Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əbyar
Əbyar—Liviyada, Məric rayonunda, Benqazi şəhərindən təqribən 50 km şərqdə və Əl Məric şəhərindən 42 km cənub-qərbdə bir şəhər. 2010-cu ildə təxmin edilən əhali 32.563 idi. == Tarixi == Şəhər, Şərqi Liviyada (Kirenaika) yaşayan köçəri tayfalar üçün və müstəmləkəçi İtaliyanın Şimali Afrika və İtalyan Liviyası dövründə Liviya müqavimət hərəkatında olanlar üçün keçmiş bir ittifaq düşərgəsinin yeridir. 2007-ci ilə qədər Hizam əl Əxdar rayonunun paytaxtı idi.
Əxbar
Əxbar (ərəbcədir, xəbər sözünün cəmidir) — Məhəmməd, onun tərəfdarları (əshabələri) və davamçıları haqqında müsəlman rəvayətləri, sünnilərin daha üstün tutduqları hədis termininin sinonimidir. Əxbar termini yalnız Əlinin və onun sədaqətli tərəfdarlarının nüfuzuna əsaslanan rəvayətləri təsdiq edən şiələrdə daha çox işlənir. == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.58.
Təkmilətül-əxbar
Təkmilətül–əxbar, Təkmilət əl–əxbar (fars. تكملة الاخبار‎) — Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazi tərəfindən 1570–ci ildə Ərdəbildə fars dilində qələmə alınmış, Adəm peyğəmbərin zamanından miladi 1570–ci ilədək olan hadisələrdən bəhs edən ümumi tarix əsəri. == Mənbə == II. История. — A. Всеобщая история, стр. 405–406. // Ч. А. Стори. — Персидская литература. Био-библиографический обзор. В трех частях. Перевел с английского, переработал и дополнил Ю. Э. Брегель.
Əlyar Qarabağlı
Əlyar Məmməd oğlu Qarabağlı (1901, Borçalı qəzası – 1969) — Azərbaycan pedaqoqu, jurnalisti. == Həyatı == Əlyar Qarabağlı 1901-ci ildə anadan olmuşdu. Borçalının Ləcbəddin kəndindəndir. Kənddə müəllim işləmiş, Bakıda elmi-tədqiqat pedaqoji elmlər institutunun şöbə müdiri, «Azərbaycan məktəbi» jurnalının məsul katibi, redaktor müavini vəzifələrində çalışmış, dövlət universitetində mühazirələr oxumuşdu. Ədəbiyyatımızın tədrisi metodikası sahəsində sanballı dərsliyin müəllifi kimi şöhrət qazanmışdı. Əlyar Qarabağlı 1969-cu ildə vəfat edib.
Şabbir Əxtar
Şabbir Əxtar (1960, Pakistan) — Britaniyalı müsəlman filosof, şair, tədqiqatçı, yazıçı və çoxdilli elm adamıdır. Oksford Universitetinin İlahiyyat və Dinlər fakültəsində fəaliyyət göstərən alimin maraq dairəsinə siyasi İslam, Quran təfsiri, İslamda fəlsəfi diskursun canlanması, islamofobiya, ekstremizm, terrorizm və xristian-müsəlman münasibətləri, həmçinin Əhdi-Cədidin İslami perspektivdən dəyərləndirilməsi kimi məsələlər daxildir. Şabbir Əxtar həm də Sorn Kyerkeqor tədqiqarçısıdır. Məqalələri həm akademik jurnallarda, həm də İngiltərə mətbuatında dərc olunmuş tədqiqatçı alimin bir neçə kitabı əsas islam dillərinə tərcümə edilmişdir. == Erkən həyatı və təhsili == == Fəaliyyəti == 2012-ci ildən indiyədək – Böyük Britaniya, Oksford Universitetinin İlahiyyat və Dinlər Fakültəsinin üzvü 2002-2011-ci illər Old Dominion Universitetində fəlsəfə dosenti, ABŞ 1994-1997-ci illər Beynəlxalq İslam Universitetində fəlsəfə dosenti, MalayziyaŞabbir Əxtarın dünyəvi cəmiyyətdə imanlı/dindar olmağın mümkünlüyü və mürəkkəbliyi haqqında ilk kitabı, Ağıl və İnamın Radikal Böhranı (1987) antiteist müəllif Keys Parsons tərəfindən "… geniş oxunmalıdır. O, ağıllı və aydın mühakimə edir. Onun arqumentləri, tənqid etdiyi şəxslərlə rəftarında ciddi ədalətli olmasından xüsusi mötəbərlik qazanır”. == Həmçinin bax == Çağdaş İslam fəlsəfəsi == İstinadlar == == Xarici keçidlər == ‘The Quran and the Secular Mind’ with Dr.
