Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

  • ŞİRVANŞAHI

    сущ. ширваншахи (один из древних сортов винограда, растущих в Азербайджане)

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • ŞİRVANŞAHLAR

    сущ. истор. ширваншахи (династия правителей в государстве Ширваншахов). Şirvanşahlar sarayı Дворец Ширваншахов (памятник азербайджанской средневековой

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • ŞİRVANŞAH

    сущ. истор. ширваншах (титул феодальных правителей Ширвана)

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • şirvanşah

    şirvanşah

    Tam oxu »
    Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti
  • AXİSTAN

    ...(şahinlər sinfinə mənsub yırtıcı quş) sözlərindən düzəlmiş, Şirvanşah Mənuçöhrün gürcü qızı Tamardan olan birinci oğlu Axistanın adındandır.

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • SÜLALƏ

    ...sülaləsi династия Аббасидов, Şirvanşahlar sülaləsi династия Ширваншахов, Romanovlar sülaləsi династия Романовых 2. перен. ряд поколений, передающих и

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • SARAY

    ...государства, а также членов правящей семьи. Şirvanşahlar sarayı дворец Ширваншахов, Şəki xan sarayı Шекинский ханский дворец 2) здание, отличающееся

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • İZAHAT

    ...yoxdur. – Bütün bu yuxarıdakı izahat bizi inandırır ki, cənab Şirvanski “Vətən dili” kitabına qiymət verərkən zəhmət çəkib onun məzmunu ilə lazımi qə

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • КЬИЛ

    ...зари я? Чи хуьре Етим Зуьгьре лугьур са къари авай. Адан тухум Ширвандай тир. Кьил хуьз арандиз фейи са шумуд йисалай а хуьруьнвидин хизан са хв

