Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gərmsar
Gərmsar (fars. گرمسار‎, Gərmsār) — İranın Simnan ostanında yerləşən şəhər. == Ümumi məlumat == Paytaxt Tehranın 82 km. cənubi-şərqində olan şəhərin 2005-ci ildə əhalisi 76.619 nəfərdir. İranın ən böyük çölü olan Kəbir çölündə yerləşir. Ölkənin 6-cı və indiki prezidenti Mahmud Əhmədinejad bu şəhərə bağlı olan Aradan kəndində doğulmuşdur. Şəhər və çevrəsinin dolanışıq qaynağı əkinçilikdir. Gərmsar qovunları ilə məşhurdur.
Gərmsar şəhristanı
Gərmsar şəhristanı — İranın Simnan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Gərmsar şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 77,676 nəfər və 21,706 ailədən ibarət idi.
Hüma Sərşar
Hüma Sərşar-İran yəhudilərindən olan və 1979-cu il İran İslam İnqilabından sonra ABŞ da sakin olan yazıçı və jurnalist.
Şəmmar
Şəmmar (ərəb. شمر‎) — ərəb qəhtani qəbilə konfederasiyası. Bəni Tay ərəb qəbilə birliyinə mənsubdur. Şəmmar qəbiləsinin Bəni Tay qəbiləsindən olan əcdadları II əsrdə Yəməndən köçüb Nəcd yaylasının şimalında məskunlaşaraq Bənu Əsəd və Bənu Təmim qəbilələrini oradan sıxışdırıb çıxarmışdılar. 630-cu ilin iyulunda Bəni Tay qəbiləsi Məhəmməd peyğəmbərin tərəfdarları tərəfindən tabe edilmiş və islamlaşdırılmışdır. Şəmmar etnonimi tarixi mənbələrdə XIV əsrdən tapılmış və tayfanın şərəfinə Əcə və Səlma əkiz dağları yeni ad almışdır – Cəbəl-Şəmmar. XII əsrdə Şammar qəbiləsinin əhəmiyyətli bir hissəsi Ərəbistandan İraqa köçərək onun Mosula qədərşimal bölgələrini işğal etmiş, qəbilənin Ərəbistanda qalan hissəsi isə Həil ərazisində yaşayırdı. Şəmmar qəbiləsinə uzun müddət əl-Əli qəbiləsindən olan şeyxlər və əmirlər rəhbərlik edirdi. XIX əsrin əvvəllərində mərkəzi Həil şəhərində olan Cəbəl-Şəmmar əmirliyi qurulmuşdur. 1835-ci ildə Ər-Rəşid sülaləsi əmirliyi və qəbiləni ələ keçirmişdi.
Əmsar
Amsar — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. == Tarixi == XIX əsrin birinci yarısında Quba xanlığına daxil idi. Məşhur tarixçi, alim, şair, yazıçı, pedaqoq və ictimai xadim Abbasqulu ağa Bakıxanov gənclik illərində və hərbi qulluqdan istefaya çıxdıqdan sonra burada yaşamışdır. == Toponimikası == Amsar/Əmsar oyk., sadə. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Ağçayın sahilində, dağətəyi düzənlikdədir. Tədqiqatçıların fikrincə, oykonim ərəb mənşəli əmsar (mesr sözünün cəmi) "böyük şəhər, ölkə"; "böyük yaşayış məntəqəsi" sözü ilə bağlıdır. Görünür, Ərəb xilafəti dövründə yaşayış məntəqəsi başqalarına nisbətən böyük və əhalisi çox olduğuna görə onu Amsar (Əmsar) adlandırmışlar. == Mədəniyyəti == Kənddə Abbasqulu Ağa Bakıxanovun Ev-Muzeyi, bir mədəniyyət evi, iki orta məktəb, bir uşaq bağçası vardır.
