Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Astronom
Astronom — göy cisimlərini (ulduzlar, planetlər, kosmik fəza və s.) öyrənən mütəxəssis.
Həvəskar astronom
Həvəskar astronom — hər kəsin məşğul ola biləcəyi səma müşahidələrinə, araşdırmalara və əldə edilən məlumatlara verilən astronomiya elminin alt sahəsidir. Astronomiya ilə həvəskar olaraq məşğul olan şəxslərə "həvəskar astronom" deyilir. Həvəskar astronomlar, yalnız bir durbinlə ya da başqa teleskoplarla səma müşahidəsi edə bilərlər. Həvəskar astronomiyada müşahidə etmək, göy hadisələrini anlamaq və kosmologiya qədər uzanan geniş bir elm sahəsində araşdırma etmək vacibdir. İstifadə edilən müşahidə vasitəsinin növünə görə müşahidə sahəsi artar. Həmçinin həvəskar kosmonavtika proqramları da var. Bunlar; Hallo northern sky, Carte du ciel, "Alpha Centauri" kimi planetaryum proqramları və yalnız hesablarla ya da gələn siqnalları araşdıran radioteleskoblu proqramlarıdır.
Yasuaki (astronom)
Asada Qoryu (麻田 剛立, 10 mart 1734 və ya 6 fevral 1734, Kitsuki hanı[d], Saykaydo[d] – 25 iyun 1799, Osaka[d], Osaka) – Yaponiya astronomu və həkimi. Yaponiyada müasir astronomiyanın qabaqcılı olmuş, Yaponiyada təqvim islahatında vacib rol oynamışdır. Yaponiya astronomlarının ənənəvi Çin texnikalarından Qərb texnikalarına keçid etməsi üçün ilham mənbəyi olmuşdur. == Həyatı və karyerası == Asada Kitsuki hanında yaşayan konfusiçi alim və həkim Keysay Ayabenin dördüncü oğlu idi. Doğulanda ona Yasuaki adı verilmişdi. Astronomiya və tibb öyrənmiş, 1767-ci ildə daymyonun rəsmi həkimi təyin olunmuşdur. Tezliklə təqvim elminə maraq göstərməyə başlamışdır. O, 1772-ci ildə astronomiya ilə məşğul olmaq üçün həkimlik vəzifəsini tərk etmək istəsə də, daymyo ona bu icazəni verməmişdir. Buna görə də daymyonu qeyri-qanuni şəkildə tərk etmişdir. Osakaya qaçmış, adını Asada Qoryu olaraq dəyişdirmiş, astronomiyaya daha çox vaxt ayırmağa başlamışdır.Asada təqvim araşdırmalarındakı uğurlarına görə tanınmış, öz təqvim sistemini yaratmışdır.
Əyyub Quliyev (astronom)
Əyyub Salah oğlu Quliyev (d. 1 iyun 1954, Şahbuz rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ) — Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı, Beynəlxalq Astronomiya İttifaqının üzvü, AMEA müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == ABŞ-nin Lovell rəsədxanasının aşkar etdiyi yeni kiçik planet Əyyub Quliyevin şərəfinə adlanacaq. Müvafiq astronomik kataloqlarda həmin kiçik planet ayyubguliev adı və 18749 nömrəsi altında qeydiyyatdan keçib. Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 01.03.02 - Heliofizika və Günəş sistemi cismlərinin fizikası Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 2001, astrofizika Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 196 Xaricdə çıxmış elmi əsərlərin sayı: 106 Əsas elmi nailiyyətləri: Kometlərin tədqiqi: Çoxsaylı qanuauyğunluqlar bir sıra hipotez və nəzəriyyələr. == Əsas elmi əsərləri == Гулиев А.С., О возможности существования в зоне Нептун-Плутон неизвестной планеты, Кинематика и физика небесн.тел., 1987, t. 3, n.2,cc.28-33; Гулиев А.С.,Дадашов А.С., О трансплутоновых кометных семействах, Астрон. Вестник., 1989, т.23, n.1, cc. 88-95; Гулиев А.С., О возможности существовании двух трансплутоновых планет, Писма в АЖ. 1992, т18, n.2, cc. 182-188; Гулиев А.С., Набиев Ш.А., Плутон и кометы.
