Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şahzadələr (Manisa)
Şahzadələr (türk. Şehzadeler) — Türkiyənin Manisa ilinin bir ilçəsidir. Bura 12 noyabr 2012-ci ildə Türkiyə Böyük Millət Məclisində qəbul edilən 6360 saylı qanun ilə Manisa mərkəz mahalının ikiyə bölünməsi nəticəsində ilçə olmuşdur. İlçənin qərbində və şimalında Yunusemre, şərqində Saruhanlı, cənub-şərqində Turgutlu ilçələri, cənubunda isə İzmir ili yerləşir. 67 məhəllədən ibarət olan ilçənin sahəsi 515 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 171,138 nəfərdir.
Şahzadələr türbəsi
Şahzadələr türbəsi (rus. Великокняжеская усыпальница) — Rusiya, Sankt-Peterburqda, Petropavlovsk qalası daxilində, Pyotr və Pavel kafedralı yaxınlığında yerləşən və Rusiya imperator sülaləsinin taxta keçməyən şahzadələrinin dəfn olunduğu türbə. Obyektin ənənəvi adı olan "Böyük knyaz türbəsi" ifadəsi məkanın daşıdığı məzmunu dəqiq ifadə etmir: görünür bu ad ona görə yaranmışdır ki, türbədə şahzadələrdən başqa, böyük knyaz və knyaginya titulları daşıyan digər şəxslərin, həmçinin imperator qanı daşıyıb Boqarne ailəsində doğularaq Leyxtenberq knyazları titulu daşıyan şəxslərin də dəfninə icazə verilmişdir. 1959-cu ildən abidə Sankt-Peterburq Tarixi Dövlət Muzeyi kompleksinin tərkibinə daxil edilmişdir. == Tarixi == Türbə binasının əsası 1896-cı ildə məşhur Rusiya memarı David Qrimmin layihəsi əsasında qoyulmuşdur. Layihənin həyata keçirilməsi ilə 1897–1908-ci illərdə A. O. Tomişko və L. N. Benua məşğul olmuşlar. 1908–1916-cı illər arasında türbədə imperator soyadını daşıyan on üç nəfər (onlardan səkkizi Pyotr və Pavel kafedralından köçürülmüşdü) dəfn edilmişdi. 1992-ci ildə türbədə imperator II Aleksandrın nəticəsi knyaz Vladimir Kirilloviç Romanov, 2010-cu ildə isə onun həyat yoldaşı Leonida Georgiyevna (1995-ci ildə onun valideynlərinin cəsədləri də buraya köçürülmüşdü) dəfn edilmişdi. === Dəfn edilənlərin siyahısı === 1908-ci ildən əvvəl vəfat etmiş şəxslərin məzarı (II–IX nömrələr) Pyotr və Pavel kafedralından köçürülmüşdür. Kirill Vladimiroviç və Viktoriya Fyodorovnanın məzarları (XV–XVI nömrələr) isə 1995-ci ildə Koburqdan köçürülmüşdür.
Uels Şahzadəsi
Uels şahzadəsi (ing. Prince of Wales, vall Tywysog Cymru) — İngiltərə taxtının kişi varisinin titulu; titul 1707-ci ildən İngiltərə ilə Şotlandiyanın birləşməsindən sonra yarandı. Bir qayda olaraq, taxtın qadın varisi "Uels Şahzadə Xanımı" titulunu daşımır, onu ancaq şahzadənin həyat yoldaşı istifadə edir. == Titulun tarixi == Bu titul erkən orta əsrlərdən bəri məlumdur, 13-cü əsrin sonlarına qədər onu Britaniyanın qərb regionu Uels hökmdarları daşıyırdılar. İngiltərədən müstəqil olan Uelsin son hökmdarı (Uels şahzadəsi) Llivelin ap Qrifid idi. XIII əsrin sonunda İngiltərə kralı I Eduardın Uelsi fəth etməsi və Uelsin müstəqilliyini itirməsi ilə əlaqədar olaraq, Uels şahzadəsi titulu ingilis tacına keçdi və taxtının varisinə aid olmağa başladı. Rəvayətə görə, I Eduard Uelsdə ingilis tacının üstünlüyünü təşkil etmək üçün hiyləgərliyə əl atdı. Bu bölgədə heybətli hərbi müvəffəqiyyət əldə etdikdən sonra o, Uels knyazlarını bir araya gətirərək İngiltərədən vassal asılılıqlarını tanımağa dəvət etdi, onlar, öz növbəsində, Uels şahzadəsinin ingilis dilində bir kəlmə də bilməyən yerli birinin olmasını tələb etdilər. Eduard dərhal bu şərti yerinə yetirmək üçün təntənəli bir and içdi. Knyazlar vassal asıllılıq müqaviləsini imzaladılar, bundan sonra Eduard onlara bir gün əvvəl Uelsin Karnarvon qalasında anadan olan oğlunu (gələcək kral II Eduard) göstərdi və söylədi: "Budur Uels şahzadəniz, sizin ölkədə doğulmuş və o, ingilscə bir dənə söz də bilmir".
