Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Element
Element – mürəkkəb obyektin, hadisənin, prosesin analiz olunarkən sonrakı hissələrə ayrılmayan kompanentidir. Element – 1)kimyada adi kimyəvi üsullarla öz tərkib hissələrinə ayrıla bilməyən, digər mürəkkəb maddələrin isə tərkib hissəsi olan bəsit maddə, nüvənin eyni yükünə malik atomların toplusu (sadə, artıq parçalanmayan maddə); 2)fizikada kimyəvi enerji hesabına yaradılan zəif elektrik qüvvəsi mənbəyi olan cihaz; 3)tamın, bütövün tərkib hissəsi; 4)kiçik enerji mənbəyi; 5)hər hansı bir şeyin tərkib hissəsi; 6)sosial qrup üzvü; 7)bütövdə hər hansı bir şeyin payı; 8)danışıqda adam, şəxs, ünsür. Elementin formaları Element (fəlsəfə) Çoxluq elementi Elementar funksiyalar Kimyəvi element Qalvanik element Elektron element == Həmçinin bax == Element-indikatorlar Element 122 Element 123 Element 124 Element 125 Elementlərin geokimyəvi təsnifatı == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elteber
Elteber — Türk (xəzər, qırğız və başqa xalqların) xaqanlıqlarında ali əyanların titulu. . == Tarixi == Qədim tüklərdə elteberlər, xəzərlərdə, qırğızlarda, azlarda, uyğurlarda və qarluqlarda vali vəzifəsini yerinə yetirən hökmdarlardan asılı vassallar idilər. Türk xaqanlıqlarındakı titul, ünvanları nəzərdən keçirən G. Dörfer belə qənaətə gəlmişdi: "Elteberlər hakim sülaləyə mənsub deyildilər, amma haçansa hökmdar olmuş köklü nəsildən çıxmışdılar. Onlara muxtariyyət verilmişdi:. . Elteber termininə VII əsr yazılı abidələrində rast gəlinir. orxon abidələrində qarluq və uyğur hakimlərinə aid olduğu bilinir.. == Ədəbiyyat == Угдыжеков С. А. Социальная структура раннесредневековых кыргызов. Абакан, 2003.Шервашидзе И. Н. Фрагмент древнетюркской лексики. Титулатура // Вопросы языкознания.
Basic Element
Basic Element - İsveçin tanınmış rep hip hop qrupu. Qrup üzvləri Piter Telenius, Zetma Prenbo və Cesar Zaminidən ibarətdir. Qrupun ilk sinqli “The Promise Man” adı altında hazırlanıb və elə qrup üzvlərinin həmin sinqldan sonra fəaliyyətə başlayıblar. Qrupun “Touch you right now” sinqli Azərbaycanda da çox tanınmış bir sinqldır.
Coğrafi element
Coğrafi element — bir areal tipində növlərin məcmusu. Geobotaniki rayonlaşdırmada, həmçinin fitosenozların təsnifatında coğrafi elementdən geniş istifadə olunur.
Element 122
Element 122 və ya Unbibium - 122 atom nömrəli element. Latınca adı bir-iki-iki-ium mənasını verir. Ubb və ya 122 kimi işarə olunur.
Element 123
Element 123 və ya Unbitrium - 123 atom nömrəli element. Latınca adı bir-iki-üç-ium mənasını verir. Ubt və ya 123 kimi işarələnir.
Element 124
Unbikadium və ya Element 124 — Dövri cədvəlin 124 atom nömrəli elementi. 124 kimi işarələnir.
Element 125
Element 125 və ya Unbipentium 125 və Ubp kimi işarələnir. Latınca adı biriki-beş-ium mənasını verir. Dövri cədvəlin 125-ci elementidir.
Elsevən (Culfa)
Elsevən (fars. ايل سون‎) - İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 23 nəfər yaşayır (5 ailə).
