BAFTALI

sif. Bafta ilə işlənmiş, bafta ilə bəzəkli, bafta tikilmiş, baftadan köbə tikilmiş.
Ağcaxanım abı, pəncə-pəncə zərli donunu, döşü baftalı, qırmızı tafta köynəyini geyib, … mətbəxdə plov bişirməkdədir. H.Sarabski.
Güllü arvad sumağı şaldan gen-bol qırmızı tuman, … yaxası və qolunun ağzı baftalı uzun arxalıq geymiş(di). Ə.Əbülhəsən.

BAFTALAMAQ
BAFTAŞALVARLI
OBASTAN VİKİ
Baftalı
Baftalı — Azərbaycanın qədim xalq rəqslərindən biri. Qədimdə saray xanımlarının geyindikləri bahalı parçalar, qadın geyimlərinin yaxalıqları, məhz, qızılı-ipək bafta ilə bəzədilərdi. Rəqsin melodiyasını Üzeyir Hacıbəyli özünün "Arşın mal alan" musiqili komediyasında istifadə etmişdir. Burada Əsgərin evlənmək istədiyini öyrənən Cahan xalanın; sözləri ilə oxuduğu mahnı bu rəqsin musiqisi ilə səsləndirilmişdir.
Qırmızı baftalı söyüd sovkası

Digər lüğətlərdə