Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Brez
Brez (fr. Braize) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Seriyi kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03037. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 286 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 183 nəfər (15-64 yaş) arasında 124 nəfər iqtisadi fəal, 59 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,8%, 1999-cu ildə 72.3%). Aktiv olan 124 nəfərdən 111 nəfər (62 kişi və 49 qadın) işləyir, 13 nəfər işsizdir (7 kişi və 6 qadın). 59 hərəkətsiz 9 nəfər arasında şagird və ya tələbə, 22 nəfər təqaüdçü, 28 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Briq
Briq (ing. brig) — ikidorlu yelkənli gəmi. Fok, qrot dorlarda düzbucaqlı və yalnız bir çarpaz yelkənlərə malikdir. Briq gəmilərində bizan dorağacı və ona müvafiq yelkənlər olmur.
Friz
Friz — tikilinin hər hansı hissəsini bəzəyən, qabartmalarla işlənmiş üfüqi zolaq və ya lent şəklindəki dekorativ kompozisiya. Antik Roma və yunan memarlığında geniş istifadə olunmuşdur. Klassik memarlıqda friz deyərkən antablementin arxitrav və karniz arasında yerləşən mərkəzi hissəsi nəzərdə tutulur. Dorik orderdə friz zolağı ardıcıl gələn triqlif və metopalarla hissələrə ayrılır.
Qrız
Qrız — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Adı == "Qrız" sözü haqqında əsası olmayan rəvayətlər söyləyənlər olmuşdur. Belə ki, Qrız-Qrıts sözü qırmaq feli ilə təsadüfən fonetik səsləşir və ona görə də, bu rəvayətlər uydurmadır. "Tök" (tökmək), "var", "gəldi", "gələcək", "gəlir" fellərinin Qrız dilində təsnifatını və s. verdikdə "Q" elementinə, daha doğrusu söz önlüyünə rast gəlinir. Həmin "Q" elementi yüksəklik, ucalıq, hündürlük, açıqlıq göstərir. "rıts" isə hamar, cila mənasını verir. Cilalanmış daş-ritsə xud, cilalanmış taxta-ritsə təxtə yer bildirir. Kəndin mövqeyinə görə belə adlanır. Qrızlı tədqiqatçı Şıxbala Qrızlı bu haqqda "Qrızlar və qrız dili" kitabında geniş məlumat vermişdir.
TRIZ
TRİZ və ya TRIZ (rus. теория решения изобретательских задач, teoriya resheniya izobretatelskikh zadatch, eynən:"İxtiraçılıq probleminin həlli nəzəriyyəsi") "qlobal patent ədəbiyyatında ixtira nümunələrinin öyrənilməsi nəticəsində yaranan problem həll etmə, təhlil və proqnozlaşdırma vasitəsi"dir. TRİZ texnikası, 1946-cı ildən başlayaraq rus ixtiraçısı və elmi-fantastik müəllif Genrix Altşuller (1926–1998) və həmkarları tərəfindən hazırlanmışdır.
.biz
.biz — biznes-strukturlar üçün yuxarı səviyyəli ümumi domendir. Domen .com domenini yüngülləşdirmək məqsədi ilə 2001-ci ildə yaradılmışdı. Domenin adlandırması zamanı 3-dən 63-ə qədər simvol olmalıdır. BIZ domeni öz adının mahiyyətini ingilis dilində olan business (biznes, iş, kommersiya fəaliyyəti) sözündən götürmüşdür. BIZ domen zonası COM, NET və ORG zonalarının həddən artıq yüklənməsini qarşısını almaq üçün yaradılmışdır.
Riz
Riz— İranın Buşehr ostanının Cəm şəhristanının Riz bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,802 nəfər və 415 ailədən ibarət idi.
Abbas Bariz
Abbas Mirzə Cəfər oğlu Bariz (1921–2011)—Azərbaycan şairi. == Həyatı == Abbas Bariz 1921-ci ildə Əhər şəhərində dünyaya gəldi. O hələ uşaq yaşlarında ikən ailəsi Yəxfüruzan kəndinə köçdü. Atası Mirzə Cəfər Şeyxülislam, öz dövrünün tanınmış din xadimlərindən biri idi. Gözəl əxlaqı və mədəni rəftarıyla Qaradağ camaatının məhəbbətini qazanmışdı. Elmə və biliğə böyük rəğbətlə yanaşsa da, uşaqlarının dövlət məktəblərində təhsil almasına icazə verməmişdir. Abbas Bariz, atasının yanında, mədrəsədə təhsil alan uşaqların ən qabaqcıllarından biri olub. Dini təhsillə yanaşı klassik və müasir fars və ərəb ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləriylə tanış olub, onları oxuyub. Daha sonra müəllimlik edən Bariz ilk şeirlərində məhəbbəti mövzu götürüb. Bariz, ilk şeirlərini məhəbbət üstündə qursa da, həyatın digər üzləriylə tanış olduqdan sonra ictimai xarakterli şeirlər yazıb.
