Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bursanın mühasirəsi
Bursanın mühasirəsi – Osmanlı dövləti tərəfindən Bursanı ələ keçirmək üçün həyata keçirilmiş mühasirə əməliyyatıdır. Bursa mühasirəsi 1317/1320-ci ildən 6 aprel 1326-cı ilə qədər – yəni şəhər ələ keçirilənə qədər Osmanlıların Prusanı (hal-hazırda Türkiyədə yerləşən Bursa şəhəri) ələ keçirmək üçün tədbiq etdikləri plan zamanı həyata keçirilmişdir. == Mühasirə == Osmanlılar bundan əvvəl heç vaxt şəhər ələ keçirə bilməmişdilər. Mühasirə dövrü zamanı mütəxəsislik və yetərli mühasirə vasitələrinin olmaması şəhərin ancaq altı və ya doqquz il sonra ələ keçirilməsinə səbəb oldu. Bəzi qaynaqlara görə, Osman Qazi şəhərin ələ keçirilməsindən dərhal sonra təbii səbəblərdən vəfat etmişdir. Osman Qazi vəfat etdikdən sonra Bursaya dəfn edilmişdir. == Sonrası == Şəhərin ələ keçirilməsindən sonra oğlu və ardıcılı Orxan Bursanı Osmanlının ilk rəsmi paytaxtına çevirdi və Ədirnənin paytaxt olduğu 1366-cı ilə qədər Bursa Osmanlının paytaxtı oldu. Nəticədə, Bursa Osmanlı tarixində qurucu şəhər olaraq və eyni zamanda Osmanlı memarlığının meydana çıxdığı yer olaraq da xüsusi yerə sahib oldu. Bu dövrdə Bursada tikilmiş möhtəşəm memarlıq nümunələrinə misal olaraq Bursa Ulu Məscidini, I Bəyazid Məscidini, Hüdavəndigar Məscidini və Yaşıl Məscidi göstərmək olar. Orxanın hakimiyyət illərində təmir-tikinti, hamam, məscid və karvansara kimi memarlıq nümunələrinini inşası yolu ilı şəhər daha da böyüdü.
Burunnıe adaları
Burunnıe — Şimal Torpağı arxipelaqının mərkəzində iki adadan ibarət olan adalar qrupu. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. Oktyabr İnqilabı adasından 5,3 km cənubda yerləşir. Adaların biri 400 m, digəri 600 metr uzunluğa malikdir. Adalar buzdan azad olurlar. Sahilləri dayazdır.
Bürhani-Həqiqət
Bürhani-həqiqət (az.-əbcəd برهان حقیقت‎) — İrəvanda Azərbaycan dilində çap olunan ədəbi, ictimai-siyasi jurnal. Jurnal əsasən maarifçi-realist ədəbiyyatın mövqeyini müdafiə edirdi. 1917-ci il yanvarın 1-dən iyunun 29-dək İrəvanda Azərbaycan dilində çap olunmuşdur. Cəmi 9 nömrəsi çap olunmuşdur. Müdir və mühərriri Əli Hacı Zeynalabdinzadə (Rəhimov), naşiri Həsən Mirzəzadə (Əliyev) idi. Jurnal bir tərəfdən elm və maarifə çağırır, digər tərəfdən isə dini ehkamları müdafiə edirdi. "Bürhani-həqiqət" jurnalının İrəvan şəhərindəki "Luys" mətbəəsində ilk nömrəsi 1 yanvar 1917-ci ildə, sonuncu nömrəsi isə elə həmin ilin 29 iyununda çapdan buraxılmışdır. Sərlövhə altında "Etiraf, tərəqqi, etimad... hələlik ayda iki dəfə nəşr olunan ədəbi, siyasi, tarixi, elmi və fənni məcmuəsidir". Müdiri və mühərriri Əli Hacı Zeynalabdınzadə Rəhimov (Məhzun), naşiri Həsən Mirzəzadə (Əliyev) olmuşdur.
Bürhani-Tərəqqi
Bürhani-Tərəqqi — 1906–1911-ci illərdə Həştərxanda müəyyən fasilələrlə nəşr olunan, daha çox dini məqalələr çap edən qəzet. İlk nömrəsi 1906-cı il iyunun 8-də çıxmışdır. Naşiri və redaktoru Mustafa Lütfi İsmayılov Şirvanski idi. Qəzetdə yerli müəlliflərlə yanaşı N. Nərimanov da iştirak etmiş, "Elmi və fənni" mövzularda bir sıra məqalələr ("Tibb və islam" və b.) dərc etdirmişdir. Qəzetdə M.Ə. Sabir, M. Hadi və başqaları da öz əsərlərini çap etdirmişlər. 1907-ci ilin iyun ayının axırlarında qəzetin nəşri dayandırılmışdır. Təxminən bey ay sonra 1907-ci il 18 noyabrda qəzetin növbəti nömrəsi buraxılmışdır.
Rüstəm Cürcani. “Zəxireyi-Nizamşahi”
Zəxireyi-Nizamşahi — XII əsr alimi Rüstəm Cürcaninin “Zəxireyi-Nizamşahi” əsəri tibbə, farmakologiyaya aiddir. XIII əsrdə köçürüldüyü ehtimal olunur. Əlyazma 487 vərəqdən ibarətdir. Gözəl, narın nəstəliq xətti ilə, qara mürəkkəblə köçürülüb. Əlyazmanın 1-ci səhifəsi qızıl suyu və naxışlarla bəzədilmişdir. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan bu əlyazma da, haqqında məlumat verilmiş digər 2 əlyazma ilə birgə 2005-ci ildə YUNESKO-nun“Dünyanın Yaddaşı” Proqramının reyestrinə daxil edilmişdir. Rüstəm Cürcaninin “Zəxireyi-Nizamşahi” əsərinin əlyazması ona görə unikaldır ki, AMEA-nın Əlyazmalar İnstitutundan başqa dünyanın heç bir yerində əsərin nüsxəsi yoxdur. Əlyazmanın bütün mətni qızıl suyu ilə cəkilmiş çərçivə ilə çərçivələnib.