Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aysberq
Aysberq (alm. Eisberg‎, "buz dağ") və ya Buzdağı — okeanlarda üzən çox iri buz parçaları. Planetin quru hissəsinin böyük bir sahəsi-Antraktida və Qrenlandiya buzla örtülmüşdür. Antraktidanın ümumi sahəsi 15,1 mln.km²-i buzla örtülmüşdür. Qrenlandiyanın isə sahəsinin təqribən 84,5% 1,8 mln.km² buzla örtülüdür. Adanın ortasında buz örtüyünün qalınlığı 3000 m-ə yaxındır,orta qalınlığı isə 300 m-ə qədərdir. Buzla örtülmüş quru sahələrin su balansının gəlir hissəsini yağıntılar təşkil edirsə, çıxar hissəsini buxarlanma və buz axını təşkil edir. Aysberqlər materik buzlarından qopmuş iri buz parçalarıdır. Aysberqlər şirinsulu buzlardan ibarət olub iki yerə bölünür: piramidal, maysvari.Aysberqin qət etdiyi məsafə onun ölçüsündən asılıdır. Qrenlandiya buzlarından qopan aysberqlərin ildə 400 km-ə qədəri Nyufaundlend adası enliyinə qədər gəlir.
Aysberq nəzəriyyəsi
Aysberq nəzəriyyəsi (ing. Iceberg theory) — Amerika yazıçısı Ernest Heminquey tərəfindən irəli sürülmüş nəzəriyyə. Heminquey gənc bir jurnalist olaraq qəzetlərdəki hesabatlarını çox az kontekst və ya şərh ilə dərhal baş verən hadisələrə yönəltməli idi. O, qısa hekayələr yazmağa başladıqdan sonra da əsas mövzuları açıq şəkildə müzakirə etmədən səth elementlərinə diqqət yetirərək, bu minimalist üslubu saxladı. Heminquey inanırdı ki, hekayənin daha dərin mənası zahirdə aydın görünməməli, üstüörtülü şəkildə parlamalıdır. == Arxa fon == Bir çox digər yazıçılar kimi Heminquey də daha əvvəl jurnalist kimi çalışıb. Orta məktəbi bitirdikdən sonra o, The Kansas City Star qəzetində müxbir kimi işə başlamışdır. O öz yazılarında hadisələri arxa planı istisna etməklə təsvir edirdi. Heminquey 1920-ci illərin əvvəllərində Parisdə yaşayarkən “Toronto Star” qəzetinin xarici müxbiri kimi ondan çox məqalədə Türkiyə–Yunanıstan müharibəsini işıqlandırıb. Onun bioqrafiyasını yazmış Ceffri Meyersin izah etdiyi kimi, "o, diqqətin konsentrasiyasına və intensivliyinə nail olmaq üçün yalnız ani hadisələrdən obyektiv şəkildə məlumat verirdi – səhnədən daha çox diqqət mərkəzi".
Arlberq
Arlberq — Avstriya ərazisində olan dağ sistemi. Ən yüksək zirvəsi- Valluqa dağıdır(2809 m). Dağ öz adını hündürlüyü 1793 metr olan Arlberq aşırımından götürüb. Digər bir versiyaya görə isə dağı bu ərazidə geniş yayılmış «Arlenbushes» adlı kol bitkilərinin adı ilə adlandırıblar. Ərazidə bir çox yaşayış məntəqələri və dağ-xizək istirahət mərkəzləri var: Lex, Syurs, Stuben, Sankt-Kristof və Sankt-Anton-am-Arlberq. == Ümumi məlumat == Bu dağlar Avstryanın təbiətinin və iqliminin müxtəlifliyi ilə fərqlənən ərazisidir. Arlberq yüksək nival qayalıqları, alp çəmənliyi, buzlaq mənşəli gölləri və əlverişli xizək istirahət mərkəzləri diqqəti cəlb edir. Əraziyə qar çox düşdüyü üçün çoxda yüksək olmayan dağlar həvəskar xizəkçilərin sevimli məkanıdır. Xizək mövsümü daha qısa çəkir, nəyin ki, şərq bölgəsində. Bölgədə XIV əsrdən bəri bir çox heyvan cığırlarının keçidləri məlum idi.
Nyuberq
Nyuberq (Kaliforniya) — Kaliforniyada coğrafi mövqe. Nyuberq (Oreqon) — Oreqon ştatında Yahmill qəzasında şəhər.