Nəcəfqulu xan Qaradağlı (Sərşar)
Nəcəfqulu xan (Əhər, Şərqi Azərbaycan ostanı – 1813) — Toxmaqlı oymağının məşhur simalarından biri. Qaradağ xanı (1783-1786). Kazım xan Qaradağlının oğlu. == Həyatı == Əhər şəhərində doğulub. Mükəmməl saray təhsili almışdı. Nəcəfqulu xan bir müddət qardaşı Mustafaqulu xanın əvəzinə xanlıq etmişdi. Mustafaqulu xan zindandan çıxdıqdan sonra onu tutdurub Şuşa qalasına göndərmişdi. Bir müddətdən sonra zindandan azad olunub Qaradağa qayıtdı. 1791-ci ildə qardaşı tərəfindən Ağaməhəmməd xana girov verildi. Nəcəfqulu xan sonralar Ağaməhəmməd şah Qovanlı-Qacarın yaxın adamlarından birinə çevrildi.
Şəmsir (Meşkinşəhr)
Şəmsir (fars. شمسير‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 255 nəfər yaşayır (53 ailə).
Hermsir
Hermsir — Oman körfəzi və Hörmüz boğazı sahil boyu ərazilərdə uzanan, eni 80 km, uzunluğu isə 1500 km təşkil edən səhra. Səhra İran və Pakistanın sahilboyu ərazilərini əhatə edir. Səhra Zaqros və Mekran silsiləsi ilə sahil boyunca yerləşir. Ərazisində qumdan ibarət olan relyef formaları ilə örtülüdür. İqlimi tropikdir. Cask şəhərində orta temperatur yanvarda 19,4 °C, iyulda isə 32,5 °C təşkil edir. İl ərzində 120 mm yağıntı düşür. Yağıntının böyük qismi qışda düşür. Sahil ərazilərində bataqlıq və şoranlıqlara rast gəlinir. Qışda yağan yağıntı burada efemerli ot bitkilərinin bitkəsinə imkan verir.
Səhmdar
Səhmdar — dövlət və ya özəl şirkətdə bir və ya daha çox hissənin qanuni sahibi olan şəxs və ya təşkilatdır. Bir səhmdarın iş sahəsindəki təsiri, sahiblik payı faizi ilə təyin olunur. Şirkətin səhmdarları qanuni olaraq şirkətin özündən ayrıdırlar və ümumiyyətlə, şirkətin borclarına görə məsuliyyət daşımırlar. == Hüquqları == Səhmdarların hüquqlarını aşağıdakı kimi təsnifatlaşdırmaq olar: Dividend almaq hüququ; Ümumi yığıncaqda iştirak hüququ; Səsvermə hüququ; Seçmək və seçilmək hüququ; Məlumat əldə etmək hüququ; Səhmlərin geri satın alınmasını tələb etmək hüququ; Əlavə buraxılan səhmlərin alınmasında üstünlük hüququ; Cəmiyyətin fəaliyyətinin yoxlanılmasını tələb etmək hüququ; Cəmiyyətin ləğvindən sonra qalmış əmlakı əldə etmək hüququ. == Maraqlarının müdafiəsi == Səhmdarların maraqlarının müdafiəsinin dövlət forması aşağıdakı müdafiə üsullarını özündə ehtiva edir:1. Mülki-hüquqi; 2. İnzibati-hüquqi; 3. Cinayət-hüquqi.
Sərkar
Sərkar (Samux) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Sərkar (Samux) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd.
Şərşal
Şərşal (ərəb. شرشال‎) — Əlcəzairdə, Tipaza vilayətinin ərazisində liman şəhəri. Paytaxt Əlcəzairdən 90 km aralıda yerləşir. == Tarixi == Əvvəlcə şəhər İol adlanırdı. Mavritaniya çarı II Yuba onu imperatorun şərəfinə Qeysəriyyə adlandırmışdır. İmperator Klavdinin dövründə Mavritaniya Roma əyalətinə çevrilmiş, beləliklə şəhər Roma koloniyası olmuşdur. İkinci Dünya müharibəsi zamanı, 1942-ci il oktyabrın 21–22-də burada "Məşəl" əməliyyatının planlaşdırılması üzrə İngiltərə–Fransa konfransı keçirilmişdir. == Qalereya == == Ədəbiyyat == Кесария // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб..
