MİRZƏ

is. [ fars. “əmirzadə”nin ixtisarı]
1. tar. Şəxs adlarından sonra gəldikdə şahzadəlik, əvvəl gəldikdə isə rütbə bildirir; məs.: Sam mirzə, Abbas mirzə, Əbubəkr mirzə.
2. köhn. Savadlı adam.
Mirzələr qəzet yazıb; Aşıqlar dastan eləyib. Aşıq Ələsgər.

// Bu kimi adamlara ehtiramla müraciət məqamında işlədilir.
[Mir Hadi:] Mirzə, yəqin ki, cənablarınızın elmi-təvarixdən xəbəri var. Qantəmir.
[Hüseyn:] Xeyr, mirzə, tanımıram, mən heç bu cür adam görməmişəm. S.Rəhman.
// Savadlı, elmli, bilikli, hörmətli şəxslərin adlarına əlavə edilir. Mirzə Fətəli Axundzadə.
[Səhhət:] Mirzə Cəlil damcıdan; Axı ümman yaratdı. B.Vahabzadə.

3. Keçmişdə yazı-pozu işləri ilə məşğul olan adam; katib.
[Nisə xanım:] Sən köhnə vəzirin oğlu Mirzə Səlimi gətirib özünə mirzə eləmisən. M.F.Axundzadə.
[Toğrul:] Dərhal mirzəsini çağırıb, Qızıl Arslana məktub göndərdi. M.S.Ordubadi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MİRZƏ 1. MİRZƏ [Nisə xanım:] Onun ağzı deyil mənim mirzəmi qovdura (M.F.Axundzadə); KARGÜZAR Yarın icraiyyə komitəsinin sədri idarədən bir kargüzar göndərmi
MİRVARİLİ
MİRZƏLİK
OBASTAN VİKİ
Abbas Mirzə
Abbas Mirzə (tam adı: Abbas mirzə Qovanlı-Qacar), (20 avqust 1789, Amul, Mazandaran ostanı – 25 oktyabr 1833, Məşhəd) — Qacar taxt-tacının vəliəhdi, Naib-əs-səltənət, Azərbaycan canışını, Azərbaycan Ordusunun Sərdarı (ordu generalı) == Həyatı == Abbas mirzə Fətəli şah oğlu (anası Asiyabəyim xanım Fətəli xan qızı Dəvəli) 1788-ci ildə Larican mahalının Nəva qəsəbəsində anadan olmuşdu. Mükəmməl ailə təlim-tərbiyəsi və təhsili almışdı. Ağaməhəmməd şahın göstərişi ilə vələhd seçilmişdi. Naibəssəltənə ləqəbi daşıyırdı. Abbas mirzə dörd yaşında ikən bilinməz xəstəliyə tutulmuşdu. Onun müalicəsi üçün atasının əmisi Ağaməhəmməd şah ölkənin dörd bir tərəfindən məşhur həkimləri saraya dəvət etmişdi. Həkimlər onun xəstəliyinin çarəsini tapa bilmədilər. Şahzadə idman və bədən tərbiyəsinin köməyi ilə yeniyetmə yaşında xəstəliyini dəf etdi. Ancaq 30 yaşından sonra əsəbi gərginlik, psixoloji durğunluq onu yenidən əski xəstəliyinə qaytardı. Abbas mirzə 1799-cu ildən Cənubi Azərbaycanın, 1833-cü ildən Kirmanın və Xorasanın valisi olmuşdu.
Mirzə
Mirzə — titul, ünvan. == Titulun tarixi == Mirzə titulu Azərbaycanda Teymurlu sülaləsindən sonra işlənməyə başlanıb. Əmir Teymurun övladlarına Əmirzadə deyilib. Bu söz sonra mirzə şəklinə düşüb. Mirzə sonralar savadlı adamlara deyilib. Katiblər daha çox mirzə adlandıqdan XIX yüzildə onlar mirzə kimi tanınıblar. == Yazılış şəkili == Mirzə addan öndə gələndə böyük, addan sonra gələndə isə kiçik yazılır. Məsələn: Mirzə Fətəli, Abbas mirzə. Birincidə savadlılıq,vəzi­fə titulu, ikincidə isə şahzadəlik bildirir, yəni addan sonra gəldikdə, əsilzadə, nəca­bət, zati-alilər anlamındadır.
Mirzə Həsən bəy Mirzə
Mırzə Həsən bəy Mirzə Cəfər ağa oğlu Vəzirov — şair. == Həyatı == Mirzə Həsən bəy Mirzə 1791-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. İbtidai təhsilini atasından almışdı. Rus və şərq dillərini bilirdi. Onun haqqında Mir Möhsün Nəvvab, Məhəmməd ağa Müctəhidzadə, Firidun bəy Köçərli öz əsərlərində söhbət açmışlar. F.Köçərli yazır: "Mirzə Həsən İbrahim xanın müqərriblərindən Əliməhəmməd ağanın nəvəsi və Mirzə Cəfərin oğludur. Mirzə Həsən ziyadə mərifətli, xoşxülq və sahibcamal bir zat imiş və təbi-şeriyyəsi də var imiş. Əvaili-sinnində tərki-vətən edib Şəki xanlığına müsafirət edir və orada Nuxa şəhərində yeni açılmış rus dəftərxanasında münşilik əmrinə məşğul olur. Vəli ömrünün hənuz cavan çağında haman sərzəmində dari-bəqaya rehlət edir. Öz vəsiyyətinə görə, cənazəsi əsl vətəni Şuşa şəhərinə nəql olunur və şəhərin şimali-şərqisində bir verst kənarda dəfn olunur və o mərhumun adı ilə məzarıstan əlan adlanır ki, "Mirzə Həsən qəbristanlığı" deyilir.
Ağalar Mirzə
Mirzəyev Ağalar Həmzə oğlu (Ağalar Mirzə) (25 dekabr 1954, Dəvəçi - 5 mart 2008, Bakı) — şair, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1982), Əməkdar incəsənət xadimi (1998), "Qızıl qələm" mükafatı laureatı (1996). == Həyatı == Ağalar Mirzə 1954-cü il dekabrın 25-də Dəvəçi (indiki Şabran) şəhərində fəhlə ailəsində anadan olmuşdur. Burada orta təhsil almışdır. Əmək fəaliyyətinə Dəvəçi şəhər 1 saylı səkkizillik məktəbində pioner baş dəstə rəhbəri kimi başlamışdır (1971–1972). Sonra Pirəmsən kənd orta məktəbində pioner baş dəstə rəhbəri olmuşdur (1972–1974). ADU-nun jurnalistika fakültəsində təhsilini davam etdirmişdir (1974–1979). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində radionun incəsənət və radio teatrı şöbəsində ("Bulaq" verilişi üzrə) kiçik redaktor, redaktor (1980–1986), televiziyanın ədəbiyyat və xalq yaradıcılığı redaksiyasında redaktor, böyük redaktor, şöbə müdiri (1986–1994), ədəbi dram verilişləri Baş redaksiyasının baş redaktorunun müavini (1994–1999), xalq yaradıcılığı redaksiyasının baş redaktoru (1999–?) vəzifələrində çalışmışdır. O, şifahi xalq yaradıcılığına dair müxtəlif televiziya verilişlərinin, o cümlədən "Ustadnamə", "Dastan" proqramlarının müəllifi olmuşdur. Ağalar Mirzə bədii yaradıcılığa keçən əsrin 70-ci illərindən başlamışdır. Gənc şairlərin respublika ədəbi birliyinin fəal üzvü olmuşdur.
Baysunqur Mirzə
Sultan Baysunqur — 1490-cı ildən 1492-cü ilə (bəzi mənbələrə görə, 1493) qədər hakimiyyətdə olmuş Ağqoyunlu hökmdarı. O, Sultan Yaqubun (1478-1490) oğlu və vəliəhdi olmuş, hakimiyyəti dövründə əlində az hakimiyyət var idi, hadisələri idarə edən şəxs isə onun atabəyi və sərkərdəsi olan Sufi Xəlil bəy Mosullu olmuşdur. Sufi Xəlil bu mövqeyini 1490-1491-ci illərdə axlamış, 1491-1492-cü illərdə onun yerinə Süleyman bəy Bicanoğlu keçmişdir. Baysunqur ilk öncə qohumu Rüstəm bəy tərəfindən Təbrizdən qovulmuş, sonradan gəlinmiş razılığa əsaəsn Gəncə və Bərdə şəhərlərinin hökmdarı olmuşdur. Lakin buradan iki dəfə taxtını geri qaytarmaq üçün uğursuz cəhdlər etmiş, nəticədə 1493-cü ildə Rüstəm bəy tərəfindən öldürülmüşdür. Ondan sonra hökmdar Rüstəm bəy olmuşdur. == Həyatının erkən dönəmi == Baysunqur Sultan Yaqubun (1478-1490) ən böyük oğlu idi. Anası Şirvanşah Fərrux Yasarın (r1465–1500) qızı Gövhərsultan Xanım idi. Atasının sağlığında Baysunqura müasir İranın cənubunda yerləşən Fars əyalətinin gəlirləri təsis edilmişdi. Bu Ağqoyunlu dövlətində xüsusi ənənə halını almış bir şey idi.
