ZƏNGULƏ

is. [ fars. ] Azərbaycan klassik musiqisində: 12 əsas muğamdan biri.
Əsas muğam bunlar idi: üşşaq, nəva, … zəngulə və hicaz. Ü.Hacıbəyov.

// Hər bir xanəndəyə xas olan iki qonşu tonun tez təkrarından əmələ gələn titrək səs. Zəngulə ilə oxumaq.
– Könüllər dillənir zənguləsində; Hər təzə havaya təzə söz seçir. H.Hüseynzadə.

□ Zəngulə vurmaq – oxuyarkən bu cür səslər çıxarmaq (xanəndənin oxumaq xüsusiyyəti).
[Suraxanski:] Hansı məşhur xanəndə, Qaryağdıoğlundan başlamış, mənim kimi zəngulə vura bilər? Ə.Haqverdiyev.
Hətta [Fərəc] zəngulə vuranda uşaqlar bir-birinə baxıb dişlərini ağardırlardı. Qantəmir.
O, sazın zil pərdəsini dilləndirir və o zamanın ən məşhur xanəndəsi olan Keçəçioğlunun zəngulələrini düzgün vurmağa çalışırdı. A.Şaiq.

Etimologiya

  • ZƏNGULƏ Zəng sözü ilə bağlıdır. Əsl mənası “колокольчик” olub. İndi mənası dəyişib və mahnı oxumaqla əlaqədar işlənir
ZƏNGŞƏKİLLİ
ZƏNGVARİ
OBASTAN VİKİ
Zəngulə
Zəngulə - (hərf. far. – zınqırov, xırda zəng, cınqral) Yaxın Şərq xalqları klassik musiqisinin əsasını təşkil edən 12 muğamdan doqquzuncusu. Azərbaycan vokal musiqi yaradıcılığında geniş istifadə olunan bəzək və zinət priyomlarından biri. Xanəndə və aşıq ifaçılığında avazın yekrəng səslənməsi və dinləyiciyə daha artıq xoş gəlməsi üçün oxunan muğam, qoşma və sairənin melodiyasında təğənni olunan ayrı – ayrı səsin yüksəliyi etibarı ilə ona ən yaxın qonşu səslər ilə növbələndirilməsi.

Digər lüğətlərdə