Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Separatçı
Separatizm, hər hansı bir mədəni, etnik, qəbilə, dini, irqi qrupun ümumi sərhədlərindən ayrı olan muxtariyyət və ya muxtariyyət tələbini ehtiva edən bir termin. Separatizm — istənilən formada dövlətin və cəmiyyətin fundamental əsaslarını sarsıtmaqla, ölkənin milli təhlükəsizliyinə ciddi təhlükə mənbəyi ola bilən fəaliyyətdir.
Separatçı kababçılar
Separatçı kababçılar (türk. Bölücü kebapçılar) — Dövlət Baxçalının çıxışlarının birində kabab satıcıları və məhsullarına yüksək qiymətlər qoyaraq "terrora dəstək verən" digər satıcıları təsvir etmək üçün istifadə etdiyi ifadə. Bu çıxış sosial şəbəkə istifadəçiləri tərəfindən lağa qoyulmuşdur. == Çıxış == Dövlət Baxçalı çıxışında Türkiyədə bahalaşmanı və işsizliyi tənqid etmiş və məsuliyyəti satıcıların üzərinə atmışdır. Çıxış belədir: == Reaksiyalar == Gələcək Partiyasının sədri Əhməd Davudoğlu çıxışına "simit və avtomobil satıcıları Baxçalının növbəti hədəfinin kimin olacağı ilə bağlı narahatdırlar" demişdir. CHP-dən olan millət vəkili Çingiz Göyçəl çıxışı tənqid edərək demişdir ki ki, "valyutanın alıcılıq qabiliyyətinin azalmasına və işsizliyin artmasına səbəb olanlar əsl terrorçulardır". Bu çıxış "Twitter"də də geniş reaksiyaya səbəb olmuşdur.
Separatçı hərəkatların siyahısı
Bu siyahıda yer alan separatçı hərəkatlar aktiv fəaliyyət göstərmiş və göstərməyə davam edən ayrılıqçı və muxtariyyətçi hərəkatları əhatə edir.
Dağlıq Qarabağda erməni separatçı rejim
Qondarma Dağlıq Qarabağ Respublikası (erm. Լեռնային Ղարաբաղի Հանրապետություն, translit. Lernayin Ğarabaği Hanrapetut’yun) və ya rejimin özünü adlandırdığı kimi Artsax Respublikası (erm. Արցախի Հանրապետություն; — Beynəlxalq hüquqa əsasən Azərbaycan Respublikasına aid, Cənubi Qafqazda dənizə çıxışı olmayan və Ermənistan Respublikası, Rusiya Federasiyası və Erməni Diasporunun hərbi, siyasi və maliyyə dəstəyi ilə qurulmuş, BMT-yə üzv olan heç bir dövlət tərəfindən müstəqilliyi tanınmayan keçmiş dövlət. 1991-2024-cü illər arasında tanınmamış respublika keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bəzi hissələrinə, o cümlədən mərkəz Xankəndinə nəzarət edirdi. Onun Ermənistana yeganə quru yolu eni 5 km olan Laçın dəhlizindən keçirdi. Rəsmi olaraq 10 noyabr 2020-ci ildə üçtərəfli atəşkəs bəyannaməsinə əsasən böyük hissəsində Azərbaycan Respublikası suveren nəzarəti bərpa etmişdir, bir hissəsinə isə Rusiya sülhməramlı qüvvələri nəzarət edir. 28 sentyabr 2023-cü ildə, qondarma respublikanın "prezidenti" Samvel Şahramanyanın imzaladığı fərmana əsasən, 1 yanvar 2024-cü ildən etibarən idarə fəaliyyətində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilir və qondarma rejim fəaliyyətini dayandırır. == Qondarma rejimin elanı == 10 dekabr 1991-ci ildə azərbaycanlıların boykot etdiyi və yalnız ermənilərin qatıldığı referendum nəticəsinə görə "müstəqillik qərarı" alınmış və 6 yanvar 1992-ci ildə də "müstəqillik" rəsmən elan edilmişdir. Lakin Ermənistan Respublikası daxil, heç bir ölkə və ya beynəlxalq qurum qondarma rejimin müstəqilliyini tanımamışdır.