Erman Eltemur
Erman Eltemur (11 may 1993) — Türkiyəli karateçi. Erman Eltemur Türkiyəni 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında təmsil etdi. == Şəxsi həyatı == Erman Eltemur 1993-cü ildə Kocaeli ilinin Gölcük ilçəsində anadan olmuşdur. Hal-hazırda İstanbulda yaşayır. Eltemur İstanbul Büyükşehir Belediyesi S.K. komandasının üzvüdür. == Karyerası == Erman Eltemur birinci dəfə İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə qatıldı. O, Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında kişilət kumite 75 kq çəki dərəcəsində, 1/8 final mərhələsində Azərbaycanın nümayəndəsi Rafael Ağayev ilə üz-üzə gəldi. Həmin görüşdə Erman Eltemur rəqibinə 0:3 hesabı ilə uduzdu.
Honda Element
Honda Element (ing. Honda Element) – SUV sinfindən olan və Honda şirkətinin ABŞ-nin Ohaya ştatındakı İst Liberti zavodunda quraşdırılan avtomobil (East Liberty, Ohio). Rəsmi satış 2003-cü ildən ABŞ, Kanada və Yaponiyada başlamışdır. "Element" Honda CR-V-nin bazası əsasında tamam başqa cür yaradılmışdır. Onun banı 300 mm qısa, təkər bazası 43 mm kiçildilib. "Element"də 2.4 l həcmində, 5500 dövr/dəq-də gücü 166 a.g. (119 kVt) olan dördsilindirli K24A4 i-VTEC motoru quraşdırılıb.
Kelemen Mikeş
Kelemen Mikeş (mac. Mikes Kelemen; avqust 1690, Zebala[d], Kovasna – 2 oktyabr 1761, Təkirdağ) — Transilvaniya doğumlu macar siyası xadimi. Habsburq monarxiyası əleyhinə etdiyi üsyankar fəaliyyətlərinə görə tanınır. Mikeşə "Macarıstanın Götesi" deyə istinad edirlər. "Türkiyədən məktublar" adlı əsəri ilə məşhurlaşmışdır. Mikeş macar ədəbi nəsrinin banislərindəndir və Macarıstanın ilk nasirlərindən hesab olunur. Zaqonda anadan olmuş və Zebaledə böyümüşdür. Reç Pospolitaya, Fransaya və, nəhayət, sonunda Osmanlı İmperiyasına qaçmağa məcbur olanadək Habsburqlara qarşı mübarizə aparmışdır. Transilvaniya şahzadəsi Ferens Rakoçi ilə birlikdə Təkirdağda sürgündə olarkən məqalələrini tamamlamışdır. 1735-ci ildə Rakoçinin ölümündən sonra ölümünə qədər sürgündə qaldı.
Kimyəvi element
Kimyəvi element — eyni cins atomlardan ibarət olan, fiziki və ya kimyəvi yollarla özündən daha sadə və fərqli maddələrə ayrıla bilməyən saf maddələrə element deyilir. Məsələn su bir element deyil. Lakin suyun elektrolizindən əldə edilən hidrogen və oksigen elementdirlər. Elementi meydana gətirən bütün atomların böyüklükləri və atomların arasındakı uzaqlıq eynidir. Lakin bir elementin atomları ilə başqa bir elementin atomlarının böyüklükləri və atomları arasındakı məsafə fərqlidir. Eyni elementdən düzəldilən fərqli maddələr də eyni cins atomlardan meydana gəlirlər. Elementi meydana gətirən atomların bir-birinə olan uzaqlığı elementin qatı, maye və qaz halına görə dəyişə bilər. Canlı və cansız varlıqların hamısı elementlərdən meydana gəlirlər. Kimyəvi element nüvəsinin yükü eyni olan atom növüdür. Kimyəvi elementlər bir-biri ilə birləşərək bizi əhatə edən aləmin bütün mürəkkəb maddələrini əmələ gətirirlər.
Neptun (element)
Neptunium (Np) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 93-cü element.
