Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əziziyə qəzası
Əziziyə qəzası (ərəb. قضاء العزيزية‎) — İraq Respublikasının Vasit mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Əziziyə şəhəridir. == Ərazisi == 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 2.467 km² ərazini əhatə edir. == İnzibati-ərazi bölgüsü == İnzibati cəhətdən üç nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Əziziyə nahiyyəsi (ərəbcə: ناحية العزيزية), Hafriya nahiyyəsi (ərəbcə: ناحية الحفرية) və Dəbuni nahiyyəsi (ərəbcə: ناحية الدبوني) == Əhalisi == 2003-cü ilə olan rəsmi təxminə əsasən qəza əhalisi 112.900 nəfər idi. Eyni təxminlərə görə bütün Vasit mühafazasında 913.386 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Əziziyə qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 12.36%-ni təşkil edirdi. === Etnik tərkibi === Qəza əhalisi əsasən ərəb olsa da burada həm də etnik türkmanlar da məskunlaşıb. Türkmanlar qəzanın inzibati mərkəzi Əziziyə şəhərində yaşayırlar və şəhərdə əhalinin əksəriyyətini təşkil edirlər. Qəzadakı türkmanların əksəriyyəti Karakol tayfasına (ərəbcə: عشيرة ألبو كراغول) mənsubdur.
Əzizli
Əzizli (Xaçmaz) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Əzizli (Ərdəbil) — İranın Ərdəbil ostanının Germi şəhristanı, Ojarud-e Qərbi kəndistanı ərazisinə daxil olan kənd. Əzizli (Göyçə) — Göyçə mahalında kənd. Əzizli (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd.
Zizik
Zizik — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Zizik oyk.. sadə. Quba r-nunun Alekseyevka i.ə.v.-də kənd. Qudyal çayının sahilində, Qusar maili düzənliyindədir. Yerli məlumata görə Oykonim ərazidəki eyniadlı dağın adından yaranmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1588 nəfər əhali yaşayır. == Din == Kənddə Zizik kənd məscidi dini icması fəaliyyət göstərir. == Tanınmış şəxslər == Əli bəy Harun bəy oğlu Zizikski (noyabr 1876, Zizik, Quba qəzası – 18 sentyabr 1929, Bakı) — Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri, hərbi və ictimai xadim, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü.
Bəxtiyar Əzizli
Eldəniz Əzizli
Eldəniz Yəmən oğlu Əzizli (20 aprel 1992, Beyləqan rayonu) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. 3 dəfə Dünya, 2 dəfə isə Avropa Çempionatlarının qalibi olan titullu güləşçidir. Karyerasının birinci illərində Eldəniz Əzizli 3 dəfə (2007, 2008, 2009) gənclər arasında Avropa Çempionatının, 2 dəfə (2010, 2011) yeniyetmələr arasında Avropa Çempionatının qızıl medallarına sahib oldu. 2010 və 2012-ci illərdə isə yeniyetmələr arasında Dünya Çempionatının qalibi olan Eldəniz Əzizli 2018-ci ildən etibarən ardıcıl olaraq altı dəfə Avropa Çempionatında, beş dəfə isə Dünya Çempionatında medallara sahib olub. Eldəniz Əzizli əvvəl 2018-ci ildə Rusiyada Avropa Çempionatının, Macarıstanda isə Dünya Çempionatının qalibi olmaqla mövsüm ərzində "qızıl dubl" elədi. Daha sonra 2019 və 2021-ci illərdə Dünya Çempionatını və 2019—2021-ci illərdə Avropa Çempionatını bürünc medallarla başa vuran Eldəniz Əzizli 2022-ci ildə növbəti dəfə mövsüm ərzində həm Dünya, həm də Avropa Çempionatlarının qalibi oldu. 2023-cü ildə isə Avropa Çempionatının final görüşündə məğlub olaraq gümüş medala sahib olan Eldəniz Əzizli həmin il Belqrad şəhərində üçündü dəfə Dünya Çempionatının qalibi oldu. Eldəniz Əzizli 1985-1987-ci illərdə SSRİ adına Dünya çempionu olan yunan-roma güləşçisi Məhəddin Allahverdiyev və 2014-2017-ci illərdə Azərbaycan adına Dünya çempionu olan sərbəst güləşçi Hacı Əliyevdən sonra üç dəfə Dünya Çempionatının qalibi olmağı bacaran üçün azərbaycanlı güləşçi oldu. == Həyatı == Eldəniz Əzizli 1992-ci il aprelin 20-də Beyləqan şəhərində anadan olub. Beyləqan şəhərində Mehdi Mehdizadə adına 3 nömrəli tam orta məjtəbin VII sinifə qədər təhsil alıb.
