Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Eskimos
Eskimoslar və ya İnuitlər və Yupiklər — Arktika bölgədəki dörd ölkəyə yayılmış olaraq, Şərq Sibir, Alyaska, Kanada və Qrenlandiyada yaşayan və Eskimos-Aleut dil ailəsinin Eskimos dilləri ilə danışan Eskimos-Aleut xalqlarının ən böyük qrupu olan şimal qütb xalqı. Digər qohum xalq Aleutlar hesab olunur. Eskomoslar özlərini "iunit" adlandırırlar. "Eskomos" sözü (eskimansiq — «çiy yiyən") hindi qəbilələrindən olanabenaklara və atabasklara aiddir. Eskimoslar Yupik və İnuit olmaq üzere iki ana qrupa ayrılar. Sirenik Yupiklərinin dilləri digər Yupik dillərindən diqqətə çarpan şəkildə fərqlidir və bu fərqliliyə əsasında Menovşçikov (Меновщиков) kimi mütəxəssis dilçilər Sirenik Yupikçəsini Yupik dilləri xaricində dutaraq Sirenik Eskimoscası adı altında Eskimos dillərinin üçüncü ana qolu olaraq təsnif edər. == Ümumi məlumat == Eskimoslar, eskimolar – ABŞ-də (Alyaskada – 47 min 783 nәfәr; 2000), Kanadanın şimalında (50 min 480 nәfәr; 2006), Danimarkada (18 min 563 nәfәr; Qrenlandiya adalarında – tәqribət 50 min nәfәr; 2007) vә RF-dә (Çukot Muxtar Mahalında –1529 nәfәr; 2010) yaşayan etnik birlik. Ümumi sayları tәqribən 170 min nәfәrdir. Eskimos-aleut dil ailәsinә aid dillәri iki qrupa bölünür: inupik (Berinq boğazında Diomid adalarının, Alyaskanın vә Kanadanın, Labrador vә Qrenlandiyanın şimalında qohum dialektlәri) vә Alyaskanın qərb vә cənub - qərbindә, Müqəddəs Lavrenti vә Çukot yarım-adalarında yaşayan әhalinin danışdığı dialektlәrlә birlikdә yupik – üç dildәn ibarәt qrup (mәrkәzi yupik, Sibir yupiki vә suqpiak, yaxud alutiik). Etnos kimi e.ә.
İrimis
İrimis, Ərəmis — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. == Tarixi == Dərəbas kəndinin yaxınlığında yerləşmişdir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Erməni mənbələrində kəndin Aramis, Yeremiz, Göranis kimi də adlandığı göstərilir. Ermənistan Respublikası Ali Soveti Rəyasət Heyətinin 1946-cı il qərarı ilə kənd ermənicə Artaşat adlandırılmışdır. Əsli Urumis. Urumis isə Rum (Bizans) toponimindən və qədim türk dillərində "s" cəm şəkilçisindən ibarətdir. Bax: Hərom və Xurma. Ola bilər toponim Ahuramazda adının təhrifidir. Bax:Aramaz, Armaz, Armus və Ərəmis.
Ərəmis

Eskimos dili
Eskimos-Aleut dil ailəsi — Eskimosların dili. Paleoasiya dillərinin eskimos-aleut qrupuna daxildir. Rusiya Federasiyasının subyektlərindən Çukotka Muxtar Dairəsində, Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında, Kanadanın şimali bölgələrində və Danimarkanın muxtar adası Qrenlandiyada danışılan dil ailəsi. 102 000 nəfərlik etnik əhalidən təhmini 85 000 nəfəri anadilində danışa bilir. ISO 639 sistemində kodu esx-dir. Çukot yarımadasında (RF), Alyaska y-anda (ABŞ), Kanada və Qrenlandiyanın arktik ərazilərində yayılmışdır. Bu dildə təqribən 120 minə qədər insan danışır. 20-yə yaxın dialekti var. Qrammatik quruluşca iltisaqi dildir. Erqativ quruluşlu sadə cümlələr geniş yayılmışdır.
Eskimos mətbəxi
Eskimos mətbəxi — qədim sivilizasiyaya malik olan Eskimosların milli yeməkləri.Eskimos mətbəxtini, dünyanın digər mətbəxtlərindən fərqləndirən ən önəmli cəhət bəzi yeməklərin çiy yeyilməsidir. == İnyupik mətbəxi == İnyupiklər avropalılarla qarşılaşmamışdan əvvəl öz mətbəxləri heç bir təsirə məruz qalmadan formalaşırdı. İnyupiklərin mətbəxində ən önəmli məmulat ətdir.Onlar əti niqipiaq yəni əsil yemək adlandırırlar (niqi 'yemək' + piaq 'əsil'). Eskimoslar bəzən yeməklərini çiy formada yeyirlər, bunun əsas səbəblərindən biri isə Eskimosların ulu nəsillərinin bir müddət od əldə edə bilməmələri və beləliklə, bəzi hallarda əti çiy yeməyə öyrəşmələridir. Maktak: Çiy formada yeyilən balina ətidir.Ətin üzərində mütləq balina yağı olur.Çiy formada yeyilməsinin əsas səbəbi, ətdə çoxlu vitaminlərin olması göstərilir.Eskimoslar vitaminli qidaları çox sevirlər.Yemək hazır olduqda Uunaalik adlanır. Quaq: Dondurulmuş formada yeyilən ət və ya balıq.Əsasən ovçuların səhər yeməyi olaraq istifadə edilir.Digər Eskimos xalqlarının dillərində nunavut inuktitut və ya nunavik inuttitut adlanır. Uiḷaq : Qurudulmuş ət. Mikigaq : Balina əti.Maktakın ət maşınından çəkilmiş forması. Igamaaqłuk : Fok yağında qızartılan qismən qurudulmuş ət. Igaapiaq : Qazanda qaynadılmaqla hazırlanan ət xörəyi.