Aqronom
Aqronom — ali və orta təhsilli kənd təsərrüfatı mütəxəssisi. Aqronomun əsas vəzifəsi torpağın xassəsləri və kənd təsərrüfatı bitkilərinin tələbi əsasında torpaq münbitliyinin fasiləsiz artımını təmin edən aqrotexniki və meliorativ tədbirlər sistemini həyata keçirməkdir.
Astronomik Vahid
Astronomik vahid (AU və ya UA) — uzunluq ölçüsü. Yer kürəsi ilə Günəş mərkəzi arasındakı orta məsafə vahid olaraq seçilərsə, bu uzaqlığa astronomik vahidi (AV) deyilir. 1 Astronomik Vahidi (AV) = 149 597 870 km İşıq ili (İİ) = 63240 AV = 9.5x10 ^ 15 m Parsek (PC) = 206265 AV = 3.1x10 ^ 16 m = 3.26 İİ Astronomiyada digər qəbul olunan uzunluq ölçüləri Parsek və İşıq ili ilə bərabər Astronomik vahidindən də istifadə olunur.
Astronomik geodeziya
Astronomik geodeziya müəyyən qolların qurulması nəzəriyyəsini və üsullarını və Yerin formasını, ölçülərini və cazibə sahəsini öyrənən geodeziya sahəsidir. Astronomik geodeziya Yer səthində və Yerə yaxın kosmosda aparılan astronomik, geodeziya və qravimetrik ölçmələr əsasında geodeziyanın əsas elmi problemlərini həll edir. Astronomiya geodeziyasına nəzəri geodeziya və peyk geodeziya daxildir .
Astronomik obyekt
Astronomik obyekt, göy cismi və ya səma cismi — müşahidə edilə bilən kainatda mövcud olan, təbii olaraq yaranan fiziki varlıq, birləşmə və ya struktur. Astronomiyada obyekt və cisim sözləri çox vaxt bir-birini əvəz edir. Bununla belə, astronomik cisim və ya göy cismi vahid, möhkəm əlaqəli, bitişik varlıq, astronomik obyekt və ya göy obyekti isə bir neçə cisimdən və ya bununla bərabər alt strukturlu digər obyektlərdən ibarət ola bilən mürəkkəb, daha zəif birləşmiş strukturdur.Astronomik obyektlərə planetar sistemlər, ulduz qrupları, dumanlıq və qalaktikalar, astronomik cisimlərə isə asteroidlər, peyklər, planetlər və ulduzlar aiddir. Kometa həm cisim, həm də obyekt kimi təyin edilə bilər: o donmuş buz və toz nüvəsi nəzərdə tutulduqda cisim, diffuz koma və quyruğu ilə bütün kometi təsvir edərkən obyektdir. == Qalaktika və daha çoxu == Kainatın iyerarxik quruluşa malik olduğunu söyləmək olar. Ən böyük miqyaslarda quruluşun əsas komponenti qalaktikadır. Qalaktikalar qruplar və topalar şəklində qurulur, çox vaxt daha böyük ifrattopalar daxilində, demək olar ki, voydlər (qaranlıq boşluqlar) arasında böyük saplar boyunca düzülür və müşahidə oluna bilən kainatı əhatə edən bir şəbəkə yaradır.Qalaktikalar birləşməyə səbəb ola biləcək digər qalaktikalarla qarşılıqlı əlaqə də daxil olmaqla, formalaşma və təkamül tarixlərindən asılı olaraq müxtəlif morfologiyalara, nizamsız, elliptik və diskəbənzər formalara malik olur. Diskəbənzər qalaktikalar spiral qollar və bariz bir halə kimi xüsusiyyətlərə malik linzaşəkilli və spiral qalaktikaları əhatə edir. Əksər qalaktikaların nüvəsində ifratkütləli qara dəlik var ki, bu da aktiv qalaktika nüvəsinin meydana gətirə bilər. Həmçinin, qalaktikaların cırtdan qalaktikalar və kürəvi topalar şəklində peykləri də ola bilər.
