1. BƏHANƏ [Könül] deməyə söz tapmadı. Axırda bəhanə ilə onların sorğu-sualından canını qurtara bildi (X.Hasilova); DƏSTAVÜZ (köhn.) Fətəli xanın adamlarına da dəstavüz lazım idi (Çəmənzəminli); VƏSİLƏ Bu otaqda əyləşən möhtərəm vücudun yanında mən şərmsar olmuşam və bilmirəm nə vəsilə ilə ondan üzrxahlıq edim (C.Məmmədquluzadə).
2. bəhanə bax yalan