Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qranat
Qranat qrupu - Ümumi formulu A3B2 [SiO4]3 olan minerallar; burada A = Mg2+, Fe2+, Mn2+, Ca2+, Y3+, nisbətən az Na+, K+; B=Al3+, Fe3+, Cr3+, Mn3+, nisbətən az V3+, Ti3+, Ti4+, Zr4+, TR3+. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Kubik sinqoniya == Növ müxtəliflikləri == Qessonit – qırmızı rəngli dəmirli qrossulyar; melanit – demək olar ki, tam qara rəngli titanlı andradit; demantoid – rəngi yaşılımtıl-sarıdan zümrüdü - yaşıladək olan andradit və b. == Xassələri == Rəng – müxtəlifdir: ağdan qarayadək (göy rəng istisna olmaqla); pirop – qırmızı; almandin – qırmızı, qonuru-qırmızı, qara; spessartin – sarı, narıncı-sarı, tünd-qırmızı; qrossulyar – rəngsiz, açıq-yaşıl; andradit – qonur, yaşıl, qara; uvarovit – zümrüdü-yaşıl; Mineralın cizgisinin rəngi – müxtəlif çalarlı açıq rəngli; Parıltı – yağlı, şuşə, bəzən almaz; Şəffaflıq – yarımşəffaf, bəzən şəffaf; Sıxlıq – 3,50-4,30: piropun – 3,57, qrossulyarın – 3,60, uvarovitin – 3,83, andraditin – 3,87, spessartinin – 4,19, almandinin – 4,30; Sərtlik – 6,5-7,5; Kövrəkdir; Ayrılma – yoxdur; Sınıqlar – qeyri-hamar, yarımqabıqvari, qabıqvari; Bölünmə – bəzən {110} üzrə; Başqa xassələr – dəmirli növlərinin maqnitlik xassəsi vardır; Morfologiya – kristallar: rombododekaedrik və tetraqon-trioktaedrik; İkiləşmə: nadir hallarda {210} üzrə; Mineral aqreqatları: bütöv dənəvər kütlələr, püruzlar. == Mənşəyi və yayılması == Əsasən uqranditlərlə təmsil olunmuş qranatların ən mühüm yığınları turş maqmatik süxurlarla karbonat süxurlarının (əhəngdaşı və dolomitlərin) endo- və ekzokontakt zonasında kontakt - metasomatik yolla əmələ gəlir. Maqmatik mənşəli qranatlar əsasən piralspitlərə aiddir: pirop ultraəsası süxurlar üçün xarakterikdir; almandin və spessartin isə qranitlərin və qranit peqmatitlərinin tipik minerallarıdır. Metamorfik mənşəli qranatlara ekloqitlərdə, kristallik şistlərdə rast gəlinir. Andradit bəzən hidrotermal damarlarda tapılır. Almandin çökmə süxurların tipik qırıntı mineralıdır. Pirop və almandin dayanıqlı kimyəvi birləşmələr olub, içərisində yerləşdikləri süxurların parçalanması zamanı səpintilərə keçirlər.
Ağqanad balabansəs
Ağqanad balabansəs (lat. Psophia leucoptera) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin balabansəslər fəsiləsinin balabansəs cinsinə aid heyvan növü.
Ağqanad danaayağı
Hündürlüyü 20-40 sm olan çoxillik bitkidir.Kök yumruları kökümsov şəklində oval və yaxud uzanmışdır. Gövdəsi yarpaq saplağından qısadır. == Yarpaq == Yarpaq ayası iridir, nizəşəkilli oxşəkillidir, demək olar ki, saplağa bərabərdir; kənar bölümləri aralıdır.Toppuzşəkilli törəmələr qısa-silindrikdir, sarı rəngdə, bəzən az bənövşəyi rəngdədir. == Çiçəkləməsi == Aprel == Meyvə verməsi == Aprel-May. == Azərbaycanda yayılması == Samur-Şabran oval., Alazan-Əyriçay, Lənk. Muğ., Lənk.dağ., Lənk. oval. Ovalıqdan aşağı, bəzən orta dağ qurşağında. == Yaşayış mühiti == Meşə içərsindəki çəmənlikdə, kolluqlarda, qırılmış meşələrdə rast gəlinir. == Təsərrüfat əhəmiyyəti == Qurumuş köklərindən alınan toz xalq arasında yarasağaldıcı vasitə kimi istifadə olunur.