Əlyar Alimirzəyev
Əliyar Əlimirzə oğlu Əlimirzəyev (4 sentyabr 1961, Gilah, Qusar rayonu) — Azərbaycan Respublikasının xalq rəssamı (2021). == Həyatı == Əliyar Əlimirzə oğlu Əlimirzəyev 1961-ci il sentyabrın 4-də Qusar rayonunun Gilah kəndində anadan olmuşdur. Bakıdakı 229 saylı məktəbi bitirmiş, 1977–1981-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır. 1988-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvü olmuşdur. == Yaradıcılığı == Əliyar Əlimirzəyev ilk dəfə 1986-cı ildə "Azərbaycanın gənc rəssamları" adlı sərgidə iştirak etmiş, 1996, 2001, 2011 və 2015-ci illərdə Bakıda, 2001-ci ildə Dilidə (Şərqi Timor), 2014-cü ildə Mejevdə (Fransa), 2015-ci ildə Tbilisidə (Gürcüstan) fərdi sərgiləri keçirilmişdir. Onun əsərləri Rusiyanın Tretyakov qalereyasında, Avstriyanın Albertina qalereyasında, Danimarkanın Odense İncəsənət Muzeyində, eləcə də Rusiyanın Rusiya Rəssamlar İttifaqının, Rusiya Mədəniyyət Nazirliyinin qalereyalarında saxlanılır.2003-cü ildə Parisdə 200-ə yaxın ölkənin rəssamlarının iştirak etdiyi beynəlxalq sərgidə Əliyar Əlimirzəyevin "Fenikslər" əsəri "Qran-pri" mükafatına layiq görülmüşdür. Eyni ildə o, Belqradda (Serbiya) keçirilən Beynəlxalq miniatür sərgisində 1-ci yerin sahibi olmuşdur. Əliyar Əlimirzəyevə 29 dekabr 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar rəssamı", 16 oktyabr 2021-ci ildə isə "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı verilmişdir.
Cəbəl Əxdar (Liviya)
Cəbəl Əxdar (ərəb. الجبل الأخضر‎ – Yaşıl dağ) — Liviyanın şərqində meşəlik, məhsuldar dağlıq region. Müasir əl-Cəbəl əl-Əxdar rayonunda yerləşir. Region Yer kürəsinin ən az meşəli ölkələrindən biri olan Liviyanın çox az meşəlik ərazilərindən biridir. Cəbəl Əxdar bir neçə dərə ilə həmsərhəd olan dağ yaylasından ibarətdir. Benqazinin şimalında və Dernanın cənubunda yerləşir. Bu, Liviyanın ən rütubətli ərazisidir və buraya ildə təxminən 600 mm yağıntı düşür. Ərazidə geniş meşələr var, burada zəngin kartof və dənli bitkilər yığılır. Qədim yunan müstəmləkəsi olan Kirena Cəbəl Əxdar vadisində yerləşir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Cəbəl Əxdar (Liviya) ilə əlaqəli mediafayllar var.
Əlyar kəndi (Qoşaçay)
Əlyar kəndi (fars. علي ياركندي‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 338 nəfər yaşayır (74 ailə).
Əl-Cəbəl əl-Əxdar
Əl-cəbəl Əl-əxdar (ərəb diliالجبل الأخضر) - Liviyanın Kirenaika regionunda şəhər.
Exsar
== Coğrafi mövqe == Şəhər tipli Esxar qəsəbəsi Çuqevdən yeddi km məsafədə, Severski Donets çayının sağ sahilində, yuxarı axınında 1 km məsafədə Uda çayının Severski Donets çayına qovuşduğu yerdir, 5 km - şəhər. Çuguevin aşağı axınında 7 km məsafədə Moxnaç kəndi (Zmiyovski rayonu) yerləşir . Uda çayının yuxarı axınında, düz xətt üzrə 4 km məsafədə Staraya Pokrovka kəndi yerləşir. Kəndə böyük bir meşə (palıd) bitişikdir. == Hekayə == 8-10-cu əsrlərdə müasir kəndin yaxınlığında Alanların məskunlaşdığı və Xəzər xaqanlığının mühafizə postu kimi xidmət edən Kaqanovo qəsəbəsi var idi. Bu yaşayış yeri Alanların ən qərb yaşayış məntəqəsi idi [1] . Dövlət rayon elektrik stansiyası tikilməzdən əvvəl kəndin yerində təsərrüfatlar var idi: Karpovski, Pavlov və Rojdestvenski . 1924 -cü il - Esxar kəndinin ( Esxar adı Xarkov İnzibati Dairəsinin ( XAR ) Elektrik Stansiyasının ( ES ) abbreviaturasından gəlir) yaranma tarixi. 1924 -cü ildə Donetsdə kooperativ pulu ilə Donetsdəki dəyirman zavodunun işləməsi üçün 500 kVt alternativ cərəyan generatoru və 230 volt gərginlikli Donetsdə Kharkivskaya SES-1 su elektrik stansiyası tikildi. Üç kilovolt gərginlikli stansiyadan elektrik enerjisi gücləndirici transformatordan istifadə edərək Çuguev, Malinovka, Vvedenka, Novaya və Staraya Pokrovoka ötürüldü.