Abriz (Bostanabad)
Əbriz (fars. ابريز‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Bostanabad qəsəbəsindən 7 km şimaldadır. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,324 nəfər yaşayır (278 ailə).
Ariz Məhərrəmov
Ariz Fərzulla oğlu Məhərrəmov (10 dekabr 1982, Krasnoselski, Saatlı rayonu – 20 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ariz Məhərrəmov 1982-ci il dekabrın 10-da Saatlı rayonunun Qara Nuru kəndində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Ariz Məhərrəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ariz Məhərrəmov oktyabrın 20-də Madagizin azad edilməsi zamanı şəhid olub. Saatlı rayonunun Qara Nuru kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ariz Məhərrəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Brin Benson
Brin Benson (22 aprel 1984, Tirana, Albaniya) — alban əsilli ABŞ pornoaktrisasıdır. == Həyatı == Brin Benson 22 aprel 1984-cü il tarixin Tirana şəhərində doğulmuşdur. Məktəbi bitirdikdən sonra insan psixiologiyası və seksualogiyası üzrə təhsil almışdır. Həmin müddətdə Tanya Ceyms ilə birgə ailəsindən gizli olaraq pornoqrafik filmdə iştirak etmişdir. Onun ciddi olaraq bu karyeraya marağı yox idi. Bir müddət sonra onun fotoları internet səhifələrində görünür və böyük bacısı bundan xəbər tutur. 2003-cü ildə rəsmi olaraq porno karyerasına başlamışdır. İlk illərdə fotolar çəkdirmiş, sonralar isə filmlərdə çəkilmişdir.
Bris Etes
Bris Etes — 11 aprel 1984-cü ildə Monakonun paytaxtında anadan olmuşdur. Monakolu yüngül atletdir. Monakonu 2015 Avropa Oyunlarında təmsil etdi. == Həyatı == Bris Etes 11 aprel 1984-cü ildə Monakonun paytaxtında anadan olmuşdur. == Karyerası == Bris Etes karyerası ərzində böyük uğurlar qazanmadı. O Monako ilə birgə yalnızca beynəlxalq yarışlarda uğur əldə etdi. Bris 2015 Avropa Oyunlarında iştirak etdi. Həmdə Bris vətəninin bayrağını açılış mərasimində Bakı Olimpiya Stadionuna gətirdi.
Brit mükafatı
Brit mükafatı— İngilis Fonoqrafiya Sənayesinin illik məşhur musiqi mükafatlarıdır. Adı əvvəlcə "İngilis", "Britaniya" və ya "Britannia" ın qısaldılmış formasıdır, lakin sonradan "British Record Industry Trusts Show" üçün geri çevrildi. Bundan əlavə, may ayında "Brit mükafat" "Klassik mükafat" mükafatına layiq görüldü. == Mükafatlar == İlk mükafat mərasimi 1977-ci il Kraliçanın Gümüş yubileyini və "Thames Television" tərəfindən televiziya ilə yayımlanan "British Rekord İndustry Britannia Awards" idi. Bu günə qədər 37 nəşr mövcuddur. 1988 BPI Mükafatları, canlı televiziyada yayımlanacaq mərasimlərin birincisi idi. BBC 1985-ci ildə 1982-ci ildən 1984-cü ilə qədər nümayişləri televiziya ilə yayımlamadan əvvəl mərasim yayımlamışdı. BBC, BRİT Mükafatlarının adını 1989-cu ildə canlı yayımlamış və 1990-cı ildən 1992-ci ilədək əvvəlcədən qeydiyyatdan keçmişdir. ITV 1993-cü ildən etibarən mükafatları yayımlayıb. BBC Radio 1 2008-ci ildən etibarən radio yayımı təmin etdi.