Ağqanad pinqvin
Ağqanad pinqvin (lat. Eudyptula minor albosignata) — elədə böyük olmayan pinqvinlər 30 sm uzunluğa, yarın kq çəkiyə malik olurlar. Bu yarımnövün nümayəndələri Banks yarımadası və Motunau adasında yuva qururlar. Sayının 3750 cüt olması eehtimal edilir. == Təsnifat == Bir çox alimlər bu canlını Kiçik pinqvinlərin yarımnövü hesab edir. DNT analizləri sayəsində 2009-cu ildə "BirdLife International" bu canlını rəsmən Kiçik pinqvinlərin yarımnövü elan ettmişdir. == Yaşayış bölgəsi == Ağqanad pinqvinlər əsasən Yeni Zelandiyanın Kenterberi vilayətinin burun, mağara, küləkdən müdafiə olunan buxtalarda yaşayırlar. == Xüsusiyyətləri == Digər pinqvinlərdən fərqli olaraq gecə həyatı keçirirlər. Gündüzlər isə yuvalarında yatırlar. Gecələr dənizə çıxırlar.
Ağqanad ördək
Ağqanad ördək (lat. Asarcornis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Ağyanaq susüpürən
Ağyanaq susüpürən (lat. Sterna repressa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.
Qapanat hakimliyi
Qapanat tüməni — Elxanilər dövrünə yaranmış inzibati ərazi vardı. Adı Qapan çayı adındandır. Sultan Cahanşah bəy və oğlu Sultan Həsənəli bəyin hökmlərində "Qapanat, Aran və Arasbar tüməni" yazılması bir daha sübut edir ki, XIV əsrin ikinci yarısında Qapanat adlı inzibati ərazi vardı Bəzi qaynaqlarda Bağabürd, Küpara, Əcənan mahalları hamısı bir yerdə Qapanat adlanır. == Səfəvilər dövründə == Həsən sultan Ördəkli Qapanat hakimi (1628) idi. == Rus imperyası dövrü == 1840 cı ildə Şuşa qəzası nın nahiyəsi olmuşdur. Qafan nahiyəsi Zəngəzur və Sisyan nahiyələri ilə həmsərhəddir. Zəngəzur qəzasının Qafan nahiyəsi qəzanın, təxminən mərkəzində yerlşmişdi. Bu nahiyənin hesabına 1930-cu ildə Ermənistan SSR-nin tərkibində ərazisi 1345 km2 olan Qafan rayonu və 1933-cü ildə Azərbaycan SSR-nin tərkibində sahəsi 802 km olan Qubadlı rayonu yaradılmışdır. Qafan (Kapan) nahiyəsi Bərguşad (Bazar çay) çayının boyunca Zəngəzur nahiyəsi, cənubdan Meğri və qərbdən Sisyan nahiyələri ilə həmsərhəddir. Bu nahiyə 6 kiçik dairəyə (okruq) bölünmüşdür: Oxçu dairəsi, Gığı dərəsi dairəsi, Əcanan türk dairəsi, Kəpəz dairəsi, Bəsitçay dairəsi və Çaundur-çay dairəsi.
