Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Balaxna
Balaxna — Rusiya Federasiyasında yerləşən şəhər Nijeqorod vilayətinə daxildir. == Tarixi == Müasir Balaxna Nijni Novqorod vilayətində şəhər, həm də Volqa çayı üzərində gəmi dayanacağı kimi tanınır. Şəhər ərazisində Balaxna düşərgəsi (Neolit dövrünə aid) aşkar edilmişdir. Tarixən Volqa boyunda Çeremis, Udmurt tatarları, bulqarlar yaşamışdılar. Vladimir-Suzdal knyazlarının Bulqar hakimləri ilə ardıcıl müharibələri (1164, 1186, 1205, 1220, 1230) Rusun Şərqə doğru xeyli miqyasda böyüyüb genişlənməsinə gətirib çıxardı. Nijeqorod knyazı Kostantin Vasilyeviç (1309-1355) Oka, Kudma, Volqanın sağ qollarının üstünü ruslarla məskunlaşdırdı. Oğlu Boris Konstantinoviç zamanı isə rus kəndləri Volqa sahilləri ilə Sura çayına qədər yayıldılar; çuvaşlar, mordvalılar ruslarla bərabər Sura çayının sahillərində qarışıq yaşamağa başladılar. Böyük Moskva knyazı III İvan 1479-cu ildə Nijni Novqorodlulardan təşkil olunmuş qoşunu buraya səfərbər etdi. Birbaşa Roma papasının tövsiyəsi ilə sonuncu Bizans şahzadəsi ilə evlənən III İvan tezliklə tatar-türk əsilzadələrinə münasibətini sərtləşdirdi; onların xristianlığa keçməsi sürətləndirildi. 1478-ci ildə indiyədək müstəqilliyini saxlamış Böyük Novqorodu zəbt edib onun əhalisini bu ərazilərə, o cümlədən Balaxnaya köçürdü.
Valhalla
Valhalla — German-skandinav mifologiyasında döyüşdə həlak olan qəhrəmanların məskəni, Asgardda, həm də baş tanrı Odinin sarayıdır. Valkyrie`lər döyüşdə ölmüş qəhrəmanların ruhlarını buraya gətirir və onlar böyük döyüş, dünyanın sonuna, Raqnaroka kimi burada qalırlar. Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Valans
Valans (fr. Valence [va.lɑ̃s], oks. Valença, lat. Valentia) — şəhər və kommuna Fransada. Drome departamentin inzibati mərkəzi. == Coğrafiyası == Rona çayının sol sahilinin qayaüstü yüksəkliyində yerləşir. == Tarixi == Valans, Narbonna Qallo şəhərində (Romalılar Fransanın bu hissəsini bele adlandırıb) yaradılan Valentia Roma koloniyasından yaranıb. IV əsrdən etibarən, şəhərdəki bütün hakimiyyət episkoposlara aid idi, yalnız 1450-ci ildə XI Luis sonuncu kralın himayəsi və universitetin yaradılması (Fransız İnqilabı dövründə ləğv edilmiş) üçün şəhərə öz hüquqlarını verməyə inandırdı. Kral Valansı Valentinua hersoqluğunun paytaxdı etdi və ona Çezare Borciya titulunu verdi. Titulun hazırkı sahibləri Monakonun hökmdarıdır.
Alana
Alana — nazlı, armud və s.-dən hazırlanan çərəz. Əsasən, Azərbaycanın Naxçıvan bölgəsinin Ordubad rayonu ərazisində geniş yayılmışdır. == Hazırlanması == Onu, adətən, şaftalının nazlı növündən və armudun əndiryani və şəkəri növündən hazırlayırlar. Alananı hazırlamaq üçün ilk əvvəl lazım olan meyvələr dərilir. Meyvənin qabığı soyulub 5-6 gün günəş şüası altında qurudulduqdan sonra saplaq tərəfdən dairəvi kəsilir və içərisi oyulur. Yenidən gün düşən yerə bir gün saxladıqdan sonra hazırlanmış içlik meyvənin içərisinə doldurulur. İçliyi hazırlamaq üçün cəviz ləpəsini iri gözlü ət maşınında çəkərək 1:1 nisbətində şəkər tozu əlavə edilir. Alananın tamı daha yaxşı olsun deyə ona 1-2 çimdik vanil əlavə edirlər. Elə ki, içlik qurudulmuş meyvənin içərisinə dolduruldu, onda əvvəlcədən hazırlanmış xırda meyvə qapaqlarını alananın yuxarı hissəsinə qoyaraq sap keçirilmiş təbənə ilə deşərək sapa düzülür. Təxminən 20-30 alana bir sapa düzülərək düyünlənir və üzərinə tənzif keçirilərək münasib bir yerdən asılır.
