Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qurtulmuş
Qurtulmuş - İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il siyahıya alınmaya görə kənddə 702 nəfər yaşayır (123 ailə).
Tulus
Tulus — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Tulus Cəbrayıl rayonunun Hacılı inzibati ərazi vahidində kənddir. Arazboyu düzənlikdədir. Oykonimin qəd. türkdilli tolos/teles tayfasının adı ila bağlılığı güman edilir. Orxon-Yenisey yazılı abidələrində tolis kimi qeyd olunan tuluslar e.ə. III əsrdə Orta Asiyada yaşamış teles adlı tayfanın varisləri hesab edilir. VII əsrdə onlar Qərbi Türk Xaqanliğına daxil olmuş, XIII əsrdə monqolların tərkibində Yaxın Şərqin istilasında iştirak etmişlər.
Ulmus
Qarağac (lat. Ulmus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinə aid bitki cinsi.
Burulmuş şam
Burulmuş şam — Şimali Amerika nın qərb hissəsində, Sakit okean sahillərində, Alyaska dan Meksika ya qədər qayalıq dağlarda, dəniz səviyyəsindən 3500 m hündürlüyə qədər böyük sahələri əhatə edir. Hündürlüyü 50 m-dək olan kol və ya ağacdır. Gövdəsi düz və ya əyilmiş, qalınlığı 90 sm-ə qədərdir. Çətiri genetik mənşəyindən asılı olaraq, müxtəlifdir; aşağı budaqları çox vaxt tükcüklüdür, yuxarı budaqları isə şaxələnmiş və ya yuxarı qalxandır. Qabığı boz, qırmızı və ya qonur rəngli, şırımlıdır. Budaqları nazik, çox köbəli, narıncı və ya qırmızı-qonur, yaşlandıqda qonur rəngli olurlar. İynəyarpaqları iki dəstəyə yığılmış, şaxələnmiş və ya yuxarı istiqamətlənmiş, cod, tünd-yaşıl, uzunluğu 2–8 sm, qalınlığı 0,7–2 (3) mm, əyilmiş, yanlarında ağ məsaməli xətlər yaxşı görünür, kənarları xırda dişlidir; ucları küt və ya bizşəkillidir; qabığı 0,3–0,6 (-1) sm, həmişəlik bünövrəsi vardır. Yarpaqları ağacda 3–8 il qalır. Tumurcaqları ensiz və ya enli yumurtavarı, tünd-qırmızı qonur, uzunluğu 1,2 sm-ə qədər, bir az qatrandır. Erkək qozları elipsvari və ya silindrikdir, uzunluğu 5–15 sm olub, narıncı-qırmızı rənglidir.
Dilara Kurtulmuş
Dilara Kurtulmuş (türk. Dilara Kurtulmuş; 12 may 1998, Avstriya) — Türkiyə aktrisası.
Skamyada oturmuş qadın
Skamyada oturmuş qadın (ing. Seated Woman on a Bench) — Villem de Kuninq tərəfindən hazırlanmış tunc heykəl. Villem de Kuninq əsər üzərində 1969-cu ildə işləməyə başlamışdır. Bu, onun ən böyük əsəridir. Heykəlin modeli 1972-ci ildə yaradılmışdır (gildə), 1976-cı ildə ildə isə tuncdan tökülmüşdür. Gillə işləmək üçün Villemin əlləri kiçik olduğundan böyükölçülü əlcəklər geyinmişdir. Heykəlin sağ çiynində "de Kooning/4/7" yazısı yazılmışdır. Heykəl Hirşhorn Muzeyi və Heykəl Bağında sərgilənir. Heykəlin sahibi Smitsonian İnstitutudur. Sotbisdə Arxivləşdirilib 2011-07-07 at the Wayback Machine Waymarking Barbara Hess, Willem De Kooning.
Xətasız ötüşmüs hadisə
Xətasiz ötüşmüs hadisə (təhlükəsizlik) — az qala, ölümə yaxın olan, səbəb ola biləcək, lakin əslində insan xəsarəti, ətraf mühitə və ya avadanlığın zədələnməsinə habelə normal işin dayandırılmasına səbəb olan planlaşdırılmamış və baş tutmayan hadisədir.