Bəhmən Mirzə
Bəhmən Mirzə Abbas Mirzə oğlu Qacar Qovanlı (11 oktyabr 1810, Təbriz – 11 fevral 1884, Şuşa) — Fətəli şahın nəvəsi, Abbas Mirzənin oğlu Azərbaycan hakimi və taxt-tacın varisi. == Həyatı == 1847–1848-ci ildə Fətəli şahın nəvəsi, Abbas Mirzənin oğlu Azərbaycan hakimi və taxt-tacın varisi Bəhmən Mirzə Qacar saray çəkişmələrinin nəticəsində Qafqaza qaçaraq, ruslardan sığınacaq istəyir. Rus hökuməti onu şərəf və dəbdəbə ilə qarşılayaraq, ona şaha layiq təqaüd kəsir və Rusiyanın hər hansı bir yerində yaşamaq hüququ verir. Bir qədər tərəddüddən sonra Bəhmən Mirzə Şuşada yaşamaq istədiyini bildirir. Onu öz hərəmləri, uşaqları və yaxın əhatəsi ilə birlikdə oraya göndərirlər. onun kitabxanasını və xəzinəsini də Şuşaya köçürürlər. Bəhmən Mirzə Rusiyanın ən yaxşı imtiyazlı məktəblərində oğlanlarına və nəvələrinə Avropa təhsili verir, özü isə siyasətdən uzaqlaşaraq, Azərbaycan tarixinə dair əsərlər yazır. Onun 31 oğlunun əksəriyyəti hərbçi olurlar. Birinci dünya müharibəsi ərəfəsində onların arasından altı general və bir neçə zabit çıxmışdı. Bəhmən Mirzənin uşaqları Oktyabr inqilabını qəbul etmir və bu yolda bir çoxları hətta canlarını da qurban verirlər.
Cahangir Mirzə
Müizəddin Cahangir bəy Bayandur — Ağqoyunlu tayfa ittifaqının başçısı, bəy. == Həyatı == Cəlaləddin Əli bəyin və Sara xatunun oğludur. 1444-cü ildə tayfa ittifaqının başçısı oldu. Bu dövrdə Ağqoyunluların arasında müəyyən qədər sabitlik yarandı. Lakin vəziyyət bir müddət sonra dəyişdi. Qara İsgəndərin oğlu Əlvəndin Cahangirə sığınması yeni Qaraqoyunlu hökmdarı Cahanşahı qəzəbləndirdi və o Diyarbəkirə hücuma keçdi. Bu mübarizə iki ilə qədər davam etdi. 1452-ci ildə Baburun hücumundan qorxan Cahanşah sülhə can atmağa başladı. Müqaviləyə görə Cahangir Cahanşaha tabe olurdu. Lakin Ağqoyunluların əzəli rəqibi olan qaraqoyunlulara tabe olmaq fikri kiçik qardaş Uzun Həsən və onun ətrafında birləşən əyanları qəzəbləndirdi, onlar Cahangir Mirzəyə qarşı çıxdılar.
Diya Mirzə
Diya Mirzə (ing: Dia Mirza; hind: दिया मिर्ज़ा; 9 dekabr 1981, Heydәrabad) və ya doğum adı ilə Diya Handrik (ing: Dia Handrich) — hind aktrisası və modeldir. == Bioqrafiyası == Dianın atası, milliyətcə alman olan Frank Handrich qrafika rəssamı, memar, rəssam və interyer dizayneridir və 1990-cı ildə vəfat etmişdir; anası - Benqal Dipa, landşaft dizayneri olub hal-hazırda könüllü olaraq narkomanların və alkoqoliklərin reabilitasiyasına kömək edir; ögey atası - Heydərabaddan olan müsəlman Əhməd Mirzədir (2004-cü ildə vəfat etmişdir). Onun 4 yaşı olanda valideynləri boşanmış və Dia anasının yanında qalmışdır. Məktəbin 10-cu sinfini bitirdikdən sonra yay tətilində yarımştat işə düzəlmiş - kompüter şirkətində model kimi işləmişdir. Bunun ardınca Emami və Lipton şirkətləri üçün reklam çəkilişləri işlərində işləmişdir. Mükafatları: Miss India 2000 müsabiqəsində vitse-miss, yəni II yer və Miss Asiya və Okeaniya 2000 müsabiqəsinin qalibidir. Diya Mirza Zeenat Aman və Tara Ann Fonsecadan sonra bu müsabiqədə qalib gələn üçüncü hind qadınıdır. O, 2001-ci ildə “Sən mənim ürəyimdəsən” filmində Madhavan və Saif Ali Khan ilə debütünü etmişdir.
Fulad Mirzə
Fulad Mirzə — Əmir İsfahanın azyaşlı oğlu. 1445-ci ildə atası vəfat edəndə vəsiyyətinə görə onun yerinə gəlmiş, qəyyumu Əlvənd Mirzə olmuşdu. Cahanşah İsfəndiyarın ölümündən sonra oğlu Pirbudağın başçılığında Bağdada ordu göndərmiş, 7 aylıq mühasirədən sonra, 1446-cı ilin iyununda şəhəri almışdı.
Heydər Mirzə
Heydər Mirzə — Azərbaycan jurnalisti və televiziya aparıcısı. "İstiqlal" analitik qrupunun rəhbəridir. == Həyatı == 2018-ci ildə Azərbaycanın İctimai Televiziya kanalında "Radius" həftəlik hərbi-analitik layihəsinin yaradıcısı olub. 2020-ci ilin sentyabr ayında hərbi mütəxəssis Hans Klossla (məxfilik səbəbi ilə adı açıqlanmır) birlikdə "Caliber" müstəqil rusdilli hərbi-analitik internet-layihəsinə başlayıb.
Həmid Mirzə
Şahzadə Sultan Həmid Mirzə Qacar (23 aprel 1918, Təbriz – 5 may 1988, London)— İranın keçmiş hakim sülaləsi olan Qacarlar sülaləsinin və Qacar Şah Ailəsinin başçısı. İranın şahı Məhəmməd Həsən Mirzənin oğlu. == Həyatı == Həmid Mirzə Qacar 23 aprel 1918-ci ildə Təbrizdə anadan olmuşdur. O, İran şahı Məhəmməd Həsən Mirzənin ikinci xanımı Möhtrəm Razzaqidən olan oğludur. Kiçik yaşlarını Gülüstan Sarayında keçirən Həmid Mirzə 4 yaşında çatdıqda atası onu təhsil alması üçün İngiltərəyə göndərir. Lakin o, İstanbula sürgündə yaşayan babası Məhəmmədəli şahın yanında qalır. Məsələ orasındadır ki, Məşrutə inqilabından sonra 1909-cu ildə Məhəmmədəli şah ölkəni tərk edərək taxtı öz oğluna ötürmüşdü. Nəvəsinin İngiltərə getməsi üçün hələ gənc olduğunu düşünən baba onu yanından buraxmır. 5 aprel 1924-cü ildə Məhəmmədəli şah Qacar vəfat edir, və 6 yaşlı şahzadəni İtaliyaya, sonra isə Parisə aparırlar. Rza xanın çevirilişindən sonra İrandan qaçan atası ilə birlikdə Londona köçən Həmid Mirzə burada təhsil almağa başlayır.