Ukok şahzadəsi
"Ukok şahzadəsi"-1993-cü ildə Rusiyanın Altay diyarında yerləşən Ukok yaylasındakı kurqandan tapılmış qadın mumiyası. == Tapıntının tarixi == Altay dağ silsiləsində yerləşən Ukok (monqolca Tavan-Boqdo-Ula) yaylası monqol və çinli buddistlər üçün müqəddəs məkan sayılır. Altayda yaşayan türk xalqları üçün də bu yerlər müqəddəsdir. 1993-cü ildə abidələrlə bol olan bu yaylada rus alimi, tarix elmləri doktoru Natalya Polosmakın rəhbərliyi altında aparılmış qazıntılarda maraqlı tapıntı aşkar edildi. Yayladan keçən Ağ Alaxa çayının mənsəbində aşkar edilmiş kurqanların birində, donmuş torpaq qatı altında çox yaxşı vəziyyətdə qalmış qadın mumiyası var idi. Tədqiqatların nəticəsinə görə, elmdə "Ukok şəhzadəsi" adlanan mumiyalanmış qadın "Pazırık" dövründəki türk cəmiyyətinin orta təbəqəsinə aid bir əsilzadə idi. Hal-hazırda mumiya aparılmış olduğu Novosibirsk arxeologiya və etnoqrafiya muzeyində saxlanılır. 1995-ci ildə isə, yenə də Ukok yaylasında akademik Vyaçeslav Molodinin rəhbərliyi altındakı ekspedisiya ortabab vəziyyətdə olan kişi mumiyasını da aşkar etdi. Bu mumiya da Novosibirskə aparıldı. Altayın türk cəmiyyətləri 90-cı illərin ikinci yarısından etibarən həmin mumiyaların geri qaytarılmasında israrlıdır.Altaylılar bu mumiyaları öz mifik türk əcdadları ilə bağlayır, heç bir əsas olmadan bu mumiyaların Novosibirskdə saxlanılmasını yerli türk mədəniyyətinin talanması kimi qiymətləndirirlər.
Alfonso (Asturiya şahzadəsi)
Kastiliyalı Alfonso və ya Məsum Alfonso (isp. Alfonso de Castilla) (d. 17 noyabr 1453 - ö. 5 iyul 1468) – Kastiliya kralı II Conun kiçik oğlu və Asturiya şahzadəsi. == Həyatı == Alfonso Kastiliya kralı II Conun və ikinci xanımı Portuqaliyalı İzabellanın oğlu olaraq 1453-cü ildə dünyaya gəldi. Dünyaya gəldiyi əsnada atasının səhhəti pis idi və hələ 1 yaşına gəlmədən atası vəfat etmişdi. Atasının vəfatından sonra taxta çıxan ögey qardaşı IV Henri onu, anası və bacısı İzabella ilə birlikdə sürgünə yolladı. Daha sonra özündən 3 yaş kiçik olan ögey anasını övladlarından ayıraraq ögey bacı-qardaşını Seqoviyaya göndərdi. Henri 7 yaşında ikən bacısı İzabella ilə birlikdə Madridə gətirildi və burada Kraliça Yuannanın himayəsinə verildi. Bu illər ərzində kraliça öz qızının taxt yolunu açmaq məqsədilə Alfonsonu bir neçə dəfə zəhərləməyə cəhd etmişdi.
Asturiya Şahzadəsi Mükafatı
Asturiya Şahzadəsi Mükafatı (isp. Premios Princesa de Asturias, astur. Premios Princesa d'Asturies) - İspaniyada Asturiya Şahzadəsi Fondu tərəfindən elm, humanitar və ictimai işlərdə görkəmli nailiyyətlər əldə edən dünyanın hər yerindən olan şəxslərə, qurumlara və ya təşkilatlara verilən illik mükafat.
