Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əliramiz Axundov
Əliramiz Axundov (tam adı: Əliramiz Əhməd oğlu Axundov; 15 noyabr 1928 – 16 may 1998) — ortoped-travmatoloq, cərrah, tibb elmləri doktoru, professor. == Həyatı və təhsili == Axundov Əliramiz Əhməd oğlu 15 noyabr 1928-ci ildə Azərbaycanın Lənkəran şəhərində anadan olub. Orta təhsilini Bakı şəhərində yerləşən 25 saylı məktəbdə alıb. 1953-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirdikdən sonra, 3 il Masallı rayonunda həkim işləyib. 1956-cı ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində yerləşən Henri Turner adına Uşaq Travmatalogiyası və Ortopediya insitutunun ordinatura və aspiranturasına daxil olub, orada təhsilini tamamladıqdan sonra həmin instututa kiçik elmi işçı kimi işə dəvət olunub. === Vəfatı === Əliramiz Axundov 16 may 1998-ci ildə Bakı şəhərində vəfat edib. == Fəaliyyəti == === Elmi fəaliyyəti === Tibb sahəsi üzrə müdafiə etdiyi elmlər namizədliyi və elmlər doktorluğu dissertatsiyaları 1960-70-ci illərdə SSRİ–nin səhiyyə sistemində böyük marağa səbəb olrmuşdur. O 1972-ci ildən Henri Turner adına İnstitutunun travmatalogiya və cərrahiyyə bölməsinə rəhbərlik edib. Eyni zamanda Rusiya Sovet Federativ Respublikasının uşaq travmatalogiya və ortopediya üzrə Baş həkimi, həmçinin Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən travmatologiya problemləri üzrə komissiyasının sədri idi. 1980-ci ildən başlayaraq Azərbaycan Dövlət Tibb institutunun ortopediya, travmatologiya və hərbi-səhra cərrahlığı kafedrasının müdiri, bir neçə müddətdən sonra Bakı şəhərinin Baş travmatoloqu vəzifəsində çalışıb.
Qalacıq-i Əlifli (Miyanə)
Qalacıq-i Əlifli (fars. قلعه جوق الفلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə əhalisi yoxdur.
Epifiz
Əzgiləbənzər cisim ya Epifiz (lat. corpus pineale s. epiphysis cerebri) — beyinin üst artımı olub, daxili sekresiya vəzisidir. Epitalamusun bir hissəsi olan bu vəzinin əsas funksiyası bioloji ritmi tənzimləməklə orqanizmin "saatı" rolunu oynayır. Eyni zamanda timusla birlikdə uşaqlarda cinsiyyət sisteminin inkişafını ləngidir. Melatonin, Serotonin və Adrenoqlomerulotropin hormonlarını sintez edir. == Yerləşmə == Epifiz yuxarıdan aşağıya doğru yastılaşmış oval şəkildə, qırmızı-boz rəngdə, xarici səthi qabarıqlı tək üzvdür; beynin daxilində yarımkürələrin altında orta beyin qapağının yuxarı təpəcikləri üzərində orta xətdə yerləşmişdir. Epifizin enli ucu – əsası önə doğru baxaraq yüyən – lat. habenula adlanan ağ dəstələr vasitəsilə görmə qabarına rəbt olunmuşdur; ensiz ucu – zirvəsi azaddır və arxaya doğru baxır. Əzgiləbənzər cisimin uzunluğu 7–10 mm, eni 5–7 mm, qalınlığı 4 mm və çəkisi 0,2 q-dır.