BİZ-BİZ

нареч. дыбом, торчком, торчмя
◊ tüklərim biz-biz durdu (oldu) nədən волосы у меня стали (встали) дыбом (от испуга и т.п. )
BİZ
BİZANS
OBASTAN VİKİ
.biz
.biz — biznes-strukturlar üçün yuxarı səviyyəli ümumi domendir. Domen .com domenini yüngülləşdirmək məqsədilə 2001-ci ildə yaradılmışdı. Domenin adlandırması zamanı 3-dən 63-ə qədər simvol olmalıdır. BIZ domeni öz adının mahiyyətini ingilis dilində olan business (biznes, iş, kommersiya fəaliyyəti) sözündən götürmüşdür. BIZ domen zonası COM, NET və ORG zonalarının həddən artıq yüklənməsini qarşısını almaq üçün yaradılmışdır.
Biz (roman)
Biz (rus. Мы) — rus yazıçı, tənqidçi və publisisti Yevgeni Zamyatinin ən məşhur əsəridir. Əsərdə totalitar rejim və ona məcbur şəkildə tabe olan insanlar əks olunmuşdur. == Məzmun == Roman riyazi motivlər əsasında yazılmışdır və riyazi qanunlar əsasında qurulmuş bir dünya təsvir olunmuşdur. Əsərdə insanlar nömrələrlə adlandırılmışdır. Baş qəhrəman inşaatçı D-503 "İnteqral"-ın inşaası ilə məşğuldur. O fərdiçilik xəstəliyinə tutulur və hamı ilə birgə vahid bədənin bir üzvü olmaq istəmir. Onu bu xəstəliyə alışdıran isə İ-330 adlı qadın olur. "İnteqral" zəbt olunaraq öz qanunlarına tabe edilməmiş digər dünyaları ələ keçirmək üçün hazırlanan kosmik gəmidir. Romanda həmçinin, "Havadar" obrazı böyük maraq doğurur.
Biz qayıdacağıq
Biz qayıdacağıq — Rejissor Elxan Qasımov tərəfindən 2007-ci ildə ekranlaşdırılmış tammetrajlı bədii film. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. 16 dekabr 2007-ci ildə Azərbaycan Televiziyasında yenicə ekranlara çıxmış "Biz qayıdacağıq" filmindən bəhs edən rejissoru Sənan Sultanov, ssenari müəllifi Sevda Ağazadə, operatoru Hüseynəli Bayramov olan 26 dəqiqəlik veriliş yayımlanıb. Verilişdə "Azərbaycanfilm" kinostudiyasında filmin ilk baxışının keçirilməsi əks etdirilir. == Məzmun == Filmdə Qarabağ müharibəsi bir uşağın dili ilə canlandırılır. Müharibənin bütün dəhşətləri bu balaca oğlanın gözü qarşısında baş verib. Onu öz torpağına qayıtmaq arzusundan heç bir güc döndərə bilməz. Azərbaycan torpaqlarının işğalı, Xocalı faciəsi, ermənilərin törətdiyi qətliamlar, Qarabağ müharibəsinin faciəvi nəticələri, qaçqın-köçkün taleyinin çətin məqamları filmin süjet xəttinin əsasında dayanıb. Erkən yaşlarında doğmalarını itirən Zakir Qasımovun (Pərvaz İbrahimli) payına isə bu müharibədən həyatın boz üzü və xatirələrin acısı düşüb. Filmin qəhrəmanının atası Xocalı soyqırımı zamanı həlak olmuşdur.
Biz haradan gəlmişik? Biz kimik? Biz hara gedirik?
“Biz haradan gəlmişik? Biz kimik? Biz hara gedirik?" (fr. D’où venons nous? Que sommes nous? Où allons nous?) — Pol Qogenin ən məşhur rəsmlərindən biri. 1897-1898-ci illərdə Taitidə yaradılmış bu əsər hal-hazırda ABŞ-ın Massaçusets ştatının Boston şəhərindəki Təsviri sənət muzeyindədir . == Tarixi == Pol Qogen 1891-ci ildə Taitiyə doğma Fransadan daha təbii və sadə bir cəmiyyət axtarmaq üçün gəlmişdi. Fərdi mifologiyasını ifadə edən bir neçə başqa rəsm əsəri ilə yanaşı, o, bu rəsmə 1897-ci ildə başlamış və 1898-ci ildə tamamlamışdır. Rəssamın özü bu əsərini fikirlərinin ülvi zirvəsi hesab edirdi.
Biz adi ayılarıq
Biz adi ayılarıq (ing. We Bare Bears) — Cartoon Network Telekanalında yayımlanan ABŞ cizgi serialıdır. Cizgi serialın müəllifi Deniyl Çonqdur. Cizgi serialda üç qardaş ayı — Qrizli, Panda və Ağ haqqında bəhs edilir. Onlar cəmiyyətə qoşularaq dost qazanmağa çalışırlar. Cizgi serial "The Three Bare Bears" adlanan komiks əsasında yaradılmışdır. Premyera 27 iyul 2015-ci il tarixində baş tutmuşdur. 2015-ci ilin avqust ayında Cartoon Network cizgi serialın 2-ci mövsümünün istehsal edilməsinə icazə verdi. Bu serial Cartoon Networkda yayımlanan, komiks, əsasında, hazırlanmış, ilk, serialdır. == Məzmun == Üç qardaş olan ayılar Qrizli(Grizz), Panda(Pan-Man) və Ağ (Ice Bear) insanlar arasında məşhurlaşmaq istəyirlər.
Biz iqtisadçılarıq (film, 1967)
Biz iqtisadçılarıq qısametrajlı sənədli televiziya filmi rejissorlar Rasim İsmayılov və Z. Savaneli tərəfindən 1967-ci ildə çəkilmişdir. Bakı Televiziya Studiyasında istehsal edilmişdir. Film istehsalatda yeni iqtisadi islahatların həyata keçirilməsi haqqındadır. == Məzmun == Film istehsalatda yeni iqtisadi islahatların həyata keçirilməsi haqqındadır.
Biz poliqrafçılarıq (film, 1969)
Biz poliqrafçılarıq qısametrajlı sənədli filmi rejissor Kamil Mirzəyev tərəfindən 1969-cu ildə çəkilmişdir. "Peşətexfilm" Studiyasında istehsal edilmişdir. Filmdə Bakıdakı 3 saylı peşə-texniki məktəbdən, burada Azərbaycanın mətbəələri üçün poliqrafçıların hazırlanmasından söhbət açılır. == Məzmun == Filmdə Bakıdakı 3 saylı peşə-texniki məktəbdən, burada Azərbaycanın mətbəələri üçün poliqrafçıların hazırlanmasından söhbət açılır. Filmin çəkilişləri məktəbdə, linotipçilərin emalatxanalarında, məktəbin məzunlarının işlədikləri "Qırmızı Oktyabr", "Azərnəşr" poliqrafiya birliklərində, "Kommunist" nəşriyyatında aparılmışdır. == Mükafat == 1971-ci ildə Bakıda "Xalq Təsərrüfatında Qənaət Uğrunda" istehsalat-texniki mövzuda Respublika həvəskar filmlərinə baxış tədbirində film Azərbaycan Kinematoqrafçılarının, AHİŞ və Azərbaycan Respublikası LKGİ MK-nın III dərəcəli diplomunu və mükafatını almışdır.
Biz qayıdacağıq (film, 2007)
Biz qayıdacağıq — Rejissor Elxan Qasımov tərəfindən 2007-ci ildə ekranlaşdırılmış tammetrajlı bədii film. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. 16 dekabr 2007-ci ildə Azərbaycan Televiziyasında yenicə ekranlara çıxmış "Biz qayıdacağıq" filmindən bəhs edən rejissoru Sənan Sultanov, ssenari müəllifi Sevda Ağazadə, operatoru Hüseynəli Bayramov olan 26 dəqiqəlik veriliş yayımlanıb. Verilişdə "Azərbaycanfilm" kinostudiyasında filmin ilk baxışının keçirilməsi əks etdirilir. == Məzmun == Filmdə Qarabağ müharibəsi bir uşağın dili ilə canlandırılır. Müharibənin bütün dəhşətləri bu balaca oğlanın gözü qarşısında baş verib. Onu öz torpağına qayıtmaq arzusundan heç bir güc döndərə bilməz. Azərbaycan torpaqlarının işğalı, Xocalı faciəsi, ermənilərin törətdiyi qətliamlar, Qarabağ müharibəsinin faciəvi nəticələri, qaçqın-köçkün taleyinin çətin məqamları filmin süjet xəttinin əsasında dayanıb. Erkən yaşlarında doğmalarını itirən Zakir Qasımovun (Pərvaz İbrahimli) payına isə bu müharibədən həyatın boz üzü və xatirələrin acısı düşüb. Filmin qəhrəmanının atası Xocalı soyqırımı zamanı həlak olmuşdur.
Biz və bizim dağlar
Biz və bizim dağlar (erm. Մենք ենք մեր սարերը, Menk enk, mer sarerı, hərf. Biz dağlarımızıq), həmçinin Nənə-baba (erm. տատիկ-պապիկ, Tatik Papik) və ya Qarabağlılar (erm. Ղարաբաղցիներ, Ğarabaghtsiner) — Xankəndi şəhərinin şimalında 1967-ci ildə tikilmiş abidə. Abidə ermənilər arasında Nənə-baba (erm. տատիկ-պապիկ, Tatik Papik) kimi də tanınır. Heykəl Dağlıq Qarabağın erməni icmasının, hətta bütövlükdə erməni kimliyinin simvolu kimi qəbul edilir. Abidə heç bir dövlət tərəfindən tanınmayan keçmiş Qondarma Dağlıq Qarabağ Respublikasının rəsmi simvollarından biri idi və Dağlıq Qarabağ Respublikasının gerbində istifadə edilirdi. Heykəltəraşı Sarqis Bağdasaryan, memarı Səfi Qarayevdir. == Tarixi == "Biz və bizim dağlar" abidəsi keçmiş Azərbaycan SSR DQMV-nin Əsgəran rayonunda, Xankəndi şəhəri yaxınlığında 1967-ci ildə ucaldılmışdır.
Biz şinçilərik (film, 1992)
Biz şinçilərik qısametrajlı sənədli filmi rejissor Nemət Rzayev tərəfindən 1992-ci ildə çəkilmişdir. "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Kinolentdə Bakı Şin Zavodu işçilərinin çətin əməyindən danışılır. == Məzmun == Kinolentdə Bakı Şin Zavodu işçilərinin çətin əməyindən danışılır.
Biz şmidçilərik (film, 1972)
Biz şmidçilərik qısametrajlı sənədli filmi rejissor Nina Mustafayeva tərəfindən 1972-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Qrup kinoportreti janrında çəkilmiş bu film Azərbaycanın ən iri sənaye müəssisələrindən biri olan Leytenant Şmidt Adına Maşınqayırma Zavodunun əməkçilərinə həsr edilmişdir. == Məzmun == Qrup kinoportreti janrında çəkilmiş bu film Azərbaycanın ən iri sənaye müəssisələrindən biri olan Leytenant Şmidt Adına Maşınqayırma Zavodunun əməkçilərinə həsr edilmişdir. Zavodun 4 min fəhləsi arasından müxtəlif yaşlı nümayəndələr seçilmiş, onların əməyindən, dünyagörüşlərindən, gənc və yaşlı nəslin qarşılıqlı əlaqələrindən bəhs olunmuşdur. Zavodun yaşlı və gənc, lap yeniyetmə nəsillərini daha qabarıq əks etdirmək üçün film 4 hissəyə-novellaya bölünmüşdür: "Kommunistlər", "Gənclər", "Yeniyetmələr" və "Kommunist əməyi". == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Biz çempionuq (teleserial, 2020)
Biz çempionuq (ing. We Are the Champions) — ABŞ teleserialı. Serialda unikal müsabiqələr və bu müsabiqələrdə iştirak edən yarışçılardan bəhs olunur.
Beləliklə, biz başlayırıq (film, 1976)
Beləliklə, biz başlayırıq qısametrajlı sənədli filmi rejissor Gülbəniz Əzimzadə tərəfindən 1976-cı ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə yeni proqramla dərs keçən I sinif şagirdlərindən, tədris və tərbiyə prosesində qarşıya çıxan bəzi problemlərdən danışılır. == Məzmun == Filmdə yeni proqramla dərs keçən I sinif şagirdlərindən, tədris və tərbiyə prosesində qarşıya çıxan bəzi problemlərdən danışılır. Şagirdlər səylə misal və məsələləri həll edirlər. Ən başlıcası isə uşaqlar təkcə düzgün və tez hesablamanı öyrənmir, eyni zamanda düşünür, təhlil edir və sübut edirlər. Film valideynləri, pedaqoqları və şagirdləri ekran vasitəsilə dialoqa çağırır.
Biz gələcəyin dərziləriyik (film, 1970)
Biz gələcəyin dərziləriyik qısametrajlı sənədli filmi rejissor Kamil Mirzəyev tərəfindən 1970-ci ildə çəkilmişdir. "Peşətexfilm" Studiyasında istehsal edilmişdir. Film üst paltarları biçiciləri və dərzilər hazırlayan Bakıdakı 2 saylı peşə-texniki məktəb haqqındadır. == Məzmun == Film üst paltarları biçiciləri və dərzilər hazırlayan Bakıdakı 2 saylı peşə-texniki məktəb haqqındadır. Filmdə məktəbin kabinetləri, emalatxanaları göstərilir, şagirdlərin Əli Bayramov və Volodarski adına fabriklərdə bu peşəyə necə yiyələnmələri barədə danışılır. == Festival və mükafat == 1970-ci ildə Bakıda V.İ.Leninin anadan olmasının 100 illiyinə və Sovet Azərbaycanının 50 illiyinə həsr olunmuş VII Respublika həvəskarlar filmləri festivalıbda film Azərbaycan Kinematoqrafçılar İttifaqının, AHİŞ və Azərbaycan LKGİ MK-nın diplomunu almışdır.
Və sonra biz rəqs etdik
"Sonra biz rəqs etdik" (gürc. და ჩვენ ვიცეკვეთ) — 2019-cu ildə Levan Akinin rejissorluğu ilə çəkilmiş İsveç-Gürcüstan ortaq istehsalı olan dram filmidir. Filmdə əsas rolları Levan Gelbakiani, Baçi Valişvili və Ana Cavaxişvili canlandırmışlar. Film, Gürcüstan Milli Rəqslər Ansamblının solistləri olan Merab və İrakli arasındakı rəqib münasibətlərinin romantik sevgi hisslərinə çevrilməsindən bəhs edir. Filmin premyerası 2019-cu ildə Kann kinofestivalı çərçivəsində keçirilən Rejissor ikihəftəliyində baş tutmuşdur. İsveçdə filmin premyerası 13 sentyabr 2019-cu ildə, Gürcüstanda isə həmin ilin 9 noyabrında həyata keçirilmişdir. Gürcüstanda filmin premyerası homofobik qüvvələrin nümayişləri və asayişi pozmaq cəhdləri ilə müşayət olunmuşdur. Film 92-ci Oskar mükafatlarında "Ən yaxşı xarici film" nominasiyasında İsveçi təmsil etmək üçün seçilmişdir. Merab (Levan Gelbakiani) partnyoru Mari (Ana Cavaxişvili) ilə birlikdə Gürcüstan Milli Rəqslər Ansamblında çalışır. İraklinin (Baçi Valişvili) ansambl heyətinə qoşulmasından sonra onlar arasında güclü rəqabət yaranır və sonradan bu rəqabət romantik sevgi hisslərinə çevrilir.
Mən varam, çünki biz varıq
Mən varam, çünki biz varıq (ing. I Am Because We Are) — Natan Rissmanın rejissoru olduğu, ssenarisi, mətnin oxunması və prodüserliyi Madonnaya məxsus 2008-ci ilə aid sənədli film.
Biz Bakını müdafiə edirik (film, 1942)
Biz Bakını müdafiə edirik qısametrajlı sənədli filmi rejissorlar Qriqori Braginski və Niyazi Bədəlov tərəfindən 1942-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Filmdə İkinci Dünya müharibəsi illərində Bakının əsgərlərimiz tərəfindən hava hücumundan möhkəm müdafiə olunmasından danışılır. == Məzmun == Xüsusi buraxılışdır. Filmdə İkinci Dünya müharibəsi illərində Bakının əsgərlərimiz tərəfindən hava hücumundan möhkəm müdafiə olunmasından danışılır. Burada Bakı ətrafında vurulub yerə salınmış iki alman təyyarəsinin indiki Nizami meydanında nümayiş etdirilməsi də öz əksini tapmışdır. == İstinadlar == == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.
Biz arzu edənlər nəslindənik (film, 1965)
Biz arzu edənlər nəslindənik qısametrajlı sənədli televiziya filmi rejissor Arif Babayev tərəfindən 1965-ci ildə çəkilmişdir. Bakı Televiziya Studiyasında istehsal edilmişdir. Uşaqlar üçün nəzərdə tutulmuş bu film yeniyetmə bakılıların yaradıcılığından danışır. == Məzmun == Uşaqlar üçün nəzərdə tutulmuş bu film yeniyetmə bakılıların yaradıcılığından danışır.
Biz birlikdə qalib gələcəyik (film, 2011)
Biz birlikdə qalib gələcəyik qısametrajlı sənədli filmi rejissor Yefim Abramov tərəfindən 2011-ci ildə çəkilmişdir. "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmişdir. Film Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondu "STMEGİ"nin 10 illiyinə həsr olunub. == Məzmun == Film Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondu "STMEGİ"nin 10 illiyinə həsr olunub.
Biz bu xatirəyə sadiqik (film, 1975)
Biz bu xatirəyə sadiqik qısametrajlı sənədli filmi rejissor Zeynəb Kazımova tərəfindən 1075-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film II Dünya müharibəsinin qəhrəmanlarına ithaf olunmuşdur. == Məzmun == Film II Dünya müharibəsinin qəhrəmanlarına ithaf olunmuşdur.
Ey ata, ey ana, biz günahkarıq
Ey ata, ey ana, biz günahkarıq! — Əli Şəriətinin dini-fəlsəfi mövzuda yazdığı əsər. == Məzmun == Kitabda Dr. Şəriəti əvvəlcə həyatda tutduğu mövqedən, ona ünvanlanan tənqidlərdən söhbət açır, yaşadığı dövrü analiz edir. Daha sonra maraqlı bir üslub seçərək gənclərin dili ilə əvvəlki nəsilə, onların ata-anasına müraciət etməyə başlayır. Gənc nəsil və köhnə nəsil arasında yaradılmış bu qarşıdurmada oxucunun gözü qarşısında müasir dövrün real mənzərəsi canlanır; dinin zamanla uyğunlaşmasındakı problemlər bütün gerçəkliyi ilə ortaya çıxır. Kitabın ikinci hissəsində isə Əli Şəriəti əks tərəfə, həqiqi mövqeyinə keçərək üzünü dini xurafat kimi qiymətləndirən ziyalılara, gənclərə tutur. İslami ritualların onlara təqdim edilən şəkildə olmadığını açıqla-yaraq kitabın birinci hissəsində gənclərin dilindən tənqid ediləni islami anlayışların əsil mahiyyət və dəyərini ortaya qoyur. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Ey ata, ey ana, biz günahkarıq — Dr.
Sonra biz rəqs etdik (film,2019)
"Sonra biz rəqs etdik" (gürc. და ჩვენ ვიცეკვეთ) — 2019-cu ildə Levan Akinin rejissorluğu ilə çəkilmiş İsveç-Gürcüstan ortaq istehsalı olan dram filmidir. Filmdə əsas rolları Levan Gelbakiani, Baçi Valişvili və Ana Cavaxişvili canlandırmışlar. Film, Gürcüstan Milli Rəqslər Ansamblının solistləri olan Merab və İrakli arasındakı rəqib münasibətlərinin romantik sevgi hisslərinə çevrilməsindən bəhs edir. Filmin premyerası 2019-cu ildə Kann kinofestivalı çərçivəsində keçirilən Rejissor ikihəftəliyində baş tutmuşdur. İsveçdə filmin premyerası 13 sentyabr 2019-cu ildə, Gürcüstanda isə həmin ilin 9 noyabrında həyata keçirilmişdir. Gürcüstanda filmin premyerası homofobik qüvvələrin nümayişləri və asayişi pozmaq cəhdləri ilə müşayət olunmuşdur. Film 92-ci Oskar mükafatlarında "Ən yaxşı xarici film" nominasiyasında İsveçi təmsil etmək üçün seçilmişdir. Merab (Levan Gelbakiani) partnyoru Mari (Ana Cavaxişvili) ilə birlikdə Gürcüstan Milli Rəqslər Ansamblında çalışır. İraklinin (Baçi Valişvili) ansambl heyətinə qoşulmasından sonra onlar arasında güclü rəqabət yaranır və sonradan bu rəqabət romantik sevgi hisslərinə çevrilir.
Sonra biz rəqs etdik (film, 2019)

Yaz harada, biz orada (film, 1984)
Film qədim zamanlardan Azərbaycan xalqının məişətinə daxil olmuş xalçaçılıq sənətindən bəhs edir.
416-cı diviziya. Biz qalib gəldik
416-cı diviziya. Biz qalib gəldik qısametrajlı sənədli televiziya filmi rejissor Emil Yusifov tərəfindən 2010-cu ildə çəkilmişdir. Film Lider televiziyasında istehsal edilmişdir. Film 416-cı Azərbaycan diviziyasının keçdiyi şərəfli döyüş yolu haqqında bəhs edir. == Məzmun == 416-cı milli diviziyanın döyüş yolu Qafqazdan başlanmışdır. Diviziya 1942-ci ilin sentyabrın əvvəllərində 44-cü ordunun tərkibinə daxil edilərək Şimali Qafqazda Xasavyurt rayonuna göndərilmişdi. Diviziyanın cəbhəyə getdiyi vaxt Qafqaz uğrunda döyüşlərin ən şiddətli dövrü idi. Almaniyanın "Cənub" ordu qrupu komandanlığına 1942-ci ilin 25 sentyabrında Bakını zəbt etmək əmri verilmişdi. 1942-ci ilin oktyabrında 416-cı diviziya 58-ci ordunun tərkibinə daxil edilərək, Sulak çayının şərq sahilində düşmənin Mahaçqala istiqamətindəki hücumlarına qarşı mövqedə yerləşdirildi. Həmin ilin noyabrında diviziya yenidən 44-cü ordunun tərkibinə daxil edildi və təcili olaraq Terek stansiyası zonasında yeni döyüş xəttinə göndərildi.

Digər lüğətlərdə