Həmzə Mirzə
Həmzə əs-Səfəvi — Məhəmməd şah Xudabəndənin böyük oğlu, Səfəvilər dövlətinin şahzadəsi, 1578-1590-cı illərdə baş verən Səfəvi-Osmanlı müharibələrində orduya rəhbərlik etmiş və bir sıra zəfərlər qazanmışdır. == Həyatı == Həmzə Mirzə Məhəmməd Xudabəndənin Məhdi Ülya ilə olan evliliyindən dünyaya gəlmiş oğlanlarından biri idi. Hələ Şah II İsmayılın vəfatı zamanı hakimiyyətə namizəd kimi göstərilən şahzadələrdən biri də Həmzə Mirzə idi. Bu zaman onun 11 yaşı varidi. 1578-ci il fevral ayının 13-də Məhəmməd Xudabəndənin Qəzvində tacqoyma mərasimi baş tutur. Onun taxta çıxmasından sonra həyat yoldaşı Məhdi Ülyanın xahişi ilə oğlu Həmzə Mirzə “ali divanın vəkili” (vəkalət-i divan-i əla) vəzifəsinə yüksəldildi və müəyyən edildi ki, onun möhürü padşahın hökm və fərmanlarının arxasında, vəzirin möhürünün üzərindən vurulsun. === Evlilikləri === Həmzə Mirzənin evlilikləri ilə bağlı mənbələrdə bir neçə müxtəlif məlumat əks olunmuşdur. Həmzə Mirzəyə yaxınlığı ilə bilinən tarixçi, diplomat Oruc bəy Bayat yazır ki, şahzadə Həmzə Mirzə hələ 10 yaşında olarkən etimadüd dövlə Mirzə Salmanın qızı Safiyə xanımla nikahlanmışdı.1583-cü ildə qızılbaş əmirləri vəzir Mirzə Salmanı həbs edib, mal-əmlakını müsadirə etdikdə Həmzə Mirzədən onun qızı Safiyə xanımla boşanmasını tələb edirlər. Bu hadisə həm “Tarix-i aləmarayi-Abbasi”də həm də Şərəf xan Bitlisinin “Şərəfnamə” adlı əsərində öz əksini tapır. Atası kimi qızılbaş əmirlərinə qarşı mülayim olan Həmzə Mirzə bu istəyi qəbul edir.
Həsən Mirzə
Həsən Mirzə və ya Həsən İbrahim oğlu Mirzəyev (26 noyabr 1927, Qovuşuq – 25 fevral 2015, Bakı) — filologiya elmləri doktoru, dilçi-türkoloq, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, professor. Azərbaycan Aşıqlar Birliyinin üzvü (2008–2015) == Həyatı == H. Mirzəyev 1927-ci il noyabr ayının 26-da Dərələyəz mahalındakı Qovuşuq kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1948–1950-ci illərdə Naxçıvan Dövlət Müəllimlər İnstitutunda, 1951–1955-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alıb. H. Mirzəyev əmək fəaliyyətinə 1950-ci ildə doğma kəndində orta məktəb müəllimi kimi başlayıb. 1955-ci ildə o, ali təhsilini başa vurduqdan sonra rayon xalq maarif şöbəsinin inspektoru və Qovuşuq kənd orta məktəbinin müəllimi, 1957–1959-cu illərdə isə məktəb direktoru işləyib. H. Mirzəyev 1959–1962-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan dilçiliyi ixtisası üzrə aspiranturada oxuyub, aspiranturanı bitirdikdən sonra ömrünün sonunadək həmin institutda çalışıb. O, müxtəlif illərdə müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri və dekan vəzifələrini tutub. H. Mirzəyev 1965-ci ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib və 1990-cı ildə professor elmi adını alıb. Azərbaycan filologiya elminin inkişafında H. Mirzəyevin özünəməxsus yeri var. O, dilçiliyin müxtəlif problemlərinə dair bir sıra sanballı tədqiqatları ilə tanınırdı.
Həsənəli mirzə
Həsənəli Mirzə, Sultan Həsənəli və ya Həsənəli bəy (o dövrün Azərbaycan türkcəsi ilə:حسن‌علی بیگ , Təbriz – 1469, Həmədan) — Qaraqoyunlu dövlətinin sonuncu sultanı və Cahanşah Həqiqinin oğludur. 10 noyabr 1467–ci ildə Cahan şahın öldürülməsindən sonra Azərbaycanın cənubunda Qaraqoyunlu hakimiyyətini bərpa etməyə cəhd göstərmiş ancaq buna nail olmadan 1469-cu ildə öldürülmüşdür. == Üsyanları == O, Cahanşah Həqiqinin oğludur və üsyankar təbiətinə görə atası tərəfindən dəfələrlə həbs edilmişdir. 1458-ci ildə üsyana başlamış, atasının Heratdan geri dönməsi xəbərini eşitdikdən sonra isə Makuya qaçmışdır. Anasının vasitəçiliyi ilə üsyan başlatması məsələsində atası tərəfindən əfv edilsə də, Uzun Həsənə qatılmışdır. Lakin qısa müddət sonra oradan da qovulmuş və İsfahandakı qardaşı Pirbudağa qatılmışdır. Qardaşlar birləşərək 1459-cu ildə üsyana başlamışdırlar. Üsyankar qardaşlar atalarının ordusu tərəfindən darmadağın edilsələr də, edam edilmədilər. Çünki Cahanşahı öz təsirində saxlayan anaları yenidən sultanın onları əfv etməsinə nail olmuşdur. Onların son üsyanı 1464-cü ildə baş verdi və fəlakətlə nəticələndi.
Maqsud Mirzə
Maqsud Mirzə — Ağqoyunlu şahzadəsi. == Həyatı == Uzun Həsənin oğlu və Bağdad valisi idi. Uğurlu Məhəmmədi dəstəkləmiş, daha sonra həbs olunmuşdur. "Tarixi Əmini" əsərində təriflənmişdir.Sultan Xəlil tərəfindən öldürülmüşdür. == Ailəsi == Rüstəm Mirzə adlı oğlu olmuşdur.
Mikayıl Mirzə
Mikayıl Mirzə (tam adı: Mikayıl Şahvələd oğlu Mirzəyev; 1 yanvar 1947, Ağsu – 3 iyun 2006 — Azərbaycan aktyoru, ssenari müəllifi, qiraətçi, Azərbaycan Respublikasının xalq artisti (1991). == Həyatı == Mikayıl Şahvələd oğlu Mirzəyev 1947-ci il yanvarın 1-də Şamaxının (indiki Ağsu rayonunun) ərazisində yerləşən Talış kəndində anadan olub. 1969-cu ildə ADİİ-nin (indiki ADMİU) Dram və kino aktyorluğu fakültəsini bitirib. Mirzəyev SSRİ Xalq artisti, professor Mehdi Məmmədovun kursunda dərs alıb. == Fəaliyyəti == === Teatr fəaliyyəti === Mikayıl Mirzə institutu bitirdikdən sonra bir müddət Tədris Teatrında işləyib. 1976-cı ildən isə 2000-ci ilə qədər fasilələrlə Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. Mikayıl Mirzə teatrda Qoca (L. Frank, "Yad adam"), Eyvaz, Muratov (İ. Əfəndiyev "Tənha iydə ağacı", "Qəribə oğlan"), Kürd Musa, Fərhad ("Vaqif" və "Fərhad və Şirin", Səməd Vurğun), Muratov, Eyvaz ("Qəribə oğlan" və "Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev), İxtiyar (H. Cavid "İblis"), Aslan ("Kəndçi qızı", Mirzə İbrahimov), Zahid ("Fəryad", Bəxtiyar Vahabzadə), Elxan ("Od gəlini" Cəfər Cabbarlı), Cinli Mustafa ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), İxtiyar ("İblis", Hüseyn Cavid), Mirzə Ələkbər Sabir, Tərs Tahir (Anar "Sizi deyib gəlmişəm", "Adamın adamı"), Zahid, Şair (B. Vahabzadə "Fərhad", "Yollara iz düşür"), Bəxtiyar (A. Şaiq "Fitnə") rollarını ifa edib. === Siyasi fəaliyyəti === Mikayıl Mirzə Azərbaycanın ictimai-siyasi həyatında da fəal rol oynayıb.1990- cı illərdə Meydan Hərəkatında Mikayıl Mirzənin xüsusi rolu olub. O, 80 -ci illərdən başlayaraq Sovet quruluşuna qarşı mübarizə aparanlardan olub. Bu mübarizə poeziya salonlarında, poeziya gecələrində aparılıb.
Mirzə Novruzov
Mirzə Səlvər oğlu Novruzov (1984, Bakı – 2 aprel 2016, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. == Həyatı == Mirzə Novruzov 1984-cü ildə Bakı şəhərində anadan olub. Mirzə Novruzov ailəli idi, iki övladı yadigar qalıb. == Hərbi xidməti == Baş leytenant Mirzə Novruzov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 5-i isə Mirzə Novruzov doğulduğu Bakı şəhərində, II Fəxri Xiyabanda son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və baş leytenant Novruzov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Mirzə Novruzov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edildi.