Tulus (Sisyan)
Tulus — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Rayon mərkəzindən 7 km cənub-şərqdə yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə qeyd edilmişdir. Kəndin adı təhrif edilərək erməni mənbələrində Tolors kimi verilir. Toponim qədim türk tayfalarından olan tolos, teles etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 728-ci ilə aid mənbədə adı çəkilir. Həmin mənbədə dеyilir ki, kənddə cəmi 2 xristian ailəsi yaşayır Qədim türkmənşəli Tulus tayfasının adındandır. XIII əsr tarixçisi Rəşid-əd-Din monqolların tərkibində tulas adlı tayfa olduğunu qеyd еdir.
Ulmus alba
Amerika qarağacı (lat. Ulmus americana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü.
Ulmus americana
Amerika qarağacı (lat. Ulmus americana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü.
Ulmus dentata
Amerika qarağacı (lat. Ulmus americana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü.
Ulmus floridana
Amerika qarağacı (lat. Ulmus americana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü.
Ulmus mollifolia
Amerika qarağacı (lat. Ulmus americana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü.
Ulmus obovata
Amerika qarağacı (lat. Ulmus americana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü.
Ulmus pendula
Amerika qarağacı (lat. Ulmus americana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü.
Ulmus pubescens
Amerika qarağacı (lat. Ulmus americana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü.
Ulmus carpinifolia
Ulmus carpinifolia Gled. — Ulmus minor subsp. minor bitki yarımnövünün sinonimi. Ulmus carpinifolia Suckow — Ulmus minor subsp. minor bitki yarımnövünün sinonimi.
Ulmus densa
Ulmus minor subsp. minor (lat. Ulmus minor subsp. minor) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinın kiçik qarağac növünə aid bitki yarımnövü. Yabanı halda Şimali İranda və Qafqazda bitir. Hündürlüyü 20 m-ə çatan ağacdır. Zoğları əvvəlcə sıx tüklü olur, sonralar tədricən tüksüzləşir, bozumtul-qonur və ya çılpaq, bəzən parıldayan, qırmızımtıl-qonur, tünd qəhvəyi rəngdədir. Yarpaqları uzunsov, ellipsvari və ya tərs-oval formalı, dərivari, üst tərəfdən çılpaq, parlaq, yaşıl, alt tərəfdən açıq-yaşıl, məxməri tüklüdür. Ayanın kənarı tam və ya enli, küt dişli, qaidəsi ürəkvari və ya zəif pazvari, üçbucaqlı və ya sivridir. Yarpaqların saplağı 0,5–1,5 sm uzunluqdadır.
Ulmus elliptica
Ellipsvari qarağac (lat. Ulmus elliptica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü. Qafqaz, Rusiyanın Avropa hissəsinin cənub rayonları və Krımı əhatə edir. Hündürlüyü 40 m, gövdəsinin diametri 1,5 m olan iri ağacdır. Çətiri enli silindirik, ucu yumru, cavan budaqları çılpaq və ya tükcüklüdür. Qabığı boz və ya qırmızı qonur, dərin çatlayandır. Tumurcuqlari iti, uzunluğu 4-6 mm, yuxarı hissəsi narıncı qonur tükcüklü, alt tərəfi boz tükcüklüdür. Yarpaqları ellipsvari, ucu biz, bəzən 3 hissəli, uzunluğu 15 sm-dək, eni 5-6 sm, kənarları dişli, 15-20 cüt düz damarcıqlı, üstü nahamar, alt tərəfi və saplağı yumşaq tükcüklüdür. Aprel-mayda çiçəkləyir, iyulda meyvə verir. Meyvəsi əks-yumurtavari, ellipsvari və ya yumru, uzunluğu 3 sm olan qanadcıq, mərkəzdə oturan və yuxarı hissədə 5-8 mm olan tikişlə ayrılan, ipəkvari tükcüklü, açıq qırmızı qonur qozalıdır.
Ulmus glabra
Nahamar qarağac (lat. Ulmus glabra) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü. Vətəni Avropa, Rusiyanın Avropa hissəsidir. Hündürlüyü 30-35 m, çətrinin diametri 10 – 30 m, düz gövdəli, yelpikvari, sıx çətirli ağacdır. Qabığı tünd boz, xırda yarpaqlıdır. Yarpaqları nahamar, cod tükcüklərlə örtülmüşdür. Payızda parlaq sarı rənglidir. Yarpaqlar açılanadək çiçəkləyir, küləklə tozlanan bitkidir. Çiçəkləri yaşıl-sarı, xırda, sallaq erkəkciklıdir. Meyvələri yayın ortalarında yetişir.
Ulmus laevis
Hamar qarağac (lat. Ulmus laevis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü. Atlantikada, Skandinaviyada və Оrta Avrоpada yayılıb. Hündürlüyü 25-30 m-ə, gövdəsinin diamеtri 150 sm-ə çatan, еnli silindrik çətirli ağacdır. Gövdəsinin qabığı açıq-bоz rənglidir, dayaz çatlıdır və хırda löhvəciklər şəklində qоpur. Zоğları nazik, əyilən, simpоdial budaqlanır, parlaq və ya açıq-qоnur rəngdədir. Cavan zоğları tüklü və ya çılpaqdır, müхtəlif rənglidir. Yarpaqları 4-12 sm uzunluqda, 3-6 sm еnində оlub, kənarları ikişər dişlidir, aydın nəzərə çarpan 17-19 ədəd yan damarları var. Yarpaq ayası tərsyumurtavarı və ya еllips fоrmalı, yanları qеyri-bərabər, ucu sivridir, tünd-yaşıl rəngdədir. Çiçəkləri ikicinslidir, dəstə halında uzun və nazik çiçək saplaqlarında tоplanmışdır, qəhvəyi rəngdədir.
Ulmus minor
Kiçik qarağac (lat. Ulmus minor) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü. Qərbi Avropa, Kiçik Asiya, İranın şimalı, Rusiya, Qafqaz, Ukraynada bitir. Hündürlüyü 30 m, diametri 1,5 m olan, yarpağı tökülən ağacdır. Yarpaqları dişli, uzunsov, əks-yumurtavaridir. Narıncı – qırmızı, balverici çiçəkləri çiçək yanlığı ilə dəstələrə yığılmışdır. Mart-apreldə, yarpaqlar açılanadək çiçəkləyir. Meyvələri may-iyunda yetişir. Toxumlarda, kök zoğları, kötük zoğları ilə çoxalır. Qarışıq və enliyarpaqlı meşələrdə, çay vadilərində rast gəlinir.
Ulmus parvifolia
Xırdayarpaq qarağac (lat. Ulmus parvifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü. Şimali və Cənubi Cində, Yapоniyada və Kоrеyada təbii halda yayılmışdır. Hündürlüyü 10-12 m, nazik, sallaq budaqlı, dağınıq çətirli ağacdır. Yarpaqları iti və ya küt uclu, еllipsvari, 2-5 sm uzunluğunda, üstü hamar və parlaqdır. Alt səthi azca qabarıqdır, kənarı dişlidir. Yarpaq saplağı 2-6 mm uzunluğundadır. Qanadcığı dairəvi, еllipsvaridir, 1 sm uzunluğundadır. Çiçəkləri sarımtıl rəngdə оlub, salхım çiçək qrupunda tоplanır. Mart ayının aхırında çiçəkləyir, tохumları aprеldə yеtişir.
Ulmus pumila
Sürünən qarağac (lat. Ulmus pumila) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü. Çinin şimal-qərbi və şimal-şərqində, Qazaxıstan, Qərbi Sibir, Monqoliya, Tibet, Hindistan, Koreya, Cənubi Avropa və Şimali Amerikada yayılmışdır. Hündürlüyü təxminən 25 m, gövdəsinin diametri 1m olan ağacdır. Zoğların qabığı hamar, bozumtul — qonur, tünd boz və ya parlaq boz rəngli, kobud, bəzi yerlərdə çatlayır bilər. Budaqları açıq sarımtıl-boz, açıq boz-qonur rəngli, hamar və ya tükcüklü, pulcuqludur. Qış tumurcuqları yumurtavari və şarşəkilli formadadır. Yarpaqları ellipsvari-oval, ellipsvari-lansetvari və ya yumurtavari-lansetvari formalı, uzunluğu 2–8 sm, eni 1,2–3,5 sm, ucu biz və simmetrik bünövrəlidir. Öz arealında quraqlı rayonlarında kol kimi bitir. Respublikamızda yaşıllaşdırmada bir çox rayonlarda mədəni şəraitdə becərilir.
Ulmus araxina