Elnur Əzizli
Elnur Şahin oğlu Əzizli (d. 25 sentyabr 2000; Biləsuvar rayonu — ö. 9 noyabr 2020; Şuşa şəhəri) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Elnur Əzizli 25 sentyabr 2000-ci ildə Biləsuvar şəhərində anadan olmuşdur. == Hərbi xidməti == Elnur Əzizli Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Elnur Əzizli 12 noyabr 2020-ci il tarixində Biləsuvar şəhər məzarıstanlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Əzizli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Əzizli ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Əzizli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elnur Əzizli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Sabir Əzizli
Sabir Hikmət oğlu Əzizli (14 noyabr 1998; İmişli, Azərbaycan — 29 oktyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Sabir Əzizli 14 noyabr 1998-ci ildə İmişli şəhərində anadan olmuşdur. 2016-cı ildə İmişli şəhər 1 saylı tam orta məktəbi bitirmişdir. 2017-ci ildə Naxçıvanda hərbi xidmət müddətini davam etdirmişdir. === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun əsgəri olan Sabir Əzizli 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsində iştirak etmişdir. Füzulinin və Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ailəsi ilə sonuncu dəfə 29 oktyabr tarixində əlaqə saxlamışdır. Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə ağır yaralansa da, döyüşlərə yenidən davam etmişdir və döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Uzun müddət itkin olaraq axtarılan Sabir Əzizlinin nəşi 10 yanvar 2021-ci ildə İmişli Şəhidlər Xiyabanında dəfn edilmişdir. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Sabir Əzizli "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Tacəddin Əzizli
Tacəddin Sahəddin oğlu Əzizli (7 avqust 1994, Sarvan, Salyan rayonu – 9 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tacəddin Əzizli 1994-cü il avqustun 7-də Salyan rayonunun Sarvan kəndində anadan olub. 2000-2004-cü illərdə İ. Həsənov adına Sarvan kənd tam orta məktəbində, 2004-2011-ci illərdə isə Səbail rayonunun R. Hüseynov adına 49 nömrəli məktəb-liseyində təhsil alıb. 2012-2017-ci illərdə Xarkov Dövlət Ticarət və Qida Sənayesi Universitetində ali təhsil alıb. == Hərbi xidməti == Tacəddin Əzizli 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Tacəddin Əzizli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tacəddin Əzizli noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Salyan rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacəddin Əzizli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacəddin Əzizli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Əziz Əzizli
Əziz Əkbər (Ələkbər) oğlu Əzizli (30 sentyabr 1933, Bakı – 22 oktyabr 2005, Bakı) — Azərbaycan bəstəkarı, truba ifaçısı, dirijor, pedaqoq. == Həyatı == Əziz Əzizli 1933-cü il sentyabrın 30-da Bakıda anadan olub. 1957-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının ifaçılıq fakültəsini (tromba - E.Əfəndiyevin sinfi), 1966-cı ildə isə bəstəkarlıq kafedrasını (professor Q.Qarayevin sinfi) bitirmişdir. Uzun illər A.Zeynallı adına Bakı Musiqi Texnikumunda çalışmış, Azərbaycan Televiziyasının estrada-simfonik orkestrinin bədii rəhbəri olmuşdur. Ə.Əzizli 3 simfoniya (1986, 1988, 1989), Skripka və orkestr üçün Konsert (1985), Truba və simfonik orkestr üçün Konsert (1987), “Əfsanəvi şəhər” kantatası, “Bizim üfüqlər”, “Qadın ürəyi” simfonik poemaları, “Mart ayında musiqi”, “Görüşənədək”, “Belə də olar” və s. estrada orkestri üçün əsərlər, a capella xoru üçün 12 pyes (1991), 4 saylı simli Kvartet (1992), “Nəbi” operası (libretto - S.Rüstəm, F.Mehdiyev, 1993) və s. əsərlərin, B.Vahabzadə, N.Xəzri, F.Qoca, Y.Həsənbəy, R.Zəka, H.Ziya, C.Novruz və b. şairlərin sözlərinə yazılmış mahnıların müəllifidir.
Əzizli (Germi)
Əzizli (fars. عزيزلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 9 nəfər yaşayır (4 ailə).