Brit mükfatı
Brit mükafatı— İngilis Fonoqrafiya Sənayesinin illik məşhur musiqi mükafatlarıdır. Adı əvvəlcə "İngilis", "Britaniya" və ya "Britannia" ın qısaldılmış formasıdır, lakin sonradan "British Record Industry Trusts Show" üçün geri çevrildi. Bundan əlavə, may ayında "Brit mükafat" "Klassik mükafat" mükafatına layiq görüldü. == Mükafatlar == İlk mükafat mərasimi 1977-ci il Kraliçanın Gümüş yubileyini və "Thames Television" tərəfindən televiziya ilə yayımlanan "British Rekord İndustry Britannia Awards" idi. Bu günə qədər 37 nəşr mövcuddur. 1988 BPI Mükafatları, canlı televiziyada yayımlanacaq mərasimlərin birincisi idi. BBC 1985-ci ildə 1982-ci ildən 1984-cü ilə qədər nümayişləri televiziya ilə yayımlamadan əvvəl mərasim yayımlamışdı. BBC, BRİT Mükafatlarının adını 1989-cu ildə canlı yayımlamış və 1990-cı ildən 1992-ci ilədək əvvəlcədən qeydiyyatdan keçmişdir. ITV 1993-cü ildən etibarən mükafatları yayımlayıb. BBC Radio 1 2008-ci ildən etibarən radio yayımı təmin etdi.
Cibal Bariz
Cibal Bariz və ya Cebal Barez — İranın Kirman ostanının Ciruft şəhristanının Cibal Bariz bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,639 nəfər və 576 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Cibal Bariz elindən ibarətdir, fars dilində danışırlar və şiə müsəlmandırlar.
Friz dilləri
Friz dilləri — Frizlər tərəfindən danışılan dillər. German dilləri qrupuna aid dillər.
Georgi Brim
Georgi Brim (18 sentyabr 1935, Kirovka, Qazax rayonu – 19 may 1999, Landshut, Bavariya) — rəssam.
Hipertonik kriz
Hipertonik kriz — arterial təzyiqin başlanğıc səviyyədən (normal və ya yüksəlmiş) qəflətən yüksək həddə yüksəlməsidir.Hipertonik kriz zamanı beyin, ürək, böyrək qan dövranı kəskin pisləşir və ciddi ağırlaçmalar meydana çıxır (insult, infarkt, aorta divarının laylanması, ağciyər ödəmi, kəskin böyrək çatmamazlığı).Hipertonik krizlər bir neçə prinsiplər üzrə təsnif edilir. AT-nin yüksəlmə mexanizmlərinə əsasən hipertonik krizlər hiperkinetik, hipokinetik və eukinetik tiplərə bölünür. Hiperkinetik krizlər periferik damarların normal və ya zəifləmiş tonusu, ürək atımının yüksəlməsi ilə xarakterizə olunur – belə hallarda sistolik təzyiq artır. Hipokinetik krizin inkişaf mexanizmi ürək atımının azalması, periferik damarların müqavimətinin kəskin artması ilə bağlıdır, bu da əsasən diastolik təzyiqin yüksəlməsinə gətirib çıxarır. Eukinetik hipertonik krizlər normal ürək atımı və periferik damarların yüksək tonusu ilə səciyyələnir, nəticədə həm sistolik, həm də diastolik təzyiq yüksəlir.Klinik əlamətlərinə görə hipertonik krizin 2 qrupa ayrılması qəbul olunmuşdur: ağırlaşmamış hipertonik kriz (I tip); ağırlaşmış hipertonik kriz (II tip). == Hipertonik kriz səbəbləri == Kriz hipertoniya xəstəliyinin istənilən mərhələsində baş verə bilər. Əsas səbəblərə aiddir: yüksək psixoemosional gərginlik; hipertoniya xəstəliyinin qeyri-adekvat müalicəsi; antihipertenziv preparatların qəbulunun dayandırılması; xörək duzunun izafi qəbulu; alkoqoldan çox miqdarda istifadə; bəzi ikincili hipertenziyalar və s. == Hipertonik kriz əlamətləri == Hipertonik kriz əlamətlərinə daxildir: intensiv baş ağrıları (yayılan və ya ənsə və yaxud gicgah nahiyəsində lokalizasiyalaşan), başda küy, başgicəllənmə, ürəkbulanma, qusma, görmənin pozulması (göz önündə qara nöqtələr).Təcili tibbi yardım xidmətinin çağırılması və həkim briqadası gələnədək xəstəyə ilkin yardımın göstərilməsi xəstənin həyatını xilas edə bilər. Bunun üçün xəstəni uzatmaq və yarımoturaq vəziyyət vermək, təmiz hava qəbulunu təmin etmək (pəncərəni açmaq), titrəmə varsa ayaqları isitmək lazımdır. Arterial təzyiqi endirmək üçün təcili yardım preparatları verilməlidir: kaptopril çeynəmək, dil altına nitroqliserin tableti qoymaq, sidikqovucu dərman (furosemid) içmək və s.
