataqlarından təbii qaz BSSR ərazisinə axmağa başlayır. Qaz istehlakı kəskin şəkildə 1975-ci ildə 3.5 milyard m³-dən 1980-ci ildə 14.8 milyard m³-ə yüksəlir. Elektrik stansiyaları, rayon və sənaye qazanxanaları təbii qaz tədarükünün ümumi həcminin 2/3 hissəsini istehlak edərək qaza çevrildi. Sənayedə və məişət sektorunda texnoloji ehtiyaclar üçün bir xammal kimi qaz istehlakı artdı.
Durmə (Qürvə)
Durmə (fars. درمه‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 93 nəfər yaşayır (21 ailə). Əhalisini kürdlər təşkil edir.
Furye sıraları
=== 1.Ayrılış teoremi === Əgər ( − l , l {\displaystyle -l,l} ) intervalında təyin olunmuş f ( x ) {\displaystyle f(x)} funksiyası hissə-hissə kəsilməzdirsə, f ( x ) {\displaystyle f(x)} -in hissə-hissə kəsilməz f ′ ( x ) {\displaystyle f'(x)} törəməsi varsa və bütün ξ {\displaystyle \xi } kəsilmə nöqtələri requlyardırsa ( yəni f ( ξ ) = 1 2 [ f ( ξ − 0 ) + f ( ξ + 0 ) ] {\displaystyle f(\xi )={\tfrac {1}{2}}[f(\xi -0)+f(\xi +0)]} ) ,onda bu intervalda f ( x ) {\displaystyle f(x)} funksiyası Furye sırası şəklində göstərilə bilər: f {\displaystyle f} ( x {\displaystyle x} ) = {\displaystyle =} a 0 2 + ∑ n = 1 ∞ ( a n cos ⁡ n π x l + b n sin ⁡ n π x l ) {\displaystyle {\tfrac {a_{0}}{2}}+\sum _{n=1}^{\infty }(a_{n}\cos {\tfrac {n\pi x}{l}}+b_{n}\sin {\tfrac {n\pi x}{l}})} , (1) burada a n = 1 l ∫ − l l f ( x ) cos ⁡ n π x l d x {\displaystyle a_{n}={\tfrac {1}{l}}\int \limits _{-l}^{l}f(x)\cos {\tfrac {n\pi x}{l}}dx} ( n {\displaystyle n} = 0 , 1 , 2 , . . . {\displaystyle =0,1,2,...} ) (2) və b n = 1 l ∫ − l l f ( x ) sin ⁡ n π x l d x {\displaystyle b_{n}={\tfrac {1}{l}}\int \limits _{-l}^{l}f(x)\sin {\tfrac {n\pi x}{l}}dx} ( n = 0 , 1 , 2 , . . . {\displaystyle n=0,1,2,...} ) (2'). Xüsusi halda: a)əgər f ( x ) {\displaystyle f(x)} funksiyası cütdürsə, onda f ( x ) = a 0 2 + ∑ n = 1 ∞ a n cos ⁡ n π x l {\displaystyle f(x)={\tfrac {a_{0}}{2}}+\sum _{n=1}^{\infty }a_{n}\cos {\tfrac {n\pi x}{l}}} (3) olar, burada a n = 2 l ∫ 0 l f ( x ) cos ⁡ n π x l {\displaystyle a_{n}={\tfrac {2}{l}}\int \limits _{0}^{l}f(x)\cos {\tfrac {n\pi x}{l}}} ( n = 0 , 1 , 2 , . . .
Furye çevrilməsi
Furye çevrilməsi — fizika və mühəndislikdə tətbiq olunan riyazi çevrilmədir. Adətən zamandan aslı olan f(t) funksiyasının tezlikdən aslı və çox vaxt f ^ {\displaystyle {\hat {f}}} şəklində işarə olunan funksiyaya çevrilməsidir.