Cəbəl-Şəmmar əmirliyi
Cəbəl-Şəmmar (ərəb. إِمَارَة جَبَل شَمَّر‎) və yaxud Həil əmirliyi, (إِمَارَة حَائِل) həmçinin Rəşidi əmirliyi (إِمَارَة آل رَشِيْد) — 1830-1921-ci illərdə Ərəbistan yarımadasında mövcud olmuş əmirlik. Əmirlik səudların Nəcd sultanlığı tərəfindən süquta uğradılmışdır. Dövlətin paytaxtı Hail şəhəri olmuşdur. Əmirlik Rəşidi sülaləsi tərəfindən idarə edilmişdir. Əmirlik hazırkı Səudiyyə Ərəbistanı, İraq, Küveyt və İordaniya dövlətlərin ərazisini əhatə etmişdir. == Tarixi == 1818-ci ildə misirlilər Səudların Dəriyyə əmirliyini süquta uğratdılar. Səudlardan vassal asılılığında olan Cəbəl-Şəmmar əmirliyində, Əl-Əli və Əl-Rəşid qəbilələri arasında hakimiyyət uğrunda mübarizəsi başladı. 1835-ci ildə Əl-Rəşid qəbiləsi üzvləri Abdulla və Ubeyd qardaşları Cebel-Şəmmarda hakimiyyəti ələ keçirərək Əmir Saleh ibn Abd Muhsini öldürdülər. Eyni zamanda, qardaşlar özlərini hakimiyyət uğrunda mübarizədə onlara kömək edən Səud əmiri I Faysalın vassalı olaraq elan etdilər.
Səhmdar cəmiyyət
Səhmdar cəmiyyəti — nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş kommersiya təşkilatıdır. Sahibkarlıq fəaliyyətinin bu təşkilati-hüquqi formasının fərqləndirici xüsusiyyəti nizamnamə kapitalının emissiya qiymətli kağızlar – səhmlər hesabına formalaşmasıdır. Bu zaman səhmdar cəmiyyətinin iştirakçısı olan hər bir səhmdar müəyyən sayda səhmə sahib olur. Səhmdarlar, şirkətin mövcudluğuna heç bir təsiri olmadan səhmlərini başqa səhmdarlara ötürə bilirlər.Səhmdarın cəmiyyətin tərkibindən ayrılması ona aid olan mülkiyyətin və ya onun pul ekvivalentinin verilməsi ilə yox, yalnız ona məxsus olan səhmlərin özgəninkiləşdirilməsi ilə mümkündür. Müasir korporativ hüquqda səhmdar cəmiyyəti inkorporasiya və məhdud məsuliyyət anlayışları ilə əlaqədə işlədilir. Buna görə də səhmdar cəmiyyətləri ümumən korporasiyalar və məhdud məsuliyyətli şirkətlər kimi qəbul olunur. Bəzi dövlətlərin yurisdiksiyalarında səhmdar cəmiyyətlərinin məhdud məsuliyyət olmadan da qeydiyyatdan keçməsi mümkündür. Böyük Britaniya və başqa dövlətlərdə belə şirkətlər qeyri-məhdud şirkətlər (ing. unlimited company) kimi fəaliyyət göstərirlər. ABŞ-də isə sadəcə səhmdar cəmiyyətləri adlanırlar.