Bayan (Bolqarıstan şahzadəsi)
Bayan — Birinci Bulqar dövlətinin şahzadəsi, I Simeonun ən kiçik oğlu idi. Onun sehrbaz olduğuna, istəyəndə bir qurd halına yaxud bir heyvan cildinə girə bildiyi inanılırdı.
Diana, Uels şahzadəsi
Ledi Diana Spenser və ya Ledi Di (ing. Lady Diana Spencer, ing. Diana, Princess of Wales; 1 iyul 1961[…], Sandrinqem[d], Norfolk qraflığı – 31 avqust 1997[…], Parisin 13-cü dairəsi[d]) — Uels şahzadəsi, III Çarlzın birinci həyat yoldaşı. == Həyatı == Diana Spenser 1961-ci il iyul ayının 1-i Norfolkda zadəgan ailəsində dünyaya gəlib. Spenserlər bir neçə nəsillər boyu Kral Ailəsi ilə sıx bağlı olmuşdur. Diana doğulanadək Spenserlər, ailə xəttinin davam etməsi üçün oğlan övladına ümid bəsləyirdilər. Diana Müqəddəs Mariya Maqdalena Kilsəsində, Sandringhemdə vaftiz (xaç suyuna salınma) edilmişdi. Diana ailənin beş uşağından dördüncüsü idi. Diananın üç bacı-qardaşı var idi: Sara, Ceyn və Çarlz. Onun Con adlı körpə qardaşı da vardı, lakin o Diana doğulmamışdan bir il əvvəl vəfat etmişdi.
Diana (Uels şahzadəsi)
Ledi Diana Spenser və ya Ledi Di (ing. Lady Diana Spencer, ing. Diana, Princess of Wales; 1 iyul 1961[…], Sandrinqem[d], Norfolk qraflığı – 31 avqust 1997[…], Parisin 13-cü dairəsi[d]) — Uels şahzadəsi, III Çarlzın birinci həyat yoldaşı. == Həyatı == Diana Spenser 1961-ci il iyul ayının 1-i Norfolkda zadəgan ailəsində dünyaya gəlib. Spenserlər bir neçə nəsillər boyu Kral Ailəsi ilə sıx bağlı olmuşdur. Diana doğulanadək Spenserlər, ailə xəttinin davam etməsi üçün oğlan övladına ümid bəsləyirdilər. Diana Müqəddəs Mariya Maqdalena Kilsəsində, Sandringhemdə vaftiz (xaç suyuna salınma) edilmişdi. Diana ailənin beş uşağından dördüncüsü idi. Diananın üç bacı-qardaşı var idi: Sara, Ceyn və Çarlz. Onun Con adlı körpə qardaşı da vardı, lakin o Diana doğulmamışdan bir il əvvəl vəfat etmişdi.
Gürcüstan şahzadəsi Qriqol
Qriqol Baqrationi və ya Gürcüstan şahzadəsi Qriqol (ing. Prince Grigol of Georgia; 24 yanvar 1789, Tiflis – 21 sentyabr 1830, Sankt-Peterburq) — Bagrationidən bir gürcü kral şahzadəsi.
Karlos (Asturiya şahzadəsi)
Karlos və ya Don Karlos (isp. Don Carlos) (8 iyul 1545, Valyadolid – 24 iyul 1568, Madrid) – İspaniya və Portuqaliya kralı II Filipin ən böyük oğlu və Asturiya şahzadəsi. Anası isə Portuqaliya kralı III Conun qızı Mariya Manuela idi. Əqli cəhətdən şüurunu itirməsinin ardından 1568-ci ilin əvvəllərində atasının əmriylə həbs edildi və bir ildən artıq müddətin ardından həbsdə ikən vəfat etdi. Fridrix Şillerin "Don Karlos" faciəsi və Cüzeppe Verdinin "Don Karlos" operası məhz onun macəralı həyatı və ölümündən bəhs edir. == Mənbə == Parker, Geoffrey (2002). Philip II. Open Court, pp. 92–93, 101. 4ª edición. ISBN 978-0-8126-9519-9 Marshall, Peter: The Magic Circle of Rudolf II: Alchemy and Astrology in Renaissance Prague.
