Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bekon üsyanı
Bekon üsyanı - 1676-cı ildə Vircinya koloniyasının Ceymstaun şəhərində zəngin kolonistlərə qarşı başladılmış üsyan hərəkatı. Bekon üsyanı yoxsul və qəzəbli mühacirələrin öz düşmənləri olaraq gördükləri iki qrupa yənilmişdi. Bu qruplardan biri hindular, digəri isə kolinistlərin zəngin və imtiyazlı liderləri idilər. == Arxa plan və üsyanın başlanması == 1676-cı ildə müasir dövrdə mövcud olmayan Vircinya koloniyasının Ceymstaun şəhərində baş vermiş üsyan Şimali Amerikada başqa bir qitədən gəlmiş şəxslərin törətdikləri ilk üsyan hadisəsi kimi də tarixə keçmişdir. Bekon üsyanı aşağı təbəqədən olan qrupları bir mərkəzdə birləşdirmişdir. Üsyana qoşulanlar əsasən salınmış koloniyalardakı çətin şəraitdən narazı olan Avropadan gəlmə sakinlər idi. Sərhəd bölgəsində yaşayan sakinlər üsyana ilk qalxan tərəf olmuşdur. Daha sonra qara dərili qullar və nökərlər olaraq təsnif edilən işçi qrupuda koloniyada yaranmış siniflər arasındakı uçurma öz etirazlarını bildirmək üçün üsyan hərəkatına qoşulmuşdur. Bekon üsyanı Vircinyanın qərb sərhədlərindəki problemlərlə başladı. 1670-cı illərdə zəngin plantatorlar şərqi Vircinyanın böyük hissəsinə nəzarət edirdi.
Frensis Bekon
Frensis Bekon (ing. Francis Bacon; 22 yanvar 1561 – 9 aprel 1626) — ingilis filosofu, tarixçisi, siyasi xadimi və yazıçısı, empirizmin banisi. Elmi ictimaiyyət tərəfindən qəbul edilməyən belə bir iddia mövcuddur ki, Şekspirin əsərlərinin müəllifi əslində Frensis Bekon olmuşdur. == Fəlsəfəsi == 1584-ci ildə ingilis parlamentinə deputat seçilmiş, 1613-1617-ci illərdə İngiltərə və Uelsin Baş Prokuroru, 1617-1621-ci illərdə İngiltərə hökumətində ən yüksək vəzifələrdən sayılan lord-kansler, həmçinin 1617-1618-ci illərdə Böyük möhürün lord-qoruyucusu vəzifələrini tutmuşdur. 1621-ci ildə rüşvətdə ittiham edilərək məhkəməyə cəlb olunmuş, vəzifələrindən azad edilmişdir. Lakin, kral tərəfindən əfv edilmiş, bundan sonra vəzifəyə qayıtmayaraq elmi və ədəbi fəaliyyətlə məşğul olmuşdur. F.Bekon hesab edirdi ki, fəlsəfənin başlıca vəzifəsi elmi idrakı əsaslandırmaqdır. Bekona görə, elmi bilik insana xeyir vermək məqsədi güdməlidir, təbiət qüvvələrindən insanların rifahı üçün istifadə etmək lazımdır. Bekon fəalyyətə hüquqşünas kimi başlasa da, sonradan filosof və elmi inqilabın tərəfdarı kimi tanınır. Onun əsərləri elmi tədqiqatların induktiv metodologiyasının əsası və təbliğatçısı kimi tanınmağa başladı.
Rocer Bekon
Rocer Bekon (ing. Roger Bacon; təq. 1220 – təq. 1292 və ya 1294, Oksford) — ingilis filosofu və təbiətşünası. Sxolastik metodlarla elmin insanlara fayda verməli olduğunu irəli sürdü. Bekon Aristotelin baxışlarına istinad edərək göstərirdi ki, duyğular mühüm psixi proseslərin daha vacibi olmaqla, biliklərin yaranmasına material verir.
Beton
Beton (frans. béton) — təbii daşın tikintidə yaratdığı çətinlikləri aradan qaldırmaq üçün istifadə olunan süni daş material. Beton səmərəli şəkildə seçilmiş, əsaslı qarışdırılmış və sıxlaşdırılmış tərkibli hər hansı bir mineral yapışdırıcı, doldurucu, su və bəzən xüsusi əlavələrdən ibarət qarışığın bərkiməsi nəticəsində yaranır. Bərkiməsindən öncə bu komponentlərin qarışığı beton qarışığı adlanır. Bu qarışıq müxtəlif tərkiblərə bölünür. Su və yapışdırıcı beton tərkibində əsas və aktiv maddələrdir. Onların kimyəvi qarşılıqlı təsiri nəticəsində yapışqan xəmir konsistensiyalı (sement xəmiri, sement südü) yeni birləşmə yaranır. Həmin birləşmə xırda və iri doldurucunun dənələrini nazik layla bürüyür. Bir müddət keçdikdən sonra dənələri sıxlaşdıraraq bu birləşmə bərkiyir və beləliklə beton qarışığı möhkəm monolit daşa — betona çevrilir. Doldurucular (qum, ələnti, qırmadaş, çınqıl və s.) betonun tərkibinin 80–85%-dək təşkil edir və sıxılmanın qarşısını alaraq betonun möhkəm skeletini yaradır.
Bevon
Bevon (fr. Bevons, oks. Bevonç) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Nuaye-syur-Jabron kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04027. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 164 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 111 nəfərin (15-64 yaş arasında) 83 nəfəri iqtisadi cəhətdən, 28 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 74.8%, 1999-cu ildə - 67.4%). Fəal olan 83 nəfərdən 76 nəfər (43 kişi və 33 qadın) işləyir, 7 nəfər işsizdir (4 kişi və 3 qadın).
Beko
BEKO – Türkiyənin Arçelik A.Ş. şirkətinin tərkibinə daxil olan əmtəə nişanı. Məişət texnikasının istehsalı üzrə ixtisaslaşmışdır. Kompaniya Türk mühəndis Vehbi Koç tərəfindən yaradılmışdır. Koç öz biznesinə tikinti materiallarının satışı ilə başlamışdır. O, 20 il Koçzade Ahmet Vehbi Trading Company adlanan ailə şirkətində işlədikdən sonra fəaliyyət çevrəsini genişləndirmək qərarına gəlir. 1944-cü ildə Koç Türkiyədə ilk olaraq avtomobillərin satışı üzrə şirkət açır. On ildən sonra isə Koç Bejerano şirkəti ilə birgə BEKO markasını qeydiyyatdan keçirir. Bu brend altında iki şirkət konservlər və tomat şirəsi istehsalını təşkil etmək istəyirdilər. Əmtəə nişanının adı Bejerano və Koç adlanan şirkətlərin birinci hərflərini özündə birləşdirirdi. Lakin yeni biznesin açılması zamanı ortaya problemlər çıxdı.
Bekor Aşot
Bekor Aşot (erm. Բեկոր Աշոտ; 6 oktyabr 1959, Bakı – 24 avqust 1992, Ballıqaya, Ağdam rayonu) — Qarabağ müharibəsində və Şuşanın işğalında iştirak etmiş erməni əsilli terrorçu. Müharibədə çoxlu yaralar aldığı üçün Bekor (Şüşə qırığı) ləqəbi ilə tanınmışdır. Bekor Aşot öz batalyonu ilə birlikdə Şuşanın işğalında yaxından iştirak etmişdir. Azərbaycan ordusu tərəfindən Ağdərə rayonun Ballıqaya kəndində öldürülmüşdür. == Həyatı == Bekor Aşot və ya əsil adı ilə Aşot Qulyan 1959-cu ilin 5 oktyabr tarixində Bakı şəhərində anadan olmuşdur. 1975-ci ildə Qulyanlar ailəsi əvvəlcə Ağdam rayonunun Xındırıstan kəndində, daha sonra isə Xankəndi şəhərinə köçmüşdür. Qarabağda yaşadığı dövrdə sürücü, dərzi və bənna kimi müxtəlif işlərdə çalışan Bekor bu yolla ailəsini dolandırmışdır. Hərbi biliklərinin olmasına görə müharibənin başlamasından az əvvəl kustar üsulla hazırlanmış əl qumbaralarınını düzəldilməsində yaxından iştirak etmişdir. Qarabağ müharibəsinin başladığı 1991-ci ildən etibarən Bekor Aşot əmək fəaliyyətinə son verərək döyüşlərə qatılmışdır.