Səhmdar cəmiyyəti
Səhmdar cəmiyyəti — nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş kommersiya təşkilatıdır. Sahibkarlıq fəaliyyətinin bu təşkilati-hüquqi formasının fərqləndirici xüsusiyyəti nizamnamə kapitalının emissiya qiymətli kağızlar – səhmlər hesabına formalaşmasıdır. Bu zaman səhmdar cəmiyyətinin iştirakçısı olan hər bir səhmdar müəyyən sayda səhmə sahib olur. Səhmdarlar, şirkətin mövcudluğuna heç bir təsiri olmadan səhmlərini başqa səhmdarlara ötürə bilirlər.Səhmdarın cəmiyyətin tərkibindən ayrılması ona aid olan mülkiyyətin və ya onun pul ekvivalentinin verilməsi ilə yox, yalnız ona məxsus olan səhmlərin özgəninkiləşdirilməsi ilə mümkündür. Müasir korporativ hüquqda səhmdar cəmiyyəti inkorporasiya və məhdud məsuliyyət anlayışları ilə əlaqədə işlədilir. Buna görə də səhmdar cəmiyyətləri ümumən korporasiyalar və məhdud məsuliyyətli şirkətlər kimi qəbul olunur. Bəzi dövlətlərin yurisdiksiyalarında səhmdar cəmiyyətlərinin məhdud məsuliyyət olmadan da qeydiyyatdan keçməsi mümkündür. Böyük Britaniya və başqa dövlətlərdə belə şirkətlər qeyri-məhdud şirkətlər (ing. unlimited company) kimi fəaliyyət göstərirlər. ABŞ-də isə sadəcə səhmdar cəmiyyətləri adlanırlar.
Sərəşbar (Xudabəndə)
Sərəşbar (fars. سرشبار‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 273 nəfər yaşayır (49 ailə).
İnstitusional səhmdar
İnstitusional səhmdar (ing. institutional investor) — fond sahibi (töhfə, pay şəklində) sahibi kimi fəaliyyət göstərən və mənfəət əldə etmək üçün qiymətli kağızlara, daşınmaz əmlaka (daşınmaz əmlak hüququ daxil olmaqla) investisiya qoyan bir hüquqi şəxs. İnstitusional investorlara investisiya fondları, pensiya fondları, sığorta təşkilatları, kredit ittifaqları (banklar) daxildir. İnstitusional investorlar, Nyu-York Fond Birjasında ticarətin təxminən yarısını təmin edirlər, ümumiyyətlə böyük hissə bloklarında ticarət edirlər. Amerika Birləşmiş Ştatları nitelikli bir institusional investor anlayışı var. İnstitusional investorlar müasir qiymətli kağızlar bazarının ən vacib oyunçularından biridir və 1980-ci illərin sonlarından bəri xüsusilə aktivdirlər. İnstitusional investorların artan əhəmiyyəti, bir tərəfdən, qiymətli kağızlar bazarlarında ayrı-ayrı investorların bu bazarlara girişinin əhəmiyyətli dərəcədə sadələşdirilməsi, şəbəkə strukturlarının çoxalması, maliyyə əməliyyatlarının ümumi inkişafı və bütövlükdə maliyyə bazarının daha yüksək etibarlılığı kimi yeni tendensiyalarla asanlaşdırıldı; Digər tərəfdən, dünyanın bir çox ölkəsində əhalinin gəlirlərində artım əmanətə investisiya qoymaq üçün bir motivasiya yaratmışdır. İnstitusional investorlar, lazımi peşəkar bacarıq və təcrübənin olmaması səbəbindən fərdi investorların təmin edə bilmədikləri investisiya mənbələrinin daha səmərəli idarə edilməsini təklif edirlər. Bu idarəetmə, fərdi investorların vəsaitlərini maliyyə bazarının müxtəlif alətlərinə yatıraraq risklərin şaxələndirilməsini təmin edir. Bundan əlavə, kiçik investorların əmanətlərini toplayan institusional investorlar əhəmiyyətli mənbələr toplayırlar ki, bu da qiymətli kağızlar bazarındakı əməliyyatların xərclərini azaltmağa imkan verir.
Ağbulaq (Sərdar)
Ağbulaq-Sərdar - İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mahnişan şəhristanının Ənquran kəndistanında, Mahnişan şəhərindən 28 km cənub-qərbdədir.