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
OBASTAN VİKİ
Şirvanşah
Şirvanşah (fars. شروانشاه‎) – Şirvanşahlar dövlətinin hökmdarlarının daşıdığı rəsmi dövlət titulu. Mənbələrdə Şirvan hökmdarlarına şahlığın Sasanilərin hakimiyyəti zamanı verilməsi qeyd olunmuşdur. Ümumilikdə Şirvanşahlar dövlətində hakimiyyətdə olmuş üç sülalədən – Məzyədilər, Kəsranilər və Dərbəndilər nəslindən olan hökmdarlar, eyni zamanda haqqlarında çox az məlumat qalmış, ərəb istilası dövründən əvvəlki Şirvanşahlar bu titulu daşımışlar. Son Şirvanşah nəsli olan Dərbəndilər, türk ənənəsinə uyğun olaraq Şirvanşah titulu ilə yanaşı "Sultan" və "Xaqan" titulları da daşımışlar. == Sülalələr == Ərəb istilasına qədərki erkən Şirvanşahlar haqqında məlumat yox dərəcəsindədir. Rəşidəddin (1247-1318-ci illər) "Məkatubat"ında oğlu Əli üçün nişanladığı Şirvanşahın qızı haqqında danışarkən göstərirdi ki, Şirvanşahlar Dərbənd hökmdarları nəslindən olan qədim xanədandır. "Artıq, iki min ilə yaxındır ki, sultan taxtı onların nəslinə məxsusdur..." Onun hesablamasına görə Şirvanşahlar hələ Əhəmənilər dövründən hakimiyyət sürmüşlər. Rəşidəddinin müasiri olan digər müəllif Kamal əd-Din ibn-əl- Füvati Şirvanşah III Fəribürz ibn Güştaspdan bəhs edərkən göstərirdi ki, o, "qədim xanədan nəslindəndir. Onların nəsli Bəhram Çuibndən başlayır.
Şirvanşahlı (Məlikan)
Şirvanşahlı (fars. شيروان شاهلو‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 137 nəfər yaşayır (35 ailə).
Şahrux (şirvanşah)
Şahrux ibn II Fərrux Yasar – Şirvanşahlar dövlətinin qırx üçüncü hökmdarı, Şirvanşah II Fərrux Yasarın oğlu. Şirvanşah Şahrux Şirvanşahlar dövlətinin son hökmdarıdır. Onun 1538 – cu ildə Təbrizdə Azərbaycan Səfəvilər dövlətinin şahı I Təhmasib tərəfindən öldürülməsi ilə Şirvanşahlar dövləti və xanədanı süqut etmişdir. == Fəaliyyəti == Özündən sonra vərəsəsi olmayan II Xəlilullah h.942 (1535)-ci ildə öldükdən sonra Şirvanın feodal əyanları Fərrux Yasarın oğlu və Şeyxşahın nəvəsi on beş yaşlı Şahruxu təcili Dağıstandan Şamaxıya gətirərək Şirvanşahlar taxtına oturtdular. h.942 (1535/6)-ci ildə Şamaxıda Şahruxun adından gümüş sikkə kəsilmişdir. Bu dövrdə Dərbəndi Şirvanşahlar xanədanı tənəzzülə uğradı. Şirvanda hakimiyyət, əslində dövləti azyaşlı Şahruxun adından idarə edən feodal zadəganlarının – başda vəkil Hüseyn bəy Lələ olmaqla, Şirvan əmirlərinin əlində idi. Mənbələrdə heç bir qayda-qanun qalmamış Şirvanda feodal zülmü və özbaşınalığından, xalq kütlələrinin ağır vəziyyətindən, "ölkədə açıq-aşkar ictimai hərc-mərclik yaranmasından" xəbər verilir. === Şirvanda üsyan === Tezliklə, h.944 (1537)-cü il qışın əvvəllərində Şirvanda özünü Şeyxşahın oğlu Sultan Məhəmməd adlandıran qələndəri başçılığı ilə xalq kütlələrinin üsyanı başlandı. O, başına saysız-hesabsız dəstələr toplayaraq Salyanı tutdu və Şamaxıya doğru hərəkət etdi.
I İbrahim (Şirvanşah)
