Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hüseynabad (Səfaxana)
Hüseynabad (fars. حسين اباد‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı, Səfaxana dehistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 61 nəfər yaşayır (12 ailə).
Səfaxana (Sayınqala)
Səfaxana (fars. صفاخانه‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,356 nəfər yaşayır (266 ailə).
Şəbxana (Kəleybər)
Şəbxana (fars. شبخانه‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 48 nəfər yaşayır (10 ailə).
Salaxana
Salaxana — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində təbiət abidəsi. Salaxana ilə bağlı toponimlər xalq arasında "salaxan" adlandırılır. Salaxana dərəsi və ətraflı mürəkkəb tektonik quruluşa və relyefə malikdir. 4 km-ə qədər uzanan kanvoyları, çətin keçilən struktur terraslı S. dərəsi və onu əhatə edən bölgə, əsasən, sahəvi, pelitomorf, nazik təbəqəli və gilli-qumlu əhəngdaşılarından, gildən və konqlomeratlardan ibarətdir. Ərazisi zəngin subalp bitkiləri ilə örtülmüşdür. Yemişan, itburnu, qaraca (gərməşov), alça, armud, ardıc və s. bitir. dərənin sol sahili uca, sıldırımlı, sanki saldaşlarla hörül müş divarı xatırladan 25–30 metr hündürlükdə dik qayalıqdır. Vahimə doğu ran dərənin sonunda, sağ tərəfdə, qayaların arasında iki mağara var. Dərənin dibindən bir neçə metr hündürlükdəki böyük mağara min başdan artıq davar tutar.
Səqqaxana
Tarix-mədəniyyət abidələri ilə çox zəngin olan Ordubad şəhərində Naxçıvan ərazisinin digər yerlərində rast gəlinməyən nadir memarlıq abidələrinə də rast gəlinir. Belə abidələrdən biri şəhərin Mingis məhəlləsində yerləşən səqqaxanadır. Abidənin belə adlanması ərəbcə səqqa (su satan, su paylayan, su verən, su çəkən) və farsca xane (ev) sözlərinin birləşməsindən yaranmışdır. == Unikallığı == Səqqaxanalarda insanların istifadəsi üçün su saxlanılırdı və həmin su insanlara paylanırdı. Səqqaxanalar dini xarakterli tikililər qrupuna daxildir və vəqflər hesabına maliyyələşdirilirdi. Bu məkanlar əksərən yaşıl rəngə boyanır və ya üzəri yeddi rəngdə kaşı ilə örtülürdü. Kaşı işləmələrində Kərbəla müsibəti, Həzrət Abbas at belində, yaxud piyada, əynində zireh, sağ əlində nizə, sol çiynindən asılmış su tuluğu və s. təsvir olunurdu. Bundan başqa, səqqaxananın daxili divarlarında imamların və dini ziyarətgahların çərçivəyə salınmış şəkli vurulur, ələm və qıfıllar asılır, həmçinin buraya müxtəlif rəngli parçalar niyyət edilib düyünlənirdi. Bu şəkillər onlara tamaşa edən hər kəsdə dini hissləri oyadırdı Ordubad şəhərində, Mingis məscidinin şimal tərəfində yerləşən bu səqqaxanaya yerli əhalinin dediyinə görə kəhrizdən su gəlir və tikilinin ortasında olan hovuza dolurdu.
Səfxan Rüstəmov
Rüstəmov Səfxan Hidayət oğlu (25 aprel 1926, Daşkənd, Yeni Bəyazid qəzası – 15 may 1991, Çənlibel, Şəmkir rayonu) — əməkdar müəllim, Dövlət Təhlükəsizlik Komitəsinin Vardenis rayon şöbəsinin əməkdaşı. == Həyatı == Səfxan Rüstəmov 25 aprel 1926-cı ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. Basarkeçər rayonunun Daşkənd kənd orta məktəbini bitirdikdən sonra S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə daxil olmuşdur. 1951-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Səfxan Rüstəmov Ermənistan SSR Dövlət Təhlükəsizlik Komitəsinin Vardenis rayon şöbəsinin əməkdaşı olmuşdur. 1970-ci ildən 1988-ci ilə qədər Daşkənd kənd orta məktəbində direktor müavini işləmişdir. Səfxan Rüstəmov əməkdar müəllim, Vardenis rayon və Daşkənd kənd sovetlərinin deputatı olmuşdur. 1988-ci ildə doğma yurd-yuvasından məcburən ayrılan Səfxan Rüstəmov Şəmkir rayonunun Çənlibel kəndində məskunlaşmışdır. Görkəmli pedaqoq Səfxan Rüstəmov Şəmkir rayonunun Çənlibel kəndində 15 may 1991-ci ildə vəfat etmiş və kənd qəbiristanlığında dəfn edilmişdir.
