Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şıxəmir
Şıxəmir — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Göyçay rayonunun Məlikkənd inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Yaşayış məntəqəsi öz adını ərazisindəki Şıx Əmir (Şeyx Əmir) pirinin adından almışdır. Əvvəllər eyniadlı qışlaq olmuş, sonralar kəndə çevrilmişdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 252 nəfər əhali yaşayır.
Şıxamir Qaflanov
Şixamir Oruc oğlu Qaflanov (7 dekabr 1986; Dombabinə, Zaqatala rayonu, Azərbaycan SSR — 19 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mayoru, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri olan Şixamir Qaflanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı tabeliyində olan şəxsi heyətlə birgə Cəbrayıl rayonunun, Hadrut qəsəbəsinin və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır. Komandiri olduğu Xüsusi Təyinatlı Dəstənin şəxsi heyətindən bir nəfər də şəhid olmamışdır. Tabeliyində olduğu şəxsi heyətlə qatıldığı 23 döyüşdə Ermənistan Ordusunun canlı qüvvəsini məhv edilməsində fərqlənmişdir. Xüsusi təyinatlılar arasında "Əfsanəvi Rembo" ləqəbini qazanıb. Oktyabrın 19-da Füzuli istiqamətində həlak olmuşdur. == Həyatı == Şixamir Qaflanov 1986-cı il dekabrın 7-də Zaqatala rayonunun Dombabinə (hal-hazırda Üçüncü Tala) kəndində anadan olmuşdur. O, Oruc Qaflanov və Mominət Qaflanovanın dörd övladından sonuncu idi. Onun bir qardaşı — Asif Qaflanov 1991–1994-cü illərdə Birinci Qarabağ müharibəsində savaşmışdır, bir qardaşı — Qurban Qaflanov isə Daxili Qoşunların "Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin sıralarında xidmət edir. === Təhsili === Şixamir Qaflanov 1993-cü ildə Zaqatala rayonunda Dombabinə Kənd tam orta mətəbin birinci sinfinə daxil olmuşdur və 2004-cü ildə oradan məzun olmuşdur.
Şıxmir Ağamirov
Şixmir Qabil oğlu Ağamirov (5 aprel 1990, Qusar rayonu – 7 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şixmir Ağamirov 1990-cı il aprelin 5-də Qusar rayonunun Gican kəndində anadan olub. Milliyyətcə ləzgi idi. Ailəli idi. Bir qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş giziri olan Şıxmir Ağamirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şıxmir Ağamirov noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Qusar rayonunda Gican kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şıxmir Ağamirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şıxmir Ağamirov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Şixamir Qaflanov
Şixamir Oruc oğlu Qaflanov (7 dekabr 1986; Dombabinə, Zaqatala rayonu, Azərbaycan SSR — 19 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mayoru, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri olan Şixamir Qaflanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı tabeliyində olan şəxsi heyətlə birgə Cəbrayıl rayonunun, Hadrut qəsəbəsinin və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır. Komandiri olduğu Xüsusi Təyinatlı Dəstənin şəxsi heyətindən bir nəfər də şəhid olmamışdır. Tabeliyində olduğu şəxsi heyətlə qatıldığı 23 döyüşdə Ermənistan Ordusunun canlı qüvvəsini məhv edilməsində fərqlənmişdir. Xüsusi təyinatlılar arasında "Əfsanəvi Rembo" ləqəbini qazanıb. Oktyabrın 19-da Füzuli istiqamətində həlak olmuşdur. == Həyatı == Şixamir Qaflanov 1986-cı il dekabrın 7-də Zaqatala rayonunun Dombabinə (hal-hazırda Üçüncü Tala) kəndində anadan olmuşdur. O, Oruc Qaflanov və Mominət Qaflanovanın dörd övladından sonuncu idi. Onun bir qardaşı — Asif Qaflanov 1991–1994-cü illərdə Birinci Qarabağ müharibəsində savaşmışdır, bir qardaşı — Qurban Qaflanov isə Daxili Qoşunların "Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin sıralarında xidmət edir. === Təhsili === Şixamir Qaflanov 1993-cü ildə Zaqatala rayonunda Dombabinə Kənd tam orta mətəbin birinci sinfinə daxil olmuşdur və 2004-cü ildə oradan məzun olmuşdur.