Vaynsberq
Vaynsberq (alm. Weinsberg‎) — Almaniyanın Baden-Vürtemberq torpağında şəhər. Şəhər öz şərabı ilə tanınır. Ştutqart inzibati ərazi dairəsinin Haylbronn rayonunda yerləşir və Raum-Vaynsberq bələdiyyələr birliyinə daxildir. Əhalisi 2012-ci ilin sonuna olan məlumata görə 11349 nəfərdir. Sahəsi 22,22 km² təşkil edir. Şəhər üç rayona bölünmüşdür. Şəhərin hündür yerində Vaybertroy (alm. Weibertreu‎ — qadın sədaqəti) qalasının qalıqları yerləşir. == Vaynsberqin mühasirəsi == Köln kral salnaməsində (lat.
Amberq
Amberq (alm. ‎və bav. Amberg) — Bavariyada dairə tabeliyində olan şəhər (Almaniya). Əhali — 44,65 тыс. nəfər (2005). Nyunberqdən 60 kilometr şərqdə Fils çayının üzərində yerləşir. Amberq və Vaydendə ali texniki məktəb mövcuddur.
Co Uayzberq
Co Uayzberq - amerikalı serial ssenarist-rejissoru, roman yazıçısı və keçmiş Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşı və məktəb müəllimi. Uayzberq əsasən FX kanalında yayımlanan Amerikalılar serialının ideya müəllifi və baş prodüseri kimi tanınır. == Yaradıcılığı == 1987-ci ildə Yel Universitetini bitirən Uayzberq məzuniyyətdən üç il sonra MKİ zabiti olmuş və İdarədəki qısa müddətli karyerasından sonra 2010-cu ildə televiziyada karyeraya başlayana qədər Nyu-Yorkun Kuins borosunda yerləşən özəl xüsusi məktəb olan Summit Schoolda dərs demişdir. Summit School-da son layihələrindən biri məktəb qəzeti olan The Summit Sun-ın qurulmasında şagirdlərə köməklik etmək olmuşdur.Uayzberq TNT-də yayımlanan yadplanetlilərin istilası mövzulu Enən səma və DirectTV-də yayımlanan hüquqi drama mövzulu Zərərlər üçün seriyalar yazmışdı. O daha sonra 1980-ci illərdə Vaşinqton K.M.-da özlərini ABŞ vətəndaşları kimi göstərən iki DTK agentindən bəhs edən FX serialı Amerikalıları yaratdı. Amerikalıların rejissoru Uayzberq və Ədalətin yaradıcısı Qrem Yost olmuşdu.Uayzberq həmçinin "10th Grade" (10-cu sinif) və "An Ordinary Spy" (Sadə cəsus) adlı iki kitabın da müəllifidir. "10th Grade" kitabı Believer kitab mükafatına nominasiya göstərilmişdi. == Şəxsi həyatı == Uayzberq Çikaqoda mülki hüquq müdafiəçisi Bernard Uayzberq və keçmiş Mədəniyyət İşləri Komissarı Lois Uayzberqin yəhudi ailəsində böyüyüb. O, Slate Group-un baş redaktoru Yakob Ueysberqin kiçik qardaşıdır. Uayzberq prezidentliyə namizəd Bill Klinton və Bill Bredlinin keçmiş mətbuat katibi Culiya Rotvaks ilə 2005-ci ildə evləndi.
Devid Zalsberq
Devid Zalsberq (4 may 1981) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Devid Zalsberq Avstraliyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Devid Zalsberq Avstraliyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
Emma Syoberq
Emma Syoberq (isv. Sjöberg, 13 sentyabr 1968, Danderyud[d], Stokholm leni[d]) isveçli model və aktrisadır. İsveçin Stokholm şəhərində anadan olmuşdur. 175.5 sm boyunda mavi gözlü sarışındır.1994–2000-ci illərdə Ace of Base qrupunun yaradıcılarından biri olan Ulf Ekberqlə evli olmuşdur. Aktrisa karyerasına 1995-ci ildə və 4 Taksi filmində (1998–2007) çəkilməklə Fransanın populyar aktrisalarından birinə çevrilmişdir. Öz vətənində isə Emma daha çox teleaparıcı və model kimi tanınır. I 12 fevral 2003-cü ildə Hans Viklundla evlənmişdir və iki övladları var.
Jonas Altberg
Basshunter (tam adı: Yonas Erik Altberq, isv. Jonas Erik Altberg; d. 22 dekabr 1984, Halmstad) — İsveç müğənnisi, prodüseri və DJ-yi.
