Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dərslik
Dərslik — hər hansı bir fənnin əhatə etdiyi bilik, bacarıq və dəyərlərin öyrədilməsi üçün onun kurikulumu əsasında hazırlanan, səlahiyyətli orqan tərəfindən bəlli meyarlarla qiymətləndirilib tədrisinə icazə verilən əsas vəsait. == Əyani dərslik == Biliyin ötürülməsinin yollarından biridir və tədrisdə istifadə olunur. Əyani dərsliklər adi kitablardan daha interaktiv, aydın və maraqlı olurlar. Onlardan adətən konkret misallar üzrə informasiyaları çatdırmaq üçün istifadə olunur. Məzmunundan və məqsədindən asılı olaraq əyani dərsliklər müxtəlif formalarda ola bilər: kompüter əsaslı, internet əsaslı, televiziya əsaslı və s.
Aziatskiy vestnik
"Aziatskiy vestnik" (rus. Азиатский вестник; mənası – Asiya bülleteni) — 1825–1827-ci illərdə Sankt-Peterburqda nəşr olunan Rusiya aylıq elmi-ədəbi jurnalı. "Sibirskiy vestnik"in davamı kimi çıxmışdır. Nəşrçi Qriqori Spasski olmuşdur. 5 nömrəsi 1827-ci ildə nəşr edilmişdir. Ən son əsərlər haqqında qiymətli materiallar dərc edilmişdir. Şərq ölkələrinin tarixi, coğrafiyası, etnoqrafiyası və ədəbiyyatı üzrə Qərbi Avropadan olan müəlliflərin yazıları, Asiyada səyahət qeydləri, Şərq yazıçılar və şairlərin əsərlərinin tərcümələri dərc olunurdu. Elm və incəsənət, səyahət, şərq ədəbiyyatı, müxtəlif xəbərlər, şərq biblioqrafiyası bölmələrindən ibarət idi. Əlavə olaraq, jurnalda "Sibir və onun adalarının coğrafi-statistik təsviri" nəşr edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Обзор статей и заметок «Сибирского» и «Азиатского вестника» 1818—1822 гг.// Восточное обозрение, 1885, № 27-29 Ивановский А. А. Указатель этнографических статей, содержащихся в сибирских изданиях от начала их существования // Этнографическое обозрение, 1891, № 1 == Xarici keçidlər == Азиатский вестник в on-line библиотеке.
Vernike xəstəliyi
Vernike xəstəliyi — beyində olan pozulmanın nəticəsi olaraq meydana gəlir. Bilavasitə gözlərdəki əzələlərin hərəkət etməməsi ilə müşahidə edilən bir xəstəlikdir. Bu cür xəstəliyə mübtəla olan şəxslər də qaibdən müxtəlif səslər eşitdiklərini iddia edirlər.Qeyd olunanların hamısı alkoqolun müntəzəm qəbulu zamanı yaranır ki, bunlar da əsəb və ruhi pozulmalara səbəb olur, nəticədə bu tip pozulmalar alkoqolun daha çox beyin, beyincik və əsəblərə etdiyi mənfi təsirin nəticəsi olaraq bu xəstəlik ortaya çıxır.
Veronika Avluv
Veronika Avluv (23 noyabr 1972) — ABŞ pornoaktrisası. Holland, irland və şotland əsillidir. Həyat yoldaşı olan Hans Avluv 2013-cü ildə ürək xəstəliyindən vəfat etmişdir.
Veronika Bertolini
Veronika Bertolini (19 oktyabr 1995, Sondriyo[d], Lombardiya) — İtaliyanı təmsil edən bədii gimnast. Veronika Bertolini 2016-cı ildə İtaliyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Veronika Bertolini 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 68.007 xal topladı və 19-cu yeri tutaraq mübarizəni dayandırdı.
