QUMSAL


1. is. Qumluq yer, qumla örtülü olan dəniz sahili.
[Şeyda:] Bir də bilirsən ki, bizim torpaqlar susuz, ələfsiz Ərəbistan qumsalıdır. A.Şaiq.
Haqqı var vüqarla dərə gəzdirə; Səni bu qumsalda bitirən əllər. O.Sarıvəlli.
Qumsalları öpür ləpə; Ağ incilər səpə-səpə. M.Dilbazi.

2. sif. Qumla qarışıq olan. Ağır gilli torpaqlarda toxumu 3-4, yüngül qumsal torpaqlarda isə 4-5 sm dərinliyə səpmək lazımdır.

Etimologiya

  • QUMSAL Başqa türk dillərinin bəzilərində qumsel kimi işlədilir. –sel şəkilçisi bizdəki –lı4 şəkilçisinin sinonimi kimi özünü göstərir
QUMRU
QUMSALLI

Digər lüğətlərdə