Qapanat mahalı
Qapanat mahalı —XII əsrin 60-cı illərindən etibarən Eldənizlər dövlətinin Naxçıvan vilayətinin tərkibinə daxil olmuş inzibati vahidlərdən biri. == Naxçıvan vilayətinin tərkibinə daxil edilməsi == XII əsrin 60-cı illərində paytaxtı Qapanat olan alban Sünik hakimliyinin süquta uğramasından sonra, onun daxil olduğu ərazilər də Naxçıvan vilayətinin tərkibinə daxil edilmişdir. S.Orbelianinin qeydlərindən məlum olur ki, 1170-ci ildə Atabəy Şəmsəddin Eldənizin sonuncu Sünik qalası olan Baqaberdi tutmasından sonra Sünik hakimliyinin varlığına faktiki olaraq son qoyulmuşdur.Bu dövrdən Naxçıvan vilayətinin inzibati ərazi quruluşundan yeni bir dairənin (mahalın) Qapanatın və ya Kabbanın olduğu qənaətinə gəlmək olar. Təsadüfi deyildir ki, orta əsr müəllifi Y.Həməvi Naxçıvan vilayətinin tərkibində olmuş Kabbanı (Qafanı –E.K.) şəhər və dairə (mülk, əmirlik) kimi təsvir etmiş və onun Təbriz və Beyləqan arasında yerləşdiyini yazmışdır. == Mənbə == Kəlbizadə E. Naxçıvanın tarixi coğrafiyası (XII-XVIII əsrin I yarısı).
Qapanat tüməni
Qapanat tüməni — Elxanilər dövrünə yaranmış inzibati ərazi vardı. Adı Qapan çayı adındandır. Sultan Cahanşah bəy və oğlu Sultan Həsənəli bəyin hökmlərində "Qapanat, Aran və Arasbar tüməni" yazılması bir daha sübut edir ki, XIV əsrin ikinci yarısında Qapanat adlı inzibati ərazi vardı Bəzi qaynaqlarda Bağabürd, Küpara, Əcənan mahalları hamısı bir yerdə Qapanat adlanır. == Səfəvilər dövründə == Həsən sultan Ördəkli Qapanat hakimi (1628) idi. == Rus imperyası dövrü == 1840 cı ildə Şuşa qəzası nın nahiyəsi olmuşdur. Qafan nahiyəsi Zəngəzur və Sisyan nahiyələri ilə həmsərhəddir. Zəngəzur qəzasının Qafan nahiyəsi qəzanın, təxminən mərkəzində yerlşmişdi. Bu nahiyənin hesabına 1930-cu ildə Ermənistan SSR-nin tərkibində ərazisi 1345 km2 olan Qafan rayonu və 1933-cü ildə Azərbaycan SSR-nin tərkibində sahəsi 802 km olan Qubadlı rayonu yaradılmışdır. Qafan (Kapan) nahiyəsi Bərguşad (Bazar çay) çayının boyunca Zəngəzur nahiyəsi, cənubdan Meğri və qərbdən Sisyan nahiyələri ilə həmsərhəddir. Bu nahiyə 6 kiçik dairəyə (okruq) bölünmüşdür: Oxçu dairəsi, Gığı dərəsi dairəsi, Əcanan türk dairəsi, Kəpəz dairəsi, Bəsitçay dairəsi və Çaundur-çay dairəsi.
Yekanat dehistanı
Yekanat dehistanı (fars. دهستان یکانات) — İranın Şərqi Azərbaycan ostanının mərənd şəhristanının ərazisinə daxil olan dehistan.
Ağqanad diuka
Ağqanad diuka veya buzlaqquşu (lat. Idiopsar speculifer) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin thraupidae fəsiləsinin diuka cinsinə aid heyvan növü. Argentina, Çili, Boliviya və Peruda rast gəlinir. Təbii məskənləri subtropik və ya tropik yüksək dağ çəmənlikləridir.
