Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ərməğanxanə
Ərməğanxanə və ya Armağanxana (keçmiş adı Məzrayə-i Qaradaş) — İranın Zəncan ostanının Zəncan şəhristanının Qarapüştəli bəxşində yerləşən şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1 581 nəfər və 376 ailədən ibarət idi. Əhalisi azərbaycanlılardan ibarətdir və Azərbaycan türkcəsində danışırlar. Ərməğanxanə tarixini İslamdan öncə və İslamdan sonra olmaqla iki hissəyə bölmək mümkündür. Bu şəhər yaxınlığında Torpaqqala adı ilə tanınan bir neçə qədim təpə var. Bu təpələr milli indeksdə 7406 nömrə ilə Düseran təpələri adı ilə qeydə alınıblar. Bu xarabalıqlardakı tarixi araşdırmalar şəhərin tarixini bir neçə min il bundan öncəyə aparıb çıxarır. Kəndin ətrafında mövcüd olan qədim fəzaları nəzərə alan tarixçilər belə qənaətə gəlmişlər ki, tarixi şəhər bir zəlzələ nəticəsində dağılıb və sonralar onun xarabalıqlarının yaxınlığında şəhər tikilib. Təsdiq olunmamış bəzi iddialara görə Səfəvilər zamanında Zəncanın cənubundakı əfşar tayfalarından bir neçəsi bu şəhərdə yerləşib. Qacarlar və pəhləvilər dövründə bu şəhər və Qarapüştəlinin böyük bir hissəsi rusların və tüdəçilərin əlində olub.
Ərdəğan (kanoner qayığı)
Ərdəhan — Çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti və SSRİ-nin donanmasına daxil olan kanoner qayığı. 1919-cu ilin yazında Bakını tutmaqla Xəzər bölgəsində ingilislərin mövqeyi xeyli dərəcədə möhkəmlənmişdi. Bakının neft məhsullarını və əsas sənaye obyektlərini, həmçinin Xəzər hərbi və ticarət donanmasının 147 gəmisini "Britaniya neft müdiriyyətinə" tabe etdirərək, Xəzər dənizində öz hərbi-dəniz donanmasını yaratmaq üçün təcili tədbirlər görməyə başlamışdı. "Ərdəhan" və "Qars" gəmilərinin əsasən ruslardan komplektləşdirilmiş komanda heyəti həm ingilislərə, həm də ağqvardiyaçılara düşmən kimi baxırdı. 26 fevral 1919-cu ildə Xəzər dənizinin qərb sahillərindəki ağqvardiyaçı ordusunun komandanlığının əməliyyat məlumatında deyilirdi: "Ən böyük gəmilərdən "Ərdəhan" və "Qars" pis vəziyyətdədir". 1918-ci ilin əvvəllərində bu gəmilərin matrosları Bakı kommunistləri vasitəsilə Həştərxandakı sovet komandanlığına bir neçə dəfə xahişlə müraciət etmişdi: "Sovet hakimiyyətinə qayıtmaq üçün onların təhlükəsizliyi təmin edilsin". "Qara dəniz ordusu"nun baş komandanı general C. F. Milnin 1918-1920-ci illərdə öz komandanlığı altında olan ordunun Qafqaz və Xəzər ətrafındakı əməliyyatları haqqında məruzəsində qeyd olunduğu kimi, həmçinin 1921-ci ilin yanvarında İngiltərə hökumətinin "London" qəzetinin əlavəsində çap edildiyi kimi, Xəzər hərbi donanması gəmiləri heyəti (iki kanoner - "Ərdəhan" və Qars" gəmiləri, həmçinin bir neçə yardımçı gəmi) "bolşevizmə meyil etməsinə görə" 1 mart 1919-cu ildə torpeda katerləri tərəfindən batırılma qorxusu ilə ləğv edilmişdi. Beləliklə, matrosların "Qars" və "Ərdəhan" gəmilərini qaçırmağa göstərdikləri hər iki cəhdi ingilislər zərərsizləşdirmişlər. П. Веселов. «Карс» и «Ардаган» Arxivləşdirilib 2011-08-31 at the Wayback Machine Военно-морской флот России Алиев Н. А. Морская крепость на Каспии.
