Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bicəvan (Miyanə)
Bicəvan — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Türkman bölgəsinin Üçtəpə kəndistanında, Türkman qəsəbəsindən 13 km. qərbdədir.
Bərəvat
Bərəvat— İranın Kirman ostanının Bəm şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 15,388 nəfər və 3,950 ailədən ibarət idi.
İcevan
İcevan, Karvansara — Ermənistanda Tavuş regionunun İcevan rayonu ərazisində, İrəvan-Tiflis şose yolunun üstündə Ağstafa çayı sahilində yerləşən şəhər. İcevan rayonunun mərkəzi. == Tarixi == Ermənistan hakimiyyət orqanları tərəfindən şəhərin adı dəyişdirilərək İcevan adlandırılıb. 1961-ci ildən respublika tabeli şəhərdir. == İstinadlar == == Xarici keçidlər == Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, «Təhsil», 2006, 92 səh. İndiki Ermənistan qədim türk yurdu idi Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı == Həmçinin bax == Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası == Mənbə == Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov.
Biləvar (Xoy)
Biləvar (fars. بيله وار‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Bisəvad Teymur
Bisavad Teymur və ya Aşıq Teymur Əhmədov (1903, Tap Qaraqoyunlu, Goranboy rayonu – 1981) — el şairi == Həyatı == Teymur Əsgər oğlu Əhmədov 1903-cü ildə Cavanşir qəzasının Tap Qaraqoyunlu (indiki Goranboy rayonu) anadan olmuşdur.Savadsızlığından dolayı "Bisavad" təxəllüsü daşıyırdı. Zəngin yaradıcılıq yolu keşmişdir. Şeirlərinin əlyazması ailəsində saxlanılır. Aşıq şeirinin müxtəlif formalarında bir-birindən maraqlı nümunələr yaratmışdır. Çap olunan şeirləri onun kifayət qədər güclü istedada ma lik olmasından xəbər verir. Klassik ədəbiyyatın mükəmməl bilicilə rindən olan sənətkar xalq şeiri üslubunda yazmağa üstünlük vermişdir. == Ailəsi == Teymurun kiçik yaşlarından atası ölmüş, anasının himayəsində yaşamışdır. El şairinin oğlu Mirzə Əsgərovdur.
Kumimanu biceae
Kumimanu biceae (lat.) —Pinqvinkimilər dəstəsinə aid olan nəsli kəsilmiş quş növü. Təqribi olaraq 59,5–55,5 mln il əvvəl yaşaması ehtimal edilir. Onların dinozavrların məhvindən sonra yayılması guman edilir. Bu canlının qalıqları Yeni Zelandiya ərazisində aşkar edilmişdir. Yeni növün açılışı 2017-ci ilin dekabrında elan edilmişdir. == Xüsusiyyətləri == Kumimanu biceae pinqvinlərinin hündürlüyü 170 sm, uzunluğu dimdikdən quyruğa qədər 140 sm, çəkisi isə 100 kq olmuşdur. Bu elmə məlum olan ən böyük pinqvindir. == İstinadlar == == Xarici keçidlər == Malcolm Ritter: Ancient penguin was as big as a (human) Pittsburgh Penguin on phys.org, retrieved 15 December 2017 (Note: The title refers to the Pittsburgh Penguins ice hockey team).
İcevan rayonu
İcevan rayonu — Ermənistan SSR və Ermənistan Respublikasında mövcud olmuş rayon. İnzibati mərkəzi İcevan şəhəri olmuşdur. == Tarixi == 1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 1336 kv. km-dir. Rayon mərkəzi respublika tabeli Karvansara (dəyişdirilmiş adı İcevan) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 142 km-dir. İcevan rayonunun ərazisinə Qaraqoyunlu dərəsinin də bir hissəsi daxildir. Rayonun ərazisi Pəmbək, Murğuz, Hələb və Karvansara dağ silsilələri ilə əhatə olunub. Ağstafa çayı (Kür hövzəsi) rayon boyu axır.
Cevat Selam
Cavad İslam Əli oğlu Salamov (türk. Cevat Selam) — Azərbaycan və Türkiyə alimi. == Həyatı == Cavad Salamov (Cevad Selam)12 oktyabr 1946-cı ildə Bakı şəhərində doğulmuşdur. 1964 cü ildə Bakıdakı 199 saylı orta məktəbi bitirmiş, Həmin il Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olmuşdur. 2-ci kursdan Lomonosov adına Moskva Dövlət Universitetinin fizika fakultəsinə oxumağa göndərilmişdir. 1971 ci ildə həmin Universiteti bitirən Cavad Salamov Moskva şəhərinin Dubna Qəsəbəsində yerləşən Atom Nüvə Araşdırmaları İnstitutunda aspiranturaya başlamış və 1971-ci ildə "Deformasiyalı Nüvələrdə Maqnetik Dupol Təsirləri" mövzusunda elmi işini müdafiə etmiş və 1977-ci ildə "Atom Nüvələrində İzovektor Təsirləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1996-cı ilə qədər Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunda işləmişdir. 1988-ci ildə başlayan Azərbaycanın Milli Azadlıq Hərəkatında ön sıralarda yer almış, Azərbaycan Xalq Cəbhəsinin qurucularından olmuşdur. 1996-cı ildə Kütahya Dumlupınar Universitetinə dəvət edilərək Fizika bölməsində Professor olaraq 2002-ci ilə qədər fəaliyyət göstərmişdir. 2002-2011-ci illərdə Eskişehir Anadolu Universitetində elmi fəaliyyətini davam etdirmişdir.