Manuela Friz
Manuela Friz (16 avqust 1978, Aqordo[d], Veneto) — İtaliyanı təmsil edən buzüstü xokkeyçi. == Karyerası == Manuela Friz İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Qrız (dəqiqləşdirmə)
Qrız — Qubada kənd
Qrız bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qrız dili
Qrız dili (qrız. КърыцӀаь мез) — Qrızlıların danışdığı dili. Ləzgi dillər qrupunun Şahdağ yarımqrupuna aiddir. == Tədqiqi == Qrız dili Ləzgi dillər qrupunun Şahdağ yarımqrupuna aiddir. Qrız dilinə ən yaxın dil Buduq dilidir. Həmçinin, Qrız dilində yaxın dillərdə Cek, Əlik, Haput və Yergüc kəndlərində də danışılır. Bu kəndlərdə danışılan dillər Qrız dilindən xeyli fərqlənir ki, buna görə də alimlərin fikrincə onları ayrı bir dil kimi götürmək olar. Məsələn, ceklilər Cek dilində danışır. Lakin bu dili araşdıran linqvist və alimlərin bir qismi bu dili Qrız dilinin ləhcələri kimi qəbul etmişlər. Hətta onlardan bəziləri "Cek dili" terminini "Qrız dili"nin alternativ adı adlandırırlar.
Qrız körpüsü
Qrız körpüsü — Azərbaycanın ən hündür körpüsü. Qrız kəndi ilə Quba rayon mərkəzini birləşdirən yol-nəqliyyat ötürücüsü. == Tarixi == Körpünün inşasına 2009-cu ildə başlanılmışdır. Kənd sakinlərinin və yerli bələdiyyənin maliyyə vəsaiti hesabına inşa edilən körpü 2012-ci ilin noyabr ayında istifadəyə verilmişdir. Rayon mərkəzindən 38 km uzaqlıqda yerləşən Qrız kəndi Qubanın dağ kəndlərindən olduğu üçün ərazidə körpünün olmaması sakinlərin rayona gediş-gəlişində problemlər yaradıb. Qrızlılar xüsusilə, qış fəslində böyük çətinliklərlə qarşılaşırdılar. Kənd sakinləri bu yol ötürücüsünün açılışına qədər təhlükəli vəziyyətdə və ibtidai formada kustar üsulla inşa olunmuş körpüdən istifadə edib. == Göstəriciləri == Körpünün uzunluğu 20 metr, eni isə 3,5 metrdir. Körpü dəniz səviyyəsindən 2500 metr, Qudyalçayın yatağından isə 38 metr yüksəklikdə inşa olunmuşdur.
Qrız kəndi
Qrız — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Adı == "Qrız" sözü haqqında əsası olmayan rəvayətlər söyləyənlər olmuşdur. Belə ki, Qrız-Qrıts sözü qırmaq feli ilə təsadüfən fonetik səsləşir və ona görə də, bu rəvayətlər uydurmadır. "Tök" (tökmək), "var", "gəldi", "gələcək", "gəlir" fellərinin Qrız dilində təsnifatını və s. verdikdə "Q" elementinə, daha doğrusu söz önlüyünə rast gəlinir. Həmin "Q" elementi yüksəklik, ucalıq, hündürlük, açıqlıq göstərir. "rıts" isə hamar, cila mənasını verir. Cilalanmış daş-ritsə xud, cilalanmış taxta-ritsə təxtə yer bildirir. Kəndin mövqeyinə görə belə adlanır. Qrızlı tədqiqatçı Şıxbala Qrızlı bu haqqda "Qrızlar və qrız dili" kitabında geniş məlumat vermişdir.
Sergey Brin
Sergey Brin (21 avqust 1973[…], Moskva, SSRİ) — amerikalı biznesmen, Google veb axtarış sisteminin yaradıcılarından biri. == Həyatı == Sergey Brin hazırda Google-nin texnologiya sahəsi üzrə müdiridir. O, Forbes jurnalının 2017-ci ildə dərc etdiyi dünyanın ən zəngin şəxsləri reytinqində 39.8 milyard ABŞ dolları ilə 13-ci, ABŞ milyarderləri arasında isə 5-ci yerin sahibi idi. Sergey Brin həm də dünyanın 4-cü gənc milyarderidir.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.