Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Salvia veneris
Salvia veneris (lat. Salvia veneris) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Venern gölü
Venern gölü — İsveçdə Vastra Göteland və Varmland rayonları arasında yerləşən göl. Ladoqa və Oneqa göllərindən sonra Avropanın ən böyük üçüncü gölüdür. == Tarixi == Geoloji olaraq göl 10.000 il əvvəl buz dövrü nəticəsində əmələ gəlmişdir. Buzlar əridiyindən göl həmin dövrdəki İsveç torpaqlarında Botni körfəzi ilə Katteqat arasında boğaz funksiyasını daşıyırdı. Növbəti illərdə göl kiçildi. Göldə başqa heç bir yerdə rast gəlinməyən buz dövründən qalma növlər də yaşamaqdadır. == Coğrafiyası == Gölün sahəsi 5.655 km2-dir. Dəniz səviyyəsindən 44 m yüksəklikdədir və orta dərinliyi 27 m-dir. Ən dərin yeri 106 metrdir. Gölün orta hissəsindəki Dyoro adalarına milli park statusu verilmişdir.
Achillea pecten-veneris
Adi boymadərən (lat. Achillea millefolium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik, ot bitkisi olub, gövdəsinin hündürlüyü 20-50 sm, düzqalxan, budaqlanan, dəyirmi, nazikşırımlı, yuxarı budaqcığındakı yarpaqları qısalmışdır. Yarpaqları növbəli, xətti-neştərvari, ikiqat lələkşəkilli yarılmış, iki-üçqat kəsilmiş seqmentli və demək olar ki, kürəkşəkilli, sonluğu xətti formalıdır. Kökümsov yarpaqları saplaqlı uzunluğu 35-50 sm-dir. Kökləri nazik, sürünəndir. Çiçəkqrupu kiçik, çoxsaylı olub, gövdənin zirvəsində mürəkkəb çiçəkqrupunda formalaşan, kənarları ağ dilşəkilli (bəzən çəhrayı) daxili çapıqlı olmaqla, sarı rənglidir. Qalxanşəkilli çiçəklərinin uzunluğu 4 sm-ə (çiçək səbətciyinin əsası) bərabərdir. Hər bir səbətcik kənar dişicikli, (əsasən sayı 5 olan), orta boruşəkilli, ikicinsli (3-30 qədər sayı olan), 5 erkəkcikli və aşağı yumurtalıqlı çiçəklərdən ibarətdir. Çiçəyin əsası qabarıq olmaqla, çiçək yatağı bölünmüşdür.
Adiantum capillus-veneris
Adiantum capillus–veneris, baldırıqara (lat. Adiantum capillus–veneris) — adiantkimilər fəsiləsinin adiant cinsinə aid bitki növü. Bu, ayıdöşəyinin bir növüdür. Azərbaycanda bu bitki Abşеronda və Lənkəran dağlarında yayılmışdır. == Təbabətdə == Məhəmməd Möminə (1697) görə adiant həlimi ilə sarğı saç tökülməsinə, qızılcaya və babasilə qarşı xеyirlidir. Xarici vasitə kimi istifadə olunduqda adiant otu kеçəlləşmədə və yеni saçın çıxması üçün kömək еdir. Adiantın qurumuş "saçı"-nın həlimi ishala qarşı xеyirlidir. Bu bitkinin yarpaqlarındın hazırlanan mərhəm irinli yaraları müalicə еdir, həşəratlar dişləyərkən xеyirlidir. Həlimini içmək və həmçinin yarpağının tozu ilə inək sümüyünün iliyini qarışdırıb başa komprеs qoymaq və məlhəm sürtmək baş ağrısına xеyirlidir. Adiantın yanmış tozu irinli yaralarda və qoturda istitfadə olunur.
Bulbophyllum flabellum-veneris
Bulbophyllum flabellum-veneris (lat. Bulbophyllum flabellum-veneris) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Mənəmin
Mənəmin (fars. منامين‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 357 nəfər yaşayır (111 ailə).
Veneryo
Veneryö (fr. Vénérieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kremyo kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38532. Kommunanın 1999-cı il üçün əhalisi 382 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 217 ilə 420 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondan 36 km şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Veteran
Qazi və ya Veteran — lat. veteranus < vetus – qoca, sınanmış, qoca əsgər.