Səfəvilərin Avropa səfarəti (1599–1602)
Səfəvilərin Avropa səfarəti (1599–1602) — Şah I Abbas tərəfindən Osmanlı imperiyasına qarşı Avropadakı bəzi qüvvələr ilə müttəfiq olmaq üçün göndərilmiş diplomatik heyət. Demək olar ki, yarandıqları ilk dönəmdən etibarən Səfəvi imperiyası Osmanlı imperiyası ilə müharibə vəziyyətində idi. Müharibə fasilələrlə bir əsrə yaxın idi ki, davam etməkdə idi. Sonuncu dəfə 1590-cı ildə imzalanmış İstanbul müqaviləsi Səfəvilər üçün ağır şərtlərlə imzalanmışdı və I Abbas itirdiyi torpaqları geri qaytarmaq barədə planlar qurmaqda idi.Heyətin qarşısında qoyulmuş ən böyük məqsəd Osmanlıya qarşı Səfəvi imperiyası ilə ittifaq bağlayacaq, onunla eyni zamanda Osmanlı imperiyasına müharibə elan edəcək qüvvələr tapmaq idi. == Plan == Səfarət heyəti bir səfirdən və onun 4 katibindən ibarət idi. Heyətin səfiri Hüseynəli bəy Bayat, onun birinci katibi Oruc bəy, onun oğlu Sultanəli bəy, Hüseyn Əli bəyin qardaşı oğlu Əliqulu bəy və başqa iki nəfərdən ibarət idi. Heyətə ingilis macərapərəst Ser Antoni Şirli idi. O, 1599-cu ilin mayında 25 nəfər başqa ingilislə birlikdə Venesiyadan gəlmiş və Şah I Abbasın sevimlisi olmuşdu. Buna qədər də, İngiltərə ilə Səfəvilər arasında bir neçə əlaqə olmuşdu. Bu əlaqə Kraliça I Yelizavetanın 1562-cı ildə göndərilmiş səfiri Entoni Cenkinson vasitəsiylə olmuşdur.Heyətin 8 Avropa sarayına səfər etmələri planlanırdı.
Səfəvilərin Avropa səfarəti (1609–1615)
Səfəvilərin Avropa səfarəti (1609–1615) — Səfəvi şahı Şah I Abbas tərəfindən 1609-cu ildə Avropaya göndərilmiş elçilik nəzərdə tutulur. Diplomatik nümayəndə heyətinin göndərilməsində məqsəd Osmanlı imperiyasına qarşı Avropa dövlətlərinin dəstəyini qazanmaq idi. Heyətə ingilis olan Robert Şirli rəhbərlik etmişdir. == Arxa plan == Səfəvi imperiyası artıq bir əsrə yaxın idi ki, Osmanlı imperiyası ilə müharibə vəziyyətində idi, beləliklə onlar Osmanlı imperiyasına qarşı Avropanın dəstəyini qazanmaq üçün cəhd etmək qərarına gəldilər. Ərazi üzərində düşmənlikdən əlavə olaraq, Osmanlı ilə Səfəvi imperiyaları arasında dini zəmində olan düşmənçilik də mövcud idi. Beləki, Səfəvi imperiyası şiəliyin müdafiəçiləri kimi çıxış edirdilərsə, Osmanlı imperiyası da sünniliyin müdafiəçiləri kimi çıxış edirdilər. Səfəvilər xüsusilə Katolik Avropanın (Habsburqlar, İtaliya və İspaniya) dəstəyini qazanmaqla, Fransa-Osmanlı yaxınlaşmasını balanslamaq niyyətində idilər. Bu zaman Səfəvi imperiyası Osmanlı imperiyası ilə müharibə vəziyyətində idilər. Bu müharibə 1603-1618-ci illərdə davam etmişdir. Bu səfarət heyəti Səfəvilərin 1599-1602 Avropa səfarətinin ardı mahiyyətindədir.