Veronika Cioyeva
Veronika Cioyeva (oset. Джиоты Романы чызг Вероникæ) — rus opera müğənnisi (soprano). Novosibirsk Akademik Opera və Balet Teatrının solisti. Rusiya Federasiyasının əməkdar artisti (2018). == Bioqrafiya == 29 yanvar 1979-cu ildə Cənubi Osetiyanın Tsxinvali şəhərində anadan olmuşdur. Dediyinə görə, opera və musiqiyə sevgini atası aşılamışdır: "… Musiqini oxuduğum Pionerlər Sarayında. 13 yaşım var idi. Mən xalq rəqsləri ifa edirdim — özbək, qaraçı, osetin, rus. Kostyumları xalam — atamın bacısı tikirdi. Buna görə də bu şəkildə bütün şəhəri əyləndirirdim.
Veronika Dudarova
Veronika Dudarova (rus. Вероника Дударова, oset. Вероникæ Дудараты; 5 dekabr 1916, Bakı, Rusiya İmperiyası — 15 yanvar 2009, Moskva, Rusiya) — osetin əsilli SSRİ və Rusiya dirijoru, pedaqoq, SSRİ xalq artisti (1977). O, fransızlar Nadya Bulanj və Janna Evrardan sonra dünyanın üçüncü qadın dirijorudur. == Həyatı == Veronika Dudarova 1916-cı il dekabrın 5-də Bakıda zadəgan osetin ailəsində anadan olub. Atası neft mühəndisi, anası isə evdar qadın idi. Dudarova Leninqrad Konservatoriyası yanında musiqi məktəbinin fortepiano sinfini, Moskva Konservatoriyasının dirijorluq fakültəsini bitirib, Nikolay Anosov və Leo Ginzburqun tələbəsi olub. 1947-1960-cı illərdə Moskva Dövlət Akademik Simfonik Orkestrinin dirijoru, 1960-1989-cu illərdə orkestrin baş dirijoru və bədii rəhbəri işləyib, 1991-ci ildən həyatının son gününə kimi isə Rusiya Simfonik Orkestrinə rəhbərlik edib. Veronika Dudarova 15 yanvar 2009-cu ildə Rusiyanın paytaxtı Moskva şəhərində vəfat edib. Sənətkarla vida mərasimi P.İ.Çaykovski adına Moskva Konservatoriyasının Böyük zalında keçirilib.
Veronika Gerin
Veronika Gerin (ing. Veronica Guerin; 5 iyul 1959, Dublin – 26 iyun 1996, Kilder qraflığı[d], Lenster) — narkotik mafiyası tərəfindən qətlə yetilirən İrlandiya cinayət müxbiri. == Şəxsi həyatı == Mühasib vəzifəsində çalışan Xristofer və onun həyat yoldaşı Bernadettin qızı olan Gerin ailədə "Ronni" ləqəbi ilə çağırılırdı. O və onun 4 bacı-qardaşı Dublinin Arteyn ərazisində böyüdülüb və katolik məktəbində oxuyublar. Burada Gerin atletikanı mükəmməl şəkildə öyrənir. Basketbol və kamojidən əlavə, Veronika futbol ilə də məşğul olurdu. 15 yaşında belində yırtıq olsa da İrlandiya futbol yarışında mübarizə aparmışdır. İrlandiya Qadın Basketbolçularının Milli Komandasında və İrlandiya Respublikası Qadınların Milli Futbol Komandasında oynamışdır. Sonuncunu 1981-ci ilin may ayında İngiltərə komandasına qarşı oyunda təmsil etmişdir. Gerin Dublində Triniti kollecində mühasiblik fakültəsində təhsil almışdır.