Dəmir-beton
Dəmir-beton — polad (armatur) istifadə edərək betonun möhkəmləndirilməsi ilə istehsal olunan tikinti materialının adıdır. Binada istifadə olunan dəmir-beton elementlər (sütunlar, dirəklər, döşəmə və s.) bəzi gərginliklərə məruz qalır. Bunlar ümumiyyətlə sıxılma, gərilmə, kəsmə və burulma təsirləridir. Təbii xüsusiyyətinə görə qırılmağa meyilli olan betonu, kompozit bir tikinti materialı olan dəmir-betona çevirmək üçün süni poladla gücləndirirlər. Bu möhkəmləndirmə ilə açıqlıqları daha kiçik en kəsikləri ilə keçmək mümkün olmuşdur. Təchizata yerləşdirilmiş polada sonradan və ya əvvəlcədən gərginlik verilərək ön dartılı/sonradan sıxılmalı beton əldə edilir. Dəmir-beton bina elementindəki beton və polad birlikdə bu dartınmaya müqavimət göstərir. Bu vaxt beton sıxılma, polad isə çəkilmə gərginliyini qarşılayır.
Peter Beron
Peter Beron (bolq. Петър Хаджиберович Берон; təq. 1799 – 21 mart 1871, Krayova) — Bolqarıstan pedaqoqu, alimi, ensiklopedisti, müəllimi, filosofu, həkimi və təbiətşünası. == Bioqrafiya == Peter Beron 1799-cu ildə Koteldə anadan olub. Qısa müddət Braşovda yaşayıb. O, yerli internat məktəbində və müəllim Andon Hacı Krinçunun Ellin-Bolqar məktəbində təhsil alıb və oranı bitirdikdən sonra işə başlayıb. 21 yaşında Buxarestə getmiş, burada Yunanıstan Knyazlıq Akademiyasında, daha sonra isə həmvətənlərinin köməyi ilə Avropanın müxtəlif universitetlərində təhsil almaq imkanına sahib olub. O, Heidelberg və Münhendə tibb təhsili alıb. Münhendə Fridrix Şellinq və Lorens Okkenin mühazirələrini dinləyib. 1831-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək Rumıniyaya qayıdır.
Beon (En)
Beon (fr. Béon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01039. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 373 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 251 nəfər (15-64 yaş arasında) arasında 186 nəfər İqtisadi fəal, 65 hərəkətsiz (fəaliyyət göstərici - 74.1%, 1999-cu ildə bu 69.5% idi). Aktiv 186 sakindən 174 nəfər (102 kişi və 72 qadın) işləyir, 12 nəfər işsizdir (5 kişi və 7 qadın). Aktiv olmayan 65 nəfər arasında şagird və ya tələbə, 24 nəfər təqaüdçü, 21 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Ön dartılı beton
Ön dartılı beton — tikintidə istifadə olunan, detveytinin o tərəfində hər hansı bir yükü dəstəkləmədən əvvəl sıxışdırılaraq yaradılan bir beton növüdür.