Avtonom avtomobil
Özügedən avtomobil və ya avtonom avtomobil həmçinin sükansız avtomobil içində saxladıqları avtomatik idarə sistemləri sayəsində bir sürücüyə ehtiyac duymadan yolu, nəqliyyat axınını və ətrafını dərk edərək sürücünün müdaxiləsi olmadan gedə bilən avtomobillərdir. Özügedən avtomobilləri radar, GPS, odometr, kompüter görüşü kimi texnologiyalar və texnikalar istifadə edərək ətrafındakı cisimləri dərk edə bilməkdədir. Avtonom avtomobillərin tarixinə baxanda 1920–1930-cu illərdə bəzi gözə dəyən sistemlər avtonom avtomobillərin müjdəsini çoxdan vermişdirlər. Öz-özünə gedə bilən ilk modellər 1980-ci illərdə ortaya çıxmışdı. İlk avtomobil 1984-cü ildə Karnegi Mellon Universitetinin həyata keçirdiyi navlab və ALV layihələri ilə həyata keçirildi. Bu layihəni 1987-ci ildə Mercedes-Benz firmasının və Bundesver Universitetinin bir yerdə həyata keçirtdiyi Eureka Prometheus layihəsi izlədi. Bu iki avtomobilədən sonra saysız şirkət minlərlə avtonom avtomobillər istehsal etdilər və bu avtomobillərin bəziləri hal-hazırda bir neçə ölkədə nəqliyyata açılmış vəziyyətdədirlər. Özügedən avtomobilləri nəqliyyat sektorunda bir inqilaba yol açaraq avtomatik texnika sektorunda da böuük bir çevrilişə səbəb olacaq kimi görünür. Sürücüsüz nəqliyyat vasitəsi texnologiyalarındakı sürətli inkişaf çok yaxın bir zamanda Henri Fordun oyununun qaydalarını böyük ölçüdə dəyişdirəcək. Xüsusilə avtomatik texnikalar sənayesi bu inkişafdan ən çox təsir alan sənayelərdən biri olacaq.
Praqa astronomik saatı
Praqa astronomik saatı və ya Praqa orloyu (çex. Pražský orloj) — Çexiyanın paytaxtı Praqa şəhərində yerləşən orta əsrlərə aid astronomik saatdır. İlk dəfə 1410-cu ildə quraşdırılmış saat dünyanın üç ən qədim astronomik saatından biri olmaqla, hələ də işləyən ən qədim astronomik saatdır.Hər saat tamamında tamam olmuş rəqəmi,saat 12 tamam olanda bütün rəqəmlərini görmək mümkündür.Həmçinin 1 gün ərzində Astronomik saatın ətrafında yüzlərlə insan görüşür.Buralarda çöl akrobatları müxtəlif hərəkətlərlə insanların diqqətini özlərinə çəkirlər.Həmdə bu yerlər Avropalıların yaddaşında görüşmək , rastlaşmaq olaraq qalır.Çünki Praqaya gələn turistlər qohumlarını və ya orda yaşayanları Astronomik saatın yanına çağırırlar. == Təsviri == Orloy Praqanın Qədim şəhər meydanında yerləşən Köhnə Şəhər Zalının cənub divarında yerləşir. Saat mexanizminin özü üç əsas komponentdən ibarətdir: Günəş və Ayın səmada yerini və müxtəlif astronomik detalları göstərən astronomik sferblat; "Həvarilərin keçidi", hər saatda həvarilərdən birinin və digər hərəkət edən fiqurları – zamanı dayandıran Ölüm fiquru (skelet şəklində təsvir olunub) onlardan ən diqqət çəkənidir — göstərən saat mexanizmi; ayları təsvir edən medalyonlarla təqvim sferblatı. Yerli əfsanəyə görə, əgər saat baxımsız qalsa və unudulsa şəhərdə pis hadisələr baş verə bilər, saatın yaxşı fəaliyyəti təhlükədədir və yanda hərəkət edən ölüm fiquru başını qabağa əyərək bunu təsdiq edir. Əfsanəyə görə, yeganə ümid Yeni il gecəsi doğulacaq oğlan uşağınadı. == Tarixi == Orloyun, Kadanlı Mikudan və sonradan Karlov Universitetinin professoru olmuş Yan Sindel tərəfindən hazırlanmış ən qədim hissələri olan mexaniki saat və astronomik sferblat 1410-cu ildə quraşdırılmışdır. Saat haqqında mənbələrdə ilk xatırlanma 9 oktyabr 1410-cu ilə aiddir. Sonradan, təxminən 1490-cı illərdə saata təqvim əlavə edilmiş və fasadı qotik heykəllərlə bəzədilmişdi.