Ağyanaq bataqlıq susüpürəni
Ağyanaq bataqlıq susüpürəni (lat. Chlidonias hybrida) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin bataqlıq susüpürəni cinsinə aid heyvan növü. == Görünüşü == 24–28 sm uzunluğuna malik olurlar. Qanadları arasındakə məsafə 63 sm-ə qədərdir. Çütləşmə dönəmində sinəsi boz rəngdə olur. Başında qara "qapaq" olduğu halda yanaqları və quyruq lələkləri ağ rəngdədir. Dimdik və pəncələri qırmızıdır. == Yayılması == Ağyanaq bataqlıq susüpürəni Avropanın və Ön asiyanın su turtarları ətrafında yayılırlar. Şimalda Aral dənizi və Xəzər dənizi, Qara dəniz, cənubda Pakistan və Ərəbistan yarımadasına qədər ki ərazidə yayılırlar. Avropada Belarus, Ukraynanın cənubu, Albaniya, Türkiyə, Yunanıstanın şimalı, Rumıniya, Bolqarıstan, İspaniya, Fransanın cənubu və qərbi, İtaliyanın Po çayı sahillərində görülür.
Kanat yolu
Kanat yolu — bir-birindən uzaq iki yer arasında, havada gərilmiş olan bir və ya bir neçə polad kəndir üzərində bağlanaraq yol alan asılı nəqliyyat vasitəsinə verilən ümumi addır. Kanat yolu lift prinsipiylə işləyib, xüsusilə vadi keçişlərində eynilə bir helikopter kimi yer səthindən olduqca yüksək nöqtələrə qalxa bilir. Kanat yolu nəqliyyat üçün çətin olan yüksəkliklər arasında qurulur. Bir dəniz ya da boğaz üzərində mövcud olanları da vardır. Kanat yolunun qurulduğu yerlər — quru, dəmir və dəniz yolu ilə nəqliyyatı çox çətin ya da çox bahalı olan bölgələrdir. Bu cür bölgələrdə müəyyən iki nöqtə arasında qurulan kanat yolu, insanların daşınması üçün istifadə olunur. İnsanların daşındığı kanat yollar polad kəmərlərlə asılı sərnişin kabinlərindən ibarətdir. Ümumiyyətlə tək istiqamətə və tək kəndir dolaşımlı olan kanat yolu sistemləri iki və daha çox polad kəndir ilə də hazırlanmaqdadır. Burada bir kəndir çəkici digər kəndir daşıyıcı kəndir vəzifəsini yerinə yetirir. Kanat yolu sistemləri polad kəndirə bağlama aparatı olan KLEM (Grip) vasitəsilə bir-birindən ayrılır.
Kanat İslam
Kanat İslam (13 sentyabr 1984-cü ildə anadan olub, Kaba , Altay dairəsi, İli-Qazax Muxtar dairəsi, Sincan Uyğur Muxtar Rayonu, Çin) — milliyyətcə qazax peşəkar boksçu. Çin Xalqları Oyunlarının iki qat çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı (2008), Qazaxıstanın əməkdar idman ustası, həvəskar «Astana Arlans» (WSB) komandasının kapitanı. Peşəkar səviyyədə WBA Inter-Continental (2017 - indiki), WBO NABO (2017 - indiyə qədər), WBO Inter-Continental (2016–2017), WBA Fedelatin (2013—2017) və WBA Fedecaribe (2012-2013) 1-ci orta çəkidə (Super ağır çəki) çempion titullarının sahibidir. Demək olar ki, iki illik fasilidən sonra Kanat asanlıqla orta çəki kateqoriyasına 72.574 kq (160 funt) keçmişdir. == Bioqrafiyası == Kanat İslam 1984-cü ildə ÇXR-nın Sincan-Uyğur Muxtar Rayonu Altay dairəsində rayonunda anadan olub. Böyük qardaşı Talgat Sincan-Uyğur Muxtar Rayonun boks komandasının üzvü idi və Kanat da qardaşının təsiri altında boksla da məşğul olmağa başladı. 1997-ci ildən məşqlərə başlamış və dörd il sonra Sincan-Uyğur Muxtar Rayonunun komandasına qoşulmuşdur. 2000-ci ildə 69 kq çəki dərəcəsində Sincan-Uyğur Muxtar Rayonunun çempionu oldu, 2003-cü ildə ÇXR kubokunda ikinci yeri qazandı. 2004-cü ildə Guangzhou şəhərində keçirilən 1 AIBA Asiya 2004 Olimpiya Təsnifat Turnirində qalib gəldi və Afinada 2004 Olimpiya Oyunlarında iştirak etmək hüququnu qazandı. Ancaq Olimpiya boks turnirində Azərbaycandan Ruslan Xairova məğlub oldu və finala yüksələ bilmədi.
