Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yərəmkə (Şaran)
Yərəmkə (başq. Yərəmkə, rus. Еремкино) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Durtüylü kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 17 km, kənd sovetliyindən (Durtüylü): 3 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 24 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (69%), tatarlar (28%) üstünlük təşkil edir.
Əyləncə
== Şokoladdan bina == ABŞ-də şokoladdan uca bir bina tikilib. 6,5 metr uzunluğundakı bina görənlərin iştahını artırır. ABŞ-nin göydələnləriylə məşhur Nyu-York şəhərində ucalan bu bina digərlərindən dadlı olması ilə fərqlənir. Çünki 6.5 metr uzunluğundakı bina saf şokoladdan hazırlanıb.Tikilinin memarı fransız aşpaz Alain Roby 1036 kiloqram qara şokoladdan istifadə etməklə düzəltdiyi bu heykəllə daha bir rekorda imza atıb.30 saata tikilən bina Ginnesin kitabına adını yazdırıb.Roby arxitekturada heç bir məşhur binanın görünüşündən istifadə etmədiyini bildirib.Maraq dolu dünyada sevimli şirniyyatdan bina hazırlamaqdan da qəribə onun necə yeyilməsidir.Buna insanların hobbisi kimi baxılsa da, əslində tarixdə sevimli içkilərindın fontan hazırlayanlara da rast gəlmək olur.Amma, insanlar heç vaxt içkilərinin nə vaxt yarandığı və niyə belə adlanmaları barədə fikirləşmirlər. == Privilage klubu == Ginnesin rekordlar kitabına düşən daha bir qəribə tikili isə Privilage klubudur.Bu binaya 11 min adam yerləşə bilir. Klub 70-ci illərdə açılıb. İlk öncə buraya gələn insanlar açıq səmadan ləzzət ala bilərdilər. Necə deyərlər "Open air".O kosmik gəmi görünüşünü xatirladir.Böyüklükdə isə futbol stadionuna bənzəyir. 80-ci illərdə rokerlərin və modellərin sevimli yeri olan klub 90-cı ilə qədər bir müddətlik bağlanıb.Kluba giriş 50 dollardır.İldə bir dəfə burada möhtəşəm partilər keçirilir ki, sanki nağıllar aləmini xatırladır və dillərdə uzun müddət əzbər qalır. Partidə mümkün ola biləcək hər şey olur...
Ərəbcə
Ərəb dili (ərəb. اللغة العربية‎, ərəb. عربي‎) — Sami dillərinin Cənub qrupunun Şimal bölməsinə daxildir. Qohum dillərdən qədim tarixi, geniş yayılması, fonetik-qramatik və leksik xüsusiyyətlərini bu günədək qoruyub saxlaması ilə fərqlənir. BMT-nin 6 rəsmi və işlək dilindən biridir. Zəngin samit sisteminə malikdir (velar, farinqal, larinqal samitlər). Sadə sait sistemi mövcuddur. Söz sırası bir qayda olaraq belədir: XMT (xəbər-mübtəda-tamamlıq). Müasir ərəb ədəbi dili əhalisi birlikdə iki yüz milyona çatan ərəb ölkələrində dövlət dili kimi qəbul edilmişdir. Ədəbi dil ilə yanaşı, əhalinin danışdığı məhəlli (ölkələr üzrə) dialekt və şivələr də mövcuddur.
Əyricə
Əyricə — "ayrılmış, əyri-üyrü" mənasında işlənən əyri sözünə "cə" şəkilçisinin artırılmasından əmələ gələn söz. Kəndlər Əyricə (Bərdə) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Yeni Əyricə — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Bələdiyyələr Əyricə bələdiyyəsi — Azərbaycan Respublikasının Bərdə rayonunda bələdiyyə. Yeni Əyricə bələdiyyəsi — Azərbaycan Respublikasının Bərdə rayonunda bələdiyyə. Dağlar, yaylaqlar, qışlaqlar Əyricə (dağ) — Göyçə (Sevan) gölünün şərqində dağ. Əyricə (yaylaq) — Dərələyəz və Göyçə mahalları arasında sərhəddə yerləşən yaylaq. Əyricə (qışlaq) — Çəmbərək (Krasnoselo) rayonunda qışlaq. Çaylar Əyricə (çay) — Çəmbərək (Krasnoselo) rayonunda çay.
