QASTROLÇULUQ
QASTRONÓMİYA
OBASTAN VİKİ
Qastronomik turizm
Kulinariya turizmi (qastronomik turizm) - yeni bir yemək (içki, ədviyyat, şirniyyat və s.) ilə tanış olmaq məqsədilə edilən səyahətləri əhatə edir. Azərbaycan Respublikası "Turizm haqqında" Qanuna görə qastronomik turizm turistlərin səyahət edilən ölkənin (yerin) ənənəvi və (və ya) innovativ kulinariya nümunələri və ərza məhsulları, yerli ərzaq istehsalçıları ilə tanışlığı, kulinariya festivallarında və digər oxşar tədbirlərdə iştirakı ilə müşayiət olunan turizm formasıdır. Kulinariya turizmində turistlərə regionun milli mətbəxi və kulinariya mədəniyyəti ilə tanış olmaları hədəflənir. Burada təkcə yeməyin (içkinin) dadı yox, həm də içərisindəki inqridentlər, fərqli bişirilmə texnikaların da turistlərə tanıdılır. Əlbəttə ki, bu fəaliyyət müxtəlif qidalardan asılı olaraq (qurd, qurbağa, ilan, kərtənkələ, ilbiz və s.) bəzi turistlər üçün iyrənc görünə bilər. Belə olduqda turizm şirkətləri müştəri itirə bilər. Bir çox ölkələr fərqli qidalar üzrə ixtisaslaşmışdır və həmin qida üzrə qastronomik turizmdə aparıcı ölkə sayılır. Məsələn: Fransa şərab, Almaniya pivə, İspaniya panella, Türkiyə çiy köftə üzrə və s.
Qastronomiya
Qastronomiya (fr. gastronomie, q.yun. γαστήρ — "mədə" və νομός — "qanun, adət") — mədəniyyət və qida arasındakı əlaqəni öyrənən elm. Tez-tez səhvən kulinariyaya aid edilir, lakin ikincisi bu elmin yalnız kiçik bir hissəsidir. "Qastronomiya" sözü bədii ədəbiyyatda XIX əsrin birinci yarısında meydana çıxıb, iki yunan sözündən əmələ gəlib və hərfi mənada "mədə qanunu" kimi tərcümə olunur. Qastronomiyanın klassiki A. Brillat-Savarinin "Dadın fiziologiyası" əsərində ortaya qoyduğu anlayışa görə, qastronomiya insanın dad seçimlərini mühakimə etmək qabiliyyətini əks etdirir, lakin qastronomiya həm də insanın qidalanmasına aid olan hər şey haqqında elmi bilikdir və məqsədi — ən yaxşı qidalanma vasitəsilə bir insanın saxlanması üçün qayğıdır. Öz ambivalentliyinə görə qastronomiya "kulinariya təcrübəsinin nəzəri kodunu" təmsil edən "təmiz" nəzəriyyə ilə ictimaiyyətə açıq praktika arasında sərhəd mövqeyi tutur. Qastronomiya incəsənətə (yeməkdə zərif dad, kulinariya sənətinin incəliklərini dərk etmək, həmçinin dadlı və mürəkkəb yeməklər hazırlamaq sənəti) və sosial elmlərə aiddir.

Digər lüğətlərdə