Eskimos qayığı
Kayak və ya eskimos qayığı — eskimoslar, aleutlar və başqa Arktika xalqları tərəfindən istifadə edilən qayıq növü. Hal-hazırda turizm və idman məqsədləri üçün istifadə edilir. Onların materialları dəniz axımına qarşı bir-birindən fərqlənir. Qayıqlar ağacdan hazırlanır. Onun bir çox plastik növləri də mövcuddur.
Eskimos rifi
Eskimos rifi — Frans-İosif Torpağı arxipelaqına daxil olan 3 rifdən ibarət adalar qrupu. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. == Yerləşməsi == Adalar arxipelaqın cənubşərqində, Salm adasından 4 km cənub-qərbdə, Vilşek adasından isə 4.5 km şərqdə yerləşir. Ən iri rif 400 m uzunluğa malik ola da digərləri 100 metrdir. Rifdə hündürlük yoxdur.
Qarımış qız
Qarımış qız — qadınların adətən evləndiyi yaş həddini keçsə də, ailə həyatı qurmayan qız. Bu ifadə heç vaxt evlənmə ehtimalı olmayan qızlar barəsində də istifadə edilə bilər. == Etimologiyası və tarixi == İngilis dilində "qarımış qız"ı ifadə edən "spinster" sözü hələ sənaye əsrindən xeyli əvvəlki dövrlərdə yun əyirən qız və qadınları işarə etmək üçün istifadə edilərdi. Onlayn Etimoloji Lüğətə görə, yun əyirmək fəaliyyəti ilə əksərən evlənməmiş qızlar məşğul olduğundan, XVII əsrdən başlayaraq XX əsrin əvvəllərinədək hüquqi sənədlərdə belə xanımlar spinster adlandırılırdı. 1719-cu ildən etibarən isə spinster dedikdə "hələ də ailə həyatı qurmayan və evlənmək üçün orta statistik yaş həddini keçən" qızlar başa düşülürdü. Bu ifadənin evlənməyən qızlarla bağlı hüquqi kontekstdə istifadəsi 1699-cu ilə — Anqlikan kilsəsinin nikahları qadağan etdiyi zamanlara gedib çıxır; belə ki, gəlin ola biləcək xanımlar kilsədə "prixodun spinsteri" adlandırılırdı.Oksford Amerika Lüğəti "spinster" (ərə getməmiş və evlilik yaşını keçmiş qadın deməkdir) sözünün "alçaldıcı" və "neytral mənada istifadə edilə bilməyəcək qədər öz həqiqi mənasından o dərəcə uzaqlaşıb güclü anlam qazanan sözlərə ən yaxşı nümunə" olduğunu qeyd edir.Merriam Vebster Lüğətinin 1828 və 1913-cü il nəşrləri spinsteri iki mənada oxuculara təqdim edirdi: Yun əyirən qadın. Hüquqda: Ərə getməmiş və ya subay qadın. XIX əsrdən spinster termini ilə ərə getməyi seçməyən qadınlar da əhatə olunmağa başlandı. Bu dövrdə orta sinif spinsterlər və onların evli yaşıdları sevgi və evlilik ideallarına çox ciddi yanaşırdılar və spinsterlik, həqiqətən də, onların bu ideallara sadiq qalmalarının bir nəticəsi idi. Belə qadınlar kişilər aşağı gəlirli olduğuna görə deyil, ürəkdən sevdikləri birini tapa bilmədiklərinə görə evlənmirdilər.XIX əsrdə dərc edilən Peterson's Magazine jurnalının bir sayında qadınlar, hətta heç vaxt evlənməmək bahasına belə olsa, həyat yoldaşı seçərkən seçici olmağa təşviq edilirdilər.
Tarımış (Xoy)
Tarımış (fars. تاريميش‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Eskimos-Aleut dilləri
Eskimos-Aleut dil ailəsi — Eskimosların dili. Paleoasiya dillərinin eskimos-aleut qrupuna daxildir. Rusiya Federasiyasının subyektlərindən Çukotka Muxtar Dairəsində, Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında, Kanadanın şimali bölgələrində və Danimarkanın muxtar adası Qrenlandiyada danışılan dil ailəsi. 102 000 nəfərlik etnik əhalidən təhmini 85 000 nəfəri anadilində danışa bilir. ISO 639 sistemində kodu esx-dir. Çukot yarımadasında (RF), Alyaska y-anda (ABŞ), Kanada və Qrenlandiyanın arktik ərazilərində yayılmışdır. Bu dildə təqribən 120 minə qədər insan danışır. 20-yə yaxın dialekti var. Qrammatik quruluşca iltisaqi dildir. Erqativ quruluşlu sadə cümlələr geniş yayılmışdır.
Eskimos-Aleut dil ailəsi