Adam Lallana
Adam Devid Lallana (ing. Adam David Lallana; 10 may 1988, Sant Albans, Hartfordşir) — hücuma meyilli yarımmüdafiəçi mövqeyində oynayan İngiltərə futbolçusu. Hazırda İngiltərə Premyer Liqasında çıxış edən "Brayton" klubunun ve İngiltərə milli komandasının oyunçususur. Lallana həvəskar karyerasına "Bornmut" klubunda başlamışdır, 2000-ci ildə isə "Sauthempton" klubuna transfer olundu və oranın akademiyasını bitirərək 2006-cı ildə peşəkar karyerasına başladı. "Bormut"da qısamüddətlik icarə müqaviləsi bitəndən sonra "Sauthempton"a geri döndü və klubla iki uğurlu il ardınca Birinci Liqadan Premyer Liqaya yüksəldi və 2012-ci ildə kapitan sarğısını daşımağa başladı. 2 mövsüm ərzində yüksək liqada göstərdiyi oyuna görə o, milli komandadan da dəvət aldı. 2014-cü ilin iyul ayında onun "Liverpul" klubuna 25 milyon funt dəyərində transfer baş tutdu. O, 2018 UEFA Çempionlar Liqası finalında oyuna çıxmış və növbəti mövsüm kuboku başı üzərinə qaldıran heyətin bir hissəsi olmuşdur. O, klubla həmçinin 2019-20 İngiltərə Premyer Liqasının çempionluğu qazanmışdır. Milli karyerası 2013-cü ildə başlayan Lallana İngiltərə yığmasında 34 oyuna 3 qol vura bilmişdir və ölkəsinin 2014 FİFA Dünya Kuboku və UEFA Avro 2016 yarışlarında təmsil etmişdir.
Balaena mysticetus
Qrenlandiya balinası (lat. Balaena mysticetus) — balaena cinsinə aid məməli heyvan növü.
Balaena novaeangliae
Qozbel balina (lat. Megaptera novaeangliae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin zolaqlı balinalar fəsiləsinin megaptera cinsinə aid heyvan növü. Qozbel balina cinsinin yeganə müasir nümayəndəsidir. Öz cinsinin yeganə nümayəndəsi olsa da, Boz balinanın yaxın qohumu sayılır. Qozbel balina adını ya bel üzgəcinə, ya da üzərkən belini güclü şəkildə yığmasına görə almışdır. == Təsnifat == Qozbel balina zolaqlı balinalar fəsiləsinə aiddir (həmin fəsiləyə həmçinin Göy balina, Brayde zolaqlı balina, Finval və Seyval daxildir) Zolaqlı balinaların bığlı balinalar yarımdəstəsinin digər fəsilələrindən Miosen dövrünün ortalarında ayrıldığı qeyd olunur. Reminqton Kelloq Miosen dövrünə aid edilən qalıqları aşkarlamış Megaptera miocaena növünü qeydə almışdır. Şimali Amerikada aşkarlanan qozbel balinaların qalıqları alt pliosen və pleystosen dövrünə, Avropada aşkarlananlar isə pliosen dövrünə aiddir. Amma bu ailənin digər üzvlərinin bir-birindən nə vaxt ayrıldığı tam məlum deyil. Qozbel balinanı ilk dəfə 1756-cı ildə Matüren-Jak Brisson Regnum Animale "baleine de la Nouvelle Angleterre" olaraq adlandırmışdır.
Balaena vulgaris
Qrenlandiya balinası (lat. Balaena mysticetus) — balaena cinsinə aid məməli heyvan növü.
Onoto Vatanna
Vinnifred İton (ing. Winnifred Eaton; 21 avqust 1875 və ya 1877, Monreal – 8 aprel 1954) – Kanada yazıçısı. O, çinəsilli olmasına və heç vaxt Yaponiyada olmamasına baxmayaraq, yaponmənşəli Onoto Vatanna təxəllüsü ilə tanınmış və Yaponiya mövzusunda əsərlər yazmışdır. İton ədəbi karyerası boyunca 16 roman, eləcə də, yüzlərlə hekayə və məqalə yazmışdır. Onun 1899-cu ildə nəşr olunan "Yaponiyalı Nume xanım" adlı romanı Asiya mənşəli müəllifə məxsus olan ilk ABŞ romanı olmuşdur. Kalqari Universitetinin Riv Teatrı onun şərəfinə adlandırılmışdır. == İlk illəri == Vinnifredin atası Edvard İton ingilis tacir və rəssam idi, anası Qreys Trefusis isə çinli idi. Evard və Qreys Şanxayda tanış olmuş, İngiltərə və ABŞ-də yaşadıqdan sonra 1872-ci ildə Kanadanın Monreal şəhərinə köçmüşdürlər. Vinnifred 14 uşaqlı ailənin səkkizinci uşağı olmuşdur. İton uşaq yaşlarından etibarən ədəbiyyata maraq göstərməyə başlamışdır.