Əzizli (Göyçə)
Böyük Qaraqoyunlu (1935-ci ildən Əzizli, 1991-ci ildən Norabak) — Göyçə mahalının Basarkeçər rayonunda kənd. == Tarixi == Böyük Qaraqoyunlu kəndi İrəvаn quberniyаsının Nоvоbаyаzid qəzаsındа kənd idi. Kənd rаyоn mərkəzi Bаsаrkeçərdən 14 km məsаfədə yerləşir. XIX əsrin оrtаlаrındа kəndin mаldаrlаrının Çаlmаlı dаğındа "Qаtаr" аdlı yerdə yаylаq yurdu оlub. Böyük Qaraqoyunlu kəndinin adı dəyişdirilərək 3 yаnvаr 1935-ci ildə Əzizli, 19 аprel 1991-ci ildə isə ermənilər tərəfindən yenidən dəyişdirilərək Norabak adlandırılmışdır. Əzizli sözünün mənası kənd əhalisinin bir-birilərinə qarşı istiqanlı, qonaqpərvər olduqlarını bildirir. Qaraqoyunlu kəndinin yaranması XVIII əsrin əvvəlində (1730) olmuşdur. Kənd rayon mərkəzindən şərq tərəfdə 12 km məsafədə,mövqeyinə görə Göyçə mahalının ən uca dağı sayılan Çalmalı dağının 3 km cənub hissəsində yerləşmişdir. Kəndin iki tərəfi xırda dağlıq silsiləsi, iki tərəfi isə düzənlikdir. Kəndin mərkəzindən çay axır və Göyçə mahalının 70%-i sərbəst görünür.
Əzizli (Hurand)
Əzizli (fars. عزيزلو‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 185 nəfər yaşayır (29 ailə).
Əzizli (Xaçmaz)
Əzizli (əvvəlki adı: Aronovka) — Azərbaycan Respublikası Xaçmaz rayon inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Xaçmaz rayonunun Aronovka kəndi Əzizli kəndi adlandırılmışdır.
Sadiq Əzizli
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Seyfuddin Əzizi
Seyfuddin Əzizi (Uyğurca:سەيپىدىن ئەزىزى, 12 mart 1915, Çöçek[d], Çin Respublikası – 24 noyabr 2003, Pekin) — Çin Xalq Respublikasının Sincan Uyğur Muxtar Vilayətinin ilk prezidenti. == Həyatı == 12 mart 1915-ci ildə Çöçəkdə nüfuzlu Uyğur tacir ailəsinin uşağı olaraq anadan olub. İlk təhsilini Sincanda alan Əzizi sonra SSRİ-yə köçərək, Sovet İttifaqı Kommunist Partiyasına üzv oldu və Daşkənddəki Orta Asiya Siyasi İnstitutunda təhsil almağa başladı. Sincana sovet agenti olaraq qayıdan Seyfuddin Sincanın şimal-qərbindəki Çin hökumətinə qarşı Sovet tərəfindən dəstəklənən İli üsyanını təhrik etdi. 24 noyabr 2003-cü ildə 88 yaşında dünyasını dəyişmişdir. == Fəaliyyəti == 1945–1948-ci illər aralığında İkinci Şərqi Türkistan Respublikasının Təhsil naziri və Zhang Zhizhong Ili Rebel-Kuomintang koalisiya hökumətinin Təhsil Komissarı vəzifəsində çalışmışdır. 1949-cu ilin sentyabrında Seyfuddin, Çin Kommunist Partiyasının (TBM) dəstəklədiyi Çin Xalq Siyasi Müşavirə konfransında iştirak etdi və yeni Kommunist hökumətinin üzvü oldu. 1949-cu ilin oktyabr ayında Çin İnqilabı Sincanda və daha çox Çində kommunistləri hakimiyyətə gətirdi; Bu nöqtədə, Seyfuddin Millətlər və Siyasi və Qanuni İşlər üzrə yeni hökumət üçün müxtəlif vəzifələr tutdu. 1949-cu ilin dekabrından 1950-ci ilin yanvarına qədər o, Çin-Sovet Dostluq müqaviləsi üçün danışıqlar aparmaq üçün Moskvaya gedən Mao Zedong'u müşayiət etdi və 27 dekabr 1949-cu ildə Sov. İKP-dən ayrıldı və Maonun məsləhətinə görə O iştirak etdi.
Əzizim! Bura Hindistandır
Oh Darling! Yeh Hai India! (mənası: Əzizim! Bura Hindistandır) — Ketan Mehtanın rejissorluq etdiyi Bollivud filmi.
