Abbas Bariz
Abbas Mirzə Cəfər oğlu Bariz (1921–2011) — Azərbaycan şairi.
== Həyatı ==
Abbas Bariz 1921-ci ildə Əhər şəhərində dünyaya gəldi. O hələ uşaq yaşlarında ikən ailəsi Yəxfüruzan kəndinə köçdü. Atası Mirzə Cəfər Şeyxülislam, öz dövrünün tanınmış din xadimlərindən biri idi. Gözəl əxlaqı və mədəni rəftarıyla Qaradağ camaatının məhəbbətini qazanmışdı. Elmə və biliğə böyük rəğbətlə yanaşsa da, uşaqlarının dövlət məktəblərində təhsil almasına icazə verməmişdir. Abbas Bariz, atasının yanında, mədrəsədə təhsil alan uşaqların ən qabaqcıllarından biri olub. Dini təhsillə yanaşı klassik və müasir fars və ərəb ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləriylə tanış olub, onları oxuyub. Daha sonra müəllimlik edən Bariz ilk şeirlərində məhəbbəti mövzu götürüb.
Bariz, ilk şeirlərini məhəbbət üstündə qursa da, həyatın digər üzləriylə tanış olduqdan sonra ictimai xarakterli şeirlər yazıb.