Əxbar əl-dövlə əl-səlcuqiyyə
Əxbar əl-dövlə əl-səlcuqiyyə — Səlcuqlu dövləti və Eldənizlər dövlətindən bəs edən tarixi salnamə. Əsər çox gümanki 1262-ci ildə qələmə alınmışdır. Əsərin orijinalı XII əsrdə Sədrəddin Hüseyni tərəfindən ərəb dilində qələmə alınmış, Əxbar əl-dövlə əl-səlcuqiyyə nüsxəsi isə onun genişləndirilmiş versiyasıdır. == Haqqında == Əxbar əl-dövlə əl-səlcuqiyyə əsəri 41 fəsildən ibarətdir və Səlcuqilərlə onların varis dövlətləri, xüsusən Atabəylər dövləti tarixindən bəhs etməkdədir. Səlcuqilər qismind sülalənin X əsrdə Mərkəzi Asiyadakı tarixindən bəhs edilərək son olaraq sonuncu sultan III Toğruldan bəhs edilir. Əsərdə 1092-1152-ci illərdən bəhs edən hadisələr əsasən İmaməddin əl-İsfahaninin yazdığı Nüsrət əl-Fətra əsərinə əsaslanmaqdadır. Bu əsər orijinal olaraq 1183-cü ildə yazılmış və əl-Bundari tərəfindən 1226-cı ildə qısaldılmış versiyası hazırlanmışdır. Əsərin hazırlanmasında mühüm sənədlərdən istifadə edilməsi onu Səlcuqlu dövrü ilə bağlı mühüm qaynaqlarıdan biri edir. Əxbar əl-dövlə əl-səlcuqiyyənin əsaslandığı qaynaqlardan biri də Maliknamə əsəridir. Bu əsər Səlcuqlu sülaləsinin ən əvvəlki dövrdən etibarən tarixlərindən bəhs edir və sonluq olaraq 1040-cı ildə Dəndənəkan döyüşündə Qəznəviləri məğlub etməsində yekunlaşdırır.
Elyar Foks
Elyar Foks (ing. Elyar Fox) (15 iyul 1995, London) — azərbaycan mənşəli Böyük Britaniyalı müğənni, musiqiçi və söz yazıçısı. Onun fanatlarına "Fokserlər" deyilir. == Həyatı == Əsl adı Elyar Əfşari olan müğənninin anası ingilis, atası azərbaycanlıdır. O, İlinqdə anadan olmuş, Qrinfordda böyümüşdür. Təhsilini əvvəlcə Queensmead Məktəbində, daha sonra Costons Primary Schoolda almışdır. Elyarın özündən böyük bir qardaşı da var.
Elyar Mirzəyev
Mirzəyev Elyar Cəlal oğlu (6 sentyabr 1984, Bahar - 14.10.2020, Hadrut) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçusu, əsgər, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elyar Mirzəyev 1984-cü il senytabrın 6-da Beyləqan rayonunun Bahar qəsəbəsində dünyaya gəlib. O, 1990-cı ilə Sərdar İmrəliyev adına Bahar tam orta məktbin 1-ci sinfinə daxil olub. Uşaqlıqdan futbola xüsusi marağı və həvəsi olan Elyar oxuduğu illər ərzində Bahar futbol komandasında çıxış edib. Elyarın kapitanı olduğu komanda məktəblilər arasında keçirilən çempionatlarda birincilik qazanıb. 2001-ci ildə məktəbi bitirən Elyar artıq professional futbolçu kimi tək Beyləqanda yox, ölkə futbolunda da tanınan sima idi. O, bir neçə futbol klubundan təklif alsa da, hərbi xidmətə getməyi seçir. Əsgər Mirzəyev xidməti ərzində də futboldan ayrılmayıb, o, Ədliyyə nazirliyinin "Ədliyyə" futbol klubunda futbolu davam etdirib. Hərbi xidməti başa vurduqdan sonra 2004-cü ilin aprelindən Bakının "Bakılı" futbol klubunda çıxış edib. Sonra ailə qurması ilə əlaqədar olaraq rayona qayıdıb xırda bizneslə məşğul olan Elyar həm də Beyləqanın "Mil" komandasında oynayıb.
Elyar Muradov
Muradov Elyar Həbib oğlu (1963) - Azərbaycanın Əməkdar mühəndisi. == Həyatı == Elyar Muradov 14 iyun 1963-cü ildə Cəbrayıl rayonun Qumlaq kəndində doğulub. 1980-ci ildə Cəbrayıl rayonunun orta internat məktəbini bitirmişdir. 1985-ci ildə Xarkov Dəmir Yol Mühəndisləri institutunun "Vaqonqayırma və vaqon təsərrüfatı" ixtisasını tamamlayıb. Təyinatla Bakı vaqon Deposuna göndərilib. Depoda vaqon müayinəçisi kimi əmək fəaliyyətinə başlayıb. Elyar Muradov 1988-ci ildən 1989-cu ilədək Deponun texniki istehsalat şöbəsinin rəisi vəzifəsində çalışıb. Elyar Muradov 1989-cu ilədən 1991-ci ilədək Depoda baş texnoloq vəzifəsində işləyib. Elyar Muradov 1991-ci ilədən 1996-cı ilədək Deponun baş mühəndisi vəzifəsində çalışıb. Elyar Muradov 1996-cı ilədən 2004-cü ilədək Bakı vaqon deposunun rəisi vəzifəsində işləyib.