Nəzir Eltəkin
Nəzir Əhmədov və ya Nəzir Eltəkin (azərb. Nəzir Laçın oğlu Əhmədov‎; 27 dekabr 1925, Kəhrizoba, Nuxa rayonu – 5 mart 2005, Bakı) — şair, publisist, 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Ali Sovetinin deputatı (1967–1971), Şəki şəhər İcra hakimiyyətinin başçısı (1993–1998), Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini (1998 – 2001). == Həyat və fəaliyyəti == Nəzir Əhmədov 1925-ci il dekabrın 27-də Azərbaycanın Şəki rayonunun Dağ Qaraqoyunlu kəndində Kəhriz obasında anadan olub. Kənd yeddiillik məktəbi bitirdikdən sonra Şəki pedaqoji məktəbinə qəbul olunmasına baxmayaraq 1942-ci ildə məktəbin 2-ci kursunda oxuyarkən könüllü olaraq hərbi xidmətə getmişdir. 1944–1946-cı illərdə Xarkov şəhərində hərbi kəşfiyyat məktəbində, eyni zamanda axşam orta məktəbində təhsil almış, 1946–1950-ci illərdə Sovet sərəhəd qoşunları hissəsində qulluq etmişdir. 1950–1955-ci illərdə Leninqrad Dövlət Universitetinin siyasi iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirən publisist 1955–1957-ci illərdə Leninqrad Vilayət Partiya komitəsində təlimatçı, bölmə müdiri, 1954–1974-cü illərdə Zaqatala rayon komitəsinin birinci katibi, 1967–1971-ci illərdə Azərbaycan SSR Ali Sovetinin təbiəti mühafizə daimi komissiyasının sədri, 1974–1975-ci illərdə Abşeron rayon komitəsinin birinci katibi, 1975–1993-cü illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsinin elmi-tədqiqat institutunda baş elmi işçi və şöbə müdiri, 1993–1998-ci illərdə Şəki şəhər İcra hakimiyyətinin başçısı, 1998–2002-ci illərdə isə Azərbaycan iqtisadiyyat nazirinin müavini vəzifələrini icra etmişdir. 1991–1993-cü illərdə Şəki, Balakən və digər bölgələrdə milli azadlıq hərəkatında fəal iştirak etmişdir. 1965–1970-ci illərdə Çexoslovakiya, Kuba, Amerika, Macarıstan və Rumıniya ölkələrinə rəsmi nümayəndə heyəti tərkibində xarici səfərlərdə olan şair, eyni zamanda 1966–1974-cü illərdə Azərbaycan KP MK-nın üzvü seçilmiş, 1967–1971-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı olmuşdur. == Kitabları == "Desələr xatırlayın" (1955); "İzim qala" (1995); "Sarı Laçın" (1996); "Ömür körpüsü" (1998); "İsmipünhan sorağında" (poema) (1998); "Qaçaq Abbas" (poema) (2001); "Ömrün son baharı" (şeirlər və poemalar) (2006) == Mükafatları == 1966-cı ildə "Qırmızı Əmək Bayrağı" ordeni, 1968-ci ildə "Lenin ordeni", 1969-cu ildə "Şərəf nişanı" ordeni, 1967–1970-ci illərdə SSRİ XTNS-nin 2 qızıl medalına və birinci dərəcəli diplomlarına, əlavə 15 medalla da təltif olunmuşdu.
Qalvanik element
Qalvanik element — kimyəvi reaksiyanın enerjisini elektrik enerjisinə çevirməyə imkan verən cihaz. Səthində oksidləşmə prosesi gedən elektrod anod adlanır. Oksidləşməyə mənfi yüklü ionlar məruz qaldığından (məhz onlar elektron verə bilir) mənfi yüklü ionlar anion adı almışdır. Səthində reduksiya prosesi gedən elektrod katod adlanır. Müsbət yüklü ionlar reduksiya olunduğundan (məhz onlar elektron qəbul edə bilər) kation adlanır. Dövrədən elektrik cərəyanının axması üçün aşağıdakı şərtlər ödənməlidir: 1) yüklü hissəciklərin (elektronların, ionların) olması; 2) potensiallar fərqinin olması (fəzaca ayrılmış müsbət və mənfi yüklərin olması ilə təmin olunur); 3) dövrənin qapalı olması. == Tarix == Müxtəlif metalların kontakt sərhədində elektrik cərəyanın meydana gəlməsi hadisəsi italyan fizioloqu, Bolonya Universitetinin (Bolonya şəh., İtaliya) tibb üzrə professoru olan Luici Qalvani tərəfindən 1786-cı ildə kəşf edildi. Qalvani mis qarmaqlara bərkidilmiş təzə qurbağaya polad neştərlə toxunduqda, onun arxa ayaqlarının əzələlərinin yığılma prosesini təsvir edir. Nəhayət o öz müşahidələrini "canlıların elektriklənməsi" şəklində şərh etdi. Qalvaninin təcrübələrilə yaxından maraqlanan italyan fiziki və kimyaçısı Alessandro Volta bu təcrübədə tamamilə yeni bir hadisəni — elektrik cərəyanının yarandığını gördü.