Luitpold (Bavariya şahzadəsi)
Luitpold (alm. Luitpold Karl Joseph Wilhelm von Bayern‎) (12 mart 1821 - 12 dekabr 1912), qardaşı oğulları II Lüdviqin və Ottonun fəaliyyət göstərə bilməməsi səbəbindən 1886-1912-ci illərdə Bavariyanın faktiki hökmdarı idi. O, həmçinin son Bavariya kralı III Lüdviqin atasıdır. == İlk illəri == Luitpold 12 mart 1821-ci ildə Vürtsburqda, Bavariya kralı I Lüdviqin və onun həyat yoldaşı Sakse-Hildburqhausenli Terezanın üçüncü oğlu kimi anadan olub. O, Bavariya kralı II Maksimilian və Yunanıstan kralı Ottonun kiçik qardaşı idi. Luitpold həm Bavariya krallığının və həm də qardaşı Ottonun övladı olmadığı üçün Yunanıstan krallığının varisi idi. Lakin Yunan konstitusiyası Ottonun varisinin Yunan Pravoslav Kilsəsinə mənsub olmasını tələb edirdi. Otto 1862-ci ildə taxtdan salındı və yerinə Danimarka şahzadəsi Villhelm I Georq adı ilə kral təyin edildi. Otto 1867-ci ildə vəfat etdi və Luitpold ilə onun nəslini Ottonun iddiasının davamçıları olaraq buraxdı. Lakin Luitpold heç vaxt bu iddianı irəli sürmədi.
Mehrab (Şirvanşah şahzadəsi)
Mehrab — Şirvanşah şahzadəsi. == Hakimiyyət uğrunda mübarizə == Haqqında çox məlumat yoxdur. Bürhanəlinin ölümündən sonra Şirvan əyanları Dərbəndi Şirvanşahlar nəslindən Mehrab adlı birisini Şirvan hakimi seçdilər. Səfəvilər əleyhinə mübarizəyə başçılıq edən Mehrab Mirzə Şirvan qoşunları ilə Şirvan sərhədini keçərək Kür sahillərinə enib Siqnax şəhərini tutdu. Abdulla xan Mehraba hücum etdi, müqavimət göstərməyə gücü çatmayan Mehrab qaçdı və Şirvan vilayəti yenidən qızılbaşların əlinə keçdi.
Mixail (Bolqarıstan şahzadəsi)
Mixail (IX əsr, Preslav – 931) — Birinci Bulqar dövlətinin şahzadəsi. I Simeonun ən böyük oğlu idi. Lakin Simeon kiçik oğlu Pyotru taxta çıxarmaq istəyirdi. 927-ci ildə I Pyotr taxta çıxandan sonra Makedoniyaya qaçaraq bir qalada möhkəmləndi və taxta iddia etməyə başladı. Lakin elə həmin il gələn qəfil ölümü onu dəstəkləyənlərin istəklərini yarıda qoydu.
Sofiya (Albaniya şahzadəsi)
Şönburq-Valdenburq şahzadəsi Sofiya Vid (alm. Sophie Helene Cecilie Prinzessin von Schönburg-Waldenburg‎; 21 may 1885, Potsdam, Prussiya – 3 fevral 1936) — şahzadə Vilhelmin həyat yoldaşı. Ərinin alban taxtına çıxması ilə o, Albaniya şahzadəsi oldu. Ölkədən kənarda və diplomatik yazışmalarda ona "Şahzadənin yoldaşı" deyirdilər, lakin Albaniyada ona "Mbretëreshë" və ya "Kraliça" deyə müraciət olunurdu. == Erkən həyatı == Şahzadə Sofiya Brandenburq əyalətindəki Prusiyanın Potsdam şəhərində irsi şahzadə I Otto Karl Viktor fon Şönburq-Valdenburqun (1856-1888) və onun həyat yoldaşı Şahzadə Lüsiya Sayn-Vitgenşteyn-Berleburqun (1859-1903) qızı olaraq anadan olmuşdur. Şahzadə Sofiyanın valideynlərinin hər ikisi gənc ikən vəfat etdi, buna görə də o, gəncliyinin çox hissəsini Moldaviadakı Hemeiuş mülkündə, ana tərəfdən qohumlarına məxsus olan Hemiuş Qalasında keçirdi. == Evliliyi və uşaqları == 30 noyabr 1906-cı ildə Valdenburqda Saksoniya şahzadəsi Sofiya Vid şahzadəsi Uilyam (1845-1907) və Niderland şahzadəsi Mariyanın (1841-1910) oğlu Vid şahzadəsi Vilhelmlə evləndi. Sofiyanın əri Şahzadə Vilhelm onun ikinci əmisi oğlu olan Almaniya İmperatoru II Vilhelmlə qohum idi. Onların iki övladı var idi: Albaniya şahzadəsi Mariya Eleonor (1909-1956) Albaniyanın irsi şahzadəsi Kerol Viktor (1913-1973) == Alban əcdadları == O, Şahzadə Skarlat Qikanın (1715-1766) qızı (Moldova şahzadəsi və Valaxiya şahzadəsi) və həyat yoldaşı Şahzadə Ruksandra Muruzinin nəslindən olan Şahzadə Yelena Kallimaçinin nəslindən olan bəzi uzaq alban əcdadlarına sahib idi. O, həmçinin Valaxiya şahzadəsi I Qriqor Qicanın (1628-1675) qızı Şahzadə Ruksandra Qica və onun həyat yoldaşı Şahzadə Mariya Strurdzanın nəslindəndir.
