NƏZARƏTÇİ

is. Nəzarət edən, baxan: vəzifəsi bir şeyə nəzarət etmək olan; baxıcı.
[Pristav] kəndə gəlib Əhmədlə söhbət elədiyi ilk andan ondan şübhələnmiş və qərara almışdı ki, şəhərə qayıdan kimi onun adını şübhəli adamlar siyahısına yazsın, ayrıca bir qovluq düzəltsin və Əhmədin üzərinə nəzarətçi qoysun. İ.Şıxlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • NƏZARƏTÇİ 1. NƏZARƏTÇİ, KONTROLÇU, KONTROLYOR, MÜFƏTTİŞ (bax), TƏFTİŞÇİ 2. nəzarətçi bax gözətçi
NƏZARƏT
NƏZARƏTÇİLİK

Digər lüğətlərdə