Kərbəlayi Səfixan Qarabaği
Kərbəlayı Səfixan Sultanhüseyn oğlu Qarabaği (1817, Şuşa-1910, Şuşa) — görkəmli memar. == Həyatı == Kərbəlayı Səfixan Qarabaği 1817-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Onun doğum tarixində ziddiyətlər var. Görkəmli memar 1910-cu ildə vəfat edib. Mirzə Həsən qəbiristanlığında dəfn olunub.Kərbəlayı Səfixanın Ələkbər (1858-?), Gülməmməd (1863-?) adlı oğulları, Xurşid adlı qızı vardı. == Fəaliyyəti == Kərbəlayı Səfixanın Qarabağ memarlığının inkişafında xüsusi xidməti olub. O inşa etdiyi tikililərdə, xüsusilə məscidlərdə şərq memarlığına xas olan konstruktiv elementləri yerli ənənələrlə əlaqələndirib. Yuxarı Gövhər ağa məscidinin bərpası (XIX əsr) Şuşa Aşağı Gövhər ağa məscidi (1874-75) Şuşa Saatlı məscidi (1883) Culfalar məscidi Hacı Ələkbər məscidi Bərdədə İmamzadə məscidinin yenidən qurulması (1868), Ağdamda məscid (1870), Odessada Tatar məscidi (1870), Aşqabadda "Qarabağlılar" məscidi (1880) Kərbəlayi Səfixan Qarabağinin ən yaxşı əsərləridir. Şirin su hamamı == Mənbə == Rizvan Qarabağlı, Memar Kərbəlayi Səfixan Qarabaği.
Kərbəlayı Səfixan Qarabaği
Kərbəlayı Səfixan Sultanhüseyn oğlu Qarabaği (1817, Şuşa-1910, Şuşa) — görkəmli memar. == Həyatı == Kərbəlayı Səfixan Qarabaği 1817-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Onun doğum tarixində ziddiyətlər var. Görkəmli memar 1910-cu ildə vəfat edib. Mirzə Həsən qəbiristanlığında dəfn olunub.Kərbəlayı Səfixanın Ələkbər (1858-?), Gülməmməd (1863-?) adlı oğulları, Xurşid adlı qızı vardı. == Fəaliyyəti == Kərbəlayı Səfixanın Qarabağ memarlığının inkişafında xüsusi xidməti olub. O inşa etdiyi tikililərdə, xüsusilə məscidlərdə şərq memarlığına xas olan konstruktiv elementləri yerli ənənələrlə əlaqələndirib. Yuxarı Gövhər ağa məscidinin bərpası (XIX əsr) Şuşa Aşağı Gövhər ağa məscidi (1874-75) Şuşa Saatlı məscidi (1883) Culfalar məscidi Hacı Ələkbər məscidi Bərdədə İmamzadə məscidinin yenidən qurulması (1868), Ağdamda məscid (1870), Odessada Tatar məscidi (1870), Aşqabadda "Qarabağlılar" məscidi (1880) Kərbəlayi Səfixan Qarabağinin ən yaxşı əsərləridir. Şirin su hamamı == Mənbə == Rizvan Qarabağlı, Memar Kərbəlayi Səfixan Qarabaği.
Sərdxana-i Nəsim Əlizadə (Sulduz)
Sərdxana-i Nəsim Əlizadə (fars. ‎سرد خانه نسيم عليزاده‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
II Səfixan ağa Yağləvəndli-Cavanşir
II Səfixan ağa Yağləvəndli-Cavanşir (?-19 sentyabr 1768) - XVIII əsrdə yaşamış hərbi xadim, Qarabağ bəyi, xanlıq dönəmində oba, atlı dəstənin yüzbaşısı, kələntər. Nadir şah Əfşarın ordusunda xidmət etmişdir. == Həyatı == Səfi xan Zeynalxan ağa oğlu XVIII yüzilin ortalarında ömür sürüb. Savadlı adam idi. Atasından sonra Yağləvənd oymağının oymaqbəyi kimi Havsalıları savaşa, yaylaq-qışlağa aparırdı. Yağlavənddə doğulmuş Səfixan ağa gəncliyini elə orada keçirmişdir. Nadir şah Qırxlı-Avşar Qarabağda hərbi çağırış elan edəndə Səfi xan atlıları ilə orduya qatılmışdı. Bir çox döyüşlərdə igidlik göstərmişdi. Yurdunda səngər qurmuş, Osmanlılara qarşı döyüşmüşdü. Indiki Araz Dilağarda ərazisində “Səfixan səngəri” adlı savaş meydanı onun adınadır.