Cenerik
Cenerik (ing. generic drug ) tərkibində kimyəvi maddə olan dərman - dərmanı ilkin olaraq işləyib hazırlayan şirkət tərəfindən patentləşdirilmiş ilə eyni olan əczaçılıq inqridienti. Cenerik dərmanlar patentin müddəti bitdikdən sonra və müvafiq olaraq patent sahibinin inhisarında digər istehsalçılar tərəfindən beynəlxalq qeyri-patent adı altında və ya dərman preparatını tərtib edənin əmtəə nişanından fərqlənən ad altında istehsal edilir və satılır.Kimyəvi dərmanlardan fərqli olaraq, bioloji dərmanlar orijinal olanlarla tamamilə eyni deyil və biosimilar və ya bioanaloqlar adlanır. == Terminin istifadəsi == "Cenerik" sözünün transliterasiyası ing. generic, yəni “ümumi, daha ümumi” , bu sözün əks mənası specific isə “xüsusi, konkret” deməkdir. Deməli söhbət qeyri-spesifik, yəni ümumi kimyəvi adlardan gedir ki, bu dərmanların satıldığı firmaya xas olan orijinal ticarət adlarından fərqli olaraq dərman maddəsinin ilkin tərkibindən gedir. Misal üçün - məşhur spazmolitik dərmanın markası " No-Spa " (Spazmaya yox və ya Yox-Spazm), onun ümumi analoqu isə əsas aktiv maddə "drotaverin hidroxlorid"in kimyəvi adı altında istehsal olunması. == Ceneriklərin istehsal təcrübəsi == İnnovativ dərman üçün patent mühafizəsi hər hansı bir ölkənin patent qanunvericiliyindən asılı olaraq dəyişir.(məsələn, ABŞ-da 12 il , Rusiyada 25 ilə qədər ). Patentin və ya digər müstəsna hüquqların müddəti bitdikdə, dərman vasitəsinin satışına qoyulan qanuni məhdudiyyətlər qüvvədən düşür. Bu andan etibarən, dərman istehsal texnologiyasını mənimsəmək imkanı olan hər hansı bir firma (istehsal metodunun patent şəffahlığını qorumaq şərti ilə) preparatı bazara çıxarmaq imkanı əldə edir.
Venera
Venera — qadın adı.
Vənədi
Vənədi — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 996 nəfərdir. == Toponimiyası == Bəzi tədqiqatçılara görə, bu oykonim vən (göyrüş ağacı) və talış dilindəki di (kənd) sözlərindən ibaritdir (-ə mənsubiyyət bildirən şəkilçidir). Kəndə belə ad bu ərazidə vən (göyrüş) ağacının çox olmasına görə verilmişdir.
Vəzəri
Vəzəri (lat. Lepidium sativum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin bozalaq cinsinə aid bitki növü. == Sinonimləri == Arabis chinensis Rottler ex Wight Cardamon sativum (L.) Fourr. Crucifera nasturtium E.H.L.Krause Lepia sativa (L.) Desv. Lepidium hortense Forssk. Lepidium sativum var. crispum DC. Lepidium sativum subsp. sativum sativum Lepidium sativum var. spinescens (DC.) Jafri Lepidium sativum subsp. spinescens (DC.) Thell.
Aleksander Ceferin
Aleksander Çeferin (13 oktyabr 1967, Lyüblyana) — Sloveniyalı hüquqşünas. UEFA-nın 7-ci prezidenti (14 sentyabr 2016-cı ildən). == Həyatı == Lyublyana Universitetindən məzun olduqdan sonra Ceferin ailəsinin yanına qayıdaraq ailəsinə məxsus hüquq şirkətində çalışmışdır. Bir müddət çalışdıqdan sonra atasının yerinə şirkətin direktoru vəzifəsinə keçmişdir. Ceferinin futbola olan həvəskar marağı onu 2005-ci ildə yerli futzal komandası olan Litijada idarə heyəti üzvlüyünə gətirmişdir. Aleksander Ceferin 2011-ci ildə Sloveniya Futbol Federasiyası prezidenti seçilib. == UEFA prezidenti == 14 sentyabr 2016-cı ildə Yunanıstanın paytaxtı Afinada keçirilən Konqres çərçivəsində baş tutan seçkilərdə Sloveniya Futbol Federasiyasının prezidenti Aleksander Çeferin rəqibi Niderland Krallığı Futbol Federasiyasının rəhbəri Mixael van Praqa qalib gələrək UEFA-nın 7-ci prezidenti seçilmişdir. O, 55 mümkün səsdən 45-ni toplamışdır.
Aleksey Temerin
Aleksey Temerin — SSRİ operatoru. == Həyatı == Aleksey Temerin 1 oktyabr 1923-cü ildə anadan olub. Aktyor və operator kimi çalışıb.
Deneris Tarqarien
Deyeneris Tarqarien (ing. Daenerys Targaryen) — amerikan yazıçısı Corc R. R. Martinin "Buz və odun nəğməsi" romanının və romandan adaptasiya olunmuş "Taxtların oyunu" serialının personajı. Romandakı hadisələrin bir hissəsi Deneris Tarqarienin baxış bucağından verilir.
Mererin gündəliyi
Mererin gündəliyi — Böyük Xeops ehramının tikintisində iştirak edən işçilərin gündəlik həyatını təsvir edən 4500 il əvvəl yazılan mətndir. 2013-cü ildə Əl-Cərf Vadisi mağarasında papirus üzərində yazılmış halda aşkar edilmişdir. Bu papirus tapılan ən qədim papirusdur. Mererin gündəliyi Firon Xeopsun hakimiyyətinin 27-ci ilinə təsadüf edir. Burdakı yazılar 3 ay ərzində əhəng daşlarının Toradan Cizəyə daşınmasını təsvir edir.
Nikolay Penqrin
Nikolay Penqrin (7 avqust 1984-cü ildə anadan olub) — Hücumçu kimi çıxış edən Qazaxıstanlı kişi futzalçıdır. Qazaxıstan milli futzal komandasının bir üzvüdür. O, UEFA Futzal Avro 2016-da iştirak etmişdir. 2016-cı ildən Qazaxıstanın Astana-Tulpar MFK futzal klubunda çıxış edir.
Sevərin (Sayınqala)
Sevərin (fars. صورين‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 657 nəfər yaşayır (146 ailə).
Veneranın doğulması
Veneranın doğulması (Buqro) — Vilyam Buqronun tablosu
Veselin Topalov
Veselin Topalov (bolq. Веселин Топалов, 15 mart 1975, Ruse) — bolqar şahmatçı, qrosmeyster, FİDE-nin versiyasına görə şahmat üzrə 2005-ci il Dünya Çempionu, 2005-ci Şahmat Oskarının sahibi. 1971-ci ildən FİDE-nin reytinq siyahısı nəşr olunur. Topalov Harri Kasparov, Anatoli Karpov, Bobbi Fişer, Maqnus Karlsendən sonra ən çox siyahının önündə yer alan şahmatçıdır. 1994-cü ildən bəri Bolqarıstan millisinin lideridir. Müxtəlif vaxtlarda FİDE Dünya Çempionatının fərqli mərhələrinə qədər mübarizəsini davam etdirib. Nəhayət, Argentinada keçirilən FİDE Dünya Çempionatının ilk dövründə 7 oyundan 6½ xal toplayaraq ikinci dövrdə sadəcə heç-heçələr edərək çempion adını qazandı. 2006-cı ilin mayında M-Tel Masters turnirində 10 oyundan 6½ xal toplayaraq birinci oldu. 2007-ci ildə 19-cu kateqoriyalı Corus Chess turnirində ilk yeri bölüşdürdü. 2007-ci ildə Dünya Kubokunu Qata Kamski qazandı və Topalovla matç keçirdilər.
Veteran (1991)
== Məzmun == Film Azərbaycan futbolunun veteranı, Bakının "Neftçi" və Moskvanın "Dinamo" futbol komandalarının ən məhsuldar oyunçusu və SSRİ yığma komandasının üzvü olmuş, "Neftçi" futbol komandasının keçmiş baş məşqçisi Ələkbər Məmmədov haqqındadır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Teymur Bəkirzadə Ssenari müəllifi: Teymur Bəkirzadə Operator: Şərif Şərifov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Zərərin ödənilməsi
Kompensasiya müavinətdir, xüsusən də nağd pul şəklində olan müavinətidir ki, bu, ziyanları və ya məhdudiyyətləri kompensasiya etmək üçün ödənilir. Zərər (və ya Ziyan) anlayışı mülki qanunvericiliyə uyğun olaraq xüsusi hüquqi əməliyyatlar zamanı yaranmış belə itkilərə görə kompensasiyanı ifadə etdiyi halda, kompensasiya anlayışı ilk növbədə dövlət sektoru tərəfindən çatışmazlıqların ödənilməsini anlamaq üçün istifadə olunur (lakin vergi qanunvericiliyində kompensasiya ifadəsinə də baxın). == Əhatə dairəsi == Zərərin ödənilib-ödənilməməsi və nə dərəcədə ödənilməsi onun baş vermə xüsusiyyətindən asılıdır.Ümumilikdə isə dövlət vətəndaşa ancaq (iqtisadi) zərər vura bilər, o halda ki, müvafiq kompensasiya nəzərdə tutulur.Müsadirə qanunlarına görə, Almaniyanın Əsas Qanununda Şablon:Art. GG belə bir əlaqəni açıq şəkildə təmin edir.Digər hallarda isə dövlətin kompensasiya vermək öhdəliyi də mülkiyyətin qorunmasının əsas ideyasından irəli gəlir.
Şəhərin sosiologiyası
Şəhərin sosiologiyası — şəhər həyatının müxtəlif aspektlərini tədqiq edən sosiologiyanın bir qolu. Şəhər sosiologiyası şəhəri bir icma növü kimi araşdırır (icmaların təsnifatı, bir növdən digərinə keçid və s.); şəhər həyatının xüsusiyyətlərini (istirahət, kütləvi mədəniyyət, ünsiyyət), şəhərin kiçik qruplarını və sosial qurumlarını, sosial-demoqrafik və irqi problemləri araşdırır. == Tarixi == Şəhərin ilk sosioloji analizlərindən birini Maks Veber təklif etmişdir. Veber bütövlükdə şəhəri qonşularının cəmiyyətinə xas olan bir-biri ilə şəxsi tanışlığından məhrum olduğu qədər böyük olan bir-birinə bitişik evlərdən ibarət bir kənd kimi təyin edir. Weberdən əlavə, böyük şəhərlərin cəmiyyətdəki rolunu Karl Büxher və Georq Zimmel kimi Alman sosioloqları da öyrənmişlər. Marksizm klassikləri şəhər problemlərini kapitalist cəmiyyətdəki fəhlə sinfinin mövqeyinin araşdırılması kontekstində təqdim edirlər. Bu baxımdan sənaye və ya ticarət baxımından böyük şəhər, sinif mübarizəsinin ən cəmləşmiş şəkildə reallaşdığı yer olaraq görülür. Bununla birlikdə, şəhər sosiologiyasının əsl çiçəklənməsi Çikaqo Məktəbinin alimlərinin işində idi. Onun çərçivəsində şəhərin xarakterik problemlərinin əsas tədqiqatçıları Robert Park, Ernst Bercess və Luis Virt idi. Çikaqo Məktəbinin əsərləri tətbiqi istiqamətliliyi ilə seçilirdi.
Xəzərin hasarlanması
Axilles vətəri
Axilles vətəri və ya daban vətəri (lat. tendo calcaneus, tendo Achillis) insan bədənində mövcud olan ən qüvvətli əzələ (400 kq-a qədər yükə davamlıdır) vətəridir. Vətərin proksimal hissəsi başlanğıcını baldırın ikibaşlı əzələsinin üçbaşlı əzələnin bir hissəsi olan kambalayabənzər əzələyə (lat. m. soleus) keçdiyi yerdən götürür. Vətərin distal ucu isə daban sümüyünün arxa səthindəki qabarcığa bağlanır. Troya müharibəsi qəhrəmanı Axilles şahzadə Paris tərəfindən təsadüfən, sol dabanından zəhərli oxla vurularaq öldürülmüşdür. Buna görə ayaq dabanındakı müvafiq vətərə "Axilles vətəri" adı verilmişdir.