Mirzə Nəsirov
Nəsirov Mirzə Rza Mirzə Məsi oğlu (31 dekabr 1903, Bakı - 13 iyul 1979, Bakı) ― professor (1950), tibb üzrə elmlər doktoru (1950), Əməkdar elm xadimi (1960), Azər­baycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1968). == Həyatı == Mirzə Nəsirov 31 dekabr 1903-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ali təhsilini 1927-ci ildə Bakı Dövlət Universitetinin Tibb fakültəsində almışdır. == Əmək fəaliyyəti == Mirzə Nəsirov əmək fəaliyyətinə 1927-ci ildə başlamışdır. O, 1927-1929-cu illərdə 3 saylı şəhər xəstəxana­sında həkim kimi fəaliyyət göstərmişdir. 1929-1931-ci illərdə ordu sıralarında alay həkimi, 1931-1935-ci illərdə isə Respublika ET Kiniki İnstitutunda ordinator vəzifəsini icra etmişdir. 1935-1942-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda kafedra assistenti olan Mirzə Nəsirov II Dünya müharibəsi zamanı 1942-1945-ci illərdə İranda hərbi hospitalın terapevtik şöbəsi­nin müdiri vəzifəsini icra etmişdir. Habelə 1947-1979-cu illərdə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitu­tunda kafedra müdiri kimi fəaliyyət göstərmişdir. Mirzə Nəsirov uzun illər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Elmi Şura­­­sının üzvü, o cümlədən "Azərbaycan Tibb jurnalı"nın, Böyük Tibbi Ensi­klo­pediyanın və Azərbaycan Sovet Ensiklopediyasının redaksiya heyət­lərinin üzvü olmuşdur. == Elmi fəaliyyəti == Mirzə Nəsirov elmi və həkimlik fəaliyyəti parazitologiya problemlərinin həllinə, yəni mal­yariya, visseral leyşmanioz, brüsellyoz, hepatolienal sindrom, ankilo­stomo­doz­lar, bağırsaqların protozoy zədələnmələri kimi xəstəliklərin diaq­nostikasına və müalicəsinə həsr olunmuşdur.
Mirzə Qasımı
Mirzə Qasımı İranın Gilan bölgəsinə aid olan ənənəvi yeməklərdən biridir ki ilk dəfə olaraq Nasirəddin şah Qacar dönəmində Gilan bölgəsinin valisi olan Məmmədqasımxan tərəfindən əldə edilib və elə buna görədə bu yemək onun adını daşıyır. == Lazım olan ərzaqlar == Dörd nəfərliyə: 4 diş sarımsaq 6 ədəd badımcan 2 ədəd yumurta 2 ədəd pomidor Yarım stəkan yağ Duz və istot (istəyə görə) == Hazırlanma qaydası == İlk olaraq badımcanları yuyuruq və yüksək alovda izqara edirik ki, badımcanın qabığı yanıb içi yumşaq olsun. İstəsəniz, badımcanları odda və ya kömürdə də izqara edə bilərsiniz. Ancaq izqara etməyi bəyənmirsinizsə, badımcanları qızartmaq olar. Bütün badımcanları izqara etdikdən və ya qızartmaqdan sonra soyun və elektrikli və ya əl ət dəyirmanı ilə yaxşıca əzin, ancaq qarışdırıcıya da qoya bilərsiniz. Kiçik bir qazana su tökün və tez qaynayanadək istiliyi artırın, sonra pomidorları bir az yumşalması üçün içərisinə qoyun və soyun. Tava içərisinə bir az yağ tökün və istilənmək üçün bir az qarışdırın, sonra sürtgəcdən keçirilmiş sarımsağı yağda qızardın. Pomidorları bir az doğrayın və tavaya əlavə edib sarımsaqla qovurun və qarışıq badımcanı tavanın tərkib hissələrinə əlavə edin. Yeməyi yenidən qovururuq və maddələrin üzərinə duz və istiot tökürük və tərkibindəki suyun tamamilə buxarlanana qədər sözdə yağa düşməsini gözləyirik. (Bir az yağa bir az pomidor pastası əlavə edib qızardın ki, Mirzə Qasımı daha rəngli olsun.
Mirzə Quliyev
Mirzə Məcid oğlu Quliyev (11 yanvar 1974, Saatlı, Bərdə rayonu) — Azərbaycanın Milli Qəhrəmanı. == Həyatı == 11 yanvar 1974-cü il Bərdə rayonunun Saatlı kəndində anadan olmuşdur. 1980–1991-ci illərdə burada təhsil almışdır. 1992-ci il hərbi xidmətə çağırılmışdır. Quliyev Mirzə dövlətçiliyimizin qorunmasında da, vətənpərvərlik borcunu layiqincə yerinə yetirir. Mirzə Polis Akademiyasını bitirdikdən sonra DİN-də işə qəbul edilir. Qəhrəmanımız hazırda polis polkovnik leytenantı kimi Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışır. == Döyüşlərdə iştirakı == Sədərək cəbhəsində döyüşlərə atılan Mirzə burada böyük şücaətlər göstərmişdi. PDM-də tuşlayıcı-atıcı kimi döyüşlərə girən cəsur döyüşçü onlarla erməni yaraqlısını məhv etmişdi. 1993-cü il 28 iyul tarixdə Ağdam cəbhəsinə göndərilir.
Mirzə Qurbanov
Qurbanov Mirzə Əbdül oğlu (20 iyun 1941, Lənkəran) — fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Mirzə Qurbanov 1941-ci il iyunun 20-də Lənkəran rayonunun Tütəpeştə kəndində anadan olub. 1964-cü ildə Azərbaycan Neft və Kimya institutunun energetika fakultəsini müvəffəqiyyətlə bitirib. 1967-ci ildə Elmlər Akademiyasının Fizika İnstitutunda müsabiqə yolu ilə böyük mühəndis vəzifəsinə keçirilib. 1968-ci ildə həmin İnstitutun aspiranturasına qəbul olunan M. Qurbanov sonralar Y.V. Kurçatov adına Moskva Atom Enerjisi İnstitutuna ezam edilib. 1974-cü ildə Azərbaycan Dövlət Universitetində “Dielektriklərlə məhdudlaşdırılmış qaz aralığında elektrik boşalmaların tədqiqi” mövzusunda dissertasiya müdafiə edərək “Eksperimental fizika” ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb. 1985-ci ildə M.Qurbanov “Polimer kompozisiyalı dielektriklərdə elektret, pyezo- və piroelektrik, varistor, pyezorezistor və pozistor effektləri” mövzusunda “Dielektriklərin və yarımkeçiricilərin fizikası” ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edib. 1993-cü ildə fizika-riyaziyyat elmləri doktoru M. Qurbanova professor adı verilib. Elmi əsərlərinin sayı-238 Xaricdə dərc olunan əsərlərinin sayı- 110 Beynəlxalq bazalarda indeksləşən jurnallarda (Web of Science, Scopus və s.) dərc olunan əsərlərinin sayı - 77 Monoqrafiya və kitablarının sayı- Avstriyada 1 monoqrafiya dərc etdirmişdir Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı- 40 müəllif şəhadətnaməsi və 4 respublika patenti, 2 Amerika patenti Elmi-pedaqoji fəaliyyəti- Azərbaycan Texniki Universitetinin “İzolyasiya” kafedrasının professoru vəzifəsində işləyir, magistr dissertasiya işlərinə rəhbərlik edir. Dil bilikləri - İngilis, rus , azərbaycan Kadr hazırlığı - 22 fəlsəfə doktoru, 1 elmlər doktoru == Əsas elmi nəticələri == Elektron – optik çeviricisi tətbiq etməklə dielektriklərlə məhdudlaşdırılmış qaz aralığında elektrik boşalmalarının mikrostrukturunu öyrənmiş, səth yüklərinin və dielektrik katodun səthindən fotoelektrik effektinin rolunu nəzərə almaqla qismi elektrik boşalmanın inkişaf mexanizmini təklif etmişdir.
Rüstəm Mirzə
Əbülmüzəffər Sultan Rüstəm — Ağqoyunlu dövlətinin hökmdarı (1492-1497) == Həyatı == Uzun Həsənin nəvəsi, Maqsud mirzənin oğludur. 1490-cı ildə Sultan Baysunqur tərəfindən həbsə salınmışdı. Bayandur əyanlarından Eybə Sultan adı ilə məşhur olan Dana Xəliloğlu İbrahim tərəfindən həbsdən azad edilmişdir. 1492-ci ildə də hakimiyyəti ələ keçirmişdi. == Hakimiyyəti == 1492-ci ildə, hakimiyyətə gələrkən etdiyi ilk şey Şeyx Heydərin oğlanlarına Ərdəbilə qayıtmaq icazəsi vermək idi. Lakin 2 il sonra, Eybə Sultan onların yenidən həbs edilməsini əmr etdi. İsmayıl qaçdı. Beş il hakimiyyətdə qaldıqdan sonra, 1497-ci ildə Gödək Əhməd Osmanlıdan qayıdaraq Diyarbəkirdən hücuma keçdi. Rüstəm Mirzə Gürcüstana qaçdı və orada öldürüldü.