Cəbrayıl Hüseynov (aqronom)
Cəbrayıl Muxtar oğlu Hüseynov (3 (16) yanvar 1913 və ya 16 yanvar 1913, Nuxa – 14 dekabr 1974 və ya 1974, Bakı) — akademik, aqrar elmlər doktoru (1947), professor (1948). == Həyatı == Hüseynov Cəbrayıl Muxtar oğlu 1913-cü il yanvarın 16-da Şəki şəhərində doğulmuşdur. C.Hüseynov Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsini bitirmişdir (1934). C.Hüseynov aqrar elmlər namizədi (1939) və aqrar elmlər doktoru (1947) dərəcəsini, professor (1948) elmi adını almışdır. == Elmi naliyyətləri == AMEA-nın müxbir üzvü (1949), həqiqi üzvü (1961) seçilmişdir. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda və Azərbaycan ET Pambıqçılıq İnstitutunda baş elmi işçi işləmişdir (1936). Ümumittifaq Elmi Tədqiqat Gübrələmə və Aqrotorpaqşünaslıq İnstitutunun aspirant olmuşdur (1936-1939). SSRİ Elmlər Akademiyasının Azərbaycan Torpaqşünaslıq sektorunda baş elmi işçi (1940), Torpaqşünaslıq və Aqrokimya Bölməsində direktor işləmişdir (1944-1945). Azərbaycan SSR EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun ilk direktoru olmuş (1945) və bu vəzifədə 1952-ci ilə kimi çalışmışdır. ADU-nun Biologiya fakültəsinin professoru olmuşdur (1969).
Faiq Məmmədov (aqronom)
Faiq İsmayıl oğlu Məmmədov (27 noyabr 1929, Gəncə, Gəncə dairəsi – 14 avqust 1987, Kirovabad) — ictimai və elmi xadim, kənd təsərrüfatı elmləri doktoru, professor. Faiq Məmmədovun elmi-tədqiqat işləri əsasən pambıq toxumçuluğuna aid olmuş, çiyidin səpinə hazırlanması üsulları və səpin sisteminin öyrənilməsinə həsr olunmuşdur. O, pambıq bitkisi toxumçuluğu üzrə bir çox fundamental və tətbiqi işlərin, dərslik, monoqrafiya və onlarla digər kitabın, 50-yə yaxın məqalənin müəllifidir. Onun tərtib etdiyi ümumi əkinçilik üzrə tədris proqramlarından ali təhsil müəssisələrində bu gün də istifadə olunur. == Həyatı == Faiq İsmayıl oğlu Məmmədov 27 noyabr 1929-cu ildə Azərbaycan SSR-in Kirovabad şəhərində anadan olmuşdur. 1936-cı ildə M.Ə.Sabir adına Gəncə şəhər 5 saylı orta məktəbin birinci sinfinə getmiş, 1946-cı ildə həmin məktəbi qızıl medalla bitirmişdir. O, 1946-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Meyvə-tərəvəzçilik və üzümçülük” fakültəsinə daxil olmuşdur. 1951-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vuraraq “alim-aqronom” ixtisasına yiyələnmişdir. 1959-cu ildə Azərbaycan SSR hökumətinin dəvəti ilə Azərbaycan Kənd Təsərrüfatı nazirliyində seleksiya və toxumçuluq baş idarəsinin rəisi vəzifəsində çalışmışdır. 1960-cı ildə həmin nazirliyin kadrların hazırlığı baş idarəsininin rəisi vəzifəsinə köçürülmüşdür.