Xəmir
Xəmir — çörək-bulka, qənnadı və makaron sənayesində istifadə olunan yarımfabrikat. Un, su, maya, duz və s.-nin müəyyən nisbətdə qarışığından hazırlanır. Bulka və s. məmulatların dad və ətrini yaxşılaşdırmaq üçün xəmirə yağ, şəkər, yumurta və ətirli-ədviyyəli maddələr də qatılır. Çörəkbişirmədə buğda unu xəmirini acıtmaq üçün ona quru, preslənmiş və ya duru maya, çovdar xəmirinə isə xəmrə əlavə edilir. Unlu qənnadı məmulatlarının əksəriyyətinin hazırlanmasında xəmirdə yumurta, süd, yağ, şəkər və s.-nin miqdarı çoxaldılır və ona maya vurmurlar. Azərbaycanda unlu şirniyyatının (şəkərbura, şorqoğalı, paxlava, kətə və s.) xəmiri xüsusi reseptlə və texnologiya ilə hazırlanır. == Xəmirin hazırlanması == Çörəkbişirmə istehsalında texnoloji prosesin birinci və əsas mərhələsi xəmirin hazırlanmasıdır. Bu mərhələ texnoloji prosesin ən uzunmüddətli mərhələsidir. Sonrakı mərhələlər (bölmə, bişirmə) və hazır məhsulun keyfiyyəti daha çox bu mərhələdən asılıdır.
Şıxəli Dadaşov
Şixəli Dadaşov (tam adı: Dadaşov Şixəli Ələsgər oğlu;10 (23) yanvar 1913, Bakı – 1995, Aşqabad) — neftçi, SSRİ dövlət mükafatı laueratı == Həyatı və təhsili == Dadaşov Şixəli Ələsgər oğlu 10 yanvar 1913-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1935-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyətinə === Əmək fəaliyyətinə 1934-cü ildə Bakıda "Əzizbəyovneft"in qazıma kontorunda başlamışdır. 1942-ci ildə Türkmənistan SSR-in neft sənayesində çalışmışdır. 1942-48-ci illərdə "Türkmənneft" tresti qazıma kontorunun baş mühəndisi, 1948-60-cı illərdə "Türkmənneft" birliyinin rəis müavini, 1960-76-cı illərdə rəisi olmuşdur. 1976-78-ci illərdə "Türkmənneft" istehsalat birliyinin baş direktoru vəzifəsində işləmişdir.
Şıxəli Qurbanov
Şıxəli Qurban oğlu Qurbanov (16 avqust 1925, Bakı – 24 may 1967, Bakı) — Azərbaycan yazıçısı, dramaturq, şair, filoloq-alim, ədəbiyyatçı, dövlət və ictimai xadim, filologiya elmləri doktoru, Ü. Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı (1967). Ş. Qurbanov Azərbaycan EA-nın Dil və Ədəbiyyat İnstitutuna rəhbərlik etmişdir. Dəfələrlə Azərbaycan Ali Sovet İttifaqına deputat seçilmiş, orden və medallarla təltif olunmuşdur. == Həyatı == Şıxəli Qurban oğlu Qurbanov 16 avqust 1925-ci ildə Bakıda doğulmuşdur. == Ölümü == Şıxəli Qurbanov uzunmüddətli fasilədən sonra 1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində Novruz bayramının keçirilməsinə müvəffəq olmuşdur. Mərkəzi Komitənin birinci katibi Vəli Axundov onu təhlükəli işlər gördüyü barədə xəbərdarlıq etmişdi. Şıxəli Qurbanov isə öz hərəkətlərinə görə özü cavab verəcəyini demişdi. Qurbanovu izahat yazmağa çağırdılar. O da Novruz bayramının tarixi ilə bağlı 22 səhifəlik izahat yazdı. Sübut etdi ki, Novruz bayramı heç də dinlə əlaqəli bayram deyil.
Bəndər Xəmir
Bəndər Xəmir — İranın Hörmüzgan ostanının şəhərlərindən və Xəmir şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,307 nəfər və 2,441 ailədən ibarət idi.
Xəmir şəhristanı
Xəmir şəhristanı— İranın Hörmüzgan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Bəndər Xəmir şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 47,545 nəfər və 10,320 ailədən ibarət idi.
Sınevir
Sınevir (ukr. Синевир) — Ukrayna Karpatı ərazisinin ən məşhur və iri gölüdür. Göl Tereblya çayının yuxarı ararında yerləşir. Su səthinin sahəsi 4-5 hektardır. Gökü əsasən bulaqlar qidalandırır. Dağlardan gələn axarlar gölə tökülür. Göldən isə axan axar Tereblya çayına tökülür. Sinevir gölündə çoxlu sayda forel gölü yaşayır. Ancaq onların ovlanması qadağandırGöl 989 metr dəniz səviyyəsindən yüksəkdə yerləşir. Orta dərinliyi 10-12 metr təşkil edir.
Bicəmir (Nir)
Bicəmir - İranın Ərdəbil ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının eyniadlı bölgəsinin Nir kəndistanında, Ərdəbil şəhərindən 20 km. cənub-qərbdədir.