Uels Şahzadəsi (Alyaska)
Uels Şahzadəsi (ing. Prince of Wales Island) — Aleksandr arxipelaqının ən iri adasıdır. Alyaskanın cənub-şərində, Sakit okeanın Alyaska körfəzi akvatoriyasına daxildir. Adanın sahəsi 6674 km² təşkil edir. ABŞ adaları arasında Havay, Kadyak və Puerto-Rikodan sonra dördüncüdür. Adaların dünyada sahəsinə görə sıralamasında 97-ci yeri tutur. == Coğrafiya və ekologiya == Adanın uzunluğu 217 km, eni 72 km təşkil edir. Burada 6000 nəfər insan yaşayır. Onların 1200 nəfəri Kreyq şəhərində yaşayır . İqtisadiyyatın əsasını meşəçilik, balıqçılıq və balıq məshullarının istehsalı təşkil edir.
Uels Şahzadəsi (ada)
Uels Şahzadəsi adası (ing. Prince of Wales Island) — Kanada Arktik arxipelaqına aid ada. == Coğrafiya == Buthia yarımadasının şimal-qərbində yerləşir. Kanada ərazisinə daxildir. Sahəsi 33,339 km²-dir, Adaların dünyada sahəsinə görə sıralamasında 40-cı yerdədir. Sahil xətdinin uzunluğu 2576 km təşkil edir.. Dəniz səviyəsindən hündürlüyü 320 metrdir. Uels Şahzadəsi adası şimaliamerika ekoloji qütb tundrası zonasına (ing. Middle Arctic tundra) daxildir.
Uels Şahzadəsi (boğaz)
Uels Şahzadəsi (boğaz) ing. Prince of Wales Strait - Kanada Arktik arxipelaqına daxil olan Banks adasını Viktoriya (ada)sından ayırır. Şimal-Qərb keçidinin bir qolunu təşkil edir. Vaykaunt-Melvill boğazı, Barrou boğazı və Lankaster boğazı keçidin əsasını təşkil edir. Bofort dənizini Amudsen körfəzi (cənub qərb), şimal-qərbdə isə Vaykaunt-Melvill boğazı ilə birləşdirir. Uzunluğu 275 km, orta eni 16 km, ən dar yerdə 10,5 km, dərinliyi 160 m təşkil edir. Qütb dairəsi daxilində yerləşdiyindən ilin böyük qismi buzla örtülü olur. Boğazı ilk dəfə Robert Mak-Klur 1850-ci ildə keçmiş və onu Albert Eduardın şərəfinə Uels Şahzadəsi adlandırmışdır.
Uels Şahzadəsi (dəqiqləşdirmə)
ŞəxslərUels Şahzadəsi Uilyam — İngilis kralliq ailəsinə mənsub, Uels Şahzadəsi Çarlz və Diana Frances Spencerin oğlu. Uels şahzadəsi Çarlz — Böyük Britaniya krallığının vəliəhdi. Kraliça II Elizabetin oğlu. Diana, Uels şahzadəsi — Uels şahzadəsi, Şahzadə Çarlzın birinci həyat yoldaşı.DigərUels Şahzadəsi (boğaz) — Kanada Arktika arxipelaqına daxil olan Banks adasını Viktoriya adasından ayırır. Uels Şahzadəsi (Alyaska) — Aleksandr arxipelaqının ən iri adası. Uels Şahzadəsi (ada) — Kanada Arktik arxipelaqına aid ada.