Elyar Məmmədov
Elyar Elbəyi oğlu Məmmədov (22 avqust 1990; Ağalıkənd, Biləsuvar rayonu, Azərbaycan — 27 oktyabr 2020; Füzuli rayonu , Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elyar Məmmədov 22 avqust 1990-cı ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Təzəkənd kənd tam orta məktəbində təhsilini başa vurduqdan sonra hərbi xidmətə yolanır. == Hərbi xidməti == Elyar Məmmədov 27 sentyabr 2020-ci il tarixində başlanan İkinci Qarabağ müharibəsində Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə vuruşmuş, Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. O, 27 oktyabr 2020-ci il tarixində doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elyar Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elyar Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elyar Məmmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Elyar Vəliyev
Elyar Arif oğlu Vəliyev (17 oktyabr 1991, Sədəfli, Qobustan rayonu – 19 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Elyar Vəliyev 1991-ci il oktyabrın 17-də Qobustan rayonunun Sədəfli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Elyar Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elyar Vəliyev oktyabrın 19-da Qubadlının azad edilməsi zamanı şəhid olub. ==== Ölümü ==== Elyar Vəliyev və 40 nəfərdən ibarət olan qrup oktyabrın 19-da Laçın dəhlizinə nəzarəti ələ almaq üçün ciddi önəmə və strateji əhəmiyyətə sahib olan mövqelər uğrunda döyüşlərə daxil olmuşdular. Döyüşlər əvvəlcə Qubadlı rayonu istiqamətində olan əlverişli mövqelər uğrunda aparılmışdır. Qeyri-bərabər şəraitdə olan döyüşlərdə Ermənistan tərəfdən ~150–200 hərbi qulluqçusu döyüşmüşdür. 7 saatdan çox davam edən ağır döyüşlər nəticəsində Xüsusi Təyinatlı Qüvvələrdə Qrupun şəxsi heyətindən dörd nəfər — baş gizir Sübhan Cəbrayılov, baş gizir Camal İsmayılov, gizir Şəhriyar Quliyev və gizir Elyar Vəliyev həlak olmuşdur. Ümumi olaraq Elyar Vəliyevin mənsub olduğu tabor müharibə zamanı Xüsusi Təyinatlı Qüvvələrin ən çox şəhid verən taborudur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Elyar Vəliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elyar Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elyar Vəliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elyar Vəliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elyar Vəliyev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elyar Kamrani
Moharram (Elyar) Kamrani (1979, Əhər, Şərqi Azərbaycan ostanı) Güney Azərbaycanlı siyasi aktivist və AzNews TV (AN. T) televiziyasının baş müdiridir. == Həyatı == Elyar Kamrani 1979-cu ildə Güney Azərbaycanın Qaradağ mahalında anadan doğuldu. İlk və orta məktəbini Əhər şəhərində bitirib və 1998-ci ildə Urmiya Universitetində baytarlıq üzrə təhsil almağa başlayır. 2005-ci ildə doktorantura təhsilini bitirdi və 2013-cü ildə Əhər Azad universitetinin hüquq fakültəsinə daxil olur və 2016-cı ildə məzun oldu. == Siyasi fəaliyyəti == Elyar Kamrani məktəb illərində şəhər qəzetlərində məqalələr yazırdı və universitetdə oxumağa başlayanda siyasi-ictimai fəaliyyəti daha da artdı və bir İnsan hüquqları müdafiəçisi olaraq tanınmağa başladı, o cümlədən "Ustad Şəhryar Kanunu", "Səttar Xan Konfransı", "Nizami Gəncəvi Qurultayı"nda şirkət etmişdir. Bir neçə jurnalda, o cümlədən "Baxış", "Oyanış", "Ölkə", "Yaşıl" və bir çox başqa nəşrlərdə məqalələr yazıb dərc etdmişdir. Həmçinin "Baxış", "Oyanış" jurnallarının məsul direktoru və redaktoru olmuşdur. Elyar Kamrani həm də "Azərbaycan Tələbə Nəşrləri Mərkəzi"nin mərkəzi şurasının təsisçisi və üzvü olubdur. ==== Həbs edilməsi ==== 2004-cü ildə qardaşı Saleh Kamrani ilə birlikdə Babək qalası Qurultayının ildönümü ərəfəsində Urmiya şəhərində gözaltına alınır. Bundan sonra o, müxtəlif mərasimlərdə, o cümlədən 2005-ci ildə həbsə məhkum edilib.
