Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zəngulə
Zəngulə - (hərf. far. – zınqırov, xırda zəng, cınqral) Yaxın Şərq xalqları klassik musiqisinin əsasını təşkil edən 12 muğamdan doqquzuncusu. Azərbaycan vokal musiqi yaradıcılığında geniş istifadə olunan bəzək və zinət priyomlarından biri. Xanəndə və aşıq ifaçılığında avazın yekrəng səslənməsi və dinləyiciyə daha artıq xoş gəlməsi üçün oxunan muğam, qoşma və sairənin melodiyasında təğənni olunan ayrı – ayrı səsin yüksəliyi etibarı ilə ona ən yaxın qonşu səslər ilə növbələndirilməsi.
Səfqulu Orucov
Orucov Səfqulu Əziz oğlu — azərbaycanlı mühəndis, Xəzər dənizində ilk üzən qurğunu Hollandiyadan gətirən mühəndislər dəstəsinin rəhbəri. Səfqulu Orucov 5 sentyabr 1930-cu ildə Bərdə rayonunun Qaradırnaq kəndində anadan olmuşdur . 1955-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Neft Akademiyası) dağ-mədən mühəndisliyi ixtisası üzrə bitirdikdən sonra "Xəzərdənizneftkəşfiyyat" trestinin 1 №-li Qazma Kontorunda əmək fəaliyyətinə başlamışdır. 1976-cı ilədək həmin trestdə müxtəlif vəzifələrdə çalışmış, qazmaçı köməkçisindən baş mexanik vəzifəsinədək yüksəlmişdir. 1970-ci ildə V.İ.Leninin anadan olmasının "100 illiyi" münasibətilə əməkdə fərqlənməyə görə medalla təltif edilmişdir. 1967-ci ildə Hollandiyada və AFR-də, 1980-ci ildə Yaponiyada, 1985-ci ildə isə Polşa Xalq Respublikasında xidməti ezamiyyətlərdə olmuşdur. 1988-ci ildə Sualtı-Texniki İşlər və Dənizin Neftlə Çirklənməsindən Mühafizəsi üzrə İxtisaslaşdırılmış İdarəsinə (indiki XDDQXİİ) rəis təyin edilmişdir. Xəzər dənizində ilk üzən qurğunu Hollandiyadan gətirən mühəndislər dəstəsinin rəhbəri olmuşdur. Dənizdə neft çıxarılması ilk dəfə SSRİ-də 1947-ci ildə Xəzər dənizindəki Neft daşlarında həyata keçirilmişdir. Lakin 1967-ci ilə kimi Xəzər dənizinin 30 metrə qədər dərinliyinə dəmir özəl atıb onun üzərinə qüllə qoymaqla dərinliyi 3 000 metrə qədər olan neft quyuları qazılırdı.
Sequla adası
Lopi adası (ing. Segula Island, aleut. Чиӷуляҳ) — Aleut adaları qrupuna, Sıçovul adalarına daxil olan kiçik ada. Kiska adasından 24 km şərqdə yerləşir. Dairəvi formaya malikdir. Diametri 6–7 km arasında dəyişir. Adada eyni adlı vulkan yerləşir. Burada təmizçilərə aid iri bir koloniya vardır.