Valhalla: Raqnaryok
Valhalla 2019-cu ildə Fenar Əhmədin rejissoru olduğu və Peter Madsen, Hans Rancke-Madsen və Henning Kurenin eyni adlı komiksinə (“Cry Wolf”) əsaslanan Danimarka qaranlıq fantaziya macəra filmidir. Film 1986-cı ildə çəkilmiş eyniadlı filmlə eyni tarixdə, 10 oktyabr 2019-cu ildə efirə buraxılmışdır. == Süjet xətti == Vikinq uşaqları Roskva (Røskva) və Tyalfe (Tjalfe) Tor (Thor) və Loki allahları ilə Midqarddan Valhallaya macəralı səyahətə çıxırlar. Lakin Valhalladakı həyatın qorxulu Fenrir canavarı və allahların barbar baş düşmənləri Yotnar (Jotnar) tərəfindən təhdid edildiyi məlum olur. Allahlarla yan-yana iki uşaq Valhallanı dünyanın sonundan - Raqnarokdan xilas etmək üçün mübarizə aparmalıdırlar.
Valhalla (krater)
Valhalla — Yupiterin peyki Kallistoda yerləşən, Günəş sistemindəki ən geniş çoxhalqalı zərbə krateridir. Krater Norveç mifologiyasında ölümdən sonra döyüşçülərin qoyulduğu salon olan Valhallanın adı ilə adlandırılmışdır. Valhalla kənardan 360 km məsafədə yerləşən parlaq bir mərkəzi bölgədən, daxili silsilə və nov zonasından və mərkəzdən təxminən 1900 km-ə qədər uzanan xarici halqalardan ibarətdir. Bu quruluşu zərbənin ardınca kraterin mərkəzinə doğru sürüşərək kövrək litosferin altından çıxan yarı maye və ya maye materialdan yarana bilər. == Formalaşması == Valhalla quruluşu ehtimal ki, nəhəng bir zərbə nəticəsində meydana gəlmiş və peykin xarici litosferini deşmiş, daha yumşaq bir materialdan ibarət olan təbəqəyə daxil olmuşdur. Bu zaman ortaya çıxan maddə isti buz və ya hətta bir maye okean ola bilər və bu məlumatlar maqnitometrik araşdırma vasitəsilə əldə edilə bilər. Çoxhalqalı bir quruluşun meydana gəlməsi, zərbə nəticəsində qazılan boşluğu doldurmaq üçün litosferin altındakı yumşaq material mərkəzə axdıqdan sonra, kövrək xarici qabıqla təsirindən qaynaqlanır. Valhalla quruluşunun mütləq yaşı məlum deyil, lakin təxminən 2 ilə 4 milyard il arasında olduğu düşünülür. == Quruluşu == Valhalla təxminən 3800 km diametri ilə Kallisto və Günəş sistemindəki ən böyük çoxhalqalı kraterdir. Karter Voyager zondları tərəfindən 1979–80-ci illərdə kəşf edilmişdir.
Alalan (Gilan)
Alalan - İranın Gilan ostanında kənd.. == Coğrafi yerləşməsi == Talış şəhristanının Mərkəzi bölgəsinin Əsalim kəndistanında, Həştpər qəsəbəsindən 16 km cənubda, Ənzəli-Astara avtomobil yolunun 5 kilometrliyindədir.
Salala (Ərdəbil)
Salala (fars. سلاله‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı Mərkəzi bölümü və Azadlı dehistanında ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 318 nəfər yaşayır (70 ailə). == İqtisadiyyat == Bu kəndin əhalisi əkinçilik və maldarlıqla məşğul olur. Önəçli məhsullarından buğda və arpanı göstərmək olar.
Valans (rayon)
Valans (fr. Valence) — Fransanın Ron-Alp regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Drom. Suprefektura — Valans. Rayonun əhalisi 2011-cı ildə 308 450 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 164 nəf / km² . Rayon ərazisi — 1884 km². == Rayonun kanton siyahısı == kanton Bur-de-Peaj; kanton Krest (8 kommun); kanton Dyölöfi (1 kommun); kanton Drom-de-Kolin; kanton Loryol-sür-Drom (6 kommun); kanton Roman-sür-İzer; kanton Sen-Valye; kanton Tan-l'Ermitaj; kanton Valans-1; kanton Valans-2; kanton Valans-3; kanton Valans-4; kanton Verkor-Mon dü Maten (25 kommun).
Lardye-e-Valansa
Lardye-e-Valansa (fr. Lardier-et-Valença, oks. Lardier) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Tallar kantonuna daxildir. INSEE kodu — 05071. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 928 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 169 nəfərin (15-64 yaş arasında) 124-ü iqtisadi cəhətdən, 45-i fəaliyyətsizdir (fəaliyyət göstərici 73.4%, 1999-cu ildə 77.2%). Fəal 124 nəfərdən 115 nəfəri (57 kişi və 58 qadın), 9 nəfəri işsizdir (5 kişi və 4 qadın).
Jan Klark Vasala
Yalana bax (mahnı)
Amirabad-i Qalalan (Qürvə)
Amirabad-i Qalalan (fars. امير آباد قلعه لان‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 259 nəfər yaşayır (53 ailə). Əhalisini kürdlər təşkil edir.