Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Balakən
Balakən — Azərbaycanda şəhər, Balakən rayonunun inzibati mərkəzi. Bakı şəhəri ilə arasındakı məsafə 394 km–dir. == Tarixi == Balakənə 1965-ci ildə şəhər statusu verilmişdir. 2011-ci ildə Milli Məclisin qəbul etdiyi qanuna əsasən Balakən şəhərinin ərazisi genişləndirilib. Belə ki, qəbul edilmiş qanuna əsasən Balakən rayonunun Gərəkli, Hənifə, Qullar, Mahamalar, Qasbinə və Tülü kəndlərinin ərazilərinin müəyyən bir hissəsi Balakən şəhərinin inzibati ərazisinə verildi. == Tarixi abidələri == Şəhərdə XVII-XIX əsrlərdə tikilmiş qeyri-adi minarəsi olan gözəl bir məscid yerləşir. Şəhər muzeyində bu regionun ənənəvi sənətlərin eksponatları yığılmışdır. Bir çox arxeoloji tapıntılar bu ərazilərdə hələ neolit dövründə yaşayış məskəninin olduğunu göstərir. Balakəndə 7,5 hektar sahəsi olan böyük şəhər parkı var. Parkda həmçinin kanat yolu tikilmişdir.
Baloban
Ütəlgi qızılquş (lat. Falco cherrug) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Qarğadan az iridir (0,8-1,1 kq). Bel tərəfi paslı-qonur, qarın tərəfi isə ağdır, amma üzərində damcı formalı naxışlar uzanır. Quyruğu uzundur, tünd qəhvəyi və sarı rəngli köndələn zalaqları var. Ayağı sarıdır. == Yayılması həyat tərzi == Avropada və Asiyada yayılıb, qışlamaq üçün Şimali Afrikaya qədər miqrasiya edir. Azərbaycana qışlamaq üçün gəlir və miqrasiya edən bəzi populyasiyası buradan keçir (oktyabrda və martda). == Yaşayış yeri və həyat tərzi == Seyrək ağac və qaya olan açıq sahələrdə yaşayır.
Halogen
Halogenlər (yun. ἁλός — duz və γένος — mənşə) — VII qrup elementləri (energetik səviyyələrini doldurmaq üçün 1 elektronları çatmayanlar). Halogenlər reaksiya zamanı daha çox elektron alırlar. Bu xassə daha çox flüora aiddir. Halogenlər təbiətdə sərbəst şəkildə tapılmır,yalnız birləşmə şəklində tapılırlar. Xlor ilk dəfə 1774-cü ildə xlorid turşusunun manqan oksidi ilə oksidləşməsindən alınmışdır. Flüor yalnız oksidləşdiricidir, onu duz məhlullarının elektrolizi yolu ilə almaq olar. Flüor yalnız −1 və 0 oksidləşmə dərəcəsi göstərir.Yerdə qalan elementlər isə- xlor, brom, yod −1 — +7 aralağında oksidləşmə dərəcəsi göstərir. Qrup üzrə yuxarıdan aşağı getdikcə (F->Cl->Br->J sırası boyunca); elektromənfilik, oksidləşdiricilik, qeyri-metallıq xassəsi, aktivlik azalır. atom radiusu, reduksiyaedicilik isə artır.
Balben
Balben (fr. Balbins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kot-Sent-Andre kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38025. Kommunanın 1999-cu il üçün əhalisi 371 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 560 ilə 2064 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Löven
Löven — Belçikanın şimalında, Brüsseldən 25 km şərqdə yerləşən şəhərdir. Benilüks ölkələrinin ən böyük universiteti Löven universiteti bu şəhərdə yerləşir.
