Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əmmamə
Çalma və ya türban – Şimali Afrika, Ərəbistan yarımadası, Hindistan və Asiyanın bəzi digər bölgələrində geniş yayılmış kişi baş örtüyü. Onun hazırlanması üçün 6-8 metr parça lazımdır. Bəzi növlərinin hazırlanması üçün 20 metrədək parçadan istifadə edilir. Adətən, fəs, yaxud araqçının üstündən dolayırdılar. Tipik İran geyimi olan türban hələ e.ə. 6—5 əsrlərdə Midiyada geniş yayılmışdı. Çalmanı başa bağlanmış yaylıq, fəs və ya araxçına sarıyırlar. Bəzi regionlarda çalma başda xüsusi sancaqlarla bərkidilir.
Şəmmar
Şəmmar (ərəb. شمر‎) — ərəb qəhtani qəbilə konfederasiyası. Bəni Tay ərəb qəbilə birliyinə mənsubdur. Şəmmar qəbiləsinin Bəni Tay qəbiləsindən olan əcdadları II əsrdə Yəməndən köçüb Nəcd yaylasının şimalında məskunlaşaraq Bənu Əsəd və Bənu Təmim qəbilələrini oradan sıxışdırıb çıxarmışdılar. 630-cu ilin iyulunda Bəni Tay qəbiləsi Məhəmməd peyğəmbərin tərəfdarları tərəfindən tabe edilmiş və islamlaşdırılmışdır. Şəmmar etnonimi tarixi mənbələrdə XIV əsrdən tapılmış və tayfanın şərəfinə Əcə və Səlma əkiz dağları yeni ad almışdır – Cəbəl-Şəmmar. XII əsrdə Şammar qəbiləsinin əhəmiyyətli bir hissəsi Ərəbistandan İraqa köçərək onun Mosula qədərşimal bölgələrini işğal etmiş, qəbilənin Ərəbistanda qalan hissəsi isə Həil ərazisində yaşayırdı. Şəmmar qəbiləsinə uzun müddət əl-Əli qəbiləsindən olan şeyxlər və əmirlər rəhbərlik edirdi. XIX əsrin əvvəllərində mərkəzi Həil şəhərində olan Cəbəl-Şəmmar əmirliyi qurulmuşdur. 1835-ci ildə Ər-Rəşid sülaləsi əmirliyi və qəbiləni ələ keçirmişdi.
Tur (şəhnamə)
Tur (fars. تور‎) — Firdovsinin Şahnaməsində epik bir personajdır. Əfsanəvi Şah Firidunun ikinci oğlu və Səlm və İrəcin qardaşıdır. Gənc şahzadə özünə və bacılarına hücum edən əjdaha ilə cəsarətlə vuruşanda, atası tərəfindən ona "cəsur" mənası verən Tur adı verilmişdir. Firidun imperatorluğunu övladları arasında bölür; Turanı Tura verir. Bu vəziyyət, Turanın iranlılarla mübarizəsinin başlanğıcıdır. Şahnamənin Əfrasiyab kimi ən əhəmiyyətli personajlarından bəziləri Turun nəslindən gəlir. Tur qardaşı İrəcin oğlu Mənuçöhr tərəfindən öldürülmüşdür.
Əbu Təmmam
Əbu Təmmam, tam adı ilə Əbu Təmmam Həbib ibn Aus ət-Tain (ərəb. أبو تمام حبيب بن أوس‎; 804, 807 və ya 805, Jasim[d][…] – ən tezi 845 və ən geci 846, Mosul[…]) — ərəb şairi və qədim poeziya kolleksiyaçısı. Yunan əsilli xristian ailəsində anadan olmuş, lakin islamı qəbul etmişdir. Gəncliyində bir çox peşələri sınamışdır, usta, su daşıyıcısı və s. olmuşdur. O, bu proses zamanı müxtəlif yerlərə köçmüş, Suriyanın, Misirin, İraqın ən böyük şəhərlərini gəzmişdir. Əbu Təmmamın ilk poetik təcrübələri uğurlu alınmamışdır, lakin sonradan o, diqqət çəkmiş və əl-Mütədidin sarayına dəvət olunmuşdur. Onun poeziyasının ümumi istiqaməti yüksək rütbəli saray əyanlarının zövqünə uyğun idi və onlardan birinin himayəsi ilə şairin Mosulda məxfi məlumatların toplanması ilə bağlı vəzifəyə təyin olunmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Абу-Темам // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.).
Şəmmas ibn Osman
Şəmmas ibn Osman (591, Məkkə – Uhud döyüşü, ərəb. شمّاس بن عثمان‎) — İslam peyğəmbəri Məhəmmədin səhabəsi. O, Məkkənin Beni Məhzum qəbiləsindəndir. 591-ci ildə bu şəhərdə anadan olmuşdur. Onun atası qəbiləsinin böyüklərindən olan Osman bin Şəriddir. İslamın ilk illərində müsəlman olmuşdur. İkinci Həbəş köçündə iştirak edir. Oradan Məkkəyə qayıtsa da, Məkkədə davam edən zülmə görə bu dəfə Mədinəyə hicrət edir. O, Bədrdən sonra Uhud döyüşündə iştirak etmiş və bu döyüşdə həlak olmuşdur. Bu döyüşdə ordu məkkəlilərin cəbhəsindən geri çəkildikdə geri çəkilməyən və Məhəmmədi qoruyan azsaylı əsgərlərdən biri olmuşdur.
Cəbəl-Şəmmar əmirliyi
Cəbəl-Şəmmar (ərəb. إِمَارَة جَبَل شَمَّر‎) və yaxud Həil əmirliyi, (إِمَارَة حَائِل) həmçinin Rəşidi əmirliyi (إِمَارَة آل رَشِيْد) — 1830-1921-ci illərdə Ərəbistan yarımadasında mövcud olmuş əmirlik. Əmirlik səudların Nəcd sultanlığı tərəfindən süquta uğradılmışdır. Dövlətin paytaxtı Hail şəhəri olmuşdur. Əmirlik Rəşidi sülaləsi tərəfindən idarə edilmişdir. Əmirlik hazırkı Səudiyyə Ərəbistanı, İraq, Küveyt və İordaniya dövlətlərin ərazisini əhatə etmişdir. == Tarixi == 1818-ci ildə misirlilər Səudların Dəriyyə əmirliyini süquta uğratdılar. Səudlardan vassal asılılığında olan Cəbəl-Şəmmar əmirliyində, Əl-Əli və Əl-Rəşid qəbilələri arasında hakimiyyət uğrunda mübarizəsi başladı. 1835-ci ildə Əl-Rəşid qəbiləsi üzvləri Abdulla və Ubeyd qardaşları Cebel-Şəmmarda hakimiyyəti ələ keçirərək Əmir Saleh ibn Abd Muhsini öldürdülər. Eyni zamanda, qardaşlar özlərini hakimiyyət uğrunda mübarizədə onlara kömək edən Səud əmiri I Faysalın vassalı olaraq elan etdilər.
Sərmayə
== Sərmayə == === Sərmayə və ya kapital və ya anavar === İqtisadiyyat elmində mal çıxarmaq üçün istifadə qurğu, fabrik kimi fiziki vasitələrdir. İqtisadiyyat elmindəki sərmayə anlayışı ilə maliyyə elmindəki sərmayə fərqlidir. Maliyyədə, sərmayə anlayışı, fiziki sərmayə üzərindəki mülkiyyət haqqını ifadə edər. Pula çevrilə bilən bon, səhm kimi dəyərlər də sərmayə olaraq qəbul edilir. == Kapital == 1. gəlir gətirmək qabiliyyəti olan hər şey və ya əmtəə xidmətlərin istehsalı üçün insanların yaratdığı resurslar; 2. istehsal vasitələri formasında hər hansı bir işə qoyulan fəaliyyətdə olan mənbə; 3. izafi dəyər, gətirən dəyər öz-özünə artan dəyərdir; 4. investorun, yaxud digər payçıların, şirkətin, müəssisənin aktivində öhdəliklər çıxılmaqla, pul ifadəsində payı; 5. fiziki və hüquqi şəxsin xalis aktivlərinin məcmusu, yəni öhdəlikləri çıxılmaqla ümumi aktivlərin məcmusu; 6.
Səmayə Musayeva
Musayeva Səmayə Məmməd qızı (1 noyabr 1944, Qax rayonu) — Azərbaycan aktrisası. == Həyatı == Musayeva Səmayə Məmməd qızı 1 noyabr 1944-cü ildə Qax rayonunda anadan olmuşdur.1970-ci ildə Azərbaycan Dövlət İncəsənət İnistutunun «Musiqili-komediya aktyorluğu» fakultəsini bitirmişdir. Azərbaycan Dövlət Musiqili Komediya Teatrında əmək fəaliyyətinə başlamışdır. Bir çox televiziya tamaşalarına və kino-filimlərə çəkilmişdir. Teatrda işlədiyi müddət ərzində Fikrət Əmirov «Gözün aydın»da Gülər, Süleyman Ələsgərov, Şıxəli Qurbanov «Milyonçunun dilənçi oğlu»nda Rəqs müəllimi, Oqtay Kazımi, Ramiz Heydər «Qızıl toy»da Ballı, Süleyman Ələsgərov, İsi Məlikzadə «Subaylarınızdan görəsiniz»də Gülxanım, Süleyman Ələsgərovun, İsi Məlikzadə «Hərənin öz ulduzu»nda Xurma, Səid Rüstəmov, Süleyman Rüstəm «Durna»da Lalə, Nisə, Zülfüqar Hacıbəyov «50 yaşında cavan»da Mələk, Süleyman Ələsgərov, Şıxəli Qurbanov “Özümüz bilərik”Səlimə, Səid Rütəmov, Məmməd Səid Ordubadi «Beş manatlıq gəlin»də Səlbi, Şəfiqə Axundova, Novruz Gəncəli “Ev bizim sir bizim” Mələk, Emin Sabitoğlu, Sabit Rəhman “Hicran” Fatı (ikinci qruluş 1993), Vasif Adıgözəlov, Əliağa Kürçaylı “Nənəmin şahlıq quşu” Güllü, Emin Sabitoğlu, Tamara Vəliyeva «Bankir adaxlı»da Ceyran, Ramiz Mustafayev «Volqalı canan»da Təşəkkür, Zakir Bağırov, Şamxal Məcidov “Qaynana”da Mülayim, Vasif Adıgözəlov, Əliağa Kürçaylı “Boşanaq evlənərik” Zeynəb, Sərdar Fərəcov, Rəşad Nuri Güntəkin «Bir günlük siğə»də Ruqiyə, V. Dolidze, A. Saqarelli “Xanuma” Nənə kimi obrazları özünəməxsuz ustalıqla oynamışdır. 2000-ci ildə «Əməkdar artist» fəxri adını almışdır. 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə və 7 may 2020-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Səmayə Piriyeva
Səmayə Piriyeva (tam adı: Səmayə Aslan qızı Piriyeva; 17 iyun 1945, Qazıməmməd) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin I çağırış üzvü; Sabirabad rayonunun İcra Hakimiyyətinin başçısı (1999–2000). == Həyatı == Səmayə Piriyeva 1945-ci il iyunu 17-də Hacıqabul şəhərində anadan olub. M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda və Ali Partiya Məktəbində ali təhsil alıb. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. Səmayə Piriyevanın bir övladı var. == Fəaliyyəti == 1995-ci il noyabrın 12-də baş tutan Parlament seçimlərində 94 nömrəli Hacıqabul-Salyan dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Səmayə Piriyeva I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Səmayə Piriyeva Milli Məclisin Yerli özünüidarəetmə məsələləri Daimi Komissiyasının və Azərbaycan—Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.Səmayə Piriyeva Azərbaycan Prezidenti Heydər Əliyevin 28 iyun 1999-cu il tarixli 180 nömrəli Sərəncamı ilə Sabirabad rayonunun icra başçısı vəzifəsinə təyin edilib. 1.1 il sonra isə o, Heydər Əliyevin 29 iyul 2000-ci il tarixli 490 nömrəli Sərəncamı ilə Sabirabad rayonunun icra başçısı vəzifəsindən azad edilib.
Səmayə Quliyeva
Səmayə Əli qızı Quliyeva — Sovet Azərbaycan patofizioloqu, tibb elmləri doktoru, professoru, Azərbaycan SSR əməkdar həkimi. == Həyatı == Səmayə Quliyeva 1 iyun 1927-ci ildə Bakı, Azərbaycanda doğulmuşdur. Ə. Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun patofiziologiya kafedrasının müdiri olaraq çalışmışdır. Tədqiqatı, əsasən, allergiyaya, eksperimental onkologiyaya və Naftalan nefti probleminə həsr olunmuşdur. Respublika Patofizioloqlar Cəmiyyətinin sədri də olmuşdur.
Səmayə Sadıqova
Səmayə Seyfulla qızı Sadıqova — aktrisa. == Həyatı == Səmayə Sadıqova M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında işləməyə başlayıb. 1955-ci ildən 1977-ci ilə kimi bu teatrın səhnəsində çox sayda tamaşada rol alıb. 1995-2000-ci illərdə S.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. 2000-ci ildən Bakı Bələdiyyə Teatrında fəaliyyət göstərir. Sumqayıt Dram Teatrında çalışdığı illərdə ona "Əməkdə fərqlənmə"yə görə medalı və Azərbaycan SSR Əməkdar artisti fəxri adı verilmişdir. 1993-cü ildə Aqşın Babayevin "Oğul" tamaşasında yaratdığı Ana obrazına görə ilin ən yaxşı aktrisası olub, Teatr Xadimlər ittifaqının təsis etdiyi "Qızıl Dərviş" mükafatına layiq görülüb.
Səmayə Əliyeva
Səmayə Əliyeva (1934 və ya 1937, Tütəpeştə, Lənkəran rayonu – 18 oktyabr 2013, Lənkəran) — Sosialist Əməyi Qəhrəmanı (1966); Azərbaycan prezidentinin fərdi təqaüdçüsü (2002-ci ildən). == Həyatı == Səmayə Dadaş qızı Əliyeva 1934-cü ildə Lənkəranın Tütəpeştə kəndində anadan olmuşdur. Kənd məktəbini bitirdikdən sonra sıravi kolxozçu kimi əmək fəaliyyətinə başlamışdır. Lənkəran Kənd Təsərrüfatı Texnikumunda təhsil almışdır. Rayondakı Dövlət Maşın Sınaq Stansiyasında manqa başçısı, briqadir və sahə aqronomu vəzifələrində çalışmışdır. 1966-cı ildə çaybecərmə sahəsində göstərdiyi yüksək nəticələrə görə ona Sosialist Əməyi Qəhrəmanı fəxri adı verilib. Bir neçə çağırış SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Dəfələrlə ÜLKGİ və Azərbaycan Kommunist Partiyası qurultaylarının nümayəndəsi, Azərbaycan KP MK-nın üzvü olub. Səmayə Əliyeva 2002-ci ildən Azərbaycan prezidentinin fərdi təqaüdçüsü idi. 2013-cü ilin oktyabr ayında Lənkəranda vəfat etmişdir.
Səmimə Laçın
Səmimə Laçın — Tanınmış Azərbaycan aktrisası. == Həyatı == Səmimə Sabir qızı Səlimova 30 iyun 1972-ci ildə Laçın şəhərində anadan olub. Bərdə şəhər 3 saylı orta məktəbini bitirib. 1990-1995-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr rejissorluğu fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2014-cü ildən "Turan" teatr- studiyasının yaradıcısı və rəhbəridir. Geniş tamaşaçı kütləsinə Məhkumlar (film, 2012) serialındakı Tünzalə obrazı ilə tanışdır. Ailəlidir, üç övladı var. == Filmoqrafiya == Məhkumlar (film, 2012) – Tünzalə Toy gecəsi (film, 2013) - Cəvahir Göyçək fatimə (film, 2014 – Xavər Sevgi naminə (film, 2015) - Nara. Taksi parkı (film, 2014 –Zinyət Tək olanda qorxma...
Əs-Səlamə
Əs-Səlamə (ərəb. السلامة‎) — Suriyada, Hələb mühafəzəsində Əzaz məntəqəsinin Əzaz nahiyəsində kənd. Kəndin əvvəlki adı "Sucu"dur. 2004-cü il siyahıyaalınmasına əsasən kəndin əhalisi 269 ailədə 728 nəfəri kişilər və 680 nəfəri qadınlar olmaqla cəmi 1.408 nəfərdir. Kəndin əhalisini türkmanlar təşkil edir. Kənd Hələb şəhərindən 45 km şimalda, Əzaz şəhərindən şimali–şərqdə, Suriya–Türkiyə sərhəd xəttinə olduqca yaxın (2–3 km) ərazidə, dəniz səviyyəsindən təqribən 560–570 metr hündürlükdə yerləşir. == İstinadlar == == Xarici keçidlər == Sucu (hazırda əs–Səlamə) kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində (1953-cü il). Miqyas 1 sm–də 1 km (1: 100 000) (rus.) Sucu (hazırda əs–Səlamə) kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində.
Əs-Səmavə
Əs-Səmavə (ərəb. السماوة‎) — İraqın Müsənna mühafəzəsində şəhər.
Riyad Səlamə
Riyad Tofiq Səlamə (ərəb. رياض توفيق سلامة‎ Riyāḍ Tawfīq Salāma; 17 iyul 1950, Əntilyas, Cəbəl Lübnan mühafəzəsi[d]) — 1993-cü ilin aprelindən 2023-cü ilin iyuluna qədər vəzifədə olmuş Livanın mərkəzi bankının keçmiş rəhbəri. 2012-ci ildə Beynəlxalq Global Finance təşkilatı bütün dünya üzrə mərkəzi bankların rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən, ona aşağı qiymət olan, "C" qiymətini vermişdir.