Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təkbir
Təkbir, (ərəb. الله أكبر‎ — oxunuşu: Əllahu əkbər — Allah vəsfə gələcək hər şeydən böyükdür.) şəklində ifadə edilən İslam anlayışı. Allahın hər şeydən üstün, uca və ulu olduğunu ifadə edir.
Qırmızı Ürəklər Fondu
Qırmızı Ürəklər Fondu — İctimai və sosial əhəmiyyətli, cəmiyyət üçün həssas və vacib olan məsələlərlə əlaqədar sosial təşəbbüslər, maarifləndirmə, təlim-tədris, sosial yönümlü aksiyalar, layihələr həyata keçirən fonddur. 12 dekabr 2020-ci ildə Kapital Bank ASC tərəfindən təsis edilmişdir. == Tarixi == “Qırmızı Ürəklər” 2020-ci ilin əvvəlində Kapital Bank-ın əməkdaşlarından ibarət kiçik könüllü qrupu kimi fəaliyyətə başladı. Çox qısa müddət ərzində cəmi 49 nəfərdən ibarət olan təşəbbüs qrupu yardımsevər, xeyriyyəçi insanları ərtafına toplayaraq üzvlərinin sayını 200 nəfərə çatdırdı. Öz xeyriyyə təşəbbüsünü bütün ölkəyə yayan “Qırmızı Ürəklər” (Red Hearts) komandası Vətən müharibəsində iştirak edən əsgər, qazi, şəhid ailələrinə və övladlarına davamlı olaraq maddi və mənəvi yardım göstərdi. Qrupun üzvləri “COVID-19” virusu ilə əlaqədar tətbiq olunan karantin rejimi müddətində, eləcə də bayramlarda, xüsusi günlərdə minlərlə ailəyə dəstək əllərini uzatdılar. Bunun nəticəsi olaraq xeyli böyüyən təşəbbüs qrupu 15 dekabr 2020-ci il tarixində “Qırmızı Ürəklər” Fondu olaraq rəsmi şəkildə dövlət qeydiyyatına alındı. Hazırda ölkəmizin vətəndaşları ilə yanaşı, xaricdə yaşayan azərbaycanlılar da cəmiyyətimizin ən çox dəstəyə ehtiyacı olan üzvlərinə yardım etmək üçün Fonda müraciət edir, onun fəal üzvlərinə çevrilirlər. == Məqsədi == İctimai və sosial əhəmiyyətli, cəmiyyətimiz üçün həssas və vacib olan məsələlərlə əlaqədar sosial təşəbbüslərin, maarifləndirmə, təlim-tədris, sosial yönümlü aksiyaların, layihələrin həyata keçirilməsidir. == Vizyonu == Dünyəvi dəyərlər və müasir idarəetmə üsulları ilə yardımsevər cəmiyyət üzvlərini xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirən bir qurum olmaq.
Ürəklər Valeti (personaj)
Ürəklər Valeti — Luis Kerrollun Alisa möcüzələr ölkəsində əsərinin qəhrəmanlarından biridir. == Xarakteristika == "Ürəklər Valeti" personajı ilk dəfə "Alisa möcüzələr ölkəsində" əsərinin "Krallıq kroketi" adlı səkkizinci fəslində peyda olur və yaxşı insan kimi təqdim olunur. "Krendelləri kim oğurlayıb?" adlı 11-ci əsas şübhəli şəxs hesab olunur. Ardınca 12-ci fəsil "Alisanın sübutu" fəslində peyda olur. == Uyğunlaşdırma == ABŞ rejissoru Tim Börtonun 2010-cu ildə çəkdiyi Alisa möcüzələr ölkəsində filmində ABŞ aktyoru Krispin Qloverin canlandırdığı "Ürəklər Valeti" personajı, İlosoviç Steyn (ing. Ilosovic Stayne) kimi təqdim olunur.
Ürəklər Valeti (Kerrolun personajı)
Ürəklər Valeti — Luis Kerrollun Alisa möcüzələr ölkəsində əsərinin qəhrəmanlarından biridir. == Xarakteristika == "Ürəklər Valeti" personajı ilk dəfə "Alisa möcüzələr ölkəsində" əsərinin "Krallıq kroketi" adlı səkkizinci fəslində peyda olur və yaxşı insan kimi təqdim olunur. "Krendelləri kim oğurlayıb?" adlı 11-ci əsas şübhəli şəxs hesab olunur. Ardınca 12-ci fəsil "Alisanın sübutu" fəslində peyda olur. == Uyğunlaşdırma == ABŞ rejissoru Tim Börtonun 2010-cu ildə çəkdiyi Alisa möcüzələr ölkəsində filmində ABŞ aktyoru Krispin Qloverin canlandırdığı "Ürəklər Valeti" personajı, İlosoviç Steyn (ing. Ilosovic Stayne) kimi təqdim olunur.