Ağkilsə (Balakən)
Ağkilsə — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Ağkilsə Balakən r-nunun Şambul i.ə.v.-də kənd. Oykonim ağ (rəng) və kilsə (ibadət üçün tikilmiş bina) sözlərindən düzəlib, "ağ rəngli kilsə" deməkdir. Kəndin ərazisində ağ kilsə olduğundan belə adlanmışdır. Gədəbəy r-nunun Novoivanovka kəndinin adı 1844-cü ilə qədər Ağkilsə olmuşdur. Keçən əsrdə Ermənistan ərazisində bir neçə Ağkilsə kəndi qeydə alınmışdır.
Balakən (Salmas)
Balakən (fars. بالكان‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 222 nəfər. yaşayır (32 ailə).
Balakən (dəqiqləşdirmə)
Balakən (gəmi-bərə) — Azərbaycanın nəqliyyat donanmasına aid gəmi-bərə. Balakən — Azərbaycanda şəhər. Balakən (Salmas) — İranda kənd.
Balakən aeroportu
Balakən Aviasiya Mərkəzi Azərbaycanın Balakən rayonunun Tülü kəndində yerləşir və hazırda Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) nəzdindədir. == Haqqında == Balakən Aviasiya Mərkəzi əvvəllər başqa adla fəaliyyət göstərib. Mərkəzin yerləşdiyi ərazidə 1983-cü ilədək aeroport olub. Balakən-Bakı təyyarə reysi sərnişinlərə xidmət göstərib. 1985-ci ildə isə Balakən aeroportunun yerində 1924-cü ildən fəaliyyətə başlamış Bakı aeroklubunun əlavə bazası kimi Aviasiya İdman Klubu yaradılıb. Həmin vaxtlar Moskvadan gəlmiş nümayəndə heyəti müxtəlif rayonlarda baxış keçirəndən sonra məhz mülayim iqliminə, sakit, küləksiz havasına görə Balakəni seçiblər. Balakən Aviasiya İdman Klubu 2001-ci ildən Balakən Aviasiya Mərkəzi adlanıb və fəaliyyət istiqamətləri peşəkarlıqla qurulub. Mərkəzin iki YAK-52 və iki AN-2 təyyarəsi var.Əvvəllər burada həvəskar təyyarəçilər də hazırlanıb. Müqavilə əsasında 2 il müddətinə 14 nəfər həvəskar təyyarəçi peşəsinə yiyələnib. Güc nazirliklərindən, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən paraşütdən tullanma, ibtidai uçuşa hazırlıq kurslarını keçmək üçün müraciət edənlər çox olur.
Balakən bələdiyyələri
Balakən bələdiyyələri — Balakən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Balakən bələdiyyəsi
Balakən bələdiyyələri — Balakən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Balakən döyüşü
Balakən döyüşü (rusca:Битва при Белоканах) — 1803-cü ilin 9 (21) mart tarixində rusların Car-Balakən yürüşü çərçivəsində baş vermiş döyüş. Döyüş rus ordusu ilə Car-Balakən camaatlığı arasında baş tutmuşdur. Rusları gürcülər, Car-Balakəni isə İlisu sultanlığı və müttəfiq dağlılar dəstəkləmişdir. == Arxa plan == General Sisianov general Qulyakova Qanıxçay sahilləri boyunca irəliləməyi, burada dağlıların vəziyyəti ilə bağlı kəşfiyyat materialları toplamağı, habelə gələcəkdə bölgədə rus işğlalını asanlaşdırmaq üçün gücləndirilmiş istehkamların tikilməsi üçün yerlər seçməsini əmr etmişdi. Düşmənlə qarşılaşma və onların məğlub edilməsi halında, ruslar şahzadə Aleksandrın onlara verilməsini, həmçinin rus ordusunun Cara və Balakənə daxil olmasını istəməli idi. 6 (18) mart tarixində Anaqa kəndi yaxınlığında Qanıxçayı keçən Qulyakov ordusu ilə birlikdə Balakənə doğru yola çıxdı. == Döyüşün gedişatı == Rusların yürüşü başlayan kimi yerli əhali sahilboyu kəndləri tərk etdi və Qulyakov yerli sakinləri danışıqlara məcbur edə bilmək üçün Balakənə doğru irəliləməyə məcbur oldu. Bələdçinin olmadığı, güclü yağışla müşayət olunan yürüş zamanı rus ordusu bataqlıqlardan keçməyə məcbur oldu. Nəhayət, 9 (21) mart tarixində Balakənə yaxınlaşdılar. Kəşfiyyata göndərilən polkovnik Drenyakinin dəstəsi Balakən qalasına yaxınlaşdığı zaman qalanın çox güclü divarlara malik olduğunu, ətrafının bataqlıqlar və qamışlarla əhatələndiyi üçün keçilməsinin qeyri-mümkün olduğunu gördü.