Aşıq Şəmşir
Aşıq Şəmşir (əsl adı: Şəmşir Qurban oğlu Qocayev; 15 mart 1893, Dəmirçidam, Cavanşir qəzası – 10 fevral 1980, Kəlbəcər rayonu) — Azərbaycan aşığı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1963). == Həyatı == Aşıq Şəmşir 15 mart 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Ağdabanlı Qurban Aşıq Ələsgərin müasiri və dostu idi. Sənətkar ailəsində doğulan Şəmşir çox keçmədən el yığıncaqlarında tanınmağa başladı. Miskin Abdal nəslinin davamçısı olan Dədə Şəmşiri bütün Azərbaycana daha yaxından tanıdan böyük Səməd Vurğun olub. İstisu yaylaqlarında istirahət edən görkəmli şair günlərin birində özünəməxsus səsi, sözü və çalğısı olan bir ozanla — Aşıq Şəmşirlə tanış olur və ona məşhur qoşmasını həsr edir. Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaratmışdı. Onun 40-dan artıq şəyirdi vardı. Aşıq Qardaşxanın, Qəmkeş Allahverdinin, Aşıq Xalıqverdinin və bu gün çoxlarının yaxşı tanıdığı onlarla saz-söz sənətkarlarının yetkinləşməsində, kamilləşməsində Aşıq Şəmşir məktəbinin əvəzsiz rolu olub. Bu məktəb təkcə aşıq sənətinə deyil, ümumən saz-söz sənətinə təsir göstərməklə Bəhmən Vətənoğlu, Sücaət kimi şairlərin yetişməsinə münbit zəmin yaradıb.
Ceyms Şerman
Ceyms Şerman (ing. James Schoolcraft Sherman ) — ABŞ-nin Nyu Yorkdan olan nümayəndəsi və 1909-1912-ci illərdə, Uiliam Hovard Taftın prezidentliyi dövründə 27-ci vitse-prezident olmuşdur. Şerman tarixdə ofisində həyatını itirən son vitse-prezident kimi yadda qalmışdır.
Samsar dağı
Samsar dağı — Samsar silsiləsində dağ.
Samsar silsiləsi
Samsar silsiləsi (gürc. სამსრის ქედი) — Gürcüstanda dağ silsiləsi. == Zirvələri == Dəlidağ — hündürlüyü 2929 m Samsar dağı — hündürlüyü 3284.7 m Qaraquzey dağı — hündürlüyü 2670.1 m Böyük Əbül dağı — hündürlüyü 3300.5 m Kiçik Əbül dağı — hündürlüyü 2799.8 Koroğlu dağı — hündürlüyü 2921 m İvantəpə — hündürlüyü 2933.4 m == Mənbə == Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство "Санктпетербург: Товарищества "Общественная польза""), Оглавление: Глава I. Топографическое описание поверхности. Горы: Горы Цихе-Джвари, стр.
Serdar Ortaç
Sərdar Ortaç (16 fevral 1970, İstanbul) — Türkiyə musiqiçisi. == Həyatı == Sərdar Ortac 1970-ci ildə fevral ayının 16-da istanbulda dünyaya göz açıb. O, ali təhsilini Ankaranın Bilkənt universitetində alıb. Onun ilk albomu 1994-cü ildə çıxıb və həmin albom 2 milyon nüsxə satılıb. 2004-cü ildə onun "Çarka" adlı albomu satış rekordları vurub. == Ailəsi == Atası Mehmet Ortac 7 iyun 2012-ci ildə şəkər xəstələyindən dünyasını dəyişib.
Sərdar Hacıyev
Sərdar Hacıyev — Kimya elimləri doktoru, professor. == Həyatı == Sərdar Hacıyev Qubadlı rayonunun Xanlıq kəndində 22 aprel 1940-cı ildə anadan olub. 1957-ci ildə Xanlıq orta məktəbini bitirərək Azərbaycan Dövlət Universitetinin Kimya fakkultəsinə daxil olub. 1962-ci ildə oranı bitirərək Leninqrad Universitetinin aspiranturasına qəbul olunmuşdur. 1966-cı ildə "Kükürd və selenin oksigenli birləşmələrinin termodinamikası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək kimya elmləri namizədi adına layiq görülmüş, Bakı Dövlət Universitetinin fiziki və kolloid kimya kafedrasına assisent vəzifəsinə qəbul edilmişdir.1966-1969-cu illərdə həmin kafedrada baş müəllim, 1969-1989-cuillərdə isə dosent vəzifəsində çalışmışdır. 1987-ci ildə Tbilisi Universitetində "IIIa və Va qrup elementlərinin xalkohalogenidlərin sintezinin fiziki-kimyəvi əsasları" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1973-1976-cı illərdə Əlcəzairdə Yüngül Sənaye İnistitutunda fransız dilində elmi pedoqoji fəaliyyətdə olmuş, 1990-cı ildən fiziki və kolloid kimya kafedrasının professoru elmi pedoqoji fəaliyyətdədir. Onun apardığı elmi tədqiqat işləri 11-ə qədər müəlliflik şəhadətnaməsi, patentdə öz əksini tapmışdır. == Təhsili, elmi dərəcə və elmi adları == 1962,kimya fakültəsi,BDU. 1966,k.e.n., „Qeyri-üzvi kimya“ ixtisası . 1987,k.e.d., „Fiziki kimya“ ixtisası .