Əyləncə jurnalistikası
Əyləncə jurnalistikası — populyar mədəniyyətə və əyləncə biznesinə və məhsullarına yönəlmiş hər hansı bir jurnalistikadır. Moda jurnalistikası kimi, əyləncə jurnalistikası da sənayenin özündə işləyənlərdən kənarda ümumi auditoriyanı hədəf alarkən, sənayenə aid xəbərləri əhatə edir. Ümumi formalara həyat tərzi, televiziya və film, teatr musiqisi, videooyun və ünlücoverage daxildir. Xəbər jurnalistikası cari hadisələrin məlumatları və ya əvvəllər baş vermiş hadisələrin hesabatları ilə məşğul olur. Bu tip jurnalistikanın əsas məqsədi məlumat verməkdir. Əyləncə jurnalistikası başqalarının arasında filmlər, televiziya şouları, hadisələr, musiqi, moda və videooyunlar kimi əyləncə sənayesinin məlumatları ilə məşğul olur. Bu tip jurnalistikanın əsas məqsədi əylənməkdir. Jurnalistlər hekayələrinin əyləncəli hala gəlməsinə səbəb olan müəyyən bir məsələdə faktlar ata bilərlər. Bu hərəkət istehlakçıya dərin təsir göstərə bilər və hesabatın həqiqiliyini şübhə altına alır. Bu problemin halları xəbər məqalələrində, jurnallarda və sənədli filmlərdə baş verə bilər.
Yeni Əyricə
Yeni Əyricə (tarixi adı: İbrahimbəyli) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kəndin əvvəlki adı İbrahimbəylidir. Qədim yaşayış məskənidir. Əyricə bəyləri Cavanşir tayfasının Qalabəyi tirəsindən olublar. Qalabəyov Təhməz bəy İbrahim bəy oğlu Qalabəyov Həsən bəy İbrahim bəy oğlu Qalabəyov Firudin bəy Təhməz bəy oğlu Qalabəyov Rəhim bəy Təhməz bəy oğlu Qalabəyov Hüseyn bəy Təhməz bəy oğlu Qalabəyov Alı bəy Həsən bəy oğlu Qalabəyov Calal bəy Həsən bəy oğlu == Coğrafiyası və iqlimi == Qarabağ düzündə, Kür çayının sağ sahilində yerləşir. Tərtər çayı kəndi 2 hissəyə bölür. Kəndin qərbindən Yuxarı Qarabağ kanalı keçir. İqlimi mülayimdir, yanvar ayının orta temperaturu 10 C, iyun ayınınkı isə 32 C-dir. == Əhalisi == Təqribən 3000-ə yaxın insan yaşayır. Bundan əlavə Ağdam, Laçın, Kəlbəcər, Ağdərə rayonlarından məcburi köçkünlər də məskunlaşmışdır.
Ərəbcə Vikipediya
Ərəbcə Vikipediya — Vikipediyanın ərəb dilində olan bölməsidir. 2008-ci ilin aprelin 2-də bu bölmədən Masricə Vikipediya (Ərəb dilin Misirdə danışılan dialekt) ayrıldı və öz müxtəlif Vikipediya bölməsini yaradıb. Bu günədək 1.229.492 məqalə yaradılıb. == Tarix == sentyabr 2001 — 1-ci məqalə 10 000 məqalə — (azərb.
Əyricə (Bərdə)
Əyricə — Azərbaycan Respublikasının Bərdə rayonunun Yeni Əyricə inzibati ərazi vahidində kənd. == Tarixi == Tərtər çayının sahilində, Qarabağ düzündədir. Əsli Ayrıcadır. Kəndin ərazisi Ağdam rayonunun Xıdırlı kəndinə məxsus əkin yeri olmuşdur. Yaşayış məntəqəsi həmin kənddən çıxmış ailələrin ayrılaraq əkin yerində məskunlaşması nəticəsində yaranmışdır. Ayrıca "kənddən ayrılmış, xüsusi icma təşkil etmiş" deməkdir.
Əyricə (dağ)
Əyricə — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda dağ. Göyçə gölünün şərqində yerləşir. Hündürlüyü 2660 m-dir. == Mənbə == İbrahim Bayramov.
Əyricə (qışlaq)
Əyricə — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunda qışlaq. Rayondakı Toxluca kəndinin ərazisində, Ağbulaq kəndi ilə sərhəddə yerləşir. XI–XIII əsrlərdə bura kənd olmuşdur. Sonralar kənd ləğv edilmiş, qışlağa çevrilmişdir. 1960-cı ildən sonra Toxluca kəndinin qoyun ferması yerləşirdi.
Əyricə (yaylaq)
Əyricə — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda yaylaq. Dərələyəz və Göyçə mahalları arasında, sərhəddə yerləşir. == Mənbə == İbrahim Bayramov.
Əyricə (çay)
Əyricə — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunda çay. Rayondakı Ağbulaq və Toxluca kəndinin sərhəddindən axır. == Mənbə == İbrahim Bayramov.
Əyricə bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əyricə çayı
Əyricə — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunda çay. Rayondakı Ağbulaq və Toxluca kəndinin sərhəddindən axır. == Mənbə == İbrahim Bayramov.