Balakən rayonu
Balakən rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Balakən şəhəridir. == Tarixi == Balakən rayonu inzibati vahid kimi 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. Rayonun təşkili tarixinədək bu ərazi inzibati cəhətdən Zaqatala dairəsinə daxil idi. 1963-cü ildə ləğv edilərək Zaqatala rayonuna verilmiş, 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur.Antik yunan coğrafiyaçısı Strabon qədim Balakən ərazisini "Məbədlər diyarı" adlandırmışdır. Müəyyən dövrlərdə aparılan arxeoloji qazıntılar zamanı tapılan əşyalar, bu günə kimi qalmış bəzi tikinti abidələri və kurqanlar Balakənin qədim yaşayış məskəni olduğunu deməyə əsas verir. Yazılı qaynaqların verdiyi məlumatlara görə Balakən Qədim Albaniya dövlətinin ərazisinə daxil olmuşdur. Eramızdan əvvəl 65-ci ildə Roma və alban qoşunları arasında Alazan (Qanıx) çayı sahilində baş verən döyüşdə iştirak edən qədim yunan tarixçisi Plutarx yazırdı ki, bu yerlərin əhalisi sakit təbiətli, məğrur, döyüşdə cəsarətli və cəsurdur. Bu gün də işlədilən Hetovlar (Hetləri xatırladan), Hunbulçay (Hunları xatırladan), inqiloylar (Qerləri xatırladan) və s. toponimlərin tədqiqi sübut edir ki, ən qədim zamanlardan başlayaraq türkdilli tayfalar bu bölgənin daimi sakinləri olmuşlar.
Balakən televiziyası
Balakən Televiziyası 1990 1999-ci ilər arasında faliyət göstərilmiş regonal televiziya kanalı dır və Balakənin bir nömrəli tv kanalına çevrilmişdir əsasən Balakənin gündəmini tutan xəbərlər təqdim olunurdu və müxdəlif janırlarda filimlər yayımlanırdı Balakən televiziyası 1997-ci ildən sonralar ən ağır günlərini yaşamışdır buna səbəb kimi isə Balakən rayonunda və ətraf rayonlara baş verən qanlı hadisələr azərbaycan da vətəndaş müharibəsi astanasıda olması idi və həmin vaxtlarda Balakən rayonunda terorçu qruplaşmalar tərəfindən Balakən Televiziyasının binasına hücum edərək televiziya nın əməkdaşlarından Telman Dibirovu iş yerində amansızcasına studiyada qətilə yetirilmişdir buna səbəb kimi isə Balakən Televiziyasının efirində yerli idarə etmə orqanlarına zid materiaların yayımlanmasıdır video sujetin yayımlanmasından sonra tv kanalı basqılara və təhdidlərə tab gətirməyərək 1999-cu ildə bağlanmışdır.
