Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vezin
Vezin (fr. Vésines) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Baje-le-Şatel kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01439. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 91 nəfər təşkil edirdi.
Vəzili biyan
Ural biyanı (lat. Glycyrrhiza uralensis) — biyan cinsinə aid bitki növü. 60-80, bəzən isə 150 sm-ə qədər hündürlüyü ola bilən çoxillik ot btkisidir. Gövdəsi dik qalxır, möhkəmdir, şaxəli-budaqlıdır, qısa tükcüklüdür, bəzən kələkötül vəzilərlə örtülü olur. Yarpaqcıqları 5-17 (19) ədəd olmaqla yerləşir və uzunsov, ellips formasında, lanset formasında, aşağı hissəsində adi vəzilər yerləşməklə ümumi saplaq üzərində düzülmüşdür və teztöküləndir. Salxımları uzunsovdur, lətli və yumşaqdır. Yarpaqdan bir az qısa olur. Çiçək tacı açıq-bənövşəyi rəngdə olub uzunluğu 10-12 mm-ə çatır. Kasacıq yarpaqları birvaridir (uc hissədən əyilmiş formada), kasacıq uzunluğunda və ya ondan nisbətən uzun olur. paxlameyvəsi az-çox itburnu meyvəsi tipli-vəzili olur, uzunsovdur və qalınqabıqlıdır və bozumtul rəngdə olur.
Vəzili sürvə
Salvia glutinosa (lat. Salvia glutinosa) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. Vəzili sürvə - (lat. Salvia glutinosa) == Qısa morfoloji təsviri == Çoxillik, hündürlüyü 1-1,5 m, gövdəsi düz, sadə, uzun tüklənmişdir. Yarpaqları saplaqlı, yumurtavari və ya uzunsov yumurtavari, uzunluğu 15 sm, eni 9 sm-ə kimi, kənarları diş-dişli, az tüklü və ya çılpaq, damarlar boyu yapışqanlı tüklərlə örtülmüşdür. Çiçəkyanı yarpaqları çox xırda, yumurtavari-elliptik, qıraqları bütövdür. Çiçəkqrupu sadə, 3-6 çiçəkli çoxsaylı topalardan təşkil olunmuşdur, yapışqanlıdır. Kasacıq (çiçəkləyən vaxt) 10–13 mm, vəzili-uzuntüklü, yapışqanlıdır. Tacı 3-4 sm, tüklənmiş, qırmızımtıl naxışlı və ləkəli sarı rəngdədir. Fındıqçaları 3 mm uzunluqda, elliptik formalı, qonurdur.
Vəzili kafur ağacı
Camphora glandulifera (lat. Camphora glandulifera) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin camphora cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi-Şərqi Asiya, Hindistan, Çin və Şərqi Tibetdə bitir. == Botaniki təsviri == 50 m və daha çox hündürlüyə qalxan, çadırvari çətirə malik, həmişəyaşıl ağacdır. Qabığı tünd-boz rəngdə olub, çatlıdır. Cavan zoğları yaşıldır. Yarpaqları tərs-yumurtavari, 9-12 sm uzunluqda, 5-7 sm enində, ucu sivriləşən, üstdən parlaq, tünd yaşıl, altdan açıq yaşıl olub, lələkvari damarlıdır. Yarpağın yan damarlarında alt tərəfdən vəziləri vardır. Yarpaq saplağı 2,5 sm uzunluqdadır. Çiçəkləri qısa saplaqlı, çiçəkyanlığı sarımtıl, 5-6 mm enində olub, 6 bölümlüdür.
Mədəaltı vəzin xərçəngi
Mədəaltı vəzi xərçəngi və ya pankreatik duktal adenokarsinoma (PDAC) — Pankreas axacağının epitelindən başlanğıc götürən Bəd-xassəli şişdir. Hər il dünyada bu xərçəng səbəbindən 200 mindən artıq insan dünyasını dəyişir. PDAC Amerika və Avropa ölkələrində əsasən 60 yaşdan yuxarı insanlarda müşahidə edilir. Bundan əlavə bu xərçəng növünün risk faktorlarına xroniki pankreatit, siqaretçəkmə də aiddir. Xəstəliyin əsas simptomlarına isə Sarılıqı, qarın və ya bel ağrılarını, istəmədən çəki itirilməsini, iştahasızlığı misal göstərmək olar. PDAC-ın müalicəsində cərrahiyyə, kimyaterapiya və şüa terapiyasından istifadə edilir. Qeyd etmək lazımdır ki, hansı müalicə metodunun tədbiqinə xərçəngin ölçüsündən, digər orqanlara sirayət etməsindən, yaxın və ya uzaq metastazların mövcudluğundan asılı olaraq qərar verilir. == Simptomlar == Mədəaltı vəzi xərçəngi ilkin mərhələdə əksər hallarda simptomsuz olur. Buna görə də, xəstələr həkim müraciət etdiyi hallarda artıq xəstəlik irəliləmiş mərhələdə olur. Belə PDAC-lı xəstələrin sadəcə 15–20%-i ilkin diaqnoz zamanı əməliyyat edilə bilirlər.
Mədəaltı vəzin transplantasiyası
Mədəaltı vəzin (pankreas) transplantasiyası — sağlam mədəaltı vəzinin (insulin istehsal edə bilən) adətən şəkərli diabeti olan bir şəxsə köçürüldüyü orqan transplantasiyası. == Təsviri == Mədəaltı vəzi həzm prosesində tələb olunan funksiyaları yerinə yetirən həyatı bir orqan olduğundan, donor mədəaltı vəzi başqa yerə yerləşdirilir və xəstənin öz mədəaltı vəzi yerində qalır. Sağlam mədəaltı vəzi yenicə vəfat etmiş donordan əldə edilir və ya sağ donorun mədəaltı vəzinin bir hissəsi götürülə bilər. Hazırda mədəaltı vəzin transplantasiyası adətən insulindən asılı şəkərli diabeti olan, ağır fəsadlar inkişaf etdirə bilən insanlarda keçirilir. Mədəaltı vəzi xərçənginin ən çox yayılmış və təhlükəli forması olan xəstələr ümumiyyətlə transplantasiya üçün uyğun deyirlər, çünki bu vəziyyət mədəaltı vəzi xərçənginin təkrarlanması səbəbindən çox yüksək ölüm nisbətinə malikdir.. == Tarixi == 1-ci tip diabetin mədəaltı vəzi transplantasiyası ilə müalicəsi üçün ilk cəhd 17 dekabr 1966-cı ildə Minnesota Universitetində olunmuşdur. 24 noyabr 1971-ci ildə Nyu Yorkda Montefior xəstəxanasında Marvin Qladman tərəfindən sidik drenajını istifadə edərək ilk mədəaltı vəzin transplantasiyası keçirildi. 1997-ci il ərzində dünya üzrə 10.000-dən çox mədəaltı vəzi transplantasiyası həyata keçirilmişdir. Onların 88%-i həm böyrək, həm də mədəaltı vəzi transplantasiyası olmuşdur. 31 dekabr 2004-cü il tarixinə qədər bütün dünyada 23000-dən çox mədəaltı vəzi transplantasiyası həyata keçirilmiş və Beynəlxalq Patent və Ticarət Nişanları Reyestrinə məlumat verilmişdir.
Qalxanabənzər vəzin adenoması
Qalxanabənzər vəzin adenoması (lat. adenoma glandulae thyreoideae) — qalxanabənzər vəzin normal və ya artan funksiyası fonunda düyünün əmələ gəlməsi ilə xarakterizə olunan xoşxassəli şiş. == Simptomları == Qalxanabənzər vəzin adenoması klinik olaraq asemptomatik ola bilər ("soyuq" adenoma) və ya artıq qalxanabənzər hormonu ("isti" adenoma) istehsal edən funksional bir şiş ola bilər. Bu vəziyyət simptomatik hipertiroidizmə səbəb ola bilər və toksik tiroid adenoması adlandırılır. == Diaqnozu == === Morfologiyası === Qalxanabənzər vəzinin follikulyar adenomasının diametri orta hesabla 3-10 sm arasında dəyişir. Qalxanabənzər vəzin tipik adenoması ətrafdakı parenximadan ayrılmış tək, sferik və kapsullaşdırılmış zədədir. Rəngi boz-ağdan qırmızı-qəhvəyiyə qədər dəyişir adenoma hüceyrəliliyi kolloid tərkibli Qalxanabənzər vəzin (follikulyar) adenomalarında, xüsusən də iri zədələrdə çox düyünlü zobda olanlara bənzər qanaxma, fibroz, kalsifikasiya və kistik dəyişikliklər sahələri tez-tez rast gəlinir. === Növləri === Qalxanabənzər vəzin adenomatalarının demək olar ki, hamısı follikulyar adenomalardır. Follikulyar adenomalar funksiya səviyyəsindən asılı olaraq "soyuq", "isti" və ya "qaynar" kimi təsvir edilə bilər. Histopatoloji cəhətdən follikulyar adenomalar hüceyrə quruluşuna və hüceyrə və kolloidlərin nisbi sayına görə aşağıdakı növlərə təsnif edilə bilər: Fetal (mikrofollikulyar) - mikroinvaziya potensialına malikdir.
Qalxanabənzər vəzin xərçəngi
Qalxanabənzər vəzin xərçəngi — Qalxanabənzər vəzin xərçəngi ABŞ-də bütün kanserlərin 1%-ni təşkil edir, illik rast gəlmə tezliyi 1 milyonda 40 nəfərdir. Hər il 1 milyon nəfərdən 6-sı Qalxanabənzər xərçəngindən vəfat edir. Qalxanabənzər xərçənginin 90–95%-i folikulyar hüceyrələrdən inkişaf edən yüksək differensasiyalı şışlərdir. Bu qrupa papilyar, folikulyar və Hürthle hüceyrəli xərçəng daxildir. Medulyar xərçəng tiroid kanserlərinin 6%-ni (bunların 20–30%-i ailəvi MEN tip 2a və 2b xəstələridir). Anaplastik xərçəng aqressiv bəd xassəlidir və 1 % təşkil edir. Belə xəstələrə ən çox yod çatmazlığı olan bölgələrdə rast gəlinir.
Sent-Andre-de-Vezin
Sent-Andre-de-Vezin (fr. Saint-André-de-Vézines, oks. Sent Andrieu de Vesinas və ya Sent Andrieu d'Ovesinas) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Peyrelo kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12211. Kommuna təxminən Parisdən 530 km cənubda, Tuluza şəhərindən 160 km şimal-şərqdə, Rodezdən isə 60 km şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 123 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 91 nəfərdən (15-64 yaş) 67 nəfəri iqtisadi cəhətdən fəal, 24 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.6%, 1999-cu ildə 60.3%).
Qalxanabənzər vəzin anaplastik xərçəngi
Qalxanabənzər vəzin anaplastik xərçəngi — Qalxanabənzər vəzi toxumasının uzunmüddətli transformasiyası nəticəsində anaplastik xərçəng əmələ gəlir. Yaşlı insanlar (65 yaşdan yuxarı) arasında daha çox rast gəlir. Şişin bu forması digər formalardan aqressiv infiltrativ böyüməyə meyilli olması, qısa zaman kəsiyində (2,5 ay) boyun üzvlərinin və həyati vacib strukturların kompressiyası nəticəsində tənəffüs çatmazlığı törətməsi ilə fərqlənir.