Bərəğan
Bərəğan- İranın Əlburz ostanının Savucbulaq şəhristanının Çendar bəxşinin Bərəğan dehestanında yerləşən kənd. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, kəndin əhalisi 378 nəfərdən və 139 ailədən ibarət idi.
Ərdoğan
Rəcəb Tayyib Ərdoğan (türk. Recep Tayyip Erdoğan; 26 fevral 1954, Qasımpaşa[d] və ya Bəyoğlu) — Türkiyə siyasətçisi, Türkiyə Respublikasının 12-ci prezidenti, Türkiyənin baş naziri (2003–2014), Ədalət və İnkişaf Partiyasının sədri (2001–2014, 2017-ci ildən). Rəcəb Tayyib Ərdoğan 26 fevral 1954-cü ildə İstanbulun Qasımpaşa bölgəsində doğulmuşdur. 1965-ci ildə Piyalə paşa ibtidai məktəbini bitirmişdir. Həmin il İmam Xatib liseyinə daxil olmuş və 1973-cü ildə oradan məzun olmuşdur. Daha sonra ali təhsilini Mərmərə Universitetinin İqtisadi və ticari elmlər fakültəsində almışdır. Camialtı, İETT, və Eroksporda 16 il futbol oynamışdır. 12 sentyabr 1980-ci ildən sonra futboldan ayrılmışdır. 2007-ci ildə "NTV" dəki proqramda türk olduğunu söyləmişdir. Milli Türk Birliyindəki fəaliyyətindən sonra 1976-cı ildə islami dəyərlərə sadiqliyi ilə bilinən Milli Səlamət Partiyası Bəyoğlu Gənclər Şöbəsinin sədri və həmin il də MSP İstanbul il (vilayət) başçısı seçilmişdir.
Ərdəhan
Ərdəhan — Türkiyənin Ərdəhan ilinin inzibati mərkəzi.
Ərdəkan
Ərdəkan — İranın Yəzd ostanının şəhərlərindən və Ərdəkan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 51,349 nəfər və 13,730 ailədən ibarət idi.
Ərkəvan
Ərkəvan (lat. Cercis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Fəxrəddin Ərdoğan
Fəxrəddin Ərdoğan və ya Piroğlu Fəxrəddin bəy (1874, Divriği, Sivas ili – 25 may 1958) — Türkiyə Böyük Millət Məclisinin I çağırış millət vəkili, Qars valisi, Cənub-Qərbi Qafqaz Cümhuriyyəti xarici işlər naziri, Qars Milli İslam Şurası Müvəqqəti Heyətinin başçısı. == Həyatı == Fəxrəddin bəy 1874-cü ildə Sivasın Divriği qəsəbəsinin Yağıbasan kəndində Sultan xanım və Mehmet bəyin ailəsində doğulmuşdur. İlk və orta təhsilini Divriği ibtidai məktəbində və rüşdiyyədə almışdır. 1889-cu ildə "təriqət işləri" səbəbi ilə Divriğidən İstanbula əmisi Musa Ağanın yanına köçmüşdür. İstanbulda 5 il qaldıqdan sonra əvvəlcə Bolqarıstana, daha sonra Rumıniyaya getmişdir. İstanbula qayıtmaq istəsə də, bunun təhlükəli olacağı bildirildikdən sonra, yəni 1 iyun 1894-cü ildə Batuma, oradan da Sarıqamışdakı Asbuğa kəndindəki əmisi oğlu İsmayıl Ağanın evinə getmişdir. 1897-ci ildə Qarsa əmisinin yanına köçmüşdür. Birinci Dünya müharibəsisinin başlamasıyla artan milliyətçilik dalğasına qarşı yürüdülən sürgünlərdən qaçmaq üçün Osmanlı dövlətinin Kars konsulluğundan gizli şəkildə pasportunu alaraq qohumu Feyzulla Ağayla Sivasın Zara ilçəsinə qaçmışdır. Daha sonra səfərbərlik elanını eşidən Fəxrəddin bəy Qarsa dönmək istəsə də, rusların haqqında həbs qərarı çıxardığını və yolları nəzarətdə saxladığını eşitmişdir. Buna baxmayaraq Fəxrəddin bəy Qarsa getməyi qərarlaşdırır.