Jozef Furye
Jan Baptista Jozef Furye (fr. Jean Baptiste Joseph Fourier; 21 mart 1768[…], Oser, Burqundiya, Fransa krallığı – 16 may 1830[…], Paris, Burbon restavrasiyası) — fransız riyaziyyatçısı və fiziki. == Həyatı == Bir dərzinin oğlu olan Jan Baptista Jozef Furye 21 mart 1768-ci il tarixində Fransanın Oser şəhərində anadan olmuşdur. Hələ 9 yaşında olarkən həm anasını,həm də atasını itirmişdir. Xeyriyyəçi Madam Moiton və Oser qəsəbəsinin baş rahibinə nə qədər təşəkkür edilsə yenə də azdır. Çünki bu xeyriyyəçi şəxslər yetim və kimsəsiz qalan Furyeni şəhərdəki hərbi məktəbə göndərdilər. Furye özünü bu məktəbdə çox yaxşı şəkildə inkişaf etdirdi. Riyaziyyatla ilk dəfə tanış olduqda sehrlənmiş kimi olmuşdur. == Fəaliyyəti == 1817-ci ildən Paris 1829-cu ildən Peterburq Elmlər Akademiyasının. üzvüdür.
Şarl Furye
Fransua Mari Şarl Furye (fr. François Marie Charles Fourier; 7 aprel 1772[…], Bezanson – 10 oktyabr 1837[…], Paris) — Fransız filosofu, sosioloq, ütopik sosializmin nümayəndələrindən biri, Furyeizm sisteminin qurucusu; "feminizm" termininin müəllifidir. İdeyalarına Furyeizm, ardıcıllarına Furyerist deyildi. Şarl bezansonlu varlı bir tacirin yeganə oğludur. Zəif və xəstə, erkən uşaqlıqdan xəyal qurmağa meyli ilə seçilir və hər şeyi musiqi və kitab oxumaqdan üstün tuturdu. Yalnızlıq onda güclü bir xəyal inkişaf etdirdi və bütün sistemində sərt bir iz buraxdı. Fourierin uşaqlığı haqqında bilinən hər şey onu çox doğru və mehriban kimi boyayır. 12–13 yaşına qədər məktəbdə oxudu, ancaq bununla yanaşı məntiq, coğrafiya, fizika, riyaziyyat və digər mövzularda sistemsiz də olsa müstəqil dərslər var idi. Atasının ölümündən sonra məyus olan ticarət, məktəbi tərk etdikdən sonra dolanışıq üçün vəsait toplamağa başladı və tribunanın arxasında dayandı, baxmayaraq ki, məktəb təhsillərini davam etdirmək üçün uğursuz cəhdlər edildi. Sistemli bir təhsil almadı, özü öyrədildi, elmi işlərə qərəzli yanaşdı.
Furne qanqrensı
Furne qanqrensı — Əsasən kişilərdə rast gəlir. Anusətrafı nahiyənin və cinsi orqanların infeksion-iltihabi zədələnməsi ilə müşahidə olunur. Xəstəliyin yaranmasında kiçik dəri çapığı və yarasına aerob və anaerob mikrofloranın düşməsinin rolu böyükdür.
Sürətli Furye çevirməsi
Sürətli Furye çevirməsi (ing. Fast Fourier Transform, rus. Быстрое преобразование Фурье) – diskret Furye çevirməsinin sürətli hesablanması alqoritmidir. SFÇ-nin əsasını diskret siqnalın verilmiş bölgülər ardıcıllığının bir neçə aralıq ardıcıllığa bölünməsi prinsipi təşkil edir. N bölgü üçün SFÇ-də təxminən sayda əməliyyat olur. Məsələn, 256 bölgü üçün əməliyyatların sayı 2048-dir (DFT-də 65536-dir). İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti ", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı, 111 səh.
Sürətli Furye çevirməsi (SFÇ)
Sürətli Furye çevirməsi (ing. Fast Fourier Transform, rus. Быстрое преобразование Фурье) – diskret Furye çevirməsinin sürətli hesablanması alqoritmidir. SFÇ-nin əsasını diskret siqnalın verilmiş bölgülər ardıcıllığının bir neçə aralıq ardıcıllığa bölünməsi prinsipi təşkil edir. N bölgü üçün SFÇ-də təxminən sayda əməliyyat olur. Məsələn, 256 bölgü üçün əməliyyatların sayı 2048-dir (DFT-də 65536-dir). İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti ", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı, 111 səh.