Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sedən Gürəl
Sedən (Kutlubayan) Gürəl (d. 12 sentyabr 1965, Ankara), Türk pop musiqisi sənətçisi. == Həyatı == Sedən Gürəlin Səbəbim Eşq adlı mahnısı və klipi erməni camaatı içərisində də əhəmiyyətli bir müzakirə mövzusu olanmışdır. Sedən Gürəl albomda mahnının bir Erməni melodiyası olduğunu ifadə etmiş olsa da Səbəbim Eşq, Adanayi Voghperke(Adana Ağıdı) olaraq bilinən və 20. əsr. başında Adanada Ermənilərin məruz qaldığı sözdə krımı izah edən ənənəvi bir Erməni melodiyasıdır.Türk xalqına bir erməni təbliğat mahnısının niyə pop musiqi olaraq verilmək istəndiyi müzakirə edilməmişdir. Orijinal mahnının sözləri Türkləri alçaltmaqdadır. Mahnıda keçən qisimlər: Yazıq Ermənilər bir dəqiqədə, Düşdülər vicdansız qılınc altına. Kilsə və məktəb alovlar içində, Minlərlə Erməni öldü vəhşicəsinə. Qanunsuz duyğusuzlar, yetim buraxdı, Övladı anasından, gəlini kürəkənindən, Alçaq ədalətli ilə duyğusuz Cavit, Doydular içib Erməni qanı.
Üstün Asutay
Üstün Asutay (1938, İstanbul - 4 avqust 2020, İstanbul) — Teatr, kino və serial aktyoru.
Dostdan üstün (film, 2011)
Dostdan üstün (ing. Friends with Benefits) — Mila Kunis və Castin Timberleykin baş rol aldığı, romantik-komadiya janrında məşhur film. Rollarda Patrisia Klarkson, Cenna Elfman, Brian Qrinberq, Nolan Qold, Riçard Cenkins və Vudi Harelson iştirak edib. Məzmun Nyu-Yorkda görüşən Dilan Harper (Timberlake) və Cemi Relis (Kunis) ətrafında baş verir və onlar dostluqlarına cinsi əlaqəni əlavə etməklə çətinliyə düşməyəcəklərinə inanırlar. Vaxt keçdikcə bir-birinə dərin qarşılıqlı duyğular inkişaf etdirməyə başlayırlar, ancaq hər dəfə birlikdə olduqlarını inkar edirlər. "Dostdan üstün" üçün əsas aktyor seçimi 2010-cu ilin aprelindən iyul ayına qədər, üç ay müddətində keçirilib. Qlak Timberleyk və Kunis-i yayımladıqdan sonra qısa müddətdə orijinal ssenarini yenidən işləmişdir. Filmin çəkilişləri 20 iyul 2010-cu ildə Nyu-Yorkda başlamış və 2010-cu ilin sentyabrında Los-Ancelesdə çəkilmişdir. Film "Screen Gems" tərəfindən paylanmış və 22 iyul 2011-ci ildə Şimali Amerikada nümayiş etdirilmişdir. "Dostdan üstün", ümumiyyətlə film tənqidçiləri tərəfindən qəbul edilmişdi.
Qarabağ XIII əsrdən 1920-ci ilə qədər
"Qarabağ XIII əsrdən 1920-ci ilə qədər. Azərbaycan tarixinin açılması" (ing. Karabakh from the 13th century to 1920: Unfolding Azerbaijan's history) — Almaniya tarixçisi Maykl Reynhard Hessin 2020-ci ildə Qarabağ regionu haqqında yazdığı kitab. Əsər Münhendə "Gulandot" tərəfindən nəşr edilmişdir. 2022-ci ilin fevral ayında kitabın İkinci Qarabağ müharibəsinin nəticələri ilə yenilənmiş 3-cü nəşri buraxılmışdır. == Məzmun == Kitabda Azərbaycan ilə Ermənistan arasında münaqişə nöqtəsi olan Qarabağ regionunu tarixi araşdırılır. Burada XIII əsrdə monqol və türk tayfalarının Cənubi Qafqaza gəlişindən 1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulması və ardınca Dağlıq Qarabağ Muxtar Vilayətinin qurulması əhatə edilir.