Mişelye Haymberq
Mişelye Haymberq (d. 2 iyun 2000) — İsveçrəli suya tullanan. Mişelye Haymberq İsveçrəni 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Mişelye Haymberq birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 218.55 xal toplayaraq 16-cı yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Moisey Vaynberq
Moisey Samueloviç Vaynberq (12 yanvar 1919, Varşava – 26 fevral 1996, Moskva) — polyak bəstəkarı. RSFSR xalq artisti (1980). SSRİ dövlət mükafatı laureatı (1990). 22 simfoniya, 7 opera, 8 konsert və s. müəllifidir. == Həyatı == Moisey Vaynberq 1919-ci ildə Varşava şəhərində anadan olub. 1939-cu ildə Varşava konservatoriyasını, Yuzef Turçinskinin sinfini bitirmişdir. 1939-cu ilin sentyabrında müharibə başladıqda SSRİ-yə qaçmış və burada bir çox filmlərə, o cümlədən Durnalar uçur filminin bəstəkarı olmuşdur. Moisey Vaynberq 1996-cı ildə Moskvada vəfat etmişdir. == Filmoqrafiya == Durnalar uçur (film, 1957) / rus.
Niko Rosberq
Niko Rosberq (27 iyun 1985, Visbaden) — Almaniyalı Formula 1 pilotu.2016-cı ilin dünya çempionu. == Bioqrafiya == Niko Rosberq 1985-ci il iyunun 27-də Qərbi Almaniyadakı Vizbaden şəhərində 1982-ci ilin Formula 1 üzrə dünya çempionu finlandiyalı Keke Rosberqlə onun alman həyat yoldaşı Sinanın ailəsində anadan olub. Uşaqlığının böyük hissəsini Monakoda keçirib və burada alman dilindən əlavə, ingilis, fransız, italyan və ispan dillərini mükəmməl öyrənib. Atası ona karyerası boyu daha çox lazım olacaq dillərə diqqət ayırması üçün qəsdən fin dilini öyrətmir. Həm Almaniya, həm də Finlandiya vətəndaşlığı olan Niko erkən karyerasının müxtəlif dövrlərində hər iki ölkənin bayrağı altında yarışır. Lakin FİA buna icazə vermir, Niko da Almaniyanı seçir. Niko 2014-cü il iyulun 11-də uşaqlıqdan tanıdığı Vivian Sibold ilə ailə qurub və 2015-ci il avqustun 30-da onların Alaya adlı qızları dünyaya gəlib. Niko Monakoda yaşayır və Monakonun knyazı II Alber ilə yaxşı münasibətləri var. O, bir müddət əvvəl Mercedes-in rəsmi səfiri olduğunu açıqlayıb. == Sürücülük karyerası == Niko altı yaşından kartinqə başlayır.2000-ci ildə isə Lyuis Həmilton ilə komanda yoldaşı olur.2002-ci ildə German Formula BMW seriyasına keçir və titul qazanır.
Nyuberq (Oreqon)
Nyuberq (ing. Newberg) — ABŞ-nin Oreqon ştatının Yamhill dairəsində şəhər. Əsası 1889-cu ildə qoyulmuşdur. == Haqqında == 2013-cü il siyahıyaalmasına görə şəhər əhalisi 22508 nəfər təşkil edir. Şəhərdə həmçinin ictimai fəaliyyət üçün yararlı Sportsman Hava Limanı, Çehalem Hava Limanı, Corc Foks Universiteti fəaliyyət göstərir. Şəhərin adının Almaniyanın Noyberq şəhərinin adından götürüldüyü də istisna edilmir.
Yonas Altberq
Basshunter (tam adı: Yonas Erik Altberq, isv. Jonas Erik Altberg; d. 22 dekabr 1984, Halmstad) — İsveç müğənnisi, prodüseri və DJ-yi.
Amberq-Sulzbax
Amberq-Sulzbax (bav. Amberg-Suizboch) — Almaniyanın Bavariya əyalətində rayon. Amberq şəhərini əhatə edir, lakin o, bu rayona daxil deyil. O Noyştadt an der Valdnab, Şvandorf, Noymarkt, Nürnberger Land və Bayroyt rayonları ilə həmsərhəddir. == Tarixi == Rayonun tarixi Yuxarı Pfals və Amberq şəhərinin tarixi ilə bağlıdır. Rayon 1972-ci ildə keçmiş Amberq rayonu ilə rayonsuz Sulzbax-Rozenberq şəhərinin (ikincisi bu inzibati islahatda rayonsuz şəhər statusunu itirmişdir) birləşdirilərək yaradılmışdır.