Şivəmər (Sərdəşt)
Şivəmər (fars. شيوه مر‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 326 nəfər yaşayır (46 ailə).
Şiqemi İşii
Şiqemi İşii (d. 7 iyul 1951) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 15 oyun keçirib.
Şixəli Dadaşov
Şixəli Dadaşov (tam adı: Dadaşov Şixəli Ələsgər oğlu;10 (23) yanvar 1913, Bakı – 1995, Aşqabad) — neftçi, SSRİ dövlət mükafatı laueratı == Həyatı və təhsili == Dadaşov Şixəli Ələsgər oğlu 10 yanvar 1913-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1935-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyətinə === Əmək fəaliyyətinə 1934-cü ildə Bakıda "Əzizbəyovneft"in qazıma kontorunda başlamışdır. 1942-ci ildə Türkmənistan SSR-in neft sənayesində çalışmışdır. 1942-48-ci illərdə "Türkmənneft" tresti qazıma kontorunun baş mühəndisi, 1948-60-cı illərdə "Türkmənneft" birliyinin rəis müavini, 1960-76-cı illərdə rəisi olmuşdur. 1976-78-ci illərdə "Türkmənneft" istehsalat birliyinin baş direktoru vəzifəsində işləmişdir.
Hörner sxemi
Hörner sxemi (və ya Hörner üsulu) qismət çoxhədlisinin tapılması alqoritmi. Qalıqlı bölmənin tərifinə görə n dərəcəli P ( x ) = a n x n + a n − 1 x n − 1 + . . . + a 1 + a 0 {\displaystyle P(x)={a_{n}}{x^{n}}+a_{n-1}x^{n-1}+...+{a_{1}}+{a_{0}}} çoxhədlisini, x-α ikihədlisinə böldükdə qismət çoxhədlisi n-1 dərəcəli çoxhədli qalıq isə ədəd olur. Q ( x ) = b n − 1 x n − 1 + b n − 2 x n − 2 + . . . + b 1 + b 0 {\displaystyle Q(x)=b_{n-1}x^{n-1}+b_{n-2}x^{n-2}+...+{b_{1}}+{b_{0}}} qismət çoxhədlisinin əmsallarını və qalığı Hörner sxemi adlanan xüsusi üsulun köməyi ilə asan tapmaq olur. == İzahı == Tərifə görə a n x n + a n − 1 x n − 1 + .
Piramida sxemi
Piramida sxemi (Ponzi sxemi) — sərmayə qoymaq, mal satmaq və ya xidmətlər göstərməklə deyil, sxemdə iştirak edənlərin sayını artırmaqla nağd ödəmələr və ya başqa bir gəlir forması vədinə əsaslanan iş modeli. Sxem üzvlərinin sayı həndəsi irəliləmənin qanunlarına görə artdıqca, üzvlərin çoxunun qazanc əldə edə bilməməsi səbəbindən yeni gələnləri cəlb etmək mümkün olmayacaq. Piramida sxemləri qeyri-sabitdir və çox vaxt qanunsuzdur. Bir neçə pilləli marketinq planları piramida sxemləri kimi təsnif edilmişdir. == Konsepsiya və əsas modellər == Piramida sxemlərində təşkilatçılar müraciət edənləri işi qəbul etdikləri yeni üzvlərdən aldıqları pulun bir hissəsini yeni üzvlərə vəd edərək giriş haqqı ödəməyə məcbur edirlər. Toplanan vəsaitlərin bir hissəsi, hər hansı bir real iş görüb-etməməsindən asılı olmayaraq sxemin faydalı olduğu təşkilatçıların gəlirləridir. Sxemə üzvlüyün özü yeni gələnləri cəlb etməyə və piramidanın zirvəsinə pul köçürməyə davam etmək üçün güclü bir təşviq olur. Belə təşkilatlar nadir hallarda mal və ya xidmətləri real qiymətə satırlar. Bu sxem üçün əsas gəlir mənbəyi çox sayda yeni gələnləri cəlb etmək və ya mövcud üzvlərdən əlavə ödəniş tələb etməkdir. Piramidaların davranışı eksponent bir böyümə cədvəlini çox yaxından izləyir.