Mahşərəf Ərdəlan
Mahşərəf Ərdəlan və ya Mahşərəf xanım Məsturə (1805, Sənəndəc – 1848, Süleymaniyyə) — kürd şairəsi, tarixçisi və yazıçısı. == Həyatı == Mahşərəf xanım Məsturə 1805-ci ildə Sənəndəc şəhərində anadan olmuşdur. Onun atası Əbülhəsən bəy Ərdəlan xanlarının sarayında yüksək vəzifələr tutmuş Qadiri nəslindən idi. Əlavə olaraq, Mahşərəf Məsturənin anasının ailəsi həmin xanlıqda hakimiyyət uğrunda mübarizədə əhəmiyyətli rola malik olmuş, gah Ərdəlan valilərini fəal müdafiə etmiş, gah da əllərində silah onlara qarşı çıxmışlar. Mahşərəf xanım Məsturə Ərdəlan valisi Xosrov xan Sani ilə evlənmişdir. Mahşərəf xanım Məsturə əsərlərini fars və kürd dillərində yazmış, Yəğma Cəndəgi və Xızr Nali kimi şairlər ilə ədəbi əlaqə saxlamışdı. Məsturənin 20 min beytdən ibarət "Divan"’ı olmuş, lakin əksəriyyəti itib-batmış və 1926-cı ildə Tehranda çap olunmuş "Divan"ında onun ancaq farsca şerləri toplanmışdır ki, bu da 2 min beytdən artıq deyil. Şairənin məlum əsərləri fars dilində yazılmış, lakin onun şerlərinin əksəriyyətinin kürd dilinin gorani dialektində yazıldığı məlumdur. == İrsi == İran heykəltəraşı Hadi Ziyadini tərəfindən hazırlanmış Mahşərəf Ərdalan heykəli İranın Sənəndəc şəhərində ucalır.
Məryəm Ərdoğan
Məryəm Ərdoğan (doğum adı: Mariya Tanga və ya Mariya Hana Dingo) (24 aprel 1990) — Efiopiya əsilli Türkiyəli marafonçu. Məryəm Ərdoğan Türkiyəni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Məryəm Ərdoğan birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 54 dəqiqə 4 saniyəyə qət edərək 157 marafonçu sırasında 112-ci yeri tutdu.
Ərdoğan (ad)
Ərdoğan — türk kişi adı.
Ərdoğan (dəqiqləşdirmə)
Ərdoğan — türk kişi adı.
Ərdoğan (soyad)
Ərdoğan — türk soyadı.
Ərdəhan Universiteti
Ərdəhan Universiteti (türk. Ardahan Üniversitesi) — Türkiyədə universitet Qafqaz Universitetlər Birliyinin qurucu üzvüdür.