Elyar Əlimirzəyev
Əliyar Əlimirzə oğlu Əlimirzəyev (4 sentyabr 1961, Gilah, Qusar rayonu) — Azərbaycan Respublikasının xalq rəssamı (2021). == Həyatı == Əliyar Əlimirzə oğlu Əlimirzəyev 1961-ci il sentyabrın 4-də Qusar rayonunun Gilah kəndində anadan olmuşdur. Bakıdakı 229 saylı məktəbi bitirmiş, 1977–1981-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır. 1988-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvü olmuşdur. == Yaradıcılığı == Əliyar Əlimirzəyev ilk dəfə 1986-cı ildə "Azərbaycanın gənc rəssamları" adlı sərgidə iştirak etmiş, 1996, 2001, 2011 və 2015-ci illərdə Bakıda, 2001-ci ildə Dilidə (Şərqi Timor), 2014-cü ildə Mejevdə (Fransa), 2015-ci ildə Tbilisidə (Gürcüstan) fərdi sərgiləri keçirilmişdir. Onun əsərləri Rusiyanın Tretyakov qalereyasında, Avstriyanın Albertina qalereyasında, Danimarkanın Odense İncəsənət Muzeyində, eləcə də Rusiyanın Rusiya Rəssamlar İttifaqının, Rusiya Mədəniyyət Nazirliyinin qalereyalarında saxlanılır.2003-cü ildə Parisdə 200-ə yaxın ölkənin rəssamlarının iştirak etdiyi beynəlxalq sərgidə Əliyar Əlimirzəyevin "Fenikslər" əsəri "Qran-pri" mükafatına layiq görülmüşdür. Eyni ildə o, Belqradda (Serbiya) keçirilən Beynəlxalq miniatür sərgisində 1-ci yerin sahibi olmuşdur. Əliyar Əlimirzəyevə 29 dekabr 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar rəssamı", 16 oktyabr 2021-ci ildə isə "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı verilmişdir.
Aqyar
Sevastopol (ukr. və rus. Севастополь) və ya Ağyar (krımtat. Aqyar), — Krımda şəhər. == Tarixi == Sevastopol şəhərini türklər Aktıyar və ya Akyar adlandırırdılar. 1783-cü ildən Rus-Türk müharibəsi Türkiyənin Kerç, Yeni qala, Kıl Burun hərb qalalarını və Qara dəniz sahillərinin xeyli hissəsini itirdiyi Küçük Qaynarca sülhü ilə başa çatmışdır. Rusiyanın əldə etdiyi bu yeni torpaqlarda istilaçılara qarşı xalq həyacanları şiddətlənirdi. Müharibədən məğlub çıxsa da, xalq yadellilərin boyunduruğu altına düşmək istəmirdi. II Yekaterina Kırım və Kubandakı rus qoşunlarının komandanı Suvorovu qəzəb və nifrətdən çalxanan bu torpaqlara səfərbər etdi. 1783-cü ilin aprelində Kırım tamamən Rusiyanın əlinə keçdikdən sonra II Yekaterina Kırımın hakimi general Q.A.Potyomkinə "indiki Aktiyarın yerində böyük Sevastopol qalası tikməyə dair" göstəriş verdi.
Axyan
Yaşayış məntəqələriAxyan (Salmas)
Ağyar
Ağyar (Dərələyəz) — Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Ağyar — Babək rayonu ərazisində dağ; Ağyar — Laçın rayonunun Qanqışlaq kəndi ərazisində dağ.
Biyar
Biyar (Farsca bigar - muzdsuz, müftə) — işləyib - ödəmə rentası. Orta əsrlərdə geniş yayılmış torpaq rentası formalarından biri. == Tarixi == Biyar Roma imperiyasının son dövründə kolonat sisteminin inkişafı ilə birlikdə meydana gəlmiş, orta əsrlərdə Qərbi Avropa ölkələrində geniş yayılmışdı. Şərq ölkələrində biyarın renta forması natural və pul rentaları ilə yanaşı mövcud idi. Lakin Şərq ölkələrində dövlət biyarı (müxtəlif dövlət mükəlləfiyyətləri) mühüm yer tuturdu. Azərbaycanda biyar istilahına VI-VII əsrlərdə təsadüf edilir. Eyni mənanı daşıyan "süxrə" və "kilan" XIII-XIV əsrlərdə daha geniş yayılmışdı. Kəndlilər ilin müəyyən günlərində öz iş heyvanları ilə torpaq sahibləri üçün, divan, xass, xanədan, vəqf və sair torpaqlarında müftə işləyirdilər. Azərbaycanda 14 may 1870-ci il Kəndli islahatından sonra işləyib-ödəmə rentası, əsasən, pulla əvəz edildi. Kəndlilər biyar əvəzinə hər desyatin torpaq sahəsi üçün müəyyən qədər məhsul, bəzi yerlərdə isə mülkədarın razılığı ilə məhsulun əvəzinə pul verirdilər.
Boyar
Boyar — rus knyazlıqlarında və sonralar Rusiya dövlətinin ilk vaxtlarında Böyük knyazdan sonra dövlətin idarə edilməsində mühüm rol oynayan yüksək zümrə, iri əyan. == Etimologiya == Boyar sözünün etimologiya-sı ilə bağlı müxtəlif fikirlər irəli sürülməkdədir. Bəzi alimlər boyar sözünün slavyan mənşəli olduğunu və döyüş mənasına gələn "boy" sözündən əmələ gəldiyini hesab edirlər. Digər alimlər isə sözün türk mənşəli olduğunu və varlı kişi mənasını daşıyan "bay ar" sözlərindən törədiyini iddia edirlər. == X-XIII əsrlər == İlk dövrlərdə boyarlar torpaq sahibliyi ilə yanaşı həm də knyazın məsləhətçisi hesab olunurdular. Onlar varislərin təyin edilməsində, diplomatik danışıqlar zamanı və s. yaxından iştirak edirdilər. boyarların toxunulmazlıq, habelə digər bir knyazın xidmətinə keçmək hüququ var idi. Onlar həmçinin döyüşlərdə knyaz ordusunda vuruşmalı idilər. XII əsrdə mərkəzi hökumətin zəifləməsi ilə birlikdə boyarların gücü də artmışdı == XIV-XVII əsrlər == XIV əsrdən etibarən bəzi xırda knyazlar da boyar adlanmağa başlandı və əmlak boyarları adı verilən boyarlar meydana gəldi.