I İbrahim (1382, Şəki – 1417, Şamaxı) — Şirvanşahlar dövlətinin 34-cü hökmdarı. Şirvanşah Şeyx İbrahim Dərbəndilər sülaləsindən olan ilk hökmdardır. Məzyədilər və onun qolu olan Kəsranilər sülalələrinə qohum olan Dərbəndilər sülaləsi etnokonsolidasiya prosesi nəticəsində Azərbaycanın yerli əhalisi qarışaraq öz ərəb simasını itirmiş və türkləşmişdir. == Taxta çıxması == Huşəng 1382-ci ildə öldükdən sonra Şirvan feodalları onun əmisi oğlu İbrahim ibn Sultan Məhəmməd ibn Keyqubadı hökmdar seçdilər. Münəccimbaşıya görə Şeyx İbrahim Məzyədilər sülaləsinin qohumu olan Dərbəndi Şirvanşahları sülaləsinin ilk nümayəndəsidir. O və onun atası Sultan Məhəmməd ibn Keyqubad Kavus və Huşəngdən ehtiyat edərək Şəki kəndlərinin birində gizlənmişdilər. Əhməd Qaffarinin məlumatına görə, Şeyx İbrahimin atası oradaca ölmüş, Şeyx İbrahim isə Huşəngin ölümünə və Şirvan feodalları onu Şirvanşahlar taxtına sahib olmağa dəvət edənə qədər həmin yerdə gizlənib qalmışdı. Onun taxta çıxması haqqmda başqa mənbələrdə daha müfəssəl məlumat verilir: Zadəgan nəslindən olan yoxsullaşmış feodal Şeyx İbrahim atası və qohumları ilə birlikdə Şirvanın Şəki nahiyəsindəki kəndlərin birində yaşayaraq, əkinçiliklə məşğul olurdu. Onlar özlərini Sasani şahı I Xosrov Ənuşirəvanın nəslindən hesab edir və şəcərələrini bunun üzərində qururdular. Xalq iğtişaşlarından və feodal çəkişmələrindən sonra Şirvan feodalları Şeyx İbrahimi Şirvanşah seçməyi qərar aldılar.
Mehrab (Şirvanşah şahzadəsi)
Mehrab — Şirvanşah şahzadəsi. == Hakimiyyət uğrunda mübarizə == Haqqında çox məlumat yoxdur. Bürhanəlinin ölümündən sonra Şirvan əyanları Dərbəndi Şirvanşahlar nəslindən Mehrab adlı birisini Şirvan hakimi seçdilər. Səfəvilər əleyhinə mübarizəyə başçılıq edən Mehrab Mirzə Şirvan qoşunları ilə Şirvan sərhədini keçərək Kür sahillərinə enib Siqnax şəhərini tutdu. Abdulla xan Mehraba hücum etdi, müqavimət göstərməyə gücü çatmayan Mehrab qaçdı və Şirvan vilayəti yenidən qızılbaşların əlinə keçdi.
Şirvanşah I Xəlilullah
I Xəlilullah (Bakı – 1465, Bakı) — Şirvanşahlar dövlətinin 35-ci hökmdarı, Şirvanşah I İbrahimin oğlu. == Hakimiyyəti == H.820 (1417)-ci ildə Şeyx İbrahimin ölümündən sonra onun yerinə böyük oğlu və varisi Şirvanşah I Xəlilüllah keçdi. Xəlilullah da atası kimi, xarici siyasətində Qaraqoyunlu hökmdarları ilə şiddətli mübarizə aparan Teymurilərə meyl göstərmək mövqeyində dururdu. Xəlilüllah 48 il hökmranlıq sürdükdən sonra h.869 (1465)-cu ildə ölmüşdür. === Teymuri Şahruxla münasibətlər === Gənc Xəlilullah Şirvanşah taxtına çıxan kimi Qaraqoyunlu padşahlarından asılılığını tanımaqdan imtina etdi. 65 yaşlı Qara Yusifin 1420-ci ilin noyabrında Teymurun oğlu Şahruxla (1405–1447-ci illər) müharibə zamanı qəfil ölümü Azərbaycanın siyasi əhvalını dəyişdi və köçəri əmirlərin arasına çaşqınlıq saldı. Onların çoxu Qara Yusifin düşərgəsini tərk edərək dağılışdı. Qara Yusifin oğlu İsgəndər (1420–1429 və 1431–1435-ci illər) bu vaxt Ağqoyunlu tayfasının başçısı Qara Yuluq Osmanla vuruşurdu. Qara Yusifin digər oğlu Cahanşah atasının ölümündən sonra baş verən hadisələrdən xəbər tutaraq Şahruxa tabe oldu və Sultaniyyə şəhərini ona təslim etdi. Təbriz Şahruxun əmiri Əliyə Kükəltaş tərəfindən tutuldu.
