DİYAR
DİYARBƏDİYAR
OBASTAN VİKİ
Diyar
Diyar — bəzi dövlətlərdə inzibati–ərazi vahidi. Diyar Çexiyada, Gürcüstanda, Rusiyada və Slovakiyada inzibati–ərazi vahididir. == Sözün mənşəyi == "Diyar" sözü ərəb mənşəli isimdir (ərəb. دیار‎) və "ölkə", "məmləkət" kimi mənaları ehtiva edir. == Çexiyada == Diyar çex dilində kray (çex. kraj) adlanır. 2001–ci il etibarı ilə Çexiya 14 diyara (I dərəcəli inzibati vahidə) bölünmüşdür: Karlovı Varı diyarı Kraloveqradetsk diyarı Liberets diyarı Moraviya-Sileziya diyarı Olomoutsk diyarı Pardubitsk diyarı Plzen diyarı Praqa (diyar statuslu şəhər) Stredoçesk diyarı Ustetsk diyarı Vısoçina diyarı Yihoçesk diyarı Yihomoravsk diyarı Zlin diyarı == Gürcüstanda == Ölkə (və ya diyar) gürcü dilində "mxare" (gürc. მხარე) adlanır. 1994–1996–cı illərdə həyata keçirilmiş inzibati islahatlar nəticəsində Gürcüstanda I dərəcəli inzibati–ərazi vahidi statusu olan 9 diyar təşkil edilmişdir: İmereti diyarı Kaxeti diyarı Aşağı Kartli diyarı Quriya diyarı Msxeta-Mtianeti diyarı Raça-Leçxumi və Aşağı Svaneti diyarı Sameqrelo-Yuxarı Svaneti diyarı Samtsxe-Cavaxeti diyarı Daxili Kartli diyarı == Rusiyada == Diyar sözü rus dilinə "strana" (rus. страна) və ya "kray" (rus.
Diyar Rəbiə
Diyar Rəbiə (ərəb. دِيَارُ رَبِيعَةَ‎) — orta əsrlərdə Cəzirənin ən şərqdəki və ən böyük vilayətinin ərəbcə adı. Vilayətdən digər ikisi Diyar Bəkr və Diyar Mudar idi. Orta əsr coğrafiyaşünası Bəlazuri yazmışdır ki, hər üç vilayət VII əsrdə ərəb istilaları zamanı Müaviyə tərəfindən oraya köçürülən əsas ərəb qəbilələrin adı ilə əlaqəlidir. Diyar Rəbiədə Rəbiə qəbiləsi yaşayırdı. Diyar Rəbiə Xabur çayının yuxarı axarını və onun qollarını, yəni Tur-Abdin və Ərbayistan bölgələrini, eləcə də şimalda Cəzirət ibn Ömər yaxınlığından Dəclə çayının hər iki sahilini, cənubda Tikrit bölgəsində İraqla sərhədə, o cümlədən Yuxarı Zab və Aşağı Zabın aşağı axarlarını əhatə edirdi. Vilayətin əsas şəhəri Mosul idi və digər mühüm şəhər mərkəzləri Bаlаd, Cəzirət ibn Ömər, Sinnə, Bərqayid, Sincar, Nüseybin, Mardin və Rəsulayn idi. Vilayət Əməvilər və Abbasilər dövründə qərmətilərin basqınlarından əziyyət çəkmişdir. X əsrin ortalarında vilayət paytaxtı Mosul olan yerli Həmdanilər sülaləsinin nəzarəti altına keçmişdir. Həmdanilər əmirliyi 980-ci ildə Buveyhilər tərəfindən süquta uğradılmışdır, vilayət isə sonradan Ukeylilərin nəzarətinə keçmişdir, lakin onlar da XI əsrin sonlarında Səlcuqlular tərəfindən fəth edilmişdir.
Doğma Diyar (2003)
Qafqaz Diyar Komitəsi
Qafqaz Diyar Komitəsi — Rusiya Kommunist (bolşeviklər) Partiyasının (RK(b)P) Cənubi və Şimali Qafqaz bolşevik təşkilatlarına rəhbərlik edən orqanı. Rusiya Sosial Demokrat Fəhlə (bolşevik) Partiyası Qafqaz təşkilatlarının 1-ci qurultayında (Tiflis, 1917, 2–7 (15–20) oktyabr) yaradılmışdı. Oktyabr çevrilişindən (1917) sonra Cənubi Qafqazın Rusiyadan ayrılması əleyhinə çıxış etmiş və Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) Xalq Komissarları Soveti hakimiyyətinin tanınması tələbini irəli sürmüşdü. Zaqafqaziya komissarlığını tanımaqdan və Zaqafqaziya seyminin işində iştirakdan imtina etmişdi. QDK Qafqazda sovet hakimiyyəti qurulmasına bilavasitə rəhbərlik edirdi. 1919-cu ilin mayında QDK tərəfindən hazırlanan və Bakıda keçirilən RK(b)P 2-ci cənubi Qafqaz konfransında "Müstəqil Sovet Azərbaycanı uğrunda" şüarı qəbul olunmamışdı. Lakin mayın sonunda QDK bu şüarla razılaşmışdı. Komitənin Bakı bürosu Azərbaycan Kommunist Partiyasının yaradılması təklifi ilə çıxış etmişdi. Məsələnin müzakirəsi RK(b)P Mərkəzi Komitəsinə verilmişdi. 1919-cu ilin avqustu-1920-ci ilin yanvarında RK(b)P MK siyasi bürosu və təşkilat bürosu, Lenin başda olmaqla, Qafqazda partiya və milli quruculuq məsələsini 8 dəfə müzakirə etmiş, QDK-nın rəhbərliyi ilə Azərbaycanın, Ermənistan və Gürcüstan kommunist partiyalarının yaradılmasına razılığını bildirmişdi.
Yeniləşmiş Diyar (1984)
Film Azərbaycanın dilbər guşəsi olan Dağlıq Qarabağın tarixindən və bu günündən söhbət açır.
Doğma diyar (film, 2003)
Ulu diyar (film, 1984)
Film Naxçıvan MSSR-in əldə etdiyi nailiyyətlərdən, respublikanın şöhrətli əməkçilərindən danışır. Burada diyarın qədim memarlıq abidələri, ədəbiyyat və incəsənət əsərləri öz əksini tapmışdır. Kinolent muxtar respublikanın 60 illiyinə həsr edilmişdir. Film Naxçıvan MSSR Partiya Komitəsinin sifarişi ilə çəkilmişdir.
Yeniləşmiş diyar (film, 1984)
Film Azərbaycanın dilbər guşəsi olan Dağlıq Qarabağın tarixindən və bu günündən söhbət açır.
Rusiya Kommunist (bolşeviklər) Partiyası Qafqaz Diyar Komitəsi
Qafqaz Diyar Komitəsi — Rusiya Kommunist (bolşeviklər) Partiyasının (RK(b)P) Cənubi və Şimali Qafqaz bolşevik təşkilatlarına rəhbərlik edən orqanı. Rusiya Sosial Demokrat Fəhlə (bolşevik) Partiyası Qafqaz təşkilatlarının 1-ci qurultayında (Tiflis, 1917, 2–7 (15–20) oktyabr) yaradılmışdı. Oktyabr çevrilişindən (1917) sonra Cənubi Qafqazın Rusiyadan ayrılması əleyhinə çıxış etmiş və Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) Xalq Komissarları Soveti hakimiyyətinin tanınması tələbini irəli sürmüşdü. Zaqafqaziya komissarlığını tanımaqdan və Zaqafqaziya seyminin işində iştirakdan imtina etmişdi. QDK Qafqazda sovet hakimiyyəti qurulmasına bilavasitə rəhbərlik edirdi. 1919-cu ilin mayında QDK tərəfindən hazırlanan və Bakıda keçirilən RK(b)P 2-ci cənubi Qafqaz konfransında "Müstəqil Sovet Azərbaycanı uğrunda" şüarı qəbul olunmamışdı. Lakin mayın sonunda QDK bu şüarla razılaşmışdı. Komitənin Bakı bürosu Azərbaycan Kommunist Partiyasının yaradılması təklifi ilə çıxış etmişdi. Məsələnin müzakirəsi RK(b)P Mərkəzi Komitəsinə verilmişdi. 1919-cu ilin avqustu-1920-ci ilin yanvarında RK(b)P MK siyasi bürosu və təşkilat bürosu, Lenin başda olmaqla, Qafqazda partiya və milli quruculuq məsələsini 8 dəfə müzakirə etmiş, QDK-nın rəhbərliyi ilə Azərbaycanın, Ermənistan və Gürcüstan kommunist partiyalarının yaradılmasına razılığını bildirmişdi.

Digər lüğətlərdə