Diyar
Diyar — bəzi dövlətlərdə inzibati–ərazi vahidi. Diyar Çexiyada, Gürcüstanda, Rusiyada və Slovakiyada inzibati–ərazi vahididir. == Sözün mənşəyi == "Diyar" sözü ərəb mənşəli isimdir (ərəb. دیار‎) və "ölkə", "məmləkət" kimi mənaları ehtiva edir. == Çexiyada == Diyar çex dilində kray (çex. kraj) adlanır. 2001–ci il etibarı ilə Çexiya 14 diyara (I dərəcəli inzibati vahidə) bölünmüşdür: Karlovı Varı diyarı Kraloveqradetsk diyarı Liberets diyarı Moraviya-Sileziya diyarı Olomoutsk diyarı Pardubitsk diyarı Plzen diyarı Praqa (diyar statuslu şəhər) Stredoçesk diyarı Ustetsk diyarı Vısoçina diyarı Yihoçesk diyarı Yihomoravsk diyarı Zlin diyarı == Gürcüstanda == Ölkə (və ya diyar) gürcü dilində "mxare" (gürc. მხარე) adlanır. 1994–1996–cı illərdə həyata keçirilmiş inzibati islahatlar nəticəsində Gürcüstanda I dərəcəli inzibati–ərazi vahidi statusu olan 9 diyar təşkil edilmişdir: İmereti diyarı Kaxeti diyarı Aşağı Kartli diyarı Quriya diyarı Msxeta-Mtianeti diyarı Raça-Leçxumi və Aşağı Svaneti diyarı Sameqrelo-Yuxarı Svaneti diyarı Samtsxe-Cavaxeti diyarı Daxili Kartli diyarı == Rusiyada == Diyar sözü rus dilinə "strana" (rus. страна) və ya "kray" (rus.
Oxdar
Oxtar (erm. Օխտար) və yaxud Oxdar — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin şərqində Qafan şəhərindən 15 km məsafədə yerləşən kənd. Kənd Oxtar çayının sol sahilində dağlıq-meşəlik ərazidə yerləşir. == Tarixi == Qafqazın 5 verstlik xəritəsində Zəngəzurda Oxtar adlı iki kəndin olduğu göstərilir: Yuxarı Oxtar, Aşağı Oxtar. Görünür, sonralar bu iki kənd birləşdirilməsindən Oxtar kəndi yaradılıb. == Etimologiyası == Toponim qədim türk dilində «boy, qəbilə» mənasını verən ox (> ok) sözünə dialekt və şivələrimizdə cəm şəkilçisi kimi işlənən -tar / -dar (Azərbaycan ədəbi dilində -lar, -lər) şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. «Tayfa», «tayfa ittifaqı» mənasını verir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Kəndin toponimləri == Yel piri Şərəfverdi Yalzəmi Midəm düzü Tumuyeri Sarıbayır Çömçəbulaq Zoğallar bulağı Çanqıllı Oğlannıca yaylağı və s.
Oxtar
Oxtar (erm. Օխտար) və yaxud Oxdar — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin şərqində Qafan şəhərindən 15 km məsafədə yerləşən kənd. Kənd Oxtar çayının sol sahilində dağlıq-meşəlik ərazidə yerləşir. == Tarixi == Qafqazın 5 verstlik xəritəsində Zəngəzurda Oxtar adlı iki kəndin olduğu göstərilir: Yuxarı Oxtar, Aşağı Oxtar. Görünür, sonralar bu iki kənd birləşdirilməsindən Oxtar kəndi yaradılıb. == Etimologiyası == Toponim qədim türk dilində «boy, qəbilə» mənasını verən ox (> ok) sözünə dialekt və şivələrimizdə cəm şəkilçisi kimi işlənən -tar / -dar (Azərbaycan ədəbi dilində -lar, -lər) şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. «Tayfa», «tayfa ittifaqı» mənasını verir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Kəndin toponimləri == Yel piri Şərəfverdi Yalzəmi Midəm düzü Tumuyeri Sarıbayır Çömçəbulaq Zoğallar bulağı Çanqıllı Oğlannıca yaylağı və s.
Təxar
Təxar vilayəti (dəri تخار, puşt. تخار, tac. Тахор) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Təxar vilayəti ölkənin şimalında yerləşir. Tacikistanla həmsərhəddir. 2001-ci ildə səhra komandiri Əhməd Şah Məsud burada öldürülmüşdür. Vilayətin sahəsi 12.333 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 886.4 min nəfər, inzibati mərkəzi Taloqan şəhəridir. == Əhalinin etnik tərkibi == Əhalisinin əksəriyyətini özbəklər təşkil edir.