Sam Mirzə
Sam mirzə Şah İsmayıl oğlu Səfəvi (28 avqust 1518 – 1567) — Səfəvi şahzadəsi, təzkirəçi, ədəbiyyatşünas. == Həyatı == 10 sentyabr 1517-ci ildə, Şah İsmayıl Xətai və Şahbəyim Taclı Bəyimin övladı olaraq dünyaya gəlmişdir. Bəhram Mirzə Səfəvini əvəz edərək iki dəfə Xorasan hakimi və Ərdəbil hakimi olmuşdur. Şah İsmayılın qəfil ölümündən sonra 10 yaşında hakimiyyətə keçən oğlu Təhmasib mirzə feodalların, qızılbaş əmirlərinin əlində oyuncağa çevrilmişdi. İlk on il hədsiz hərcmərclik və qızılbaş tayfa başçıları arasında kəskin qanlı döyüşlər dövrü idi. Əmirlər və tayfa başçıları arasında bu qanlı çəkişmələrlə yanaşı, bir tərəfdən də osmanlılar tez-tez Azərbaycana hücum edirdi. Şahlığının 10-cu ilində — 20 yaşlarında hakimiyyəti möhkəmlətmək, ölkəni daha çox nizama salmaq istərkən Təhmasib daxildə və xaricdə böyük çətinliklərlə üzləşir. Əmirül-üməra Hüseyn xan Şamlı ən yaxşı torpaqları şamlıların əlində toplamağa çalışmaqla yanaşı, vaxtilə lələsi olduğu Sam Mirzəni hakimiyyətə keçirmək üçün Şah Təhmasibi zəhərləmək istəyir. Şah bunu eşidərək Hüseyn xanı yanına çağırtdırıb, tikə-tikə doğratdırır. Elə bu zamanlar Sam Mirzə qardaşına xəyanət edərək özünü Osmanlı sultanı Sultan Süleymanın vassalı sayır.
Sultanəli mirzə
Sultan Əli Mirzə (1563, Qəzvin – 1642, İsfahan) — I Təhmasibin gürcü şahzadəsindən olan 8-ci oğlu. == Həyatı == 1563-cü ildə Qəzvində anadan olub. 1570–1577-ci illərdə Gəncə və Bərdə hakimi olub. Lələsi Qarabağ bəylərbəyi İbrahim Sultan Ziyadoğlu-Qacar idi. II İsmayılın əmri ilə Qəzvinə çağırıldı. Burada II İsmayıl tərəfindən kor edilib və Ələmuta həpsə atıldı. I Abbasın dövründə həpsdən çıxarıldı və şahın himayəsinə alındı. 1642-ci ildə İsfahanda vəfat etdi. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Xacə Zeynalabidin Əli Əbdi bəy. Təkmilətül-əxbar (Səfəvi dövrü — şah İsmayıl və şah Təhmasib dövrlərinin tarixi).
Süleyman Mirzə
Süleyman Mirzə — I Təhmasibin ikinci xanımı Sultan Ağa xanımdan olan oğlu, Səfəvi şahzadəsi. == Həyatı == Süleyman mirzə 28 mart 1554-cü ildə Naxçıvanda doğulmuşdu. Dayısı məşhur Şəki valisi Şamxal sultan olmuşdur. Şahın əmri ilə lələlərinin himayəsi altında Şiraz (1555-58) və Məşhəd (1567-73) hakimi olmuşdur. 1570-ci ildən atasının yanında yaşamışdır. 1576-cı ildə I Təhmasibin ölümündən sonra Əmiraslan bəy Əfşar, Xüləfa Rumlu və dayısı Şamxal sultan Süleyman mirzəyə dəstək olaraq onu hakimiyyətə gətirmək istəsələr də, II İsmayılın tərəfdarlarının çoxluğu üzündən bu fikrdən daşındılar. 22 avqust 1576-cı ildə II İsmayıl taxta çıxdı və tacqoyma mərasimi keçirildi. Məhz bundan sonra şahzadələrin öldürülməsinə başlanıldı. İsmayıl taxta çıxdıqdan sonra ilk əvvəl öz hakimiyyətini möhkəmləndirməyi qərara aldı. Bu məqsədlə o, sülalədən taxt-taca namizəd ola biləcək şəxslərin zərərsizləşdirilməsini zəruri hesab etdi.
150 il. Mirzə Fətəli Axundov (film, 1962)
150 il. Mirzə Fətəli Axundov filmi rejissor Niyazi Bədəlov tərəfindən 1962-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun anadan olmasının 150 illiyinə həsr olunmuşdur. == Məzmun == Kinooçerk Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun anadan olmasının 150 illiyinə həsr olunmuşdur. Film bizi böyük filosof, şair, dramaturq M.F.Axundovun uşaqlıq illəri, mürəkkəb həyatı və fəaliyyəti ilə, onun Azərbaycan ədəbiyyatına gətirdiyi yeniliklərlə tanış edir. Burada dramaturqun məşhur "Hacı Qara" pyesindən bir səhnə ekranlaşdırılmışdır. Bu tarixi-bioqrafik film Tiflisdə M.F.Axundovun qəbri önündə və Bakıda böyük maarifçinin abidəsi qarşısında keçirilən təntənəli mərasimlərlə qurtarır. == Mükafat == 1963-cü ildə Tbilisidə Zaqafqaziya respublikaları, Rostov-Don, Orconikidze studiyalarının sənədli filmlər baxışında rejissor Niyazi Bədəlov ən yaxşı rejissor işinə görə Diplom almışdır. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Məmməd Cəfər Cəfərov, Əhmədağa Qurbanov Rejissor: Niyazi Bədəlov Operator: Vladimir Zbudski Rəssam: Nadir Zeynalov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Abbas-Mirzə Şərifzadə
Abbas Mirzə Şərifzadə (22 mart 1893, Şamaxı – 16 noyabr 1938, Bakı) — Azərbaycan teatr aktyoru, teatr və kino rejissoru, kino redaktoru, Azərbaycan SSR əməkdar artisti (1929), Azərbaycan SSR xalq artisti (1936). == Həyatı == Abbas Mirzə Şərifzadə 1893-cü il martın 22-də Şamaxının Yuxarı Qala məhəlləsində ziyalı ailəsində anadan olmuşdur. Onun atası Mirzə Rəsul dünyagörüşlü bir insan olub. Seyid Əzim Şirvaninin açdığı yeni "Üsuli-Cədid" məktəbində dərs deyən Mirzə Rəsul Şamaxının ən hörmətli müəllimlərindən sayılırmış. Abbas Mirzə Şərifzadə Şamaxıda dünyaya göz açsa da, onun gəncliyi, ümumiyyətlə, bütün ömrü Bakı ilə bağlıdır. Belə ki, 1902-ci ildə Şamaxıda baş verən dəhşətli zəlzələdən sonra bir çoxları kimi onların da ailəsi şəhəri tərk edib Bakıya köçürlər. Abbas Mirzə Şərifzadənin böyük qardaşı Qulamrza Şərifzadə Fəriköydə məzarı olan azərbaycanlılardandır. O, bir müddət İranda, daha sonra Türkiyədə yaşayıb. Q. Şərifzadə 1884-cü ildə Şamaxıda anadan olmuşdur. O, mühacir Abbasqulu Kazımzadə ilə naşirliklə məşğul olmuşdur.
Abbas Mirzə Qacar
Abbas Mirzə (tam adı: Abbas mirzə Qovanlı-Qacar), (20 avqust 1789, Amul, Mazandaran ostanı – 25 oktyabr 1833, Məşhəd) — Qacar taxt-tacının vəliəhdi, Naib-əs-səltənət, Azərbaycan canışını, Azərbaycan Ordusunun Sərdarı (ordu generalı) == Həyatı == Abbas mirzə Fətəli şah oğlu (anası Asiyabəyim xanım Fətəli xan qızı Dəvəli) 1788-ci ildə Larican mahalının Nəva qəsəbəsində anadan olmuşdu. Mükəmməl ailə təlim-tərbiyəsi və təhsili almışdı. Ağaməhəmməd şahın göstərişi ilə vələhd seçilmişdi. Naibəssəltənə ləqəbi daşıyırdı. Abbas mirzə dörd yaşında ikən bilinməz xəstəliyə tutulmuşdu. Onun müalicəsi üçün atasının əmisi Ağaməhəmməd şah ölkənin dörd bir tərəfindən məşhur həkimləri saraya dəvət etmişdi. Həkimlər onun xəstəliyinin çarəsini tapa bilmədilər. Şahzadə idman və bədən tərbiyəsinin köməyi ilə yeniyetmə yaşında xəstəliyini dəf etdi. Ancaq 30 yaşından sonra əsəbi gərginlik, psixoloji durğunluq onu yenidən əski xəstəliyinə qaytardı. Abbas mirzə 1799-cu ildən Cənubi Azərbaycanın, 1833-cü ildən Kirmanın və Xorasanın valisi olmuşdu.