Ququ quşu yuvasının üstündən uçarkən (film, 1975)
Ququ quşu yuvasının üzərindən uçarkən (ing. One Flew Over the Cuckoo's Nest) – Miloş Formanın rejissorluğunu etdiyi 1975-ci il ABŞ istehsalı komediya-dram janrında filmdir. Film Ken Kizinin eyni adlı romanı əsasında çəkilmişdir. Filmin premyerası 19 noyabr 1975-ci ildə Çikaqo Film Festivalında baş tutmuşdur. Baş rolları Cek Nikolson, Luiza Fletçer və Vilyam Redfild ifa edirlər. Bununla yanaşı, Vill Sempson, Sidni Lassik, Denni De Vito, Bred Durif, Kristofer Lloyd kimi önəmli aktyorlar bu filmlə karyeralarına debüt ediblər. Psixiatrik xəstəxanada cərəyan edən hadisələr haqqında bu film demək olar bütünlüklə Oreqon ştatında ruhi xəstələr üçün xəstəxana şöbəsində çəkilmişdir. "Ququ quşu yuvasının üzərindən uçarkən" ən yaxşı filmlərdən biri hesab edilir. Ekran işi Amerika Film İnstitutunun 100 ən yaxşı filmlər siyahısında 33-cü sıraya daxil edilib. Bununla yanaşı, o, film tarixində 5 əsas Oskar mükafatını (Ən yaxşı film, aktyor, aktrisa, rejissor və ssenari) qazanan ikinci film olmuşdur.
Esten
Esten (kanton)
Corc İstmen
Corc İstmen (ing. George Eastman, 12 iyul 1854 - 14 mart 1932) — amerikalı biznesmen, ixtiraçı, Eastman Kodak şirkətinin qurucusu. == Həyatı == === Uşaqlıq və gənclik dövrü === Corc İstmen 1854-cü ildə ABŞ-nin Uotervill şəhərciyində varlı olmayan biznesmen aliləsində anadan olub. Yeddi yaşında ikən atası vəfat edib, anası isə ailəni saxlamaq üçün evlərinin otaqlarının kirayəsi ilə məşğul olub. Çəmi yeddi il orta təhsil olan İstmen məktəbi ataraq sığorta şirkətinə, həftəlik 3 dollar əmək haqqı ilə işə düzəlir. Aldığı məvacib ailəsinin dolanışığına ancaq çatdığı üçün Corc əlavə olaraq Roçester bankına işə düzəlir, gecələr isə mühasibatlığı öyrənir. === Şirkətin yaranması === 24 yaşında İstmen Santo-Dominqoda dincəlməyi və şəhərin bütün gözəlliyini fotolentə çəkmək istəyirdi. Aldığı fotokamera çox böyük olduğundan, daşınması və istifadəsi çətin olur və o bu ideyadan yan keçməli olur. Elə bu vaxtdan onun fikri ancaq fotoqrafiya ilə bağlanır. Beləliklə o, bu prosesi maksimum dərəcədə asanlaşdırmağı qarşısına məqsəd qoyur.
Marqaret Uitmen
Marqaret Vitmen (Margaret Cushing "Meg" Whitman; 4 avqust 1956[…], Cold Spring Harbor[d], Nyu-York ştatı) - ABŞ sahibkarı, siyasi fəal, donor, Hewlett Packard Enterprise şirkətinin prezidenti və baş icraçı direktoru, HP şirkətinin prezidenti. == Həyatı == Marqaret Vitmen 4 avqust 1956-cı ildə Nyu-Yorkda anadan olmuşdur. == Fəaliyyəti == Kaliforniyada 2010-cu ildə keçirilən seçkilərdə qubernatorluğa namizəd Marqaret Vitmen 1998-2008-ci illərdə "eBay" şirkətinin prezidenti olmuşdur. 2010-cu ildə Kaliforniyanın ən varlı qadınlarının siyahısında dördüncü yeri tutan Vitmenin sərvəti 1,3 milyard ABŞ dolları həcmindədir. Məhz onun sayəsində eBay İnternet-auksionu elektron kommersiya sahəsində güclü beynəlxalq vasitəyə çevrilmişdir. Vitmenin imperiyasına "PayPal" İnternet ödəmə sistemi və İnternettelefon "Skype" kimi xidmətlər də daxildir. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Uolden Universiteti
Volden Universiteti — ABŞ-nin Minnesota ştatında yerləşən özəl ali təhsil müəssisəsi. Bakalavr, magistratura və doktorantura dərəcələrində tədris aparan universitet, 2021-ci ilin avqustundan etibarən "Adtalem Global Education" şirkətinə məxsusdur. == Elmi strukturu == Volden Universiteti beş kollecdən ibarətdir: Riçard V. Rayli Təhsil və Liderlik Kolleci İdarəetmə və Texnologiya Kolleci Səhiyyə Elmləri Kolleci Tibb bacısı kolleci Sosial və Davranış Elmləri Kolleci == İstinadlar == == Xarici keçidlər == Rəsmi internet saytıKoordinatları: 44°58′52″ şm. e. 93°15′56″ q. u.