Şirvanşah I İbrahim
I İbrahim (1382, Şəki – 1417, Şamaxı) — Şirvanşahlar dövlətinin 34-cü hökmdarı. Şirvanşah Şeyx İbrahim Dərbəndilər sülaləsindən olan ilk hökmdardır. Məzyədilər və onun qolu olan Kəsranilər sülalələrinə qohum olan Dərbəndilər sülaləsi etnokonsolidasiya prosesi nəticəsində Azərbaycanın yerli əhalisi qarışaraq öz ərəb simasını itirmiş və türkləşmişdir. == Taxta çıxması == Huşəng 1382-ci ildə öldükdən sonra Şirvan feodalları onun əmisi oğlu İbrahim ibn Sultan Məhəmməd ibn Keyqubadı hökmdar seçdilər. Münəccimbaşıya görə Şeyx İbrahim Məzyədilər sülaləsinin qohumu olan Dərbəndi Şirvanşahları sülaləsinin ilk nümayəndəsidir. O və onun atası Sultan Məhəmməd ibn Keyqubad Kavus və Huşəngdən ehtiyat edərək Şəki kəndlərinin birində gizlənmişdilər. Əhməd Qaffarinin məlumatına görə, Şeyx İbrahimin atası oradaca ölmüş, Şeyx İbrahim isə Huşəngin ölümünə və Şirvan feodalları onu Şirvanşahlar taxtına sahib olmağa dəvət edənə qədər həmin yerdə gizlənib qalmışdı. Onun taxta çıxması haqqmda başqa mənbələrdə daha müfəssəl məlumat verilir: Zadəgan nəslindən olan yoxsullaşmış feodal Şeyx İbrahim atası və qohumları ilə birlikdə Şirvanın Şəki nahiyəsindəki kəndlərin birində yaşayaraq, əkinçiliklə məşğul olurdu. Onlar özlərini Sasani şahı I Xosrov Ənuşirəvanın nəslindən hesab edir və şəcərələrini bunun üzərində qururdular. Xalq iğtişaşlarından və feodal çəkişmələrindən sonra Şirvan feodalları Şeyx İbrahimi Şirvanşah seçməyi qərar aldılar.
Əlimran Şirvanski
Dəmirov (Şirvanski) Əlimran Müslüm oğlu — rejissor, aktyor, Azərbaycan SSR-in əməkdar mədəniyyət işçisi (1978). 1918 ildən Bakı teatr truppalarında həvəskar aktyor kimi çıxış etmiş, dram dərnəklərinə rəhbərlik etmişdir. 1924-cü ildə Ə. Bayramov adına qadınlar klubunda Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" tamaşasında rejissor köməkçisi, həmçinin Vəli rolunun ifaçısı olmuşdur. 1939-1948-ci illərdə Azərbaycan Musiqili Komediya Teatrında aktyor və rejissor vəzifələrində çalışarkən Üseyir bəy Hacıbəyovun bir sıra əsərlərinin quruluşunu vermiş və bu tamaşalarda aktyor kimi iştirak etmişdir. Qoçu Əsgər, Həsənqulu bəy, Rza bəy və s. yadda qalan obrazlar yaratmışdır. Əli İmran Şirvanski Fəhlə-Gənclər Dram Dərnəyinin rəhbəri idi.
Miranşahi ailəsi
Miranşahi ailəsi — Bayandurlar sülaləsinin ikinci dərəcəli qolu olan ailə. Ailə Teymuri sülaləsi ilə Bayandurlu sülaləsinin qarışığından, yəni Sidi-Əhməd ibn Miranşah Teymuri ilə Uzun Həsənin qızı Rüqəyyə Sultanın evliliyindən ortaya çıxmışdır. == Baysunqur hakimiyyətə gələrkən reaksiyaları == Sultan Yaqub Qarabağdakı düşərgədə öldükdən sonra Sufi Xəlilin yardımı ilə oğlu Baysunqur hakimiyyətə gəldi. Baysunqurun taxta çıxışında Miranşahi ailəsinin dəstəyi mühüm rol oynamışdı. Hökmdarlığın faktiki hakimi olan Sufi Xəlil Yaqubun baş komandanı Mirzə Əli ibn Sultanxəlili ələ keçirib edam etdirdi. Onun bu addımı Bayandurluların və Miranşahilərin Sufi Xəlildən uzaqlaşmasına və üsyana başlamasına səbəb oldu. Üsyan nəticəsində hökdmar düşərgəsində qanlı döyüş baş verdi və döyüş nəticəsində Miranşahilərin daxil oldğu koalisiya məğlub oldu. == Həmçinin bax == Ağqoyunlu dövləti Teymurilər == İstinadlar == == Mənbə == John E. Woods. The Aqquyunlu: Clan, Confederation, Empire (Revised and Expanded Edition). University of Utah Press.