Abbas Mirzə məscidi
Şah Abbas məscidi, Abbas Mirzə məscidi, Sərdar məscidi və ya Xan məscidi — ilk dəfə 1606-cı ildə Şah Abbas, 2-ci dəfə 1810-cu ildə Abbas Mirzə tərəfindən İrəvan qalasında inşa etdirilən məscid. Qala məscidi və ya Köhnə məscid də adlandırılan bu məscid İrəvandakı məscidlərin ən qədimidir. Bəzi mənbələrdə İrəvanda mövcud olmuş 3 məscid — Şah Abbas məscidi, Abbas Mirzə məscidi və Sərdar məscidlərinin əslində eyni bir məscid olduğu iddia edilir. == Tarixi == === İlk məscid === İlk dəfə 1606-cı ildə inşa edilən məscidə xalq Şah Abbas məscidi adını vermişdir. Eyni zamanlarda Gəncədə inşa edilən məscid də eyni memar - Şeyx Bəhai tərəfindən inşa edildiyindən bir-birlərinə çox bənzəmişlər. Sərdar sarayının şərq yanına inşa edilən məscidin yanında mədrəsə, kitabxana və mehmanxana tikilmiş olub böyük bir həyətlə ətraflanan möhtəşəm bir arxitektura külliyyə olaraq elm mərkəzi vəzifəsi ifa etmişdir. İrəvan xanlığı zamanında məscidin aş evində kasıblara gündə üç pay yemək verilməkdə idi. Dini bir məkan olmaqdan başqa, ictimai bir quruluş olan bu məscid ermənilər tərəfindən hər fürsətdə korlanıb. === İkinci məscid === 1810-cu illərdə inşa edilmiş Sərdar məscidindən Rus işğalından sonra müxtəlif məqsədlər üçün istifadə edilmişdir. Məscid on səkkizinci əsrin əvvəllərində İrəvan xanı Hüseynqulu xan Sərdarın hakimiyyəti dövründə inşa edilmişdir.
Abbas Mirzə Şərifzadə
Abbas Mirzə Şərifzadə (22 mart 1893, Şamaxı – 16 noyabr 1938, Bakı) — Azərbaycan teatr aktyoru, teatr və kino rejissoru, kino redaktoru, Azərbaycan SSR əməkdar artisti (1929), Azərbaycan SSR xalq artisti (1936). == Həyatı == Abbas Mirzə Şərifzadə 1893-cü il martın 22-də Şamaxının Yuxarı Qala məhəlləsində ziyalı ailəsində anadan olmuşdur. Onun atası Mirzə Rəsul dünyagörüşlü bir insan olub. Seyid Əzim Şirvaninin açdığı yeni "Üsuli-Cədid" məktəbində dərs deyən Mirzə Rəsul Şamaxının ən hörmətli müəllimlərindən sayılırmış. Abbas Mirzə Şərifzadə Şamaxıda dünyaya göz açsa da, onun gəncliyi, ümumiyyətlə, bütün ömrü Bakı ilə bağlıdır. Belə ki, 1902-ci ildə Şamaxıda baş verən dəhşətli zəlzələdən sonra bir çoxları kimi onların da ailəsi şəhəri tərk edib Bakıya köçürlər. Abbas Mirzə Şərifzadənin böyük qardaşı Qulamrza Şərifzadə Fəriköydə məzarı olan azərbaycanlılardandır. O, bir müddət İranda, daha sonra Türkiyədə yaşayıb. Q. Şərifzadə 1884-cü ildə Şamaxıda anadan olmuşdur. O, mühacir Abbasqulu Kazımzadə ilə naşirliklə məşğul olmuşdur.
Abbas Mirzə Şərifzadə (film)
Abbas Mirzə Şərifzadə filmi rejissor Gavə Həsənov tərəfindən çəkilmişdir. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Film məşhur Azərbaycan aktyoru, rejissor Abbas Mirzə Şərifzadənin həyat və yaradıcılığından bəhs edir. == Məzmun == Film məşhur Azərbaycan aktyoru, rejissor Abbas Mirzə Şərifzadənin həyat və yaradıcılığından bəhs edir.
Abbas Mirzə Şərifzadə küçəsi
Abbas Mirzə Şərifzadə küçəsi — Bakı şəhərinin Yasamal rayonunda küçə. Küçə məşhur Azərbaycan teatr aktyoru, teatr və kino rejissoru Abbas Mirzə Şərifzadənin adını daşıyır. Mətbuat prospektindən Müzəffər Həsənov küçəsinə kimi uzanır. == Haqqında == Abbas Mirzə Şərifzadə küçəsi "Azərbaycan" nəşriyyatının sol cinahından başlayıb, Mətbuat prospekti və Həsən bəy Zərdabi küçəsinə paralel Respublika Kliniki Xəstəxanasına qədər uzanır. Yenidən qurulduqdan sonra eninə, hərəkət zolaqlarının sayına görə adı çəkilən prospektləri üstələyir, uzunluğu isə onların ikisi qədərdir. == Kəsişdiyi küçələr == Abbas Mirzə Şərifzadə küçəsi Mətbuat prospektindən başlayır və Müzəffər Həsənov küçəsi ilə kəsişmədə bitir. İsfəndiyar Zülalov küçəsi İsmayıl Mürsəgülov küçəsi Yaşar Abdullayev küçəsi Mirzə Mehdiyev küçəsi Nazim Hikmət küçəsi 6-cı Salaxani küçəsi 7-ci Salaxani küçəsi Akim Abbasov küçəsi Kamal Rəhimov küçəsi Əsəd Əhmədov küçəsi Həmidov küçəsi Məhəmməd Xiyabani küçəsi Heydər Hüseynov küçəsi == Mühüm ünvanlar == № 10 — Azad Azərbaycan TV № ? — AMEA Fiziologiya İnstitutu № 20 — Kaktus restoranı № 39 — ASAN xidmətin 3 saylı mərkəzi № 138 — CONNECT TV № 154a — "Bizim Market" № 158 — "Metro ticarət" № ? — Günəş petrol № 196 — Akademik M.Topçubaşov Adına Elmi Cərrahiyyə Mərkəzi № 202 — "Zəngin süfrə" restoranı № 203 — Capsella pərdə-tül mərkəzi № 204 — 2 nömrəli Bakı Baza Tibb Kolleci № ? — AZPETROL № 241 — İctimai Televiziya № ?
Abbas Mirzə Şərifzadə küçəsi (Bakı)
Abbas Mirzə Şərifzadə küçəsi — Bakı şəhərinin Yasamal rayonunda küçə. Küçə məşhur Azərbaycan teatr aktyoru, teatr və kino rejissoru Abbas Mirzə Şərifzadənin adını daşıyır. Mətbuat prospektindən Müzəffər Həsənov küçəsinə kimi uzanır. == Haqqında == Abbas Mirzə Şərifzadə küçəsi "Azərbaycan" nəşriyyatının sol cinahından başlayıb, Mətbuat prospekti və Həsən bəy Zərdabi küçəsinə paralel Respublika Kliniki Xəstəxanasına qədər uzanır. Yenidən qurulduqdan sonra eninə, hərəkət zolaqlarının sayına görə adı çəkilən prospektləri üstələyir, uzunluğu isə onların ikisi qədərdir. == Kəsişdiyi küçələr == Abbas Mirzə Şərifzadə küçəsi Mətbuat prospektindən başlayır və Müzəffər Həsənov küçəsi ilə kəsişmədə bitir. İsfəndiyar Zülalov küçəsi İsmayıl Mürsəgülov küçəsi Yaşar Abdullayev küçəsi Mirzə Mehdiyev küçəsi Nazim Hikmət küçəsi 6-cı Salaxani küçəsi 7-ci Salaxani küçəsi Akim Abbasov küçəsi Kamal Rəhimov küçəsi Əsəd Əhmədov küçəsi Həmidov küçəsi Məhəmməd Xiyabani küçəsi Heydər Hüseynov küçəsi == Mühüm ünvanlar == № 10 — Azad Azərbaycan TV № ? — AMEA Fiziologiya İnstitutu № 20 — Kaktus restoranı № 39 — ASAN xidmətin 3 saylı mərkəzi № 138 — CONNECT TV № 154a — "Bizim Market" № 158 — "Metro ticarət" № ? — Günəş petrol № 196 — Akademik M.Topçubaşov Adına Elmi Cərrahiyyə Mərkəzi № 202 — "Zəngin süfrə" restoranı № 203 — Capsella pərdə-tül mərkəzi № 204 — 2 nömrəli Bakı Baza Tibb Kolleci № ? — AZPETROL № 241 — İctimai Televiziya № ?