Baken
Baken (nid. baken – siqnal, işarə) — naviqasiya təhlükələrini və ya farvaterləri (gəmi yolunu) bildirmək üçün lövbərə bağlanmış üzən nişan. Konusvarı, silindrik, yaxud kürə formasında olur. Yerləş dirilmə sistemindən asılı olaraq müxtəlif rəngli bakenlər var. Baken işıqlandırma qurğuları, işıq əksediciləri və ya səs siqnalı qurğuları ilə təchiz edilir. Fənəri avtomatik yanıb-sönən bakenlərdə gecələr qırmızı (sağ sahil) və ya ağ (sol sahil) siqnal işığı yanır. Yaşayış məntəqələri yaxınlığında ağ işıq yaşıl işıqla əvəz edilir. == Həmçinin bax == == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Balkon
Balkon (İtalyanca: balcone) — tikililərdə xarici divarın qarşısında, çox vaxt üstü açıq olan hissə. Balkonlara qapı vasitəsilə keçirlər. Böyük qonaq evlərində həyətə baxan qapıların açıldığı bir yanı həyətə baxan dəhlizlər də balkondur. Balkon fikri ilk dəfə xristianlıqda, imperator və imperatriçanın kafedrallardakı dini ayinləri xalqdan uzaq, onlarla əlaqəsi olmayan bir yerdə icra etmək ehtiyacından meydana çıxmışdır. Balkonların ölçüləri və xüsusiyyətləri mədəniyyətdən mədəniyyətə, binadan binaya dəyişir.
Baron
Baron — ad. Baron Bosiyev — Osetiyalı yazıçı, şair, sovet mədəniyyət və ədəbiyyat xadimi. Baron Zemo — Marvel Comics tərəfindən yaradılmış anti-qəhrəman. Baron Münxhauzen — uydurma Almaniya zadəganı.
Beason
Beason — ABŞ-nin Nyu-York ştatında yerləşən şəhər. 2020-ci ilin statistikalarına əsasən şəhərin əhalisi 13769 nəfərdir. == Ərazi == ABŞ Siyahıyaalma Bürosunun verdiyi məlumata əsasən şəhərin ümumi sahəsi 13 km²-dir. Ərazinin 12 km² hissəsi quru, 0,26 km² hissəsi isə sudur. == Əhali == 2000-cu ilin statistikasına əsasən şəhərin əhalisi 13808 nəfərdir. Şəhərdə 5091 ev və 3360 ailə vardır. Əhalinin tərkibini 68,37% ilə ağdərililər, 31,63% ilə afroamerikalılar, 1,31% ilə asiyalılar, 0,31% ilə yerli amerikalılar, 6,92% ilə isə digər etnik qruplar təşkil edir. Şəhərdə Sakit okean adalıları yoxdur.
Beden
Beden Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. == Toponimkası == Beden - Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. Şimali Qafqazda Kuban əyalətində Beden dağ və Stavropol əyalətində Veden dairə adı ilə eynidir. Türk dillərində bet "aşırım", "dağ yamacı" və in "mağara" sözlərindəndir.
Behen
Vernonia (lat. Vernonia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Bekhyon
Byun Baekhyun (kor. 변백현, ing. Byun Baek-hyun 6 may 1992, Vonmi-qu[d], Kyonqido) — Cənubi Koreya müğənnisi, repperi və musiqiçisi. Cənubi Koreya və Çin musiqi qrupu EXO və EXO-CBX-in üzvüdür. == Həyatı == Baekhyun, 6 may 1992-ci ildə Cənubi Koreyanın Puçxon şəhərində doğulub. Özündən 7 yaş böyük Baekbeom adlı qardaşı vardır. Baekhyun, 11 yaşında ikən musiqi ilə məşğul olmağa başlayıb. Puçxonda Jungwon lisseyinde təhsil almışdır. Həmçinin pianino çalmağı da öyrənmişdir. O, döyüş sənətləri ilə də məşğul olmuş, Hapkido da qara kəmər sahibidir.
Belen
Belen Xanım - türk mifologiyasında səyahət ilahəsi. Pelen Ana olaraq da tanınır. Yolçuları qoruyar. Yolların təhlükəsizliyini təmin edər. Səfər edənlər ona dua edərlər. Yolçulara zərər verən quldurları cəzalandırar. Yolda diyar qalmaq deyimi, sözün mövzuyla əlaqəsini açıq şəkildə ifadə edir. Bu ruhu məmnun etmək üçün çÇalama edilir, yəni müqəddəs ağaclara saçılar verilir, bez bağlanır. Uzun yola çıxacaq olan oba onun adını xatırlayaraq atəşlərə "saçı edər, "adak" edirlər. == Etimologiya == (Bel) kökündən törəmişdir.
