Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ərküdə
Viteks (lat. Vitex) - dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Viteks:The Plant List saytında takson barədə məlumat.
Adi ərgüdə
Adi ərgüdə (lat. Vitex agnus-castus) — viteks cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Afrika, Avropa, Asiyanın mülayim iqlim zonası və subtropikləri, ön Asiya, Zaqafqaziya, orta Asiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 4-8 m olan ağacvari koldur. Bitki sıx, yapışıq tükcüklərdən ibarət boz keçəldir. Budaqları qonur, dörd hissəli, kəskin qoxuludur. Yarpaqları iri, uzun saplaqlarda (4 sm), üzbəüz yerləşmiş, barmaqvari mürəkkəb, 5-7 xırda yarpaqlıdır, yalançı zoğları yoxdur. Çiçəkləri çoxsaylı, açıq bənövşəyi, iki dodaqlı, sıx süpürgəvari sünbülvari çiçək quruplarında budaqların uclarında yığılmışdır. Kasacığı beş hissəli, bitişik yarpaqlı, boruvari formalı, uzunluğu 9 mm-dir. Dörd erkəkciyi çiçək tacının üzərindən yuxarı çıxır.
Gillem Anqlada-Eskude
Gillem Anqlada-Eskude (isp. Guillem Anglada-Escudé; 1979, Terrassa, Kataloniya) — İspaniya astronomu. Onun 2016-cı ildə rəhbərlik etdiyi bir astronom qrupu Yerə ən yaxın potensial yaşamaq üçün uyğun planet olan "Proxima Centauri b"nin varlığını təsdiqləmişdir. Anqlada-Eskude "Time" jurnalına görə, 2017-ci ilin 100 ən nüfuzlu insanından biri və "Nature" jurnalına görə, 2016-cı ilin ən əhəmiyyətli 10 alimdən biri seçilmişdir. O, hal-hazırda İspaniyanın Kosmos Elmləri İnstitutunda elmi işçidir. == Publikasiyaları == Anglada-Escudé, Guillem; Amado, Pedro J.; Barnes, John; və b. "A terrestrial planet candidate in a temperate orbit around Proxima Centauri". Nature. 536 (7617). 2016: 437–440.
Ərbükə
"Ərbükə" - daha çox orta və şərq Anadolu nağıllarında, hekayələrində rast gəlinən, bellərindən aşağısı ilan üstü isə insan şəklində təyin olunan, insanların dərdinə çarə tapan fövqəltəbii varlı. Erböke də adlandırılır. Bu varlıqların başında İlan Ana və ya İlan Ata tapılar. Dişi olanları üçün "İşbükə" istifadə olunur. Anadoluda Maran (Farsca: Məran "ilan") olaraq da bilinirler. Yeraltındaki bir dünyada yaşayan ağıllı ilanların başında Şahmaran adlı bir kraliça vardır. Şahmaranın öldürüldüyünü hələ bilməyən, maranların onun ölümünü duyduqları an ölkələrindən çıxıb insanların yaşadıqları şəhərlərə hücum edəcəkləri və yerlə bir edəcəkləri deyilər. == Etimologiya == Ərbükə: Söz; Ər "insan" və Bükə "əjdaha, ilan" sözlərinin birləşməsidir. Türk xalq inancında yarı insan, yarı ilan olan varlıqdır. Maran: Farsca bir sözdür.