Abbas mirzə Fərmanfərma
Abbas mirzə Əbdülhüseyn mirzə oğlu Fərmanfərma (1890–1935) — İranın ədliyyə naziri. == Həyatı == Əbdülhüseyn mirzə Fərmanfərmanın ikinci oğlu Abbas mirzə 1890-cı ildə Tehran şəhərində anadan olmuşdu. Hərbi təhsil almışdı. Salariləşkər ləqəbini daşıyırdı. Abbas mirzə Həmədanın (1915–1916), Astrabadın (1918), Kirmanşahın (1918–1919) valisi olmuşdu. 1919-cu ildən 1920-ci ilədək Ədliyyə naziri vəzifəsində çalışmışdı. 1920-ci ildən 1921-ci ilədək ictimai işlərlə məşğul olmuşdu. == Ailəsi == Abbas mirzə Izzətüssəltənə xanım Rzaqulu xan Nizamüssəltənə Mafi qızı ilə ailə qurmuşdu. Bəhram mirzə, Bəhmən mirzə adlı oğulları, Hümay xanım, Tacülmülk xanım, Izzətülmülk xanım, Mahirə xanım adlı qızları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.
Abbas mirzə Qovanlı-Qacar
Abbas Mirzə (tam adı: Abbas mirzə Qovanlı-Qacar), (20 avqust 1789, Amul, Mazandaran ostanı – 25 oktyabr 1833, Məşhəd) — Qacar taxt-tacının vəliəhdi, Naib-əs-səltənət, Azərbaycan canışını, Azərbaycan Ordusunun Sərdarı (ordu generalı) == Həyatı == Abbas mirzə Fətəli şah oğlu (anası Asiyabəyim xanım Fətəli xan qızı Dəvəli) 1788-ci ildə Larican mahalının Nəva qəsəbəsində anadan olmuşdu. Mükəmməl ailə təlim-tərbiyəsi və təhsili almışdı. Ağaməhəmməd şahın göstərişi ilə vələhd seçilmişdi. Naibəssəltənə ləqəbi daşıyırdı. Abbas mirzə dörd yaşında ikən bilinməz xəstəliyə tutulmuşdu. Onun müalicəsi üçün atasının əmisi Ağaməhəmməd şah ölkənin dörd bir tərəfindən məşhur həkimləri saraya dəvət etmişdi. Həkimlər onun xəstəliyinin çarəsini tapa bilmədilər. Şahzadə idman və bədən tərbiyəsinin köməyi ilə yeniyetmə yaşında xəstəliyini dəf etdi. Ancaq 30 yaşından sonra əsəbi gərginlik, psixoloji durğunluq onu yenidən əski xəstəliyinə qaytardı. Abbas mirzə 1799-cu ildən Cənubi Azərbaycanın, 1833-cü ildən Kirmanın və Xorasanın valisi olmuşdu.
Abgül Mirzəliyev
Abgül Ərzulla oğlu Mirzəliyev (27 noyabr 1986, Şıxzahırlı, Şamaxı rayonu) — Azərbaycan xanəndəsi. == Həyatı == Abgül Ərzulla oğlu Mirzəliyev 27 noyabr 1986-cı ildə Şamaxı rayonunun Şıxzərli kəndində anadan olmuşdur. Elə həmin kəndin orta məktəbdə təhsil almışdır. 2005-ci ildə Mədəni-Maarif Texnikumunda Camal Dadaşovun sinfinə daxil olmuşdur. İki il orada təhsil aldıqdan sonra təhsil ocağını Asəf Zeynallı adına musiqi kollecinə dəyişmişdir. O, 2007-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Muğam Televiziya Müsabiqəsində iştirak etmiş və qalib olmuşdur. 2009-cu ildə Azərbaycan Milli Konservatoriyasına qəbul olumuşdur. Zabit Nəbizadənin sinfində təhsil almışdır. Nicat Qafuroğlunun rejissorluğu ilə ifa etdiyi "Nar ağacı, nar çiçəyi" mahnısına klip çəkdirmişdir. Abgül Mirzəliyev Rusiyanın bir neçə şəhərində, İranda, Ukraynada, Belarusda, Latviyada, Özbəkistanda, BƏƏ'də, Türkiyədə, Gürcüstanda və s.
Akif Mirzəyev
Akif Mirzəyev (aktyor) — Aktyor. Akif Mirzəyev (əməkdar artist) — Azərbaycan Respublikasının əməkdar artisti.
Akif Mirzəyev (I)
Akif Mirzəyev (10 aprel 1944, Bakı) — Azərbaycan Respublikasının "Əməkdar artist"i (2011). == Həyatı == Akif Mirzəyev 1944-cü il aprelin 10-da Bakı şəhərində anadan olub. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında Qara Qarayevin sinfində təhsil alıb. 1990-cı il 20 Yanvar faciəsinə həsr etdiyi matəm musiqisi olan "Yanvar mərsiyələri", Heydər Əliyevin xatirəsinə həsr etdiyi "Dahi Prezidentə xatirə duaları" adlı əsəri ABŞ, Fransa və Almaniyada ifa olunub. Hazırda Alman Azərbaycan Forumunun mədəniyyət üzrə müşaviri, Fulda şəhərindəki Yohannesriş (Johannesrische) kilsəsində orqan ifacısıdır. == Mükafatları == 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə mədəniyyət, incəsənət sahəsindəki nailiyyətlərinə görə "Əməkdar artist" fəxri adına layiq görülüb.
Akif Mirzəyev (aktyor)
Akif Əziz oğlu Mirzəyev (1965) — Aktyor. == Həyatı == Akif Mirzəyev 1965-ci ildə anadan olmuşdur. 1987-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Mədəni- maarıf" fakultəsinə qəbul olunmuş, 1992-ci ildə oranı bitirmişdir. 1989-cu ildən H.Ərəblinski adına Dövlət Musiqili Dram Teatrında aktyor işləyir. 1989-cu ildən ( arada başqa teatrda işləməsi ilə əlaqədar bir neçə ili çıxmaq şərti ilə) bu günə kimi həmin teatrda çalışır. Akif Mirzəyevin yaradıcılığl çoxşaxəlidir. Daha çox xarakterik səpgili obrazların ifasına meyl edən Akif, özünü komediya janrında da sınamış və uğurlar qazana bilmişdir. Akifin ifasında səhnə təcəssümü tapmış Dadaşbala (Rəhman Əlizadə "Dadaşbala əməliyyatı") , Qazı (Yusif Əzimzadə "Nəsrəddin"), Qoçu Baloğlan (Aqşin Babayev "Kim nə deyər bizdə olan qeyrətə") Milis serjantı (Vaqıf Səmədoğlu "Bəxt üzüyü" yuxarıda dediklərimizə əyani sübutdur. Aktyorun xoş tembirli səsi və musiqi duyumu ona komediya tamaşalarında da obraz yaratmağa imkan verir. Onun Vəlisi (Ü.Hacıbəyov "Arşın mal alan"), Cinli Mayıl (İsi Məlikzadə və Süleyman Ələsgərov "Subaylarınızdan görəsiniz") tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.
Akif Mirzəyev (əməkdar artist)
Akif Mirzəyev (10 aprel 1944, Bakı) — Azərbaycan Respublikasının "Əməkdar artist"i (2011). == Həyatı == Akif Mirzəyev 1944-cü il aprelin 10-da Bakı şəhərində anadan olub. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında Qara Qarayevin sinfində təhsil alıb. 1990-cı il 20 Yanvar faciəsinə həsr etdiyi matəm musiqisi olan "Yanvar mərsiyələri", Heydər Əliyevin xatirəsinə həsr etdiyi "Dahi Prezidentə xatirə duaları" adlı əsəri ABŞ, Fransa və Almaniyada ifa olunub. Hazırda Alman Azərbaycan Forumunun mədəniyyət üzrə müşaviri, Fulda şəhərindəki Yohannesriş (Johannesrische) kilsəsində orqan ifacısıdır. == Mükafatları == 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə mədəniyyət, incəsənət sahəsindəki nailiyyətlərinə görə "Əməkdar artist" fəxri adına layiq görülüb.