Mənim əzizim (film, 2006)
Mənim əzizim (hind: जान-ए मन, Rom: Jaan-E-Man) hind dilində çəkilmiş və 20 oktyabr 2006-cı ildə ekranlara çıxarılmış hind komediyasıdır. Rejissor Şiriş Kunderanın debüt işi hesab edilir. Film həm Hindistanda, həm də xaricdə tənqidçilər tərəfindən yüksək qiymətləndirilmişdir. == Süjet xətti == Kollec ulduzu, tələbə rok qrupunun üzvü Suhan Kapur gözəl Pianın sevgisini asanlıqla əldə edir. Onu ümidsizcəsinə sevən əlaçı tələbə Aqastya belə bir rəqibə qarşı heç bir şansının olmadığını başa düşür və geriyə çəkilir. Piya kolleci bitirdikdən sonra varlı valideynlərinin istəyinin əksinə olaraq kino sahəsində karyera qurmaq niyyətində olan kasıb Suhanla evlənir. Piya onu dəstəkləyir və nəhayət ona bir prodüser şirkəti ilə sərfəli müqavilə imzalamaq təklif olunur, Amma bunun üçün Suhan Piyadan ayrılmalıdır ki, bunu da asanlıqla edir. Piya xəyanətə dözür və Suhana hamilə olduğunu belə demir. Dostlarından birinin sayəsində Nyu Yorka köçür, gül dükanı açır və qızı Sühanini tək böyüdür. Suhanın karyerası müvəffəqiyyətsizlik ilə nəticələnir, belə ki, onun debüt filmi müvəffəqiyyətsizlik ilə nəticələnir və prodüserlər onunla işləməkdən imtina edirlər.
Əzizim Fellini (film, 2010)
Əzizim Fellini — Cavid Təvəkkülün rejissoru və ssenari müəllifi olduğu, 2010-cu ildə "Carçı Film" studiyasında çəkilmiş tammetrajlı bədii televiziya filmi. == Məzmun == Film rejissor olmaq üçün kənddən paytaxta gələn ədəbiyyat müəllimi Rasimin (Rasim Cəfərov) başına gələn hadisələr üzərində qurulub. Paytaxtda o öz dostunun (Elnur Kərimov) köməkliyi ilə qalmağa ev tapır və imtahanlara hazırlaşır. Şəhərdəki kafelərdən birində o Leyla adlı gözəl qadınla tanış olur və ona vurulur. Leyla Rasimin rejissorluq həvəsinə görə onu italyan kinorejissoru Federiko Fellininin şərəfinə Fellini deyə çağırır. Amma Leyla varlı bir iş adamı olan Camalın (Abbas Qəhrəmanov) məşuqəsidir və Rasimlə münasibətlərini ondan gizlətmək mümkün olmur. Leyla Rasimi sevir, eynilə Rasim də Leylanı, amma Camal bu münasibətin əleyhinədir və Rasimi öz adamlarına döydürür. Döyüldükdən sonra uzun müddət xəstəxanada yatan Rasim, buradan çıxdıqdan sonra yenidən Leylanın axtarışına çıxır və elə ilk tanış olduqları kafedə onu tapır. Amma Leyla burada Camalla birlikdədir və görüş zamanı Leyla çantasından tapança çıxararaq əvvəlcə Camalı, sonra isə özünü öldürür. Bu səhnədə Leylanın Rasimə yazdığı vida məktubundan məlum olur ki, Leylanın uşaq evində 5 yaşında oğlu var və Rasimdən ona qayğı göstərməyi xahiş edir.
And içirəm, əzizim (film, 2016)
And içirəm əzizim (Rom: Sanam Teri Kasam) 2016-cı ildə Radhika Rao-Vinay Sapru duetinin rejissoru olduğu və Dipak Mukutun prodüseri olduğu Hindistan romantik faciə filmidir. Baş rollarda Harshvardhan Rane və Mawra Hocane oynamışdırlar. Film Erik Seqalın “Məhəbbət hekayəsi” romanının müasir versiyasıdır. Filmdə Sarasvatinin atası onu evdən qovduqdan sonra İnder heç nəyə baxmayaraq onun yanında dayanır və bu, onları bir-birinə yaxınlaşdırır. Ancaq taleyin onları ayırmaq üçün özünəməxsus planları mövcuddur.
Əzizim! Bura Hindistandır (film, 1995)
Oh Darling! Yeh Hai India! (mənası: Əzizim! Bura Hindistandır) — Ketan Mehtanın rejissorluq etdiyi Bollivud filmi.