Xiyar
Xiyar (lat. Cucumis) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Xiyarın sarılqan xüsusiyyətli incə quruluşlu, buğumlu 5 tinli gövdəsi, 3-5 loplu tüklü yarpaqları və yarpağın qoltuğundan çıxan tək eşeyli sarı çiçəkləri var. Bəzən tikanlı, parlaq yaşıl rəngli qabıqla örtülü incə uzun və silindir formasında meyvələrin içində çoxlu toxum olur. Bu bitki hər cürə iqlimdə yetişə bilər Lakin Tundrada yetişə bilməz. Bol su sevən bu bitki quraqlıq yerlərdə yetişmir. Gübrə vasitəsi ilə məhsuldarlığı daha da artırılır. Əgər aqrar dərman istifadəsi təbiət və bitki üçün zərərlidirsə, bu halda tövsiyə olunmur.
Ədyal
Ədyal bir növ yataq ləvazimatındandır ki, ümumiyyətlə istifadəçini qızdırmaq üçün xüsusilə də yatmaq vaxtı nəzərdə tutulan böyük bir parçadır.Ədyallar qalınlıq və məqsədlərinə görə döşəkağıları ilə fərqlənir;ən qalın dəşəkağı hələ də ən yüngül ədyaldan daha incədir. Ədyallar ümumiyyətlə, istilik üçün istifadə olunur, halbuki döşəkağıları gigiyena, rahatlıq və estetik üçün istifadə olunur.
Əfşar
Əfşar İmperiyası — Əfşar dili — Əfşar tayfası —KəndlərAvşar (Vedibasar) — Vedibasar mahalında kənd. Əfşar (Culfa) — İranda kənd.
Əhrar
Əhrar Partiyası (Osmanlı) — 1908-1910-cu illərdə mövcud olmuş Osmanlı partiyası
Əliyar
Əliyar — Azərbaycanda daha çox işlədilən ad. Bu adı olan tanınmış insanlar Əliyar Əliyev — Azərbaycanın Milli Qəhrəmanı; güləşçi; Qarabağ müharibəsi şəhidi. Əliyar bəy Haşımbəyov — Rusiya imperator ordusunda general-mayor Əliyar Səfərli — maarif xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü , Azərbaycanın İrandakı keçmiş səfiri. Əliyar Əmircan — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbə Əliyar Şahsevən — Şahsevən elinin Pireyvatlı obasının ağsaqqalı Əliyar İsmayılov — Rusiyalı futbolçu Əlyar Məmmədov — Azərbaycan hərbçisi, ehtiyyatda olan polkovnik-leytenant.Kəndlər Əliyar (Şəki) — Azərbaycanın Şəki rayonunda kənd. Əliyar (Dizmar) — Cənubi Azərbaycanın Qaradağ vilayətinin Qərbi Dizmar mahalında kənd. Əliyar (Şot) — Əliyar (Vərziqan) —Digər Əliyar bələdiyyəsi — Azərbaycan Respublikasının Şəki rayonunda bələdiyyə.
Əmsar
Amsar — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. == Tarixi == XIX əsrin birinci yarısında Quba xanlığına daxil idi. Məşhur tarixçi, alim, şair, yazıçı, pedaqoq və ictimai xadim Abbasqulu ağa Bakıxanov gənclik illərində və hərbi qulluqdan istefaya çıxdıqdan sonra burada yaşamışdır. == Toponimikası == Amsar/Əmsar oyk., sadə. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Ağçayın sahilində, dağətəyi düzənlikdədir. Tədqiqatçıların fikrincə, oykonim ərəb mənşəli əmsar (mesr sözünün cəmi) "böyük şəhər, ölkə"; "böyük yaşayış məntəqəsi" sözü ilə bağlıdır. Görünür, Ərəb xilafəti dövründə yaşayış məntəqəsi başqalarına nisbətən böyük və əhalisi çox olduğuna görə onu Amsar (Əmsar) adlandırmışlar. == Mədəniyyəti == Kənddə Abbasqulu Ağa Bakıxanovun Ev-Muzeyi, bir mədəniyyət evi, iki orta məktəb, bir uşaq bağçası vardır.
Xəyal
Röya ya da yuxugörmə — yuxunun ümumi və xarakteristika özəlliklərindən biri olub, yuxunun "Sürətli göz hərəkəti" (REM) adlı mərhələləriylə yaxından əlaqəli olan, vizual qəbul edilən duyğulardır. Yatmış insan yuxunun nə olduğunu bilmir və ondakı baş verən hadisələri canlı obyekt kimi qəbul edir. Yuxuların bioloji məzmunu, işləyişi və məqsədləri tamamilə aydın olmuş deyildir. Yuxulara "duyğusuz qəbul"unun bir növü və ya obyekti qəbul olaraq da baxmaq olar. Müxtəlif inanclara və təxminlərə də səbəb olan yuxular, hər vaxt üçün maraqlı və şərhə açıq bir mövzu meydana gətirmişlər. Fərqli psixologiya, parapsixoloqların və təcrübi spiritualistlər yuxuları fərqli formalarda şərh etmişlər. Yuxuların işləyişinin açıqlanması elmi birliyin ümumi qəbuluna görə fərziyyələr səviyyəsindən kənara çox gedə bilməyibdir. Yuxular hələ də sirrini qorumaqda olan bir araşdırma sahəsini təşkil edir. Yuxuların elmi araşdırılması oneiroloji adını alır. Şübhəsiz, heç kəs insanların nə vaxtdan yuxular görməsini dəqiqləşdirə bilməz.