Uolt Uitmen
Volter "Volt" Vitmen (31 may 1819[…] – 26 mart 1892[…]) — Amerikalı şair, oçerkist və jurnalist. == Həyatı == Humanist olaraq, həm də transsendentalizm və realizm arasındaki keçidin bir hissəsi idi və öz əsərlərində hər iki görünüşü daxil edib. Vitmen Amerika kanonun ən nüfuzlu şairləri arasında yer alır və çox vaxt sərbəst şer atası adlandırılır.Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Volt Uitmen
Volter "Volt" Vitmen (31 may 1819[…] – 26 mart 1892[…]) — Amerikalı şair, oçerkist və jurnalist. == Həyatı == Humanist olaraq, həm də transsendentalizm və realizm arasındaki keçidin bir hissəsi idi və öz əsərlərində hər iki görünüşü daxil edib. Vitmen Amerika kanonun ən nüfuzlu şairləri arasında yer alır və çox vaxt sərbəst şer atası adlandırılır.Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Sten
Sten — yarımavtomatik silah növü. == Tarix == Bu silahı ingilislərin yaratmışdır. Yaxın məsafəli döyüşlər üçün məqbul sayılıb. İkinci dünya müharibəsi dövründə ingilislər Polşada müqavimət hərəkatının partizanlarını bu silahlarla təchiz edib. Bu silah 1994-cü ilədək partizan hərəkatlarında istifadə olunub.
Esten (Averon)
Esten (fr. Estaing, oks. Estanh) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Esten kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12098. Kommuna təxminən Parisdən 480 km cənubda, Tuluza şəhərindən 145 km şimal-şərqdə, Rodezdən isə 25 km şimalda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 607 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 342 nəfər əmək qabiliyyətli insan (15-64 yaş) arasında 247 nəfər İqtisadi fəal, 95 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 72.2%, 1999-cu ildə 67.5%).
Esten (kanton)
Esten (fr. Estaing) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Rodez dairəsinə daxildir. Kantonun INSEE kodu — 1213. Esten kantonuna cəmi 3 kommuna daxildir, onlardan ən əsası Esten kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2007-cı ildə əhalinin sayı 3 110 nəfər təşkil edirdi.
Oşten dağı
Oşten (adıq Ошъутен) — Baş Qafqaz silsiləsinin qərb hissəsindəki dağ zirvəsidir. Mütləq hündürlüyü — 2737 metrdir. == Təsviri == Oşten dağı Qafqaz silsiləsinin qərb hissəsindəki dağlardan biridir. Oşten, Pşexa-Su və Fişt böyük bir dağ massivini təşkil edir, yuxarıdan bir neçə hissəyə parçalanaraq, cənub və cənub-şərq istiqamətindən keçən silsilə ilə bir-birindən ayrılmışdır. Oşten, Fişt ilə birlikdə Qafqaz silsiləsinin qərb ucundan qar xəttinin hündürlüyünə yüksələn və yalnız qarla deyil, təxminən 10 ədəd olan kiçik buzlaqlarla örtülmüş ilk zirvələrdir. Oşten, Fiş zirvəsi ilə birlikdə, Qafqaz silsiləsinin qərb ucundan qar xətti yüksəkliyinə qalxan və yalnız qarla deyil, həm də təxminən 10 ədəd olan kiçik buzlaqlarla örtülmüş ilk dağ zirvələrdəndir. Qara dənizdən cəmi 40 mil aralıda yerləşən və güclü təsirə məruz qalan Oşten və Fiş üzərindəki qar xətti çox aşağıya — dəniz səviyyəsindən 2737 metr yüksəkliyə qalxır. Bu zirvələrdə qayalar və aydın şəkildə müəyyən edilmiş alp çəmənlikləri zonası var. Onların qərbində Qafqaz Dağları demək olar ki, heç vaxt meşələrin yuxarı sərhədindən yuxarı qalxmır və demək olar ki, hər yerdə zirvələr onlarla örtülmüşdür. Oşten dağı yalnız əhəng daşından ibarətdir.
Seden Gürel
Sedən (Kutlubayan) Gürəl (d. 12 sentyabr 1965, Ankara), Türk pop musiqisi sənətçisi. == Həyatı == Sedən Gürəlin Səbəbim Eşq adlı mahnısı və klipi erməni camaatı içərisində də əhəmiyyətli bir müzakirə mövzusu olanmışdır. Sedən Gürəl albomda mahnının bir Erməni melodiyası olduğunu ifadə etmiş olsa da Səbəbim Eşq, Adanayi Voghperke(Adana Ağıdı) olaraq bilinən və 20. əsr. başında Adanada Ermənilərin məruz qaldığı sözdə krımı izah edən ənənəvi bir Erməni melodiyasıdır.Türk xalqına bir erməni təbliğat mahnısının niyə pop musiqi olaraq verilmək istəndiyi müzakirə edilməmişdir. Orijinal mahnının sözləri Türkləri alçaltmaqdadır. Mahnıda keçən qisimlər: Yazıq Ermənilər bir dəqiqədə, Düşdülər vicdansız qılınc altına. Kilsə və məktəb alovlar içində, Minlərlə Erməni öldü vəhşicəsinə. Qanunsuz duyğusuzlar, yetim buraxdı, Övladı anasından, gəlini kürəkənindən, Alçaq ədalətli ilə duyğusuz Cavit, Doydular içib Erməni qanı.
Ququ quşu yuvasının üstündən uçarkən (film 1975)
Əl üstə kimin əli (oyun)
Əl üstə kimin əli Azərbaycan uşaq oyunu. == Yaş == 6-14 == Oyunçuların sayı == 5-8 nəfər. == Oyun qaydası == Uşaqlardan biri qarşıya çıxır və başını (bədənini) aşağı əyir. Digər uşaqlardan biri əllərini qarşıda əyilmiş uşağın kürəklərinə qoyur. Başqa uşaqlar isə bir səslə ondan soruşur: - əl üstə kimin əli? Əgər əyilən uşaq əlin kimin əli olduğunu düzgün tapmazsa o biri uşaqlar əllərini həmin uşağın kürəyinə vurur və hündürdən ahəngdar bir səslə deyirlər: «Götürün vurun yalandır». Sonra isə digər uşaqlardan biri əllərini əyilən uşağın kürəyinə qoyur. Oyun əlin kimin əli olduğu tapılan müddətə qədər davam edir. Elə ki, əlin kimin əli olduğu tapıldı, əli tapılan uşaq əyiləni əvəz edir.
Saden-Vali (Vaşinqton)
Saden Vali (ing. Sudden Valley) — ABŞ-nin Vaşinqton ştatının Uotkom qraflığında siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 6441 nəfər olmuşdur. == Tarixi == Saden Vali ərazisində əvvəllər Ranço (heyvandarlıq təsərrüfatı) vardı. Ərazinin ilk sahibi Baninq Ostin idi. 1949-cu ildə Qlen və Betti Korninq ərazini alaraq buranı "Ranço" adlandırmağa başladılar. 1968-ci ildə ərazini alan Ken Sanvik burada təbiəti qorumaq şərti ilə yeni yaşayış məntəqəsi qurmağa başladı. Ərazi 1973-cü ildə qeydiyyata alındı. == Coğrafiyası == Saden Vali 48°43′13″ şm. e.
Sebastian Sten
Sebastian Sten (13 avqust 1982, Konstansa) — Rumun və Amerikalı aktyor. Aktyor Bir Vaxtlar, Şahlar, Qeybətcil Qızlar, Qara qu quşu və "İblislə sövdələşmə" kimi filmləri ilə tanınır. == Həyatı == Sebastian 1983-cü il 13 avqustda Rumıniyanın Konstansa vilayətində doğulub. Səkkiz yaşında olarkən o, anası ilə birlikdə bir vaxtlar anasının piyanist olaraq işlədiyi Vyana şəhərinə köçür. 12 yaşında anası Amerikalı bir özəl məktəb müdürü ilə evləndi, bununlada onlar Nyu-Yorka köçdülər. Aktyorluq üçün o, tanıdığı Stagedor Manor adlı yaz düşərgəsinə qatıldı və bir çox bu kimi düşərgələrə getdi. Bundan sonra o, doğurdanda aktyor olmağa qərar verdi və müxtəlif aktyorluq universitetlərinə müraciət etdi. Rutgers Universitetin Mason Qross Gözəl Sənətlər Fakultəsinə qəbul oldu. Bu onun Londonda Globe Teatrında bir il təhsil almasına səbəb oldu. == Karyerası == İngiltərədən qayıtdıqdan sonra Sebastian Rutgersə qoşulmağa davam etdi, Tony n' Tina's Wedding və Qırmızı Qapılar kimi filmlərdə rol almağa başladı.
Sten Li
Stenli Martin Liber (ing. Stanley Martin Lieber; 28 dekabr 1922[…], Manhetten, Nyu-York ştatı – 12 noyabr 2018[…], Sedars-Sinay Tibb Mərkəzi[d], Kaliforniya) — ABŞ komiks yazıçısı, məşhur Hörümçək-adam personajını yaradıcısı. Marvel Comicsin redaksiya heyətinin üzvü, baş redaktoru, naşiri və sədri. == Erkən həyatı == Stenli Martin Liber 28 dekabr 1922-ci ildə Nyu-York şəhərində, Manhettendə West 98th Street və West End Avenue'da Rumın əsilli yəhudi immiqrant valideynlər Selia və Cek Liberin mənzilində dünyaya göz açıb. == Karyera == Cek Körbi və Stiv Ditko daxil olmaqla, bir neçə rəssamla əməkdaşlıq edərək, o, Hörümçək-adam, Halk, Doktor Qəribə, Fantastik dördlük, Dəlisov, Qara Bəbir, İks-adamlar və həmkarı Lerri Liber ilə birlikdə Qarışqa-adam, Dəmir-adamİks-adamlar və Tor personajlarını yaradıb. Bundan əlavə, Sten Li komiks sənayesinin senzura təşkilatı olan "The Comics Code Authority"-yə meydan oxuyaraq, dolayı yol ilə, onun siyasətinin yenilənməsinə nail olub. Marvel Comics'in kiçik bir nəşriyyat evindən böyük bir multimedia şirkətinə çevrilməsində Sten Linin lider kimi çox böyük əməyi olub. Sten Linin adı 1994-cü ildə komiks sənayesinin Uil Eyzner Mükafatı Şöhrət Siyahısına, 1995-ci ildə isə Cek Körbi Şöhrət Siyahısına daxil edilib. 2008-ci ildə Sten Li Milli İncəsənət Medalı ilə təltif olunub.
Sten Marş
Sten Marş (ing. Stan Marsh) — Cənubi Park cizgi serialının 4 əsas personajından biri. Dublaj - Trey Parker. == Ailəsi == Sten Marş — 4 baş personajdan biri. Katolik. Klonu O biri kainatdan olan Sten Şelli Marş — Stenın 13-yaşlı bacı. Katolik. Rendi Marş — Stenın atası, geoloq. Katolik. Roy — 2-ci sezonun 12-ci seriyasında Stenın ögəy atası.
Sten dövrü
Sten dövrü (yun. στενός (stenós) -dar) — Mezoproterozoy erasında son geoloji dövrdür və 1200 - 1000 Mya milyon il əvvəllər arasında davam etmişdir. Adı bu dövrdə yaranan dar metamorfik süxur qatlarından qaynaqlanır. Toni dövründə parçalanan superqitə Rodiniya Steni dövründə yaranmışdır. Cinsi çoxalmayla çoxalmış ən qədim orqanizmin qalıqları, erkən Stenə aiddir.
Uten qəzası
== Ərazisi == Uten qəzasının ərazisi 7 202 km2-dır.
Beli üstə uzanan xərçəng (rəsm əsəri)
Beli üstə uzanan xərçəng — Vinsent Van Qoq tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəri. Yaşıl rəngli arxafonda çəkilmiş bu sənət əsəri beli üstə tərsinə uzanmış xərçəngi təsvir edir. Van Qoq Muzeyinə görə əsər 1887-ci ilin avqust-sentyabr aylarında, digər mənbələrə görə isə 1889-cu ilin əvvəllərində çəkilmişdir. Hündürlüyü 38 sm, genişliyi 46.5 sm olan rəsm əsəri kətan üzərində çəkilmişdir. Rəsm əsəri Amsterdamdakı Van Qoq Muzeyində saxlanılır. Ehtimal ki, Vinsent Van Qoq bu rəsm əsərini çəkərkən qardaşı Teo van Qoqun 1888-ci ilin sentyabrında ona göndərdiyi Le Japon Artistique jurnalında gördüyü Hokusayın xərçəng əsərindən ilhamlanmışdı.
Uolden, yaxud meşədə həyat
"Uolden, yaxud meşədə həyat" (ing. Walden) amerikan filosofu və şairi Henri Devid Toronun əsas əsəri. Ralf Uold Emersonun transsendentalizm ideyalarını dərindən dərk etmiş 27 yaşlı Toro 1845-ci ilin yazında, cəmiyyətdən təcrid olaraq fikrini insanın özündə və ən əsas ehtiyaclarında cəmləşdirmək eksperimentini həyata keçirmək qərarına gəlir. O, Konkord şəhəri (Massaçusets ştatı) ətrafında, Uolden gölünün sahilində özünün tikdiyi daxmada məskunlaşır. Filosof gününün əsas hissəsini bostançılıqla, balıqçılıqla, avar çəkmə ilə, üzmə ilə, klassikləri oxumaqla keçirərək həyat üçün tələb olunan bütün şeylər ilə özü-özünü təmin edirdi. Toro düz iki il, iki ay, iki gün bu minvalla tənha yaşamışdır. Bununla belə, o insanlardan qaçmamış, gölün sahibi Emerson da daxil olmaqla Konkord sakinləri ilə müntəzəm olaraq söhbətləşmişdir. Toronun ilk dəfə 1854-cü ildə özü tərəfindən dərc olunan və meşədəki həyatı təsvir edən əsəri, onun bioqrafiyasının həqiqi vəziyyəti ilə tam uyğunluq təşkil etmir. Belə ki, başlıqlar ilin fəsillərinə müvafiq olaraq xronoloji ardıcıllıqla düzülmüşdür və belə bir təəssürat yaradır ki, filosof gölün sahilində cəmi bir il yaşamışdır. Toro öz eksperimentləri ilə maddi zənginliyə həris olan müasirlərinə anlatmaq istəyirdi ki, cəmiyyətdən kənarda da, öz təbii ehtiyaclarını öz əməyinlə ödəyərək də xoşbəxt və gözəl yaşamaq olar.
Sen-Jan-de-Suden
Sen-Jan-de-Suden (fr. Saint-Jean-de-Soudain) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Tur-dyu-Pen kantonuna daxildir. Kommunanın dairəsi — Tur-dyu-Pen. INSEE kodu — 38401. Kommunanın 1999-cu il üçün əhalisi 980 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 55 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Valeri Jiskar d'Esten
Valeri Jiskar d'Esten (fr. Valéry Giscard d’Estaing; 2 fevral 1926, Koblents, Almaniya — 2 dekabr 2020, Fransa) — 1974–1981-ci illərdə Fransa Respublikasının 20-ci prezidenti. Avropa İttifaqı Konstitusiyasının müəlliflərindən biridir. Bilderberq klubunun üzvüdür.