Sərdar Həmidov
Sərdar Məcid oğlu Həmidov (2 yanvar 1950, Kəlbəcər – 29 fevral 2016, Bakı) — Azərbaycan siyasətçisi və hərbçisi. O, Tərtər ərazi özünümüdafiə batalyonunun sabiq komandanı, Tərtər rayonunun icra başçısı olmuşdur. == Erkən illəri və ailəsi == Sərdar Məcid oğlu Həmidov 1950-ci ildə Kəlbəcərdə anadan olmuşdur. Onun atası Xalq Daxili İşlər Komissarlığı zabiti idi. Həmidovun qardaşı keçmiş daxili işlər naziri İsgəndər Həmidovdur. Sədar Həmidovun oğlu Şəhriyar Məcidzadə jurnalistdir."İstiqlal" qəzeti kimi bəzi mənbədə Həmidovun mənşəcə kürd olduğu iddia edilsə də, qardaşı İsgəndər Həmidov bunu təkzib etmiş və türk əsilli Kolanı tayfasından olduğunu bildirmişdir. == Fəaliyyəti == === Birinci Qarabağ müharibəsi === Sərdar Həmidov Azərbaycan Xalq Cəbhəsinin (AXC) may ayında prezident Ayaz Mütəllibovu devirməsindən sonra Tərtər rayonunun icra başçısı təyin edilmişdir. O, Birinci Qarabağ müharibəsi illərində Tərtər ərazi özünümüdafiə batalyonunun komandanı olmuşdur. Həmidovun xidmətləri nəticəsində rayonun ərazisi erməni dəstələrindən tam şəkildə müdafiə olunmuşdur. Bundan başqa, o, "Ağdərə" əməliyyatında uğur qazanaraq Ağdərənin bir neçə kəndini, o cümlədən Şıxarxı Tərtərin ərazisinə qatmışdır.
Sərdar Həsənov
Sərdar Həsənov (12 may 1985, Bakı) — Azərbaycanlı ağır atletdir. Azərbaycanı 2008 və 2012-ci illərdə Yay Olimpiya Oyunlarında təmsil etmişdir. == Həyatı == Sərdar Həsənov 12 may 1985-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Bakı şəhərində anadan olmuşdur. == Karyerası == Sərdar Həsənov karyerası ərzində böyük uğur qazanmasada dəfələr ilə Azərbaycanı Dünya və Avropa Çempionatlarında təmsil etdi. 2012-ci ildə Yay Olimpiya Oyunlarında 8-ci yeri tutdu.