Uels şahzadəsi Çarlz
III Çarlz, III Karl və ya tam adı ilə Çarlz Filip Artur Mauntbatten-Vindzor (əsil adı: ing. Charles Philip Arthur George Mountbatten-Windsor; 14 noyabr 1948[…], Vestminster borosu, Böyük London) — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı (8 sentyabr 2022-ci ildən). Kraliça II Elizabetin oğlu. Kral taxtını ən uzun müddət gözləmiş varis. Çarlz 8 sentyabr 2022-ci ildə anasının ölümündən sonra kral oldu. 73 yaşında o, Britaniya tarixində ən uzun ömür sürən varis və Uels şahzadəsi olduqdan sonra Britaniya taxtına çıxan ən yaşlı şəxs oldu. 6 may 2023-cü ildə Vestminster abbatlığı'nda tacqoyma mərasimi oldu. == Həyatı == Karl 14 noyabr 1948-ci ildə Bukingem sarayında anadan olmuşdur. O, Edinburq hersoginyası Şahzadə Elizabet və Edinburq hersoqu Şahzadə Filipin ilk övladı və Kraliça Elizabetlə VI Corcun ilk nəvəsidir. Şahzadənin xaç valideynləri Kral (doğma babası), Norveç kralı VII Haakon, Mariya Tek (doğma böyük nənəsi), Şahzadə Marqaret (doğma xalası), Yunanıstan və Danimarka şahzadəsi Corc, Şahzadə Viktoriya, Xanım Brebon və Devid Bouz-Layon olmuşdur.
Zena: Cəngavər Şahzadəsi
Zena: Cəngavər Şahzadəsi (ing. Xena: Warrior Princess) — 1995-2001-ci illərdə istehsal olunmuş Bədii Televiziya Teleserialıdır. İlk dəfə Azərbaycan efirində Azərbaycan Televiziyasında göstərilmişdir. == Məzmun == Keçmişdə Zena qəddar qatil idi. Onun ordusu yollarına düşən hər şeyi məhv etmişdir. Ordusuna xidmət edən adamlar kəndliləri qarət edir və ya öldürürdü. Amma bu artıq keçmişdə qalmışdır. İndi Zena şərin tərəfindən dönüb xeyirin tərəfinə keçmişdir. Zena zəif insanların tərəfini saxlayır və onlara pis tərəflərlə mübarizə etməkdə kömək edir...
İvan (Bolqarıstan şahzadəsi)
İvan — Birinci Bulqar dövlətinin şahzadəsi, I Simeonun kiçik oğlu. I Pyotrun taxta keçməsindən bir il sonra üsyan etmiş, daha sonra Konstantinopola qaçıb, 928-ci ildə orda erməni bir qızla evlənmişdi.
Alizeya və yuxular şahzadəsi
Alizeya və yuxular şahzadəsi – Gianni Romoli tərəfindən hazırlanmış və ssenarisi yazılmış, Lamberto Bavanın rejissorluğu və müştərək istehsalı ilə istehsal olunan və 2 və 4 yanvar 1996-cı ildə Canale 5-də ilk dəfə yayımlanan iki hissədən ibarət olan İtalyan-Alman fantastik televiziya mini serialıdır. == Süjet xətti == === Birinci hissə === Alizeya bacı ləqəbi verilmiş beş kiçik qardaşı və ağır xəstə anası ilə meşədə yaşayan bir qızdır. Fırtınalı gecələrin birində gənc qadın meşədə yolunu azmış yaşlı səyahətçiyə qonaqpərvərliyini nümayiş etdirib onu öz evlərində bir gecəlik qonaq saxlayır. Amma kişi əslində Azaret adlı qüdrətli sehrbazdır. Azaret qəddar və intiqamçıdır, Alizeyanı bir neçə gümüş sikkə qarşılığında almağı qızın anasına təklif edir: onu öz qalasına aparıb həyat yoldaşı etmək niyyətindədir. Alizeyanın anasının bu təklifi rədd etməsi sehrbazın qəzəbinə səbəb olur: o, uşaqları qaçırır və qadın infarktdan ölür. Ailəni yenidən birləşdirməyə qərarlı olan Alizeya Azaretin qəsrinin yerləşdiyi Valle Oskuraya yollanır. Bu vaxt ölkənin kralı Kurdok uzun sürən müharibədən vətəninə qayıdır və oğlu gənc şahzadə Demianın əlinə heç vaxt qılınc götürmədiyini və günlərini oxumaqla, şeir yazmaqla və elm öyrənməklə, musiqi çalmaqla keçirdiyini öyrənərək qəzəblənir. Qəzəbdən dəliyə dönən kral, Demianı güclü və qaniçən bir döyüşçü etmək üçün ona özü şəxsən təlim keçmək qərarına gəlir. Kraliça Diomira, oğlunun həyatından qorxaraq, atasının ali arzularından onu qaçırmaq üçün onu akrobatlarla birlikdə sarayı tərk etməyə məcbur edir və ona hər zaman anasını xatırlaması üçün barmağındakı üzüyü verir.