Benin
Benin Respublikası (fr. République du Bénin; yor. Orílẹ̀-èdè Olómìnira ilẹ̀ Benin), Benin (fr. Bénin; yor. Benin — Qərbi Afrikada dövlət, rəsmi adı Benin Respublikası. 1975-ci ilədək Daqomeya) — Qərbi Afrikada dövlət. Benin körfəzinə və Qvineya körfəzinə çıxışı var. Şimalda Burkina Faso və Niger, şərqdə – Nigeriya, qərbdə Toqo ilə həmsərhəddir. Paytaxtı — Porto-Novo, ancaq hökumət ölkənin ən böyük şəhəri olan Kotonuda yerləşir. == Tarix == === Ən qədim dövrlərdən XIX əsrin sonlarınadək === Müasir Benin dövlətinin şimalında qurma tayfaları məskunlaşmışdı, sonralar onlar müasir Nigeriya ərazisindən gələn barba tayfaları tərəfindən sıxışdırıldılar.
Beçin
Beçin — Türkiyənin Muğla vilayətinin cənubunda, Milas şəhərində məhəllə. 2012-ci ildə YUNESKO-nun Ümumdünya İrs Müvəqqəti Siyahısına daxil edilmişdir. == Tarixi == Beçin Roma, Məntəşəoğulları və Osmanlılar da daxil olmaqla, tarixi boyu bir çox fərqli sivilizasiyaya ev sahibliyi etmişdir. Beçin XIII əsrin axırlarında türkmənlərin qurduğu Məntəşəoğulları bəyliyi tərəfindən tutulmuşdur. Şəhər bəyliyin paytaxtı olmuş və sürətlə genişlənmişdir. 1333-cü ildə İbn Bətutə Beçini ziyarət etmiş, onu yeni qurulmuş bir şəhər kimi təsvir etmiş, evlərini və məscidlərini xatırlatmışdır. Orada qalan abidələrin əksəriyyəti XIV əsrə aiddir.Qəsəbə 1980-ci illərə qədər mövcud olmuşdur.
Bədən
Bədən (latınca Corpus) — canlı varlığın fiziki üst qatı. Bioloji bədənlərin quruluşunu anatomiya, onun fəaliyyətini isə fiziologiya elmləri öyrənir. Ölmüş bədən cəsəd, yaxud meyit adlanır. Bədən yaranışdan cəsəd halına qədər bir neçə mərhələdən keçməlidir: Döl və ya toxum olmaq. Ana garnı dönəmi. Doğulmaq və ya gövərmək ki ki öz yaşamının özgür dönəminin başlangıc nöqtəsidir. Böyümək və öz kimisin yaratmaq. Qocalmaq və çürümək. Ölmək və qurumaq.heyvan və insan ölü gövdəsinə ləş və ya cəsəd deyilir. == Maraqlı Faktlar == Bədənimizdə o qədər çox karbon daşıyırıq ki, bunları bir yerə toplayıb istifadə etmək mümkün olsa 9000 ədəd karandaş edə bilərik.
Bəklə
Bəklə — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Qobustan rayonu Qozluçay hövzəsi qarşısında yerləşir . Kəndin adı ilə bağlı bir neçə fikirlər vardır . Tarixçi Nürəddin Bəndəliyev öz Dağlıq Şirvanın toponimləri kitabında Kitabi Dədə Qorqudun qəhrəmanlarından biri Bəkilin adına işarə edir . Bundan başqa qədim türk dilli xalqlardan birinin adı Bəkli olmuşdur. Bəklə türk dilində gözlə deməkdir. Kənd 1999-cu ildə yaranmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 291 nəfər əhali yaşayır.
Aleksandr Baron
Aleksandr Baron (ing. Alexander Baron) — Böyük Britaniya yazıçısı və ssenaristidir.
Balkon (tablo)
Balkon (fr. Le Balcon) — Eduard Mane tərəfindən 1868–1869-cu illərdə çəkilmiş rəsm əsəri.