"Qəbələnd" əyləncə mərkəzi
"Qəbələnd" əyləncə mərkəzi — Qəbələ şəhərində yerləşir. Ümumi ərazisi 16 hektardır. Azərbaycanın Disneylandı adlandırılır. Uşaqlar və böyüklər üçün Britaniya, İtaliya, Almaniya və İsrail istehsalı olan 60-dan artıq oyun aparatları, 6D attraksionu, "LaserMaxx", yarış avtomobilləri üçün iki trek, motosikllər üçün yol, buz meydançası, voleybol, basketbol və futbol üçün oyun meydançaları, fitnes-mərkəz, istər Azərbaycan, istərsə də dünya mətbəxinin xörəklərini təklif edən qəhvəxana və restoranlar, suvenir mağazası fəaliyyət göstərir. "Qəbələnd" əyləncə mərkəzində yeddi süni göl yaradılmışdır. Bura Azərbaycanlı turistlərdən başqa İran, Türkiyə və Rusiyadan da turistlər gəlir.
Bakı Əyləncə Mərkəzi
Bakı Əyləncə Mərkəzi — Bakıda fəaliyyət göstərən istirahət məkanlarından biri. == Tarixi == Bakı Əyləncə Mərkəzinin açılışı 1998-ci ildə ölkə başçısı Heydər Əliyevin iştirakı ilə olmuşdur. Açıldığı gündən bəri burada boulinq, Fitness&SPA, shopping və restoran sahələrində xidmət göstərilir. Bakı Əyləncə Mərkəzi Cənubi Qafqazda açılmış ilk ən müasir 12 xətli boulinq meydançasına sahibdir. Boulinq meydançasındakı "X-Strike" kafesində Azərbaycan, Türkiyə və Avropa mətbəxinin gözəl ləzzətləri təqdim olunur. == Sahibi == Əyləncə mərkəzi Rusiyada yaşayan iş adamı, milyarder İsgəndər Xəlilova məxsusdur.
Megafun Əyləncə Mərkəzi
Megafun Əyləncə Mərkəzi — 30 000 m² sahəsi, 17 coğrafi zonası ilə Avropanın ən böyük qapalı əyləncə mərkəzi. Əyləncə mərkəzində 300-ə yaxın mexaniki attraksionlar, oyun aparatları və hər yaşa, hər zövqə uyğun əyləncə növü vardır. Habelə 35-ə yaxın restoran, kafelər və mağazalar fəaliyyət göstərir. == Haqqında == Əyləncə mərkəzi 2002-ci ildən əsası qoyulan Yeni Həyat Şirkətlər Qrupuna daxildir. İnşaat sektorunun liderlərindən olan Yeni Həyat memarlıq və keyfiyyət baxımından Bakının ən çox rəğbət görən bir neçə komplekslərinin müəllifidir. Bunların arasında “Yeni Hayat Residence”, “Yeni Hayat Plaza”, “Azure” komplekslərinin adları xüsusilə vurğulana bilər. Hal-hazırda şirkət bir neçə mühüm inşaat obyektlərinin inşasını həyata keçirməkdədir. Bunlar “Park Azure”, “Grand Hayat” və “Hayat Palace” yaşayış kompleksləridir. Daim yenilənən, müasirləşən Yeni Həyat ənənəsinə sadiq qalan Megafun 2013-ci ilin dekabrın 24-də özünün 1 yaşında iki dəfə böyüyərək “Azure” kompleksin 3 mərtəbəsini əhatə etdi. Yenilənən Megafun hal-hazırda 17 coğrafi zonadan ibarətdir.
Əyləncə parkı (Pripyat)
Əyləncə parkı (ukr. Парк розваг, парк атракціонів) — Ukraynanın Kiyev vilayətinin tərk edilmiş Pripyat şəhərində yerləşən şəhər parkı. Çernobıl AES-də baş vermiş qəza səbəbindən fəaliyyət göstərmir. == Yerləşməsi == Park şəhərin mərkəzində — univermaq, "Energetik" mədəniyyət sarayı və "Polesye" mehmanxanası binalarının arxasındakı sahədə yerləşir. == Attraksionlar == Parkın ərazisində olan ən məşhur obyekt, sonralar Pripyatın əsas rəmzlərindən birinə çevrilmiş şeytan çarxıdır. Şeytan çarxı heç vaxt işləməyib; o, 1986-ci il mayın 1-də işə salınmalı idi, lakin attraksionun istismarına 5 gün qalmış Çernobıl AES-də qəza baş verib.
Yeni Əyricə bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İşıqlı əyləncə (rəsm əsəri)
İşıqlı əyləncə (ing. Illumined Pleasure) — Salvador Dali tərəfindən 1929-cu ildə neftli fusion və yağlı kollajla 23.8 x 34.7 sm ölçülü panel üzərində çəkilmiş bir rəsm əsəri.