Radioaktiv element
Radioaktiv element (lat. radius - şüa) – sabitolmayan atom nüvəsinə malik olan kimyəvi elementlər (kripton – 85, sezium – 137, rutenium – 106, stronsium – 90, yod – 131): öz-özünə parçalandıqda xarakterik şüalanma yaradır. Canlı orqanizmlərdə mutagen, teratogen və s. dəyişikliklər, həmçinin neqativ ekoloji hadisələr törədə bilər. == Radioaktiv filizlər == Radioaktiv elementlərin mineralları olan filizlər. == İstinadlar == == Xarici keçid == Bəzi maddələr hər zaman radiasiya verir.
Uran (element)
Uran (lat. Uranium) — simvolu U olan kimyəvi elementlərin dövri sistemindəki 92-ci element. Radioaktivdir. Elementlərin dövri sisteminin III qrupundadır, atom nömrəsi 92, atom kütləsi 238,029, aktinoidlər ailəsindəndir, gümüşü ağ rəngli metaldır. Üç allotropik modifikasiyası (alfa,beta,qamma) var. Alfa uranın sıxlığı 298 K-da 19,5 q/sm3 dur, 1405 K-da əriyir, 4093 K-də qaynayır. Təbii uranın 3 izotopona (u-238(99,282%), u-235(0,712%) və u-234(0,006%)) rast gəlmək olar. Süni izotoplarından u-233 daha əhəmiyyətlidir. Uranı alman kimyaçısı M.H.Klaprot uran dioksid şəklində kəşf etmiş və ona Uran planetinin adını vermişdir. Uranı ilk dəfə fransız kimyaçısı E.M.Peliqo almışdır.
Əl-Ələmeyn
Əl-Ələmeyn (ərəb. العلمين‎) — Misirin şimalında şəhər. İsgəndəriyyədən 106 km qərbdə yerləşir. Əhalisi təxminən 2.413 nəfərdir (2006). Şəhər İkinci dünya müharibəsi zamanı Əl-Ələmeyn döyüşləri ilə yadda qalmışdır.
Egemen Berköz
Egemen Berköz (1941) — Türkiyə şairi, tərcüməçi. == Həyatı == Karadeniz Ereglisində doğulub. 1959–cu ildə Bolu Liseyini, 1963–cü ildə Ankara Universiteti Dil və Tarix-Coğrafiya Fakültəsini bitirib. İtalyan dilindən bir sıra önəmli tərcümələr edib. İlk şeiri 1959–cu ildə «Yeditəpə» dərgisində dərc olunub. İlk kitabı əsgərlikdə ikən Ankarada nəşr olundu.
Robert Oltmen
Robert Oltmen (20 fevral 1925[…], Kanzas Siti, Missuri – 20 noyabr 2006[…], Los-Anceles, Kaliforniya) — üç vacib festivalın mükafatını - "Qızıl Palma budağı", "Qızıl şir", "Qızıl ayı" mükafatlarını alan yeganə ABŞ rejissoru. == Təhsili == Anadan olduğu Kanzas Sitidə yezuit məktəbində təhsil almışdır.Missuri Universitetində mühəndis ixtisasına yiyələnmişdir. == Karyerası == Hələ gənc yaşlarında ikən boş vaxtlarında ssenari yazır. 1948-ci ildə nuar üslubunda yazdığı "Cangüdən" ssenarisini rejissor Riçard Fleyşer ekranlaşdırır. Bu uğurundan sonra Nyu-Yorka gedir və bursda yazıçılıqla pul qazanmağa başlayır.1950-ci illərdə Kanzas Sitiyə qayıdaraq, "Kalvin" korporasiyasının sifarişi ilə 65 sənədli film lentə alır."Qanunu pozanlar" adlı ilk bədii filmini 1955-ci ildə çəkir. Lakin bu filmi uğur qazanmır. Bundan sonra Oltmen televiziyada fəaliyyətə başlayır; telefilmlər üzərində çalışır. == Böyük kinoda == Robert Oltmen böyük kinoya gec – 45 yaşında gəlmişdir.