Zaur Həsənov (aqronom)
Zaur Həsənov — Kənd təsərrüfatı elmləri doktoru, Azərbaycan Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının professoru. == Təhsili == Zaur Həsənov 1961-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini bitirib. 1967-ci ildə "Azərbaycanda Şərq xirniyinin əkin materialının becərilməsinin bəzi məsələlərinin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək "Subtropik bitkilər" sahəsində kənd təsərrüfatı elmləri namizədi adını, 1972-ci ildə isə dosent elmi adı almışdır. 1991-ci ildə "Azərbaycanda Şərq xirniyi becərilməsi texnologiyasının elmi əsasları" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək kənd təsərrüfatı elmləri doktoru adı almışdır. 1994-cü ildə professor elmi dərəcəsinə layiq görülmüşdür. == Əmək fəaliyyəti == 1967-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Meyvə-tərəvəzçilik" kafedrasında toxumçu-aqronom, 1968-ci ildə asistent, 1972-ci ildə dosent, 1981-ci ildə kafedranın müdiri vəzifələrində çalışmışdır. 1985-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun" Meyvə-tərəvəzçilik və üzümçülük" fakültəsinin dekanı, 1991-ci ildə "Meyvə-tərəvəzçilik" kafedrasınin dosenti, 1994-cü ildə Meyvə-tərəvəzçilik kafedrasınin müdiri kimi, 2008-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Meyvəçilik kafedrasının professoru kimi fəaliyyət göstərib. 2014-cü ildən isə Azərbaycan Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının professoru kimi fəaliyyət göstərir.1998-ci ildə isə AR Prezidenti yanında AAK tərəfindən ona, meyvəçilik sahəsində qazanılmış nailiyyətlərinə görə, əlavə olaraq "Meyvəçilik və üzümçülük" ixtisası üzrə elmlər doktoru səlahiyyətləri verilmişdir. == Mükafatları == 2009-cu ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin "Fəxri Fərmanı" ilə təltif olunub. 2010-cu ildə isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.
Şartr kafedralının astronomik saatı
Şartr Notr-Dam kilsəsinin astronomik saatı öz böyük həcmlərinə görə çəpərlənmiş xor qülləsinin divarına quraşdırılmışdır. == Təsviri == Müqəddəs İosifin röyası ilə Milad adlı heykəltəraşlıq səhnələri ilə bəzədilmiş astronomik saat kafedralın cənub hissəsində, daha doğrusu Bakirə Məryəmin Müjdələnməsi kompozisiyasının və üçüncü kontrfors sırasının yanında yerləşir. Fəzada bucaqların ölçülməsi üçün tətbiq edilən astrolyabiya ilə təchiz edilmiş saat 1528-ci ildə naməlum saatsaz ustası tərəfindən hazırlanmışdır. Orjinal saat mexanizmi 2009-cu ildə təkmilləşdirilmiş elektron sistemi ilə əvəz olunmuşdur. Aparılmış rekonstruksiya işləri çərçivəsində, çatışmayan bəzi çarxların və dişli təkərciklərin artırılması zəruriliyi yaranmışdır. Bəzən "astrolyabik" da adlandırılan saat xüsusi olaraq, göy cisimlərinin və ya günəşin səmada yerləşməsinə əsaslanaraq ulduzların hündürlüyünü ölçməyə və vaxtı müəyyən etməyə imkan yaradır. Onun strukturu və müxtəlif konstruksiyaları başlanğıcda səmada ulduzların hərəkətinin təqdim edilməsi (təsəvvürü) üçün adətən qütb proyeksiya olaraq bilinən ikiqat və yastı proyeksiyalara yerləşdirilmişdir. == Vaxtın ölçülməsi üçün istifadə olunan digər alətlər == Vaxtın müəyyən edilməsi üçün lazım olan alətlərin əksəriyyəti kafedralın xaricində quraşdırılmışdır: === Saat pavilyonu === İntibah memarlığının çiçəklənmə dövründə yaradılmış saat xüsusi olaraq yaradılmış dördkünc pavilyonun daxilinə yerləşdirilmişdir (pavilyonun Jan de Bos (fr) tərəfindən sifariş edildiyi ehtimal olunur). Kafedral nefinin şimal hissəsində, daha doğrusu birinci kontrforsun divarına əlavə edilmiş pavilyon 1862-ci ildə tarixi abidələr siyahısına əlavə edilmiş və Fransa mədəni irsinin xüsusi kadastrında adı qeyd edilmişdir. Pavilyon d'Orloj === Saat mələkləri === Əllərində günəş saatlarını saxlayan iki böyük mələk fiquru müvafiq olaraq kafedralın qərbi və cənubi fasad künclərində quraşdırılmışdırlar.