Böyük ürəkli (film, 2015)
Böyük ürəkli (hind: दिलवाले, Rom: Dilwale) — 18 dekabr 2015-ci ildə ekranlara çıxan Rohit Shetty tərəfindən çəkilmiş hind filmidir. Baş rollarda Şah Rukh Khan, Kajol, Varun Dhavan və Kriti Sanon iştirak edirlər. Vinod Xannanın sağlığında iştirak etdiyi son filmidir. == Süjet xətti == Rac mafiya üzvüdür. Bir gün düşmən dəstəsindən biri onu izləyərkən onların dəstəsindən Meera adlı bir qızla tanış olur. Onlar bir-birlərinə aşiq olurlar. Rac Meeranın rəqib dəstənin liderinin qızı olduğunu biləndə işlər daha da pisləşir. Bir-birini çox sevən iki cütlüyün sevgisi indi rəqib dəstələrdə olduqları üçün çox çətin vəziyyətdədir. Hər şeyə rəğmən onlar bir-birlərinə olan sevgilərini mühafizə edə biləcəklərmi?
Şir ürəkli (film, 1990)
Şir ürəkli (ing. Lionheart) — 1990-cı ildə rejissor Şeldon Lettiç tərəfindən döyüş filmi janrında çəkilən ABŞ filmidir. Filmin distribütori Universal Pictures kinokompaniyasıdır. == Məzmun == Lion Qotye (Jan-Klod Van Damm), Afrikanın Cibuti ərazisində yerləşən Fransız xarici legionunun 13-cü yarımbriqadasına məxsus əsgərlərdən biridir. Los-Ancelesdə yaşayan qardaşı qeyri-qanuni işlərlə məşğul olan zaman narkotik satıcıları tərəfindən döyülərək yandırılmış və xəstəxanada ağır şəraitdə yaşamağa davam edir. Günlərin birində qardaşı Fransuanın həyat yoldaşı Helen Lion üçün məktub göndərir. Lion qardaşını görmək üçün komandirindən icazə almaq istəyir. Lakin ona icazə verilmədiyindən, bölmədən fərarilik edir və yük daşıyan gəmi ilə qaçaq olaraq Nyu-York şəhərinə çatır. Lakin Los Ancelesə getmək üçün onun pula ehtiyacı vardır. Bu müddətdə küçələrdə və digər yerlərdə kiçik bəhslərlə döyüş hazırlayan Coşua ilə tanış olur.
Ürəklər və ağıllar (Vyetnam müharibəsi)
Ürəklər və ağıllar (ing. Hearts and Minds) və ya ürəklər və ağılları qazanmaq (ing. Winning hearts and minds) — Vyetnam müharibəsi zamanı Vyetnam xalqının dəstəyini qazanmaq və Vyetkonq üsyanını məğlub etməyə kömək etmək üçün Vyetnam Respublikası və ABŞ hökumətləri tərəfindən istifadə edilən strategiya və proqramlar üçün istifadə edilən adlandırma. "Sakitləşdirmə" ifadəsi "ürəklər və ağılları qazanmaq" üçün daha rəsmi termindir. Bununla belə, bu, həm də üsyana qarşı mübarizə prosesi kimi müəyyən edilmişdir. Hərbi, siyasi, iqtisadi və sosial vasitələrdən Cənubi Vyetnam hökumətinin kənd yerləri və Vyetkonqun təsiri altında olan insanlar üzərində nəzarətini qurmaq və ya bərpa etmək cəhdi üçün istifadə edilmişdir. 1967–1971-ci illərdə Mülki Əməliyyatlar və İnqilabi İnkişafa Dəstək adlı birgə hərbi-mülki təşkilat tərəfindən müəyyən irəliləyiş əldə edilmişdi, lakin müharibənin xarakteri partizan müharibəsindən Cənubi və Şimali Vyetnam orduları arasında adi müharibəyə çevrilmişdi. Şimali Vyetnam 1975-ci ildə qalib gəlmişdir. "Sakitləşdirmə"nin məqsədləri çox vaxt ABŞ-nin 1965-ci ildən 1968-ci ilə qədər tətbiq etdiyi atəş gücü, hərəkətlilik və köhnəlmə strategiyasına diametral zidd idi. ABŞ-nin o illərdə izlədiyi axtar və məhv et strategiyasından çox, "ürəklər və ağıllar" kənd əhalisini "tutmaq və qorumaq" və bununla da Cənubi Vyetnam hökumətinə dəstəyini qazanmaq prioriteti var idi.
Ureki
Ureki (gürc. ურეკი) — Gürcüstanın Quriya diyarının Ozurgeti bələdiyyəsində olan şəhər tipli qəsəbə. Ureki Gürcüstanın cənub-qərbində, Qara dəniz sahilində yerləşir. Maqnit qumlu çimərlikləri ilə məşhurdur. == Adlanması == Bir vaxtlar bütün Ureki ərazisi meşə ilə örtülü idi və orada ov etmək mümkün deyildi. Ona görə də bu yer Ureki adlanır. Gürcü dilində "sıx meşə" deməkdir. == Coğrafiyası == Şəhər Qara dəniz sahilindən keçən "Samtredia — Batumi" dəmir yol xəttindəki stansiya ərazisindədir. Urekinin dəniz sahilində olan kurort ərazisi Maqnetiti adlanır. Məhs bu zona qara maqnit qumu ilə zəngindir.