Kanat Kürdoyev
Kanat Kalaşeviç Kürdoyev (kürd. Qanat Kûrdoev, rus. Кана́т Кала́шевич Курдо́ев) və ya təxəllüssü ilə Kanate Kürdo (kürd. Qanatê Kurdo; 12 sentyabr 1909, Qars ili – 31 oktyabr 1985, Leninqrad) — SSRİ şərqşünas dilçi alimi, kürdşünaslığın banilərindən biri. O, əsrin dörddə birindən artıq müəllimi, akademik İosif Orbelinin yaratdığı SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Leninqrad bölməsinin Kürdşünaslıq qrupunun rəhbəri olmuşdur. == Həyatı == Kanat Kürdoyev Rusiya imperiyasında, Qars vilayətinin Diqor rayonunun Susuz kəndində (indiki Türkiyədə) kürd kəndli ailəsində anadan olmuşdur. İbtidai məktəbi Tiflisdə bitirmişdir. 1928-ci ildə Ermənistan Kommunist Partiyasının tövsiyəsi ilə Canlı Şərq Dilləri İnstitutunun (Leninqrad) milli azlıqların fəhlə fakültəsinə oxumağa göndərilir. 1931-ci ildə sosial-iqtisadi fakültəni bitirdikdən sonra Leninqrad Tarix, Fəlsəfə, Dilçilik və Ədəbiyyat İnstitutuna daxil olmuşdur. 1936–1939-cu illərdə Leninqrad Universitetinin filologiya fakültəsinin aspirantı olmuşdur.
Eynalı kanat yolu
Eynalı kanat yolu — Təbriz şəhərində Pasdaran yolunun üzərində yerləşən kanat yolu üç mərhələli layihədir. 2010-cu ildə istifadəyə verilmiş birinci mərhələdə kanat yolunun uzunluğu 1450 metrdir. Kanat yolu bir saata 1000 sərnişin daşımaq gücünə malikdir. Kanat yolu vasitəsilə Təbriz şəhərini quş baxışı seyr etmək mümkündür.
Tatev kanat yolu
Tatev kanat yolu (erm. Տաթևի ճոպանուղի) — dünyada uzunluğuna görə ən uzun sərnişin daşıyan kanat yolu. Kanat Ermənistan (Qərbi Azərbaycan) ərazisində Bərguşat dərəsi üzərində yerləşir. Alidzor və Tatev kəndlərini birləşdirir. == Texniki məlumat == "Tatev qanadları" 5,7 km məsafədə uzanır. Kanat yolu Bərgüşat çayı üzərində keçərək iki kəndi birləşdirir. Kanatın keçdiyi ən maksimal hündürlük 320 metrdir. Kabinada 25 sərnişin olmaqla 37 km/s sürət yığa bilir. Ümumi məsafə 11 dəqiqə 25 saniyəyə qət edilir. Altı trosa sahibdir İki elektrik mühərrikə malildir.
Brassica campestris var. akana
Şalğam-turp (lat. Brassica rapa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Barbarea derchiensis S.S. Ying Brassica amplexicaulis Hochst. ex A.Rich. [Illegitimate] Brassica antiquorum H.Lév. Brassica asperifolia Lam. Brassica asperifolia var. esculenta Gren. & Godr. Brassica asperifolia var.
Qanat-i Bağırbəy (Çaypara)
Qanat-i Bağırbəy (fars. قنات باقربيك‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 442 nəfər yaşayır (104 ailə).
Qanat-i Mirzə Cəlil (Çaypara)
Qanat-i Mirzə Cəlil (fars. قناتميرزاجليل‎‎‎) və Kəhriz - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 602 nəfər yaşayır (144 ailə).