El-Qamal sxemi
El-Qamal sxemi — 1985-ci ildə Sahib El-Qamal tərfindən təklif olunmuşdu. Bu sxem elektron imza və şifrləmə (encryption) üçün istifadə olunur. El-Qamal alqoritmi Diffie-Hellman alqoritminə əsaslanır. O, Diffie-Hellman alqoritmini iki alqoritm şəklində ifadə etmişdi. El-Qamal sxemi vasitəsi ilə şifrləmə 3 kompanentdən ibarətdir: Xüsusi açarın generasiyası Şifrləmə alqoritmi (Encryption algorithm) Deşifrlmə alqoritmi (Decryption algorithm)Xüsusi açarın generasiyası. n bit uzunluğunda təsadüfi p sadə ədədi generasiya olunur. Zp çoxluğundan təsadüfi g primitiv elementi seçilir. Elə təsadüfi x tam ədədi seçilir ki, 1<x<p-1 “y=gx mod p” hesablanır Burada açıq açar (p,g,y) üçlüyü, qapalı açar isə x-dır == Şifrləmə alqoritmi == Hər hansı “M” məlumatı aşağıdakı şəkildə şifrlənir Sessiya açarı seçilir - Elə təsadüfi k ədədi seçilir ki, 1<k<p-1 intervalında dəyişsin “a=gk mod p” və b=ykM mod p hesablanır (a,b) ədədlər cütü şifrlənmiş mətindirAsanlıqla görmək mümkündür ki, şifrlənmiş mətnin uzunluğu daxil edilmiş M mətnindən iki dəfə çoxdur.Digər tərəfdən k-nı göstərilən intervalda deyildə 1-ə və ya p-1-ə bərabər götürsək onda verilmiş məlumatın deşifrlənməsi ilk addımda baş verər ki, buda çox göndərilən məlumat üçün çox təhlükəlidir. == Deşifrləmə alqoritmi == x qapalı açarını bilməklə (a,b) şifrlənmiş mətnindən qəbul edilən mətni aşağıdakı düstur vasitəsi ilə əldə etmək olar: M=b(ax)-1 mod p Asanlıqla görmək olar ki, (ax)-1 ≡ g –kx (mod p)bu səbəbdən b(ax)-1 ≡ (ykM)g-xk ≡(gxkM) g-xk ≡ M (mod p) hesablamaq olar. Praktiki hesablamaq üçün aşağıdakı düsturdan istifadə edilir:M≡b(ax)-1 mod p= b*a (p-1-x) mod p El-Qamal sxeminə aid aşağıdakı misala baxaq: Şifrləmə:Fərz edək ki, M=5 məlumatını şifrləmək tələb olunur.
Norveç Krallığının hüquq sitemi
== Norveç Krallığının hüquq sistemi == Norveçin hüquq sistemi müstəqil Skandinaviya hüquq sisteminə daxil olmaqla, alman-roman və həm də ingilis-amerikan sistemləri ilə ahənglik təşkil edir. Norveç adət hüquqlarının ilk yazıları XII əsrə aiddir. Bu dövrdə ölkənin bütün ərazisi vahid krallıq hesab edilsə də, dörd tinqə ayrı-ayrı klan nümayəndələrinin yığıncaqları ilə birləşmiş və dayanıqlı hüquqi adətləri və ənənələri olan klanlara bölünmüşdü. Bu iki birliyin-"Qulatinq qanunları" və "Frostatinq qanunları" hüquqi adətlərinin məcmuələri bizim günlərə qədər demək olar ki, tam məzmunda saxlanılmışdır və orta əsrlərin hüquq tarixi üzrə qiymətli sənədlərdir. Bu məcmuələr əsasında "qanunların yaxşılaşdırıcısı" adını almış kral Maqnusun hakimiyyəti dövründə ilk ümumilli "Torpaq qanunu" külliyyatı nəşr olunmuşdur ki, onun da əsasında kilsələrin hüquqi vəziyyətinə aid olan məsələlər tənzimlənir, cinayət, torpaq və ticarət hüququ normaları şərh olunurdu. Qanun külliyyatının təsiri o vaxtlar Norveçə məxsus olan ərazilərə — Qrenlandiya, Farer, Orkneysk və Şetland adalarına şamil edilirdi. "Torpaq qanunu" külliyyatına əlavə olaraq, "Şəhərlər qanunu" (1276-cı il) nəşr edildi ki, bu da yerli şəhər adətləri məcmuələrini ümumilli ticarət və dənizçilik qaydaları ilə əvəz etdi. Sistemləşdirilmiş qanun külliyyatlarının ayrı-ayrı müddəaları yeni qanunlarla əvəz edilsə də, bir neçə yüzilliklər ərzində öz qüvvəsini saxladı. Ölkənin Danimarka tərəfindən istila edilməsindən sonra (1380-ci il), Norveç hüququnun inkişafı Danimarka hüquq adətlərinin güclü təsiri altına düşdü. Əsas hakim vəzifələrini danimarkalılar tutur, yerli məhkəmələr tərəfindən çıxarılan qərarlardan şikayətlər Danimarka Ali Məhkəməsinə verilirdi.