Ağa xan Şirvanski
Ağa xan Xankişi xan oğlu Şirvanski (24 yanvar 1897-?)—Şirvan xanları nəslindən, ADR ordusunun zabiti.Ştabs-kapitan == Həyatı == Ağa xan Xankişi xan oğlu Şirvanski 24 yanvar 1897-ci ildə Şamaxı şəhərində anadan olmuşdu. Şamaxı şəhər real məktəbi və 1915-ci ildə Mixaylov hərbi məktəbini bitirmişdi. ADR ordusunda xidmət etmişdi.
Cavad xan Şirvanski
Cavad xan Şirvanski (rus. Джавад Хан Ширванский) — Rusiya İmperator ordusunda general mayor. Leyb-Qvardiyanın Qafqaz eskadronunda ilk azərbaycanlı korneti. == Həyatı == 1809-cu ildə və ya 1814-cü ildə Şamaxıda doğulmuşdur. Atası Şirvan xanı Mustafa xan, anası isə İslamı qəbul etmiş gürcü, Adolf Berjenin sözləri ilə desək gözəllikdə tayı-bərabəri olmayan Güləndam xanım (ö. 1858) idi. Saray təhsili almışdır. 2 yaşından bəri Abbas Mirzənin himayəsində böyümüşdür. Muğan düzündəki Xaki kanalının sahibi idi.Həsən bəy Zərdabiyə "Cəmiyyət Xeyriyyə" təşkilatı üçün 3700 rubl kömək etmişdi. == Hərbi fəaliyyəti == 1832-ci ilin iyul-avqust aylarında atası tərəfindən hələ 19 yaşındaykən qohumları Hüseyn bəy Şıxəlibəyli (1797-1842) və Əbdürrəhman sultan (1808-1855) ilə birlikdə Rusiya İmperator ordusuna yazdırılmışdı.
Mustafa Lütfi İsmayılov Şirvanski
Mustafa Lütfi Sədrəddin oğlu İsmayılov-Şirvanski və ya Mustafa Lütfi Şirvani (az-əbcəd. مصطفی لطفی اسماعیلوف٬ مصطفی لطفی شیروانی‎; mühacirətdə: Mustafa Lütfi Azər; 1876, 1878 və ya 1879, Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 14 avqust 1939, Şanlıurfa, Türkiyə) — müəllim, şair, jurnalist, Həştərxanda nəşr olunan "Bürhani-tərəqqi" qəzetinin redaktoru və naşiri. I cağırış TBMM-nin millət vəkili (1920–1923). == Həyatı == Mustafa Hacı Sədrəddin oğlu İsmayılov (Mustafa Lütfi Şirvani) 1876-cı (Zaqafqaziya Sünni Ruhani İdarəsinin verdiyi şəhadətnamədə 1873-cü, öz tərcümeyi-halında 1879-cu) ildə Şirvanın mərkəzi Şamaxı şəhərində doğulmuşdur. Mustafanın atası Hacı Sədrəddin əfəndi nəqşibəndi şeyxi, Qafqazdakı müridizmi hərəkatının mənəvi babalarından olan, İsmayıl Kürdəmiri (İsmayıl Siracəddin Şirvani) kimi tanınan bir pirin müridlərindəndir. 1902-ci ildə Şamaxı mədrəsəsindən icazə alıb sonra İstanbula gəlir. İstanbulda Fateh mədrəsəsində dağıstanlı Əbdülfəttah əfəndinin şagirdi olur. Təhsilini 1905-ci ildə İstanbul Darülmüəllimatında tamamlayıb. Rusiya çarının 17 oktyabr 1905-ci il tarixli manifestinin verdiyi imkanlardan istifadə edərək, o, xalı-xalça alverçisi kimi Həştərxana gəlmiş, qısa bir müddətdən sonra- noyabrın 26-da burada "Şurayi-İslam" adlı ictimai-siyasi cəmiyyət yaradır. Mustafa İsmayılov təhsildə tərbiyənin rolunu yüksək qiymətləndirməyə meyilli pedaqoq kimi cəmiyyətin nəzdində "Darül-ədəb" ("ədəb evi", "ədəb məktəbi"), qızlar üçün "Nümuneyi-tərəqqi" adlı zəmanənin tələb etdiyi yeni tipli məktəb açır.