Şəhid Mirzəyev Elyar Cəlal oğlu
Mirzəyev Elyar Cəlal oğlu (6 sentyabr 1984, Bahar - 14.10.2020, Hadrut) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçusu, əsgər, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elyar Mirzəyev 1984-cü il senytabrın 6-da Beyləqan rayonunun Bahar qəsəbəsində dünyaya gəlib. O, 1990-cı ilə Sərdar İmrəliyev adına Bahar tam orta məktbin 1-ci sinfinə daxil olub. Uşaqlıqdan futbola xüsusi marağı və həvəsi olan Elyar oxuduğu illər ərzində Bahar futbol komandasında çıxış edib. Elyarın kapitanı olduğu komanda məktəblilər arasında keçirilən çempionatlarda birincilik qazanıb. 2001-ci ildə məktəbi bitirən Elyar artıq professional futbolçu kimi tək Beyləqanda yox, ölkə futbolunda da tanınan sima idi. O, bir neçə futbol klubundan təklif alsa da, hərbi xidmətə getməyi seçir. Əsgər Mirzəyev xidməti ərzində də futboldan ayrılmayıb, o, Ədliyyə nazirliyinin "Ədliyyə" futbol klubunda futbolu davam etdirib. Hərbi xidməti başa vurduqdan sonra 2004-cü ilin aprelindən Bakının "Bakılı" futbol klubunda çıxış edib. Sonra ailə qurması ilə əlaqədar olaraq rayona qayıdıb xırda bizneslə məşğul olan Elyar həm də Beyləqanın "Mil" komandasında oynayıb.
Elmar Qasımov (Eldar oğlu)
Elmar Eldar oğlu Qasımov (8 sentyabr 1973) — Bakı Ali Neft Məktəbinin rektoru (2012-ci ildən). == Həyatı == Elmar Qasımov 8 sentyabr 1973-cü ildə anadan olub. 1990-cu ildə orta məktəbi gümüş medalla, Bakı Dövlət Universitetinin coğrafiya və hüquq fakültəsini Fərqlənmə diplomu ilə bitirib. Coğrafiya elmləri namizədidir. 1995–1999-ci illərdə Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar Komitəsinin sədri olaraq fəaliyyət göstərib. 1999–2016-ci illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. === Ailəsi === Ailəlidir, iki övladı var. == İctimai-siyasi fəaliyyəti == 1999-cu ildə, 26 yaşında təhsil nazirinin müavini təyin edilmişdir. 1999-2011-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini vəzifəsində çalışıb. 2011–2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentinin müavini vəzifəsində çalışıb.
Edqar
Edqar (943 və ya 944, Uesseks krallığı[d] – 8 iyul 975[…], Uinçester) — İngiltərə kralı. Kral I Edmundun birinci həyat yoldaşı Elfqitadan olan kiçik oğlu. 959-ci ildə Mersiya və Nortumbriya zadəganları tərəfindən kral elan edilmişdir. == İstinadlar == == Xarici keçidlər == Anqlo-Sakson tarixçəsi K. Rıjov, "Dünyanın bütün monarxları", Qərbi Avropa.
Eldar
Eldar — kişi adı. Eldar Qasımov — azərbaycanlı müğənni, Eldar Hacıyev — Azərbaycan Rəssamlar İttifaqının (1997-ci il) üzvü. Eldar Mamayev — rusiya futbolçusu, müdafiəçi. Eldar Məmmədbəyli — Eldar Qasımov (alim) — Tibb elmləri doktoru, professor Eldar Zülfüqarov — professor, Azərbaycan Kooperasiya Universitetinin rektoru (2000–2011-ci illər). Eldar Şəfiyev — Rəssamlar İttifaqının üzvü Eldar ƏliyevEldar Əliyev — . Eldar Əliyev — balet ustası.Eldar İsmayıl — şair. Eldar Həsənli — şair.
Elmar
Elmar — Azərbaycanlı kişi adı. Elmar Vəliyev — Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı. Elmar Məmmədov — "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin keçmiş sədri.
Enyan
Enyan xan - 846-cı ildə hakimiyyətə gəlmişdi. Son 5000 uyğur ilə tatarlar, şiveylər və tatablar ilə müttəfiq olduqdan sonra 2 il Çinə qarşı mübarizə aparan Enyan xan son Çin zərbəsinə qalib gələ bilmədi və gecə ilə 9 ən yaxın adamı, həyat yoldaşı Gelu və oğlu Dusi ilə qərbə qaçdı. Sonrakı taleyi, yaxud nə vaxt öldüyü bilinmir. Tarixçilər onu son Uyğur xaqanı hesab edirlər.