Ərdəhan ili
Ərdahan ili — Türkiyədə il. İnzibati cəhətdən Çıldır, Posof, Damal, Hanak, Ərdəhan və Gölə ilçələrindən ibarətdir. Çıldır ilçəsinin Məryəm kəndinin əhalisini azərbaycanlıların etnoqrafik qrupu olan tərəkəmələr, qarapapaqlar təşkil edir. Gölə ilçəsinin Yeni Dəmirqapı kəndinin əhalisini azərbaycanlıların etnoqrafik qrupu olan tərəkəmələr təşkil edir. Gölə ilçəsinin Uğurdaşı kəndinin əhalisini azərbaycanlıların etnoqrafik qrupu olan tərəkəmələr təşkil edir. Gölə ilçəsinin Karlıyazı kəndinin əhalisini kürdlər təşkil edir. Dr. Yaşar Kalafat. "Çıldır ve Yakın Çevresinin Etnososyal Yapısı" (türk). Haber Açısı Portalı.
Yılmaz Ərdoğan
Yılmaz Ərdoğan (tam adı: türk. Yılmaz Erdoğan; 4 noyabr 1967, Hakkari) — Kürd əsilli Türk aktyor, yazıçı və rejissor. Debüt komediya filmi Vizontele (2001) və Bir Demet Tiyatro (1995–2002/2006–2007) serialı ilə məşhurluq əldə etmişdir. Sadri Alışık Kino və Teatr Mükafatlarında ən yaxşı aktyor, Qızıl Kəpənək mükafatında ən yaxşı komediya serialı, 4-cü Avstraliya Kino və Televiziya Sənəti Mükafatlarında Su axtaran (2014) filmindəki roluna görə ən yaxşı köməkçi aktyor, Afifə Teatr Mükafatlarında Cavad Fəhmi Başqurd xüsusi mükafatlarının sahibidir. Yılmaz Ərdoğan Nazim və Süheyla Ərdoğanların ailəsində dünyaya göz açıb. Ailənin ortancıl oğludur. Anadolu atəşi rəqs qrupunun qurucusu Mustafa Ərdoğan onun böyük, sənətçi Dəniz Ərdoğan isə kiçik qardaşıdır. Yılmaz Ərdoğanın uşaqlığı Ankarada keçmişdir. Daha sonra ailəsi ilə birlikdə İstanbula köçüb. Ailəsi əslən kürddür.
Çingizxan Ərdoğan
Çingizxan Ərdoğan (keçmiş adı Opan Vladimir oğlu Sat; 13 iyun 1987, Çadan, Tuva MSSR) — Rusiyanın əməkdar idman ustası (sərbəst güləş), üçqat Avropa çempionu. Çingizxan Ərdoğan Tıvanın Çadan şəhərində anadan olmuşdur. Uşaqlıqdan güləşlə məşğul olurdu. İlk məşqçisi Vladimir Tuluş idi ki, hazırda da onu məşq etdirir. Bundan əlavə, Krasnoyarsk məşqçisi İ. Matiyev də onunla məşğul olur. O, Krasnoyarsk diyarı və Tıvanı təmsil etmişdir. 2014-cü ildə Türkiyə vətəndaşlığını aldı və adını dəyişdirdi. 2017-ci ildə Çingizxan Ərdoğan adı altında Türkiyə millisində debüt etdi. 2009-cu ildə Tıva Dövlət Universitetini bitirmişdir. Rusiya çempionatının gümüş mükafatçısı (4) - 2009, 2010, 2011, 2012.
Əminə Ərdoğan
Əminə Gülbaran Ərdoğan (21 fevral 1955, Üsküdar, İstanbul ili) — Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı. Əminə Ərdoğan 16 fevral 1955-ci ildə ərəb əsilli ailədə İstanbulun Fateh ilçəsində anadan olub. Siirtdən İstanbula gələn beş uşaqlı bir ailənin sonuncu övladı. Mithat Paşa Axşam İncəsənət Məktəbindən dərs qeydləri yaxşı olmasına baxmayaraq öz arzusu ilə ayrılıb və "İdealist Qadınlar İttifaqına" qoşulub. Buradakı bir konfrans çalışması əsnasında Rəcəb Tayyib Ərdoğan ilə tanış olub və 4 iyul 1978-ci ildə evləndilər. Cütlüyün Əhməd Burak, Nəcməddin Bilal, Esra və Süməyya adlarında dörd uşağı var.