Aleksandr Rzaqulu Mirzə
Aleksandr Petroviç Rzaqulu Mirzə (1869-?), çar zabiti, Qacar şahzadəsi == Həyatı == Aleksandr Petroviç Rzaqulu Mirzə 1869-cu il mayın 25-də Sankt-Peterburq quberniyasında anadan olub. Anası, Aleksandra Tuqan Mirzə- Baranovskayanın arzusu ilə (Tuqan gerbi litva-tatar zadəgan nəslindən olan kollej müşavirinin qızı, müsəlman təriqətini qoruyub saxlayıb) pravoslavlığı qəbul edib və oğlunu da pravoslav adətinə görə Aleksandr Petroviç adıyla xaç suyuna çəkdirib. Onun xaççəkmə mərasimində Böyük Knyaz Pyotr Nikolayeviç Böyük Knyaginya Aleksandra Nikolayevna ilə birlikdə iştirak edib. Rzaquluya da onun atası kimi böyük hörmət əlaməti olaraq alicənablıq titulu verilib. O, əvvəlcə Riqa üçsinifli realnı məktəbini bitirib və sonra da 1895-ci ildə Vilenski piyada yunker məktəbini bitirib. 178-ci ehtiyat piyada İzborsk alayına təyinat alıb. 1903-cü ildə Leyb-qvardiyanın 2-ci Kuban Əlahəzrətin mühafizə sotnyasının zabiti olub. I Dünya müharibəsində Qrodno qusar qvardiyasında iştirak edərək Müqəddəs Georgi ordeni ilə təltif olunmuşdur. Böyük Knyaz Mixail Aleksandroviçin Şəxsi qvardiyasında o, həlak olana qədər xidmət edib. Peterburqda Şpalernı küçəsi 28 saylı binada yaşayırdı.
Anar Mirzəyev
Mirzəyev Anar Mehman oğlu — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Əslən İsmayıllı rayonunun Basqal kəndindəndir. == Hərbi xidməti == Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində qəbul olmuşdur. Nizam-intizama görə bir neçə dəfə bölük birincisi dərəcəsi almışdır. Sonda ali hərbi məktəbi "motoatıcı" ixtisası üzrə bitirmişdir və hərbi vəzifəsinə başlamışdır. Rumıniyada keçirilən NATO təlimlərinin iki dəfə iştirakçısı olmuşdur. Müdafiə naziri Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, ordu üzrə ən yaxşı tabor komandiri yarışı keçirilmiş və Anar Mirzəyev birinci yeri əldə etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Azərbaycan Ordusunun qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 20.06.2017-ci il tarixli Sərəncamına əsasən Anar Mirzəyevə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Anar Mirzəyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
Aqil Mirzəliyev
Aqil Mehman oğlu Mirzəliyev (27 avqust 1999, İsmayıllı rayonu – 23 oktyabr 2020, Tuğ, Xocavənd rayonu) — Xüsusi Təyinatlı Qüvvələrin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqil Mirzəliyev 1999-cu il avqust ayının 27-də İsmayıllı rayonunda anadan olmuşdur. 2005-2016-cı illərdə İsmayıllı rayonunda İsrail Həsənov adına 1 saylı tam orta məktəbdə təhsil almışdır. Məktəb illərində intellektual səviyyəsi ilə daim seçilən Aqil dəfələrlə respublika fənn olimpiadalarında, bilik və intellektual yarışlarda çempion olmuşdur. 2016-cı ildə orta məktəbi əla qiymətlərlə başa vurmuş və qəbul imtahanında 613 bal toplayaraq, Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat uçotu və audit ixtisasına qəbul olunmuşdur. 2020-ci ildə universitetdən məzun olmuş, daha sonra isə hərbi xidmətə yollanmışdır. == İkinci Qarabağ müaribəsində iştirakı == Aqil Mirzəliyev hərbi xidmətinə Xüsusi Təyinatlı Qüvvələrin tərkibində başlamış və 2020-ci il sentyabr ayının 27-dən başlayan 2-ci İkinci Qarabağ müharibəsində fəal iştirak etmişdir. O, Murovdağ, Cəbrayıl, Füzuli və Hadrut istiqamətlərində gedən döyüşlərdə şücaət göstərmişdir. Aqil Mirzəliyev 20 oktaybr 2020-ci ildə Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş və oktyabr ayının 23-ü Şəhidlər Xiyabanında dəfn edilmişdir. == Xatirəsi == 2022-ci ildə İsmayıllıda Aqil Mirzəliyevin ad günündə şəhidin adına küçə verilib.
Arif Mirzəquliyev
Arif Teyyub oğlu Mirzəquliyev (1 yanvar 1934, Bakı – 31 dekabr 1990, Bakı) — Ləzgi əsilli Azərbaycan aktyoru və həkimi. == Həyatı == Arif Teyyub oğlu Mirzəquliyev ixtisasca həkim olub.İlk əvvəl o,Moskva Ümumittifaq Dövlət Kinemotaqrafiya İnstitutunda təhsil almışdır.Amma ailəsində hamı həkim olduğundan və atasının xahişindən sonra Azərbaycan Dövlət Tibb İnstutuna daxil olur və nevropatoloq ixtisasına yiyələnir. Bir neçə kinoya çəkiləndən sonra sənətindən uzaqlaşır və ömrünün sonuna kimi həkim vəzifəsində çalışır.Buna baxmayaraq o,istedadlı aktyor kimi özünü sübut etməyi bacarır. Onun "Görüş" filmində yaratdığı Kamil və "O olmasın,bu olsun" filmində canlandırdığı Sərvər obrazı tamaşaçıların yaddaşına əbədi həkk olmuşdur. İki övladı olan Arif Mirzəquliyev 1990-cı ildə vəfat edib.
Arif Mirzəyev
Arif Abdulla oğlu Mirzəyev (10 aprel 1944, Bakı) — Azərbaycanlı bəstəkar, pianoçu, orqan ifaçısı, Azərbaycan Respublikasının əməkdar artisti (2011). Azərbaycanda dini və orqan musiqisinin əsasını qoymuşdur. == Həyatı == Arif Abdulla oğlu Mirzəyev 10 aprel 1944-cü ildə Bakıda anadan olmuşdur. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında Qara Qarayevin sinfində təhsil almışdır. Hazırda Almaniyada yaşayır. "Dahi prezidentə xatirə duaları" əsəri ABŞ, Fransa və Almaniyada ifa olunmuşdur. Azərbaycanın və Rusiyanın görkəmli bəstəkarı və orqan ifaçısı "İohann Sebastyan Baxın varisləri" beynəlxalq medalına layiq görülmüşdür.
Asb Mirzə (Sərdəşt)
Asb Mirzə (fars. اسب ميرزا‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 111 nəfər yaşayır (24 ailə).
Aslan Mirzəyev
Aslan Maqsud oğlu Mirzəyev (17 iyul 2000, Xok, Naxçıvan Muxtar Respublikası – 8 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aslan Mirzəyev 17 iyul 2000-ci ildə Kəngərli rayonunun Xok kəndində anadan olub. 2006–2017-ci illərdə Xok kənd tam orta məktəbində təhsil alıb. Nişanlı idi. == Hərbi xidməti == Aslan Mirzəyev 2017–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. 2019-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Ordusunun əsgəri olan Aslan Mirzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində fəal iştirak edib. 8 noyabrda şəhid olub. 13 noyabrda doğulduğu Xok kəndinə dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aslan Mirzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Aydın Mirzəzadə
Aydın Böyükkişi oğlu Mirzəzadə (2 iyul 1957, Mingəçevir) — Azərbaycan Respublikası II, III, IV, V və VI çağırış Milli Məclisinin deputatı, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü. Siyasi elmlər üzrə fəlsəfə doktoru (2003-cü il), dosent, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, (2015–2021), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimai Etimad Şurasının sədri. == Həyatı və fəaliyyəti == Aydın Mirzəzadə 2 iyul 1957-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1974-cü ildə Mingəçevir şəhər 10 saylı orta məktəbi bitirmişdir. 1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun inşaat fakültəsinə qəbul olunmuş və 1980-ci ildə buranı inşaatçı-mühəndis ixtisası ilə bitirmişdir. Təhsil müddətində İnstitut Tələbə Şurasının üzvü kimi ictimai fəaliyyətlə məşğul olmuş, tələbə-inşaat dəstələri hərəkatında fəal iştirak etmişdir. 1980-ci ildə təyinatla RSFSR-in Kalinin vilayətinin Rjev şəhərində yerləşən 1315 saylı səyyar mexanikləşdirilmiş dəstənin tikinti ustası işləmişdir. 1980–1982-ci illərdə Sovet ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. 1982–1993-cü illərdə Mingəçevir şəhərində yerləşən Azərbaycan DRES tikintisində müxtəlif vəzifələrdə çalışmışdır. 1992-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.
Ayətullah Mirzə İbrahim Badkubeyi

Digər lüğətlərdə