Sidney Oltmen
Sidney Oltmen (ing. Sidney Altman; 7 may 1939[…], Monreal, Kvebek – 5 aprel 2022) — Kanada-Amerika molekulyar bioloqu, 1989-cu ildə Kimya üzrə "RNT-nin katalitik xüsusiyyətlərini kəşf etdiklərinə görə" Nobel Mükafatı laureatıdır. 1971-ci ildən çalışdığı Yel Universitetinin doktoru, Sterlinq professoru. ABŞ Milli Elmlər Akademiyasının (1990 il) və Amerika Fəlsəfə Cəmiyyətinin (1990 il) üzvü olub. == Bioqrafiyası == Şərqi Avropadan olan yəhudi mühacir ailəsində ikinci oğul doğuldu. Ukraynanın Çernı Ostrov kəndindən kolxozçu olan atası Viktor Altman 1934-cü ildə Sovet İttifaqından mühacirət etdikdən sonra fermada işləyib və evləndikdən sonra Monrealda tərəvəz dükanı açıb. Onun anası Rey Arlin, on bir uşaqdan ikincisi olan, 1935-ci ildə on səkkiz yaşında ikən Belostokdan Kanadaya köçmüş və tekstil fabrikində çalışmışdır. O, 1960-cı ildə Massaçusets Texnologiya İnstitutunda fizika üzrə bakalavr dərəcəsi alıb və 1967-ci ildə Kolorado Universitetində dissertasiya müdafiə edib. 1971-ci ildən Yel Universitetində dosent, 1980-ci ildən professor, 1983-cü ildən kafedra müdiri; 1985–89-cu illərdə Yel Kollecində dekan; Stirlinq Biologiya və Kimya Professoru. 1984-cü ildə ABŞ vətəndaşlığını aldı.
Basic Element qrupu
Basic Element - İsveçin tanınmış rep hip hop qrupu. Qrup üzvləri Piter Telenius, Zetma Prenbo və Cesar Zaminidən ibarətdir. Qrupun ilk sinqli “The Promise Man” adı altında hazırlanıb və elə qrup üzvlərinin həmin sinqldan sonra fəaliyyətə başlayıblar. Qrupun “Touch you right now” sinqli Azərbaycanda da çox tanınmış bir sinqldır.
Uran (kimyəvi element)
Uran (lat. Uranium) — simvolu U olan kimyəvi elementlərin dövri sistemindəki 92-ci element. Radioaktivdir. Elementlərin dövri sisteminin III qrupundadır, atom nömrəsi 92, atom kütləsi 238,029, aktinoidlər ailəsindəndir, gümüşü ağ rəngli metaldır. Üç allotropik modifikasiyası (alfa,beta,qamma) var. Alfa uranın sıxlığı 298 K-da 19,5 q/sm3 dur, 1405 K-da əriyir, 4093 K-də qaynayır. Təbii uranın 3 izotopona (u-238(99,282%), u-235(0,712%) və u-234(0,006%)) rast gəlmək olar. Süni izotoplarından u-233 daha əhəmiyyətlidir. Uranı alman kimyaçısı M.H.Klaprot uran dioksid şəklində kəşf etmiş və ona Uran planetinin adını vermişdir. Uranı ilk dəfə fransız kimyaçısı E.M.Peliqo almışdır.
Əl-Ələmeyn döyüşü
Əl-Əlameyn döyüşü