Baltazar Karlos (Asturiya şahzadəsi)
İnfant Baltazar Karlos (isp. Infante Baltasar Carlos) (17 oktyabr 1629, Madrid – 9 oktyabr 1646, Saraqosa) – İspaniya kralı IV Filippin ilk oğlu və ölümünədək İspaniya taxt-tacının (Kastiliya və Leon, Araqon, Siciliya və Navarra krallıqları da daxil olmaqla) varisi, İspan infantı. Atasının apardığı diplomatik danışıqların nəticəsi olaraq İngiltərə kralı I Karl və xalası Henretta Mariyanın qızı Mariya Stüartla evlənməsi təklif edilsə də, dini məzhəb fərqlilikləri səbəbilə bu evlilik təklifi qəbul edilmədi. Nəhayət, 1646-cı ildə Müqəddəs Roma imperatoru III Ferdinand və bibisi Mariya Annanın qızı Marianna ilə nişanlandı. Ancaq nişandan bir neçə ay sonra Karlos tutulduğu çiçək xəstəliyi səbəbilə 16 yaşında vəfat etdi. Qurulan diplomatik əlaqələrin qorunması və varissiz qalan atasının istəyilə 14 yaşlı nişanlısı bir neçə il sonra atası IV Filiplə evləndi. == Mənbə == Diego Velázquez (3 January 2016). Complete Works of Diego Velázquez (Delphi Classics). Delphi Classics. p.
Beatris (Birləşmiş Krallıq şahzadəsi)
Şahzadə Beatris (ing. Princess Beatrice; 14 aprel 1857[…], Vestminster borosu, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 26 oktyabr 1944) — Böyük Britaniya və İrlandiya şahzadəsi Beatrice Mary Victoria Feodore — "VA" (Kraliça Viktoriya tərəfindən bağışlanan şəxsi ailə nişanı, V=Viktoriya,A=Albert) (14 aprel 1857[…], Vestminster borosu, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 26 oktyabr 1944) Britaniya şahzadəsidir. O, həm də hazırda hakimiyyətdə olan İspaniya kralı Xuan Karlosun ulu nənəsidir. == Həyatı == O, Britaniya Kraliçası Viktoriya və onun əri Albert von Sachsen-Coburg und Gothanın doqquzuncu və ən kiçik övladı olaraq dünyaya gəlib. 1873-cü ildə Beatrice Fransanın imperator şahzadəsi və o zamankı imperator III oldu. O, Napoleon və həyat yoldaşı Eugénie de Montijo'nun oğlu Napoleon Eugéne Louis Bonaparte (1856–1879) ilə tanış oldu. Kraliça Viktoriya qızını ömrünün sonuna qədər yanında saxlamaq istədiyi üçün aralarında heç bir birləşmə olmadı. 1874-cü ildə Beatrice anası və baş naziri Benjamin Disraeli-dən təşəbbüs mərasimlərində iştirak etmək üçün icazə aldı. 1884-cü ilin aprelində 27 yaşında Beatrice anası və böyük bacısı Böyük Düşes Alisin böyük qızı olan qardaşı qızı Viktoriyanın toyunda iştirak etmək üçün Almaniyanın Hessen əyalətinin Darmstadt şəhərinə getdi. Gələcək bəy şahzadət Aleksandr fon Darmştad və həyat yoldaşı Culiya Tereza fon Haukenin böyük oğlu Lui fon Battenberq idi.