Cevat Çobanlı
Cevat Çobanlı (türk. Cevat Çobanlı; 14 sentyabr 1870, Konstantinopol – 13 mart 1938, İstanbul) — Osmanlı ordusunun hərbi komandiri, Osmanlı İmperiyasının Müharibə naziri və Türk ordusunun generalı olmuşdur. == Həyatı == 1870-ci ildə İstanbulda Şakir Paşanın və Əminə xanımın ailəsində doğulmuşdur., İstanbul – ö. 13.03.1938 === Hərb təhsili === Qalatasaray Liseyi bitirdikdən sonra 1888-ci ildə daxil olduğu Hərbi məktəbi 1891-ci ildə leytenant rütbəsi ilə bitirmişdir. 1892-ci ildə daxil olduğu Hərbi akademiyanı 1894-cü ildə kapitan rütbəsi ilə bitirmişdir. 1894–1900 illəri arasında "Sultan Yaveri" adı ilə Maiyet-i Şeriye Ərkani Hərbində xidmət etmişdir. Eyni zamanda, zəlzələrdən zədələnmiş hərbi binalarını təmir etməyə çalışırdı. 1895-ci ilin 26 avqustunda Orleanda təşkil edilən Fransız ordusunun manevrlərində iştirak etmək üçün Parisə getdi. Burada dörd il qaldıqdan sonra 1899-cu ilin 7 fevralında Bolqarıstana və elə həmin ildə Haaqada təşkil edilən Silahların Qadağan olunması-Silahsızlanma Konfransına göndərildi. 1905-ci ildə Ədirnə rəhbərliyinin tərkibində Tophane-i Amiredəki müəssisədə xidmət etmişdir.
Ağqaya (dağ, İcevan)
== Toponim == Ağqaya -İcevan rayonunda, İcevan şəhərindən qərbdə dağın adı. XX əsrin 30-cu illərində ermənicə Akkar adlandırılmışdır. == Həmçinin bax == İcevan rayonu Zəngəzur == Ədəbiyyat == Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə. Bakı, 1990. Azərbaycan SSR-in qısa toponimlər lüğəti. Bakı, 1986.
Ağqaya dağı (İcevan)
== Toponim == Ağqaya -İcevan rayonunda, İcevan şəhərindən qərbdə dağın adı. XX əsrin 30-cu illərində ermənicə Akkar adlandırılmışdır. == Həmçinin bax == İcevan rayonu Zəngəzur == Ədəbiyyat == Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə. Bakı, 1990. Azərbaycan SSR-in qısa toponimlər lüğəti. Bakı, 1986.
Vaska Bicova-Qaydova
Vaska Bicova-Qaydova (mak. Васка Биџова-Гајдова; 26 iyun 1924, Pirlepe – 5 sentyabr 2004, Skopye) — Yuqoslaviya və Şimali Makedoniya opera müğənnisi (koloratura soprano). == Həyatı == Vaska Bicova-Qaydova 1924-cü ildə Prilep şəhərində anadan olmuşdur. Gənclik illərində müxtəlif xorlarda oxuyur və dərs deməyi planlaşdırırdı, lakin dirijor və bəstəkar Stefan Qaydovun məsləhəti ilə Skopyedəki Nina Monastri-Kuneli musiqi məktəbinə daxil oldu və 1951-ci ildə Makedoniya Milli Teatrının opera səhnəsində debüt etdi, "Sehirli fleyta" operasında Gecə Kraliçası rolunu canlandırdı. Sonra müğənni təhsilini Lyublyanada davam etdirdi, 1956-cı ildən 1958-ci ilə qədər isə Vyana Musiqi Akademiyasında (indiki Vyana Musiqi və İfaçılıq İncəsənəti Universiteti) oxudu.1974-cü il oktyabr Vaska Bicova-Qaydova Makedoniyanın "11 oktyabr" adlı Dövlət Mükafatı, 1979-cu ildə isə Yuqoslaviya Musiqiçilər Birliyinin Qızıl Lira mükafatına layiq görüldü.5 sentyabr 2014-cü ildə Skopye şəhərində vəfat etdi.