Balakən şəhəri
Balakən — Azərbaycanda şəhər, Balakən rayonunun inzibati mərkəzi. Bakı şəhəri ilə arasındakı məsafə 394 km–dir. == Tarixi == Balakənə 1965-ci ildə şəhər statusu verilmişdir. 2011-ci ildə Milli Məclisin qəbul etdiyi qanuna əsasən Balakən şəhərinin ərazisi genişləndirilib. Belə ki, qəbul edilmiş qanuna əsasən Balakən rayonunun Gərəkli, Hənifə, Qullar, Mahamalar, Qasbinə və Tülü kəndlərinin ərazilərinin müəyyən bir hissəsi Balakən şəhərinin inzibati ərazisinə verildi. == Tarixi abidələri == Şəhərdə XVII-XIX əsrlərdə tikilmiş qeyri-adi minarəsi olan gözəl bir məscid yerləşir. Şəhər muzeyində bu regionun ənənəvi sənətlərin eksponatları yığılmışdır. Bir çox arxeoloji tapıntılar bu ərazilərdə hələ neolit dövründə yaşayış məskəninin olduğunu göstərir. Balakəndə 7,5 hektar sahəsi olan böyük şəhər parkı var. Parkda həmçinin kanat yolu tikilmişdir.
Balovlan (Urmiya)
Balovlan (fars. ‎‎‎‎الولان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 309 nəfər yaşayır (57 ailə).
Belovej razılığı
Belovej razılığı (rus. Беловежские соглашения) — 8 dekabr 1991 tarixdə Sovet Sosialist Respublikaları İttifaqının ləğv edilməsi barədə RSFSR, Belorusiya və Ukrayna tərəfindən imzalanmış saziş. Onlar burada Müstəqil Dövlətlər Birliyinin (MDB) yaranmasını elan etdilər. Hüquqi baxımdan bu müqavilə etibarsız hesab edilməlidir. Çünki SSRİ konstitusiyasının göstərişinə görə İttifaqın beynəlxalq hüququn subyektliyini itirməsinə, yəni ləğv edilməsinə yalnız ümumxalq səsverməsi (referendum) vasitəsilə birbaşa xalq qərar verməli idi (hərçənd ki, bir qədər əvvəl xalq bunu etmişdi. Referendumda sovet vətəndaşlarının 74 faizindən çoxu SSRİ-nin qalmasına səs vermişdi). Lakin B. Yeltsin, L. Kravçuk və S. Şuşkeviç Sovet İttifaqının digər subyektlərinin rəyini nəzərə almadan, bununla belə SSRİ Konstitusiyasının normalarını kobud surətdə pozmaqla səlahiyyətləri olmadıqları halda bu qeyri-hüquqi müqaviləni imzaladılar. Onu da qeyd etmək lazımdır ki, bu müqavilənin əsli "itirilmişdir". Heç bir dövlətin arxivində yoxdur. Ona görə də bu müqavilənin şərtləri haqqında detallı məlumat yoxdur.
Beretbinə (Balakən)
Beretbinə — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Beretbinə Balakən r-nunun Katex i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. Kəndin ərazisi vaxtilə Zaqatala r-nunun Qəbizdərə kəndinə aid binə yeri olmuşdur. Sonralar Qəbizdərədən çıxmış bir qrup ailənin burada məskunlaşması ilə daimi yaşayış məntəqəsinə çevrilmişdir. Daha sonralar kənd iki hissəyə bölünərək eyni adla yarısı Balakən, digər hissəsi isə Zaqatala r-nuna verilmişdir. Avar. peret "xırda ağaclıq", "kol-kos" mənasını bildirir. Oykonim "ərazisi kol-kosdan ibarət olan binə, kənd" deməkdir.
Məlikzadə (Balakən)
Məlikzadə — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd.
Qarahacılı (Balakən)
Qarahacılı — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd.
Qaravəli (Balakən)
Qaravəli — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd.
Qaravəlili (Balakən)
Qaravəli (Balakən)
Qaravəlli (Balakən)
Qaravəli — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd.
Qullar (Balakən)
Qullar — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd.2011-ci ildə Milli Məclisin qəbul etdiyi qərara görə, Qullar kəndinin müəyyən bir ərazisi Balakən şəhərinin inzibati ərazisinə daxil edilmişdir.
Sarıbulaq (Balakən)
Sarıbulaq — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd.