Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Batavia
Bataviya — ABŞ-nin Nyu-York ştatında yerləşən şəhər. 2020-ci ilin statistikalarına əsasən şəhərin əhalisi 15600 nəfərdir. == Ərazi == ABŞ Siyahıyaalma Bürosunun verdiyi məlumata əsasən şəhərin ümumi sahəsi 13,6 km²-dir. Ərazinin 13,4 km² hissəsi quru, 0.2 km² hissəsi isə sudur. == Əhali == 2000-ci ilin statistikalarına əsasən şəhərdə 16256 şəxs, 6457 ev və 3867 ailə vardır. Əhalinin tərkibi 90,23% ilə ağdərililərdən, 5,43% ilə qaradərililər və yaxud afroamerikalılardan, 0,48% ilə yerli amerikalılardan, 0,87% ilə asiyalılardan, 0,02% ilə Sakit okean adalılarından, 1,06% ilə digər etnik qruplardan ibarətdir.
Natalia Dil
Nathalia Goyannes Dill Orrico (Portuguese: [[Beynəlxalq fonetik əlifba|[naˈtaliɐ ˈdʒiw]]]; 24 mart 1986, Rio-de-Janeyro) — Braziliya aktrisası.
Natalia Ginzburq
Natalia Ginzburq — öz yaradıcılığında ailə münasibətləri, faşizm və İkinci dünya müharibəsi dövründə və bundan sonrakı dövrdə siyasi haidsələri və fəlsəfəni tədqiq edən italyan yazarı. O, roman, qısa hekayə və esseler yazmış və Strega Mükafatı və Bagutta Mükafatıma layiq görülmüşdür. Onun əsərlərinin əksəriyyəti igilis dilinə tərcümə olunaraq Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarında çap olunmuşdur. == Həyatı == 1916-cı ildə Sicilyada Palermo şəhərində dünyay gəlib, gəncliyinin böyük bir hissəsini ailəsi ilə birgə Turində keçirib. Histoloq olan atası Giuseppe Levi Yahudi əsilli italyan ailəsində doğulub, anası Lidia Tanzi isə katolik idi. Onun valideynləri Natalianı, bacısı Paolanı və üç qardaşını ateist kimi tərbiyə edib böyütmüşlər. onların evi mədəni həyat mərkəzi idi, valideynləri intellectual, fəal və industrial şəxsləri evlərinə qonaq edərdilər. Ginzburq ilk hekayəsini 17 yaşı olanda yazıb. Evlilik və ailəsi 1938-ci ildə Natalia Leon Giznburqla ailə qurur və onların bu nigahdan üç övladı dünyaya gəlir. Karlo, Andrea və Alessandra.
Natalia Oreiro
Nataliya Oreyro (19 may 1977, Montevideo) — Uruqvaylı aktrisa və müğənni. == Həyatı == Nataliya hələ uşaq olarkən Coca-Cola, Pepsi və Johnson & Johnson kimi dünyada məşhur olan iri firmaların reklamlarında çəkilməyə başlayıb. 16 yaşında Uruqvaydan Argentinaya köçmüş və karyerasını burada davam etdirmişdir. Nataliya Oreyro Azərbaycanda da kifayyət qədər sevilir. 2016-cı ilin aprel ayında Nataliya ilk dəfə ANS TV üçün özəl müsahibə vermişdir. Müsahibəni ANS ÇM 102 FM radiosunun aparıcısı Anar İbrahimli götürüb. Qeyd edək ki, Natalia Oreyro bundan öncə heç bir kanala müsahibə verməyib. Həmçinin Moskvada Azərbaycan fan-klubunun başçısı Məhər Məhərrəmov N. Oreyroyla görüşüb və ona müxtəlif hədiyyələr verib == Yaradıcılığı == 1995-ci ildə Dulce Ana adlı kinoda çəkilir. 1995-ci ildən kinolara çəkilməyə başlayan Natalia onu Argentina və bir çox ölkədə tanınmasını təmin edən Ricos y famosos (1997) filmində Valeria rolunu oynamış və bununla da məşhurlaşmışdı. Növbəti il o, əsəbi, şöhrətlənmək istəyən bir gənc rolunda Un Argentino en New York (1998) kinosunda tamaşaçının qarşısına çıxmışdı.
Natalia Tena
Natalia Qastiain Tena (1 noyabr 1984, London) — İngilis kinoteatr aktyoru və müğənni, Molotov Jukeboks qrupunun solistidir. Harri Potter film seriyasındakı Nimfadora Tonks rolunu canlandırmışdır. Həmdə teleserialda Oshinini canlandırmışdır. == Həyatı == 1 Noyabr 1984-cü ildə dünyaya gəldi. İspaniyalı ailə olan, ata Cesus Tena bir dülgər, ana Maria Tena isə katibədir. 9 yaşında, ailəsi Natalianı, İngilis klassiklərinin əsərlərinə dayanan istehsallarda məmnuniyyətlə yer aldığı bir teatr studiyasına qoydu. Natalianın səhnədəki ilk rolu, Villiam Şeksbrin ölümsüz əsərindən Culieti obrazı idi. " Harri Potter" filmi ilə məşhurlaşan Natalia, səhnəni tərk etmədi və 2008-ci ildə London mərkəzli teatr studiyası Royal Şeksbrin bir produksiyasında Othellodan Desdemona rolunu oynadı. == Karyera == Natalianın ekranda ilk çıxışı 2001-ci ildə gerçəkləşdi. İngilis teleserial olan "Həkimlər"in bir neçə seriyasında yer aldı.
Baftalı
Baftalı — Azərbaycanın qədim xalq rəqslərindən biri. Qədimdə saray xanımlarının geyindikləri bahalı parçalar, qadın geyimlərinin yaxalıqları, məhz, qızılı-ipək bafta ilə bəzədilərdi. Rəqsin melodiyasını Üzeyir Hacıbəyli özünün "Arşın mal alan" musiqili komediyasında istifadə etmişdir. Burada Əsgərin evlənmək istədiyini öyrənən Cahan xalanın; sözləri ilə oxuduğu mahnı bu rəqsin musiqisi ilə səsləndirilmişdir.
Bahamia
Akasiya (lat. Acacia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Ağac bitkisi olub, latınca "Acacia" adlanır. "Akaki" yunan sözü olub, bu ad Teofrast və Dioskoridin mülahizələrinə görə Misirdə olan "tikanlı ağac" adlanan "Akasiya torsilisin" adından götürülmüşdür. Azərbaycanın rayonlarında çox vaxt bitkini paxlalarının kənarının şirin olması və bal arılarını cəlb etdiyinə görə "balverən bitki" adlandırırlar. Dekorativ əhəmiyyətə malikdir. Çiçəklərinin tərkibində qatı, sarı rəngli və xoş ətirli efir yağı olduğuna görə ətriyyat sənayesində geniş istifadə olunur. Yaşıllaşdırma və bəzək-bağçılıqda böyük əhəmiyyət kəsb edir. MNB-da kolleksiyada becərilir. == Sinonimləri == Acaciopsis Britton & Rose Bahamia Britton & Rose Delaportea Thorel ex Gagnep.
Baltalı
Baltalı — Azərbaycan Respublikasının Şəki rayonunun Baltalı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kiş çayının sağ sahilində, Alazan-Həftəran vadisindədir. Yaşayış məntəqəsini XIX əsrdə Gürcüstanın indiki Laqodexi rayonundakı Balta kəndindən köçüb gəlmiş ailələr salmışlar. Baltalı qədim türk tayfalarından birinin adıdır. Qədim zamanlarda türk ellərinə yadellilərin hucumu zamanı hər bir kənd müxtəlif silahlarla silahlanırdı. Sonralar kəndlər döyüş zamanı yerinə yetirdikləri funksiyalarına görə adlandırılırdı. Məs.: balta > baltalı/baltaçı; sapan > sapancı/sabançı/ sabance/sabuncu; yay > yaylı/yayçı; qılınc > kılıclı/qılınclı; top > topcu və s. Başqırdıstanda Baltaçayevski, Starobaltacevo, Tatarıstanda Baltask, Odessa vilayətində Balta və s. qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Kənd Şəkinin 6–7 km-ində yerləşir.
Bartolia
Tridax (lat. Tridax) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Batanta
Batanta (ind. Pulau Batanta) — Raja Ampat adalarının ən böyük 4 adasından biri. Misool, Salavati və Vayqeo ilə birlikdə "4 kral" adlandırılırlar. Sahəsi 455,9 km²-dir. Ən yüksək nöqtəsi 1183 metr; sahil xəttinin uzunluğu 226,6 km-dir.
Bataqlıca
Bataqlıca (lat. Eleocharis) - cilkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Bataqlıca:The Plant List saytında takson barədə məlumat.
Bataqlıq
Bataqlıq – Yer səthinin izafi rütubətlənərək tam çürüməmiş üzvi maddələrin toplandığı sahəsinə deyilir. Bataqlıq müxtəlif yolla-sututarlarda suyun azalması və quruması, yeraltı suların səthə çıxması, çay daşqınları nəticəsində quru sahələri su basması və s. yolla əmələ gəlir. Belə yerlərdə bataqlıq tipli torpaqəmələgəlmə prosesi gedir. Azərbaycanda özünəməxsus qamış bataqlıqlarına Kürçayı boyu, Lənkəran və Samur-Dəvəçi düzənliklərində, magistral kanalların kənarında rast gəlinir. Xəzər dənizinin qalxması ilə əlaqədar suyun ətraf sahəni basması nəticəsində yeni bataqlıqların əmələ gəlməsi müşahidə olunur.Dünyada ən böyük bataqlıq Boliviya ilə Paraqvay ərazisində yerləşən Pantanal bataqlığıdır (150.000 km2) Bataqlıq hidrologiyası quru hidrologiyası bölməsi; torf çöküntülərilə örtülmüş bataqlıqları və bataqlıqlaşmış torpaqları öyrənir. Bataqlıq hidrologiyası rütubətin torf çöküntüləri və bitki örtüyü ilə qarşılıqlı əlaqəsini, bataqlıqlarda suyun hərəkətini və yerdəyişməsini, bataqlıq massivlərində axının formalaşmasını, buxarlanmanı və su-istilik balansını, bataqlıq daxili hidroqrafik şəbəkənin formalaşması qanunauyğunluğunu, bataqlıq suarının hidrokimyasını, bataqlıqlar arası və bataqlıqların ətraf mühitlə (atmosferlə, səth, qrunt və yeraltı sularla) əlaqəsi məsələlərini tədqiq edir.
Bataviya
Bataviya — ABŞ-nin Nyu-York ştatında yerləşən şəhər. 2020-ci ilin statistikalarına əsasən şəhərin əhalisi 15600 nəfərdir. == Ərazi == ABŞ Siyahıyaalma Bürosunun verdiyi məlumata əsasən şəhərin ümumi sahəsi 13,6 km²-dir. Ərazinin 13,4 km² hissəsi quru, 0.2 km² hissəsi isə sudur. == Əhali == 2000-ci ilin statistikalarına əsasən şəhərdə 16256 şəxs, 6457 ev və 3867 ailə vardır. Əhalinin tərkibi 90,23% ilə ağdərililərdən, 5,43% ilə qaradərililər və yaxud afroamerikalılardan, 0,48% ilə yerli amerikalılardan, 0,87% ilə asiyalılardan, 0,02% ilə Sakit okean adalılarından, 1,06% ilə digər etnik qruplardan ibarətdir.
Batolit
Batolit — sahəsi 200 m2-dən çox və bəzən 2000 m2-ə çatan, əsasən, qranitoidlərdən ibarət olan iri intruziv. Adətən qırışıq zonalarda iri qalxıntıların mərkəz hissələrində çökmə süxurlar arasında yerləşir. Bəzi tədqiqatçılar ultrametamorfizmin inkişaf etdiyi kembriyə qədər qalxanlarda yayılmış iri plutonları batolit aid edir. Mənşəyi mübahisəlidir. Tədqiqatçıların çoxu hesab edirlər ki, batolit formalaşmasında blokların şaquli yerdəyişməsi əsas rol oynayır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Baytala
Baytala — Tiflis quberniyasının Borçalı qəzasında (indi Marneuli rayonunda) kənd adı. == Toponimkası == Baytala - Tiflis quberniyasının Borçalı qəzasında (indi Marneuli rayonunda) kənd adı.Gürcücə yazılış forması Baitalo. Dağıstan əyalətinin Teymurxanşura dairəsində Baytal kənd adı ilə eynidir. Monqolca bu adal - "düşərgə", "elin dayanacaq yeri" və tala sözündəndir.
Bağtala
Bağtala — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 2009-cu il tarixinə olan rəsmi məlumata əsasən kənddə cəmi 9 nəfər əhali yaşayır. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 2 təsərrüfatda hər iki cinsdən toplam 9 nəfər əhali yaşamaqdadır. == Toponimikası == Bağtala oyk., mür. Qax r-nunun Qaxingiloy i.ə.v.-də kənd. Bağtala keçmişdə Qaxbaş kəndinə məxsus bağların adı olmuşdur. XIX əsrin ortalarında həmin kənddən ayrılmış ailələrin burada məskunlaşması nəticəsində yaranan yaşayış məntəqəsinə elə həmin bağların adı verilmişdir. Oykonim "bağ içərisində kənd" deməkdir. == Abidələri == Yaxınlıqda yarım-xaraba şəkildə dövrümüzə gəlib çatmış Müqəddəs Bakirə Kilsəsi vardır.
Cacalia
Cacalia (lat. Cacalia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Catalpa
Katalpa (lat. Catalpa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin biqnoniyakimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == === Azərbaycanın dərman bitkiləri === Yumurtavari katalpa (Catalpa ovata) === Digər növləri === Catalpa bignonioides Walter – Catalpa brevipes Urb. – Catalpa bungei C.A.Mey. – Catalpa cassinoides Spreng. – Catalpa communis Dum.Cours. – Catalpa cordifolia Moench – Catalpa denticulata Urb. – Catalpa domingensis Urb. – Catalpa duclouxii Dode – Catalpa ekmaniana Urb. – Catalpa fargesii Bur.
Catatia
Catatia (lat. Catatia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Katalpa
Katalpa (lat. Catalpa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin biqnoniyakimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == === Azərbaycanın dərman bitkiləri === Yumurtavari katalpa (Catalpa ovata) === Digər növləri === Catalpa bignonioides Walter – Catalpa brevipes Urb. – Catalpa bungei C.A.Mey. – Catalpa cassinoides Spreng. – Catalpa communis Dum.Cours. – Catalpa cordifolia Moench – Catalpa denticulata Urb. – Catalpa domingensis Urb. – Catalpa duclouxii Dode – Catalpa ekmaniana Urb. – Catalpa fargesii Bur.
Nataliya
Nataliya — Ukraynada ad. Nataliya Leqonkova — Ukraynalı marafonçu. Nataliya Sançez — Kolumbiyalı oxatan. Natalya Lavrova — Rusiyanı təmsil edən bədii gimnast. Natalya Sneqovaya — AMEA Zoologiya İnstitutu, biologiya elmləri doktoru Natalia Ginzburq — italyan yazarı Nataliya Sinişin — Ukrayna əsilli Azərbaycanlı güləşçi Nataliya Budilo — Belarusu təmsil edən bədii gimnast. Nataliya Kelli — Avstriya müğənnisi Nataliya Barbu — məşhur moldovalı müğənni, skripka ifaçısı.
Çatalca
Çatalca (türk. Çatalca) — İstanbul ilinin ilçəsi. 26 iyun 1926 tarixində yaradılan Çatalca rayonunun əhali sayı 68,935 nəfərdir (2016-cı ilin statistikasına görə). Rayon cənubda Böyükçəkməcə, qərbdə Silivri və Təkirdağ, şərqdə Avcılar, Kiçikçəkməcə və Qaziosmanpaşa məhəllələri ilə əhatə olunmuşdur. 1291 km² sahəsi olan Çatalca rayonu 40 məhəllədən ibarətdir. == Coğrafiya == İlçənin ərazisi 1.291 km²-dır. Bu ərazin böyük əksəriyyəti meşələrlə örtülüdür. Sahil uzunluğu 135 km təşkil edir. İl mərkəzinə məsafə isə 55 km-dir. Cənubda Böyükçəkməcə, qərbdə Silivri və Qaziosmanpaşa ilçələri ilə qonşudur.
Natalya
Natalya — ad.
Aralia
Araliya (lat. Aralia) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinə aid bitki cinsi. Kiçik ağaclar, çox vaxt kollar, yaxud hündür çoxillik otlardır. Yarpaqları lələkvarı bölümlüdür. Çiçəkləri iri süpürgə çiçək qrupunda toplanmışdır. Şərqi və Cənub-Şərqi Asiyada, Şimali Amerikanın cənubunda 40-adək növü məlumdur. Uzaq Şərqdə 3 növü bitir. Kolşəkilli, cüt lələkli, mürəkkəb yarpaqlı, bərk tikanlı ağacdır. Araliyaların çoxu orijinal dekorativ bitkilərdir. Çox vaxt araliyakimilərin digər cinslərinin növlərini də səhvən araliya adlandırırlar: məs., gövdəsinin özəyindən kağız hazırlanmasında istifadə edilən Cənubi Çin kolu tetrapanaks; otaq və oranjereya bitkisi kimi becərilən Yaponiya fatsiyası.
Babalı
Babalı (Cəlilabad) — Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Babalı (Çaldıran) — Bəbəli — Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.