Ərdəkan (Fars)
Ərdəkan – İranın Fars ostanının şəhərlərindən və Sipidan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 16,212 nəfər və 3,534 ailədən ibarət idi.
Ərdəkan şəhristanı
Ərdəkan şəhristanı — İranın Yəzd ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Ərdəkan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 66,900 nəfər və 18,140 ailədən ibarət idi.
Ərdəlan (Sərab)
Ərdəlan (fars. اردلان‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 817 nəfər yaşayır (167 ailə).
Ərdəlan əmirliyi
Ərdalan xanlığı və ya Ərdəlan əmirliyi (kürd. میرنشینی ئەردەڵان) — İranın Kürdüstan əyalətində, Sənəndəc şəhərində iqtidarda olmuş xanlıq (1169–1867). XII əsrdən-XIX əsrin 60-cı illərinədək gah müstəqil, gah da yarımmüstəqil hakimiyyət sürmüş kürd tayfa birləşməsi Bani Ərdalan Kürdüstan və İran tarixinə öz damğasını vuran sülalələrdən biridir. Şərəf xan Bidlisi "Şərəfnamə"də ərdalanlıların adını kürdlərin güclü tayfa birləşmələri olan Həkəri Soran və Babanlarla yanaşı çəkir. Bani Ərdalan kürdlərinin tarixi haqqında çoxsaylı əsərlərdə geniş məlumat verildiyinə baxmayaraq, müxtəlif dövrlərdə yazılmış iki kitab dəyərli elmi mənbə kimi daha çox diqqəti cəlb edir. Həmin kitablardan birincisi Xosrov İbn Məhəmməd Bani Ərdalanın o zamankı hakimi Xosrov xan Nakamın dövründə tamamlanmışdır. Lakin bu dəyərli əsər yalnız 1977-ci ildə Tehranda iranlı kürd alim doktor İsmayıl Ərdalan tərəfindən çap olunmuşdur. Rus alimi E. İ. Vasilyeva həmin əsəri fars dilindən rus dilinə çevirərək, 1984-cü ildə Moskvada çap etdirmişdir. İkinci kitabın müəllifi Mah Şərəf xanım Kürdüstani Xosrov-xan Nakamin həyat yoldaşıdır. O, həm də Məsturə təxəllüsü ilə gözəl şerlər yazmış və tətqiqatçıların X. B. Natəvanla müqayisə etdiyi "divan sahibi" olan kürd şairəsidir.
Ərdəxan vilayəti
Ərdahan ili — Türkiyədə il. İnzibati cəhətdən Çıldır, Posof, Damal, Hanak, Ərdəhan və Gölə ilçələrindən ibarətdir. Çıldır ilçəsinin Məryəm kəndinin əhalisini azərbaycanlıların etnoqrafik qrupu olan tərəkəmələr, qarapapaqlar təşkil edir. Gölə ilçəsinin Yeni Dəmirqapı kəndinin əhalisini azərbaycanlıların etnoqrafik qrupu olan tərəkəmələr təşkil edir. Gölə ilçəsinin Uğurdaşı kəndinin əhalisini azərbaycanlıların etnoqrafik qrupu olan tərəkəmələr təşkil edir. Gölə ilçəsinin Karlıyazı kəndinin əhalisini kürdlər təşkil edir. Dr. Yaşar Kalafat. "Çıldır ve Yakın Çevresinin Etnososyal Yapısı" (türk). Haber Açısı Portalı.
Əsməhan (müğənni)
Əsməhan (ərəb. أسمهان‎, əsl adı Amal əl-Ətrəş آمال الأطرش; 25 noyabr 1912, Aralıq dənizi – 14 iyul 1944) — Suriya əsilli müğənni. Fərid əl-Ətrəşin bacısı idi.
Əsməhan Sultan
Əsməhan Sultan (1545, Manisa – 8 avqust 1585, Konstantinopol) — 11. Osmanlı sultanı II Səlimin qızı. Əsməhan Sultan 1544-cü ildə Manisada dünyaya gəldi. Atası Qanuni Sultan Süleymanın oğlu və o illərdə Manisa sancaqbəyi olan Şahzadə Səlim, anası isə Venesiya əsilli kənizlərindən Nurbanu Sultandır. Nurbanu Sultanın eyni il içində dünyaya gətirdiyi üçüncü qız olduğu üçün, bacıları Şah və Gövhərxan Sultanlarla birlikdə üçəm olduğu qəbul edilir. Uşaqlıq illəri atasının sancaqbəyi olaraq xidmət etdiyi Manisa, Qaraman və Kütahyada keçdi. 1 avqust 1562-ci ildə İstanbulda baş tutan möhtəşəm mərasimlə Qanuni Sultan Süleyman yeganə varisi olan Şahzadə Səlimin qızlarını hələ 18 yaşında ikən mühüm siyasi şəxslərlə evləndirdi: Əsməhan Sultan babasının vəzirlərindən Sokollu Mehmed Paşayla, Gövhərxan Sultan kaptan-ı dərya Piyalə Paşayla, Şah Sultan isə yeniçəri ağası Çakırcıbaşı Həsən ağayla nikahlandı. Bu evlilikdən iki uşağı olmuşdu. Bunlar Sultanzadə İbrahim və Gülruh Sultandır. Bir il sonra Sədrəzəm Səmiz Əli Paşa vəfat etdi və beləliklə sədrəzəm xanımı oldu.
Şaziyə Ərdoğan
Şaziyə Ərdoğan Okur (23 fevral 1992, Ankara) — qadınlar arasında 45 kq çəki dərəcəsində mübarizə aparan türkiyəli ağır atlet. O, gənclər kateqoriyasında 44 kq çəki dərəcəsində birdən qaldırmada 77 kq, təkanla qaldırmada 92 kq və ümumi 169 kq nəticə ilə hazırkı dünya rekorduna sahibdir. O, Ankarada, atası inşaat işçisi olan kasıb bir ailədə anadan olub. O, hələ 11 yaşında ikən Ankaranın Keçiören ibtidai məktəbində ağır atletika ilə məşğul olmağa başlayıb. 2009-cu il iyulun 28-də İsveçin Landskrona şəhərində keçirilən yeniyetmələr arasında ağır atletika üzrə Avropa çempionatında o, birdən qaldırmada 79,0 kq, təkanla qaldırmada 97,0, ümumilikdə isə 172,0, sonra isə 176,0 kq-ı qaldıraraq yeniyetmələr arasında dörd Avropa rekordu qırıb. Onu Tələt Ünlü, Mustafa Doğan, Erkan Kayır və Nurcihan Gönül hazırlayıb. 2013-cü ildə Okur anabolik steroid Stanozolol istifadə etdiyinə görə Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən 2 il müddətinə beynəlxalq yarışlardan kənarlaşdırılıb. 2021-ci ildə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən ağır atletika üzrə dünya çempionatında qadınlar arasında 45 kq çəki dərəcəsində bürünc medal qazanıb. 2022-ci ildə Albaniyanın Tiran şəhərində keçirilən ağır atletika üzrə Avropa çempionatında qadınlar arasında 45 kq çəki dərəcəsində qızıl medal qazanıb. O, Əlcəzairin Oran şəhərində keçirilən 2022 Aralıq dənizi Oyunlarında qadınlar arasında 49 kq çəki dərəcəsində birdən qaldırma və təkanla qaldırma yarışlarında bürünc medal qazanıb.
Çeşməqan (Vərzəqan)
Çeşməqan (fars. چشمقان‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 10 nəfər yaşayır (4 ailə).
Erdoğan
Rəcəb Tayyib Ərdoğan (türk. Recep Tayyip Erdoğan; 26 fevral 1954, Qasımpaşa[d], İstanbul ili və ya Bəyoğlu, İstanbul ili) — Türkiyə siyasətçisi, Türkiyə Respublikasının 12-ci prezidenti, Türkiyənin baş naziri (2003–2014), Ədalət və İnkişaf Partiyasının sədri (2001–2014, 2017-ci ildən). == Həyatı == Rəcəb Tayyib Ərdoğan 26 fevral 1954-cü ildə İstanbulun Qasımpaşa bölgəsində doğulmuşdur. 1965-ci ildə Piyalə paşa ibtidai məktəbini bitirmişdir. Həmin il İmam Xatib liseyinə daxil olmuş və 1973-cü ildə oradan məzun olmuşdur. Daha sonra ali təhsilini Mərmərə Universitetinin İqtisadi və ticari elmlər fakültəsində almışdır. Camialtı, İETT, və Eroksporda 16 il futbol oynamışdır. 12 sentyabr 1980-ci ildən sonra futboldan ayrılmışdır. 2007-ci ildə "NTV" dəki proqramda türk olduğunu söyləmişdir. == Siyasi fəaliyyəti == Milli Türk Birliyindəki fəaliyyətindən sonra 1976-cı ildə islami dəyərlərə sadiqliyi ilə bilinən Milli Səlamət Partiyası Bəyoğlu Gənclər Şöbəsinin sədri və həmin il də MSP İstanbul il (vilayət) başçısı seçilmişdir.
Əməgen
Əməgən - türk, altay, qafqaz və nart əfsanələrində nəhəng. İmegen də deyilir. Çirkin, zaman-zaman birdən çox başı olan nəhəng varlıqlar olaraq təsvir edilər. Nart əfsanələrində ədədləri olduqca çoxdur və hər üç ayda bir ad etdikləri deyilər. Hər doğumda görə çox uşaq dünyaya gətirirlər. Nart qəhrəmanları davamlı emegenlerle vuruşub və gücləriylə, zəkalarıyla onları hər vaxt yenmeyi bacararlar. Lakin onlardan çox qorxar və çəkinirlər. Çünki Əməgenlər, tutduqları zaman insanları yerlər. Nart destanlarına görə dünyadakı bütün pisliklərin qaynağı Əməgenlerdir. Əgər onlar olmasaydı dünyada heç bir pislik olmazdı.
Ermənian (Kəleybər)
Ermənian (fars. ارمنيان‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd.
Esmehan Sultan
Əsməhan Sultan (1545, Manisa – 8 avqust 1585, Konstantinopol) — 11. Osmanlı sultanı II Səlimin qızı. == Həyatı == Əsməhan Sultan 1544-cü ildə Manisada dünyaya gəldi. Atası Qanuni Sultan Süleymanın oğlu və o illərdə Manisa sancaqbəyi olan Şahzadə Səlim, anası isə Venesiya əsilli kənizlərindən Nurbanu Sultandır. Nurbanu Sultanın eyni il içində dünyaya gətirdiyi üçüncü qız olduğu üçün, bacıları Şah və Gövhərxan Sultanlarla birlikdə üçəm olduğu qəbul edilir. Uşaqlıq illəri atasının sancaqbəyi olaraq xidmət etdiyi Manisa, Qaraman və Kütahyada keçdi. 1 avqust 1562-ci ildə İstanbulda baş tutan möhtəşəm mərasimlə Qanuni Sultan Süleyman yeganə varisi olan Şahzadə Səlimin qızlarını hələ 18 yaşında ikən mühüm siyasi şəxslərlə evləndirdi: Əsməhan Sultan babasının vəzirlərindən Sokollu Mehmed Paşayla, Gövhərxan Sultan kaptan-ı dərya Piyalə Paşayla, Şah Sultan isə yeniçəri ağası Çakırcıbaşı Həsən ağayla nikahlandı. Bu evlilikdən iki uşağı olmuşdu. Bunlar Sultanzadə İbrahim və Gülruh Sultandır. Bir il sonra Sədrəzəm Səmiz Əli Paşa vəfat etdi və beləliklə sədrəzəm xanımı oldu.
Galv (Vərzəqan)
Galv (fars. گلو‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 380 nəfər yaşayır (76 ailə).
Gülçöl (Vərzəqan)
Gülçöl (fars. گل چول‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 172 nəfər yaşayır (33 ailə).
Nehir Erdoğan
Nehir Erdoğan (16 iyun 1980)—Türkiyə aktrisası . Nehir Erdoğan 16 iyun 1980-ci ildə İzmirdə anadan olub. Selma Yiğitalp Litseyi Ağırlıqlı Xarici Dil Bölümündə sürən tələbə həyatı sırasında teatr sahnəsi ilə tanış oldu. İlk və orta təhsilini İzmirdə bitirdikdən sonra Marmara Universiteti İqtisadi və İdarə Bilimlər Fakültəsi İşlətmə bölməsinə daxil oldu və buranı bitirdi.Ardınca yenə eyni universitetin Sosial Bilimlər İnstitutu Radyo Televizor və Kino bölməsini oxudu. Nehir Erdoğan qısa bir vaxt içində Amerikada yaşamışdı.Sonra Yabancı Damat serialı üçün Türkiyəyə geri dönmüşdü.
Nigaristan (Vərzəqan)
Nigaristan (fars. نگارستان‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 460 nəfər yaşayır (101 ailə).
Saziye Erdoğan
Şaziyə Ərdoğan Okur (23 fevral 1992, Ankara) — qadınlar arasında 45 kq çəki dərəcəsində mübarizə aparan türkiyəli ağır atlet. O, gənclər kateqoriyasında 44 kq çəki dərəcəsində birdən qaldırmada 77 kq, təkanla qaldırmada 92 kq və ümumi 169 kq nəticə ilə hazırkı dünya rekorduna sahibdir. O, Ankarada, atası inşaat işçisi olan kasıb bir ailədə anadan olub. O, hələ 11 yaşında ikən Ankaranın Keçiören ibtidai məktəbində ağır atletika ilə məşğul olmağa başlayıb. 2009-cu il iyulun 28-də İsveçin Landskrona şəhərində keçirilən yeniyetmələr arasında ağır atletika üzrə Avropa çempionatında o, birdən qaldırmada 79,0 kq, təkanla qaldırmada 97,0, ümumilikdə isə 172,0, sonra isə 176,0 kq-ı qaldıraraq yeniyetmələr arasında dörd Avropa rekordu qırıb. Onu Tələt Ünlü, Mustafa Doğan, Erkan Kayır və Nurcihan Gönül hazırlayıb. 2013-cü ildə Okur anabolik steroid Stanozolol istifadə etdiyinə görə Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən 2 il müddətinə beynəlxalq yarışlardan kənarlaşdırılıb. 2021-ci ildə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən ağır atletika üzrə dünya çempionatında qadınlar arasında 45 kq çəki dərəcəsində bürünc medal qazanıb. 2022-ci ildə Albaniyanın Tiran şəhərində keçirilən ağır atletika üzrə Avropa çempionatında qadınlar arasında 45 kq çəki dərəcəsində qızıl medal qazanıb. O, Əlcəzairin Oran şəhərində keçirilən 2022 Aralıq dənizi Oyunlarında qadınlar arasında 49 kq çəki dərəcəsində birdən qaldırma və təkanla qaldırma yarışlarında bürünc medal qazanıb.
Seqay (Vərzəqan)
Seqay (fars. سقاي‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 869 nəfər yaşayır (187 ailə).