ARNDT-AYSTERT reaksiyası
ARNDT-AYSTERT REAKSİYASI — karbon turşusunun ən yüksək homoloq və ya onun törəməsinə çevrilməsi. Ardıcıl üç mərhələdə həyata keçirilir: turşunun hallogenhidridin alınması, diazoketon əldə etmək, diazoketonun o ya da onun törəməsinə yenidən çevrilməsi (Volf çevrilməsi): və ya Burada X ümumiyyətlə C1, daha az Br; Y = OH, OR ', NR'R ". Arndt — Eystert reaksiyası Alifatik, alisiklik, aromatik və heterotsiklik karbin turşularına tətbiq olunur. Alifatik CH2N2 əvəzinə diazo birləşmələri 1037–51.jpg- əvəzlənmiş karbon turşuları və ya onların törəmələrinə gətirib çıxarır. Diazoketon hidrogen halogenidin aralıq birləşmə- diazonium halogeniidindən (F-la) ayrılması nəticəsində əmələ gəlir, bu da N2-dən ayrılaraq yan məhsul — xlorometil keton (II) əmələ gətirir (Nirenşteyn reaksiyası): Reaksiyadan ayrılmış hidrogenhalogenid CH2N2 və ya trietilamin birləşməsi ilə əlaqələnir. Arndt — Eystert reaksiyası, reduksiyaedici maddələrlə əlaqəli olmadığından, karbon turşusunun zəncirinin uzadılmasının digər metodlarından üstündür. Bunun sayəsində qalıq birləşmə, məsələn, nitro qrupu olan birləşmələr üçün istifadə edilə bilər. Arndt — Eystert reaksiyasının hər üç mərhələsindəki ümumi çıxım ümumiyyətlə 50–80% -dir. Metod hazırlıq məqsədləri üçün istifadə olunur. Diazoketonların sintezi metodu 1927–28-ci illərdə F. Arndt, (Volf birləşməsindən stifadə edərək) bütövlükdə1935-ci ildə F. Arndt və B. Eistert tərəfindən hazırlanmışdır.
Jonas Erik Altberg
Basshunter (tam adı: Yonas Erik Altberq, isv. Jonas Erik Altberg; d. 22 dekabr 1984, Halmstad) — İsveç müğənnisi, prodüseri və DJ-yi.
Yonas Erik Altberq
Basshunter (tam adı: Yonas Erik Altberq, isv. Jonas Erik Altberg; d. 22 dekabr 1984, Halmstad) — İsveç müğənnisi, prodüseri və DJ-yi.
Anders Aberq
Anders Aberq (16 aprel 1945 – 23 yanvar 2018, Nordinqra[d], Verternorrland[d]) — isveçli heykəltaraş, rəssam və karikaturaçı. Anders əsasən taxtadan inşa etdiyi bina modellərinə görə tanınır. 1970-ci illərdə Stokholmdakı Solna Centrum metro stansiyasını inşa etmişdir. 1980-ci ildə Anders İsveçin Nordinqra şəhərində açıq incəsənət muzeyi olan Mannaminne muzeyinin əsasını qoydu.
Niels Ryberg Finsen
Nils Rüberq Finzen (dan. Niels Ryberg Finsen; 15 dekabr 1860 – 24 sentyabr 1904) — Danimarkalı fizioloq və alim. 1903-cü il Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı. == Həyatı == Nils Finzen 1860-cı ildə Farer adalarında doğulmuşdur. İlk təhsilini orada aldıqdan sonra, Danimarkanın Herlufeholm şəhər məktəbinə qəbul edilmişdir. Lakin dərsə davamiyyəti zəif olduğundan valideynləri onu İslandiyaya göndərmişlər. Burada dərslərini yaxşı oxuyan Finzen, həm də əla atıcı kimi tanınmışdır. Lakin gələcək alim fiziki cəhətdən zəif olduğundan tez-tez xəstələnərmiş. Buna görə də o, həmin zamandan etibarən günəş şüalarının insan orqanizminə müsbət təsirini müşahidə etməyə başlamışdır. Finzen açıq havada daha çox vaxt keçirəndə özünü yaxşı hiss etməsi barədə sonralar yazırdı: "Buludlu havada günəşin çıxması ilə ətraf aləmin necə canlandığına fikir verin.