Ərgünə-xun
Ərgənəqon (türk. Ergenekon) və ya Ərgünə-xun (monq. Эргүнэ Хун/Ergüne xun) — mənbələrə görə Göytürklərin dirilişi ilə əlaqəli hekayə. Ərgənəqon türklərin Orta Asiyadakı əfsanəvi anayurdu. Rus tarixçi Gumilevin araşdırmalarına görə Dik Yamac mənasını daşıyır., Qədim əsərlərdəki təsvirlərə görə Ərgənəqonun Altay dağlarındakı, Beluça dağında olduğundan bəhs edilir. == Tarixi əsərlərdə == XIV əsrdə Rəşidəddin Fəzlullah ibn Əbil-Xeyrə Əli Həmədaninin qələmə aldığı Cəmi ət-Təvarix (Tarix toplusu) adlı əsərinin "Mujallad-i Awwal" (Birinci Kitabı: Monqol tarixi)in "Bab-i Awwal" (Birinci Bölüm: Türk ve Monqol qəbilələrinin tarixi)ində monqolların yaradılış dastanı olaraq qeyd edilmiş əfsanə, 17. yüzildə Şibanın nəvələrindən və Xivə xanlığının xanı olan Əbulqazi Bahadır xanın qələmə aldığı Şəcərəyi Türk adlı əsərdə də monqolların yaradılış dastanı olaraq qeyd edilmişdir, lakin bəzi mənbələrə görə də Türk dastanıdır. Bəhsi keçən hər iki tarixi mənbədə Nekuz (Nüküz) və Qiyan (Kıyan) adlı qardaşlar ilə xanımları tatarlar tərəfindən məğlub edildikdən sonra Ərgənəqon (Farsca:ارگنه قون; Ergene Qon) adı verilən dar və sıldırım bir yerə getmiş, 400 ildə sülaləsi çoxalıb Ərgənəqondan çıxmşdır. Ərgənəqondan çıxdıqları zaman yol göstərənin Börteçine olduğu düşünülməkdədir.Ancaq Göytürklərin diriliş dastanı ilə olan oxşarlıqları səbəb göstərərək Türklərə aid bir dastan olduğunu iddia edən tədqiqatçılar da var. Talat Sait Halman isə mifoloji bir varlıq olan Bozqurdun müdafiəsi sayəsində soyunun tükənmə təhlükəsindən qurtulan və yenə Bozqurtlar sayəsində dağlarla əhatə olunmuş Ərgənəqon vadisindən çıxan bir Türk toplumunun hekayəsindən bəhs edildiyini iddia edir.
Ərgünə (Həştrud)
Ərgünə (fars. رقنه‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 432 nəfər yaşayır (95 ailə).
Ərküyən (İcrud)
Ərküyən (fars. ارکوئين‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 217 nəfər yaşayır (75 ailə).
Ərkə
Ərkə - türk və altay mifologiyasında ayartıcı tanrıça. İrke xanım da deyilir. Başdan çıxarıcı tanrıçadır. Nazlı olaraq təyin olunur. Erke Sultan (Erkə Solton) da deyilir. Ülgene qurban təqdim etmək üçün göyə çıxarkən kamı (şamanı) yolundan uzaqlaşdırmağa çalışan pis mələk / ruh. Bəzi Türk boylarında Erlikin iki qızından biri olduğuna inanırlar (Digəri Kiştəydir). == Etimologiya == (Ər/Er/Erk/Erh) kökündən törəmişdir. Güclü, qüvvətli deməkdir. İşvə, cilvə, naz məzmununa da malikdir.
Ərbüke
"Ərbükə" - daha çox orta və şərq Anadolu nağıllarında, hekayələrində rast gəlinən, bellərindən aşağısı ilan üstü isə insan şəklində təyin olunan, insanların dərdinə çarə tapan fövqəltəbii varlı. Erböke də adlandırılır. Bu varlıqların başında İlan Ana və ya İlan Ata tapılar. Dişi olanları üçün "İşbükə" istifadə olunur. Anadoluda Maran (Farsca: Məran "ilan") olaraq da bilinirler. Yeraltındaki bir dünyada yaşayan ağıllı ilanların başında Şahmaran adlı bir kraliça vardır. Şahmaranın öldürüldüyünü hələ bilməyən, maranların onun ölümünü duyduqları an ölkələrindən çıxıb insanların yaşadıqları şəhərlərə hücum edəcəkləri və yerlə bir edəcəkləri deyilər. == Etimologiya == Ərbükə: Söz; Ər "insan" və Bükə "əjdaha, ilan" sözlərinin birləşməsidir. Türk xalq inancında yarı insan, yarı ilan olan varlıqdır. Maran: Farsca bir sözdür.
Erkə
Ərkə - türk və altay mifologiyasında ayartıcı tanrıça. İrke xanım da deyilir. Başdan çıxarıcı tanrıçadır. Nazlı olaraq təyin olunur. Erke Sultan (Erkə Solton) da deyilir. Ülgene qurban təqdim etmək üçün göyə çıxarkən kamı (şamanı) yolundan uzaqlaşdırmağa çalışan pis mələk / ruh. Bəzi Türk boylarında Erlikin iki qızından biri olduğuna inanırlar (Digəri Kiştəydir). == Etimologiya == (Ər/Er/Erk/Erh) kökündən törəmişdir. Güclü, qüvvətli deməkdir. İşvə, cilvə, naz məzmununa da malikdir.
Erkül Puaro
Erkül Puaro (fr. Hercule Poirot) — ingilis yazıçısı Aqata Kristi tərəfindən yaradılmış ədəbi personaj, belçikalı detektiv, 1920–1975-ci illərdə yazılmış 33 roman, 51 hekayə və 1 pyesin, onlar əsasında çəkilmiş film, teleserial, teatr və radiotamaşaların baş qəhrəmanı. Erkül Puaro detektiv ədəbiyyatının sevilən personajlarından biridir. O, "Üç pərdəli faciə" əsərində öldürülmüşdür, lakin oxucular onu çox sevdiyi üçün bu əsər çox satılmır.
Elbrus Ərud
Elbrus Ərud (tam adı: Elbrus Ramiz oğlu Seyfullayev; 29 dekabr 1979, Nərimankənd, Puşkin rayonu) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar jurnalist == Həyatı == 1979-cu il 29 dekabrda Biləsuvar rayonunun Nərimankənd kəndində doğulub. Azərbaycan Beynəlxalq Universitetinin jurnalistika fakültəsini bitirib. Ukraynada Kiev Milli Dövlət Universitetinin Jurnalistika institutunda magistr təhsili alıb. 2003-2004-cü illərdə Xalq Cəbhəsi qəzetində, 2004-2010-cu illərdə APA agentliyində çalışıb. 2010-cu ildə "Qafqazinfo" xəbər portalını yaradıb və onun rəhbəridir. == Kitabları == Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Jurnalistika xatirələrindən bəhs edən "Yaza bilmədiklərim" və publisist yazılarının toplusu olan "Anne annem" kitablarının müəllifidir. 2020-ci il iyulun 22-də Azərbaycan Prezidenti İlham Əliyevin kütləvi informasiya vasitələrinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncamı ilə “Əməkdar Jurnalist” adına layiq görülüb.
Pyotr Erke
Pyotr Semyonoviç Kirillov (Pyotr Erke, 8 iyul 1910 — 24 noyabr 1955) — erzyan yazıçısı. Pyotr Erke 1910-cu ilin 8 iyul tarixində Samara vilayətinin Kiçik Tolkay kəndində, kəndli ailəsində anadan olmuşdur. Burada onun uşaqlıq və yeniyetməlik dövrünü keçirmişdir. Məktəbi anadan olduğu kənddə bitirmişdir. 1928-ci ildə isə Mordova pedaqoji texnikomunu bitirir. Daha sonra Moskva Redakrtə-Nəşriyyat İnstitutu (1933), Ümumittifaq kinomatoqrafiya institutunu bitirir (1937). 1934-cü ildə SSRİ Yazıçılar İttifaqına üzv qəbul olunmuşdur. Böyük Vətən müharibəsinin iştirakçısıdır. Pyotr Erkenin 1932-ci ildə ilk şerlər toplusu olan «Mejavtomo» («Yataqsız»), bir il sonra isə ikinci şerlər toplusu olan «Staka kiyava» («Çətin yollarla»). Moskva Redaktə-Nəşriyyat İnstitutunun tələbəsi olaraq Kirillov bir çox poetik əsər meydana qomuşdur ki, onlar arasında ən uğurlusu lipoepik poeması "Valske Sura lanqso" (Suredə səhər, 1934).