Sərdar Kərimov
Sərdar İsa oğlu Kərimov (5 dekabr 1954, Kəsəmən, Basarkeçər rayonu – 23 dekabr 2003, Bakı) — Azərbaycan Respublikasının əməkdar həkimi, Azərbaycan Respublikası Səhiyyə nazirinin 1-ci müavini (1999–2003). == Həyatı == Sərdar Kərimli 1954-cü il Qərbi Azərbaycanın Göyçə mahalının Kəsəmən kəndində dünyaya göz açmışdı. 1971-ci ildə Bakı şəhərində 30 saylı orta məktəbi bitirdikdən sonra, N. Nərimanov adına Azərbaycan dövlət Tibb İnstitutunda preparatçı işləmiş, 1972-ci ildə müvəffəqiyyətlə imtahan verərək institutun 2-ci müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1978-ci ildə həmin ali məktəbi bitirmişdir. == Karyerası == 1978–1980-ci illərdə Bakı zona tələbə inşaat dəstələrinin baş həkimi vəzifələrində işləmişdir. O, 1980–1983-cü illərdə Bakı şəhər təcili və təxirəsalınmaz tibbi yardım stansiyasında əvvəlcə çağırışçı həkim, sonra böyük həkim vəzifələrində çalışmış, eyni vaxtda bir neçə il həmin stansiyanın ilk partiya təşkilatının katibi kimi işini davam etdirmişdir. 1985-ci ildə Bakı Ali Partiya məktəbini bitirmişdir. Təhsili müddətində Bakı Ali Partiya Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində işləmişdir. 1985-ci ildə təyinatla Azərbaycan KP Nəsimi Rayon Partiya komitəsinə göndərilmiş, 1989-cu ilə qədər burada təlimatçı kimi çalışmış rayon səhiyyəsinin kuratoru olmuşdur. Sərdar Kərimli 1990-cı ildə Səhiyyə Nazirliyinə işə keçmiş, işlər idarəsinin 1-ci dərəcəli həkim-inspektoru, kadrlar və tədris müəssisələri idarəsinin 1-ci dərəcəli həkim-inspektoru, aparıcı mütəxəssisi və rəisi, kadrlar, elm və təhsil baş idarəsinin rəisi, 1999-cu ildən ömrünün sonunadək Azərbaycan Respublikası Səhiyyə nazirinin 1-ci müavini vəzifəsində çalışmışdır. == Mükafatları == Azərbaycan Respublikası Prezidentinin 2000-ci ilin 2 noyabr tarixli sərəncamı ilə Sərdar Kərimov Azərbaycan Respublikasının əməkdar həkimi fəxri adına layiq görülmüşdür.
Sərkar (Göygöl)
Sərkar — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Sərkar oyk., sadə. Samux r-nunun eyniadlı i.ə.v.-də və Bolçalı i.ə.v.-də iki kənd. Yaşayış məntəqələri keçmişdə Gəncə mahalında maldarlıqla məşğul olmuş sərkar elatının adı ilə bağlıdır. Sərkarlar keçmişdə əsasən Şirvanda yaşayan xançobanılann bir qoludur. Şirvan xanları da bu tayfadan idi. Müəyyən tarixi hadisələrlə əlaqədar Gəncə zonasına köçmüş sərkarlar bu tayfanın tirələrindən olmuşdur. XII əsrin əvvəllərində sərkarlarm bir neçə tirəsinin adı çəkilir və onlar haqqında məlumat verilirdi. Göygöl r-nunun eyniadlı i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir.
Sərkar (Samux)
Sərkar — Azərbaycan Respublikasının Samux şəhərinin inzibati ərazi vahidində kənd. == Toponimikası == Yaşayış məntəqəsi keçmişdə Gəncə mahalında maldarlıqla məşğul olmuş sərkar elatının adı ilə bağlıdır. Sərkarlar keçmişdə əsasən Şirvanda yaşayan xançobanılann bir qoludur. Şirvan xanları da bu tayfadan idi. Müəyyən tarixi hadisələrlə əlaqədar Gəncə zonasına köçmüş sərkarlar bu tayfanın tirələrindən olmuşdur. == Tarixi == Kənd Samux rayonunun inzibati ərazi bölgüsünə 1990-cı ildə daxil edilib. Həmin vaxtadək kənd keçmiş Səfərəliyev rayonunun, sonra isə Gəncə şəhərinin tərkibində idi. == Coğrafiyası və iqlimi == Sərkar kəndində olan Sarvan bulağının suyu mədə-bağırsaq xəstəliklərin müalicəsində istifadə edilir. Sərkar kəndi mülayim iqlim tipinə malikdir. == Əhalisi == Əhalinin tərkibi azərbaycanlılardan ibarətdir.