Veronika Kastro
Veronika Kastro (isp. Verónica Castro; d. 19 oktyabr 1952, Mexiko, Meksika) — Meksika aktrisası, müğənni, teleaparıcı. == Həyatı == Veronika Kastro 1952-ci ildə Mexiko şəhərində anadan olub. Veronika ilk dəfə 16 yaşında "Caballero" jurnalında çılpaq göründü. Marianna rolunu oynadığı "Varlılar da ağlayır" serialınından sonra isə onun ulduzu parladı. Şöhrəti bütün Latın Amerikasına, İspaniyaya, Fransaya yayıldı. On il sonra isə daha bir serialla – bir zamanlar "Varlılar da ağlayır" serialı qədər sevib baxılan "Yabanı qızıl gül" serialı ilə şöhrətlənən Veronika artıq keçmiş SSRİ-də də bütün kişilərin sevimlisinə çevrilmişdi. Kastro 1992-ci ildə Rusiyaya gələndə isə onu burada təntənə ilə qarşıladılar. Elə bil Bill Klinton Rusiyaya gəlmşdi.
Veronika Kobaliya
Vera Kobaliya (d. 24 avqust 1981, Suxumi) — Gürcüstanın iqtisadiyyat və sabit inkişaf naziri. Erkən illərdə Kanadada yaşamış, 2004-cü ildə Britaniya Kolumbiyası Universitetini qurtarmışdı. 2010-cu ildə Gürcüstana qayıtmışdır. == Xarici keçidlər == Government of Georgia Arxivləşdirilib 2008-05-15 at the Wayback Machine Vera Kobalia's official biography. The government of Georgia website.
Veronika Leyk
Veronika Leyk (ing. Veronica Lake; əsl adı ing. Constance Frances Marie Ockelman; d. 14 noyabr 1922, Nyu-York, ABŞ - ö. 7 iyul 1973, Vermont, ABŞ) — ABŞ aktrisası. == Həyatı == Veronika Leyk 14 noyabr 1922-ci ildə Nyu-Yorkda anadan olmuşdur. O əvvəlcə tibb sahəsinə maraq göstərsə də soradan aktrisa olmaq qərarına gəlir. Onun ilk rolu ciddi tənqid olunsa da, qeyri-adi saç düzümü ilə özünə diqqət çəmişdir. Aktrisa kimi ilk uğurlu işi This Gun For Hire filmi olmuşdur. Digər uğurlu filmləri arasında Sullivan's Travels, I Married A Witch və The Glass Key filmlərini qeyd etmək olar.
Veronika Qerin
Veronika Gerin (ing. Veronica Guerin; 5 iyul 1959, Dublin – 26 iyun 1996, Kilder qraflığı[d], Lenster) — narkotik mafiyası tərəfindən qətlə yetilirən İrlandiya cinayət müxbiri. == Şəxsi həyatı == Mühasib vəzifəsində çalışan Xristofer və onun həyat yoldaşı Bernadettin qızı olan Gerin ailədə "Ronni" ləqəbi ilə çağırılırdı. O və onun 4 bacı-qardaşı Dublinin Arteyn ərazisində böyüdülüb və katolik məktəbində oxuyublar. Burada Gerin atletikanı mükəmməl şəkildə öyrənir. Basketbol və kamojidən əlavə, Veronika futbol ilə də məşğul olurdu. 15 yaşında belində yırtıq olsa da İrlandiya futbol yarışında mübarizə aparmışdır. İrlandiya Qadın Basketbolçularının Milli Komandasında və İrlandiya Respublikası Qadınların Milli Futbol Komandasında oynamışdır. Sonuncunu 1981-ci ilin may ayında İngiltərə komandasına qarşı oyunda təmsil etmişdir. Gerin Dublində Triniti kollecində mühasiblik fakültəsində təhsil almışdır.
Veronika Remişova
Veronika Remişova (slovak. Veronika Remišová 31 may 1976, Jilinа) — Slovak qadın siyasətçisi. İncəsənət doktoru, İnsanlar naminə Partiyasının üzvü. Hazırkı 21 mart 2020-ci ildən İqor Matoviç rəhbərlik etdiyi Matoviç hökumətində baş nazirin müavini, investisiya və regional inkişaf naziri. 5 mart 2016-cı ildən 21 mart 2020-ci ilədək Milli Şuranın üzvü. == Bioqrafiyası == 31 may 1976-ci ildə Zilin şəhərində anadan olmuşdur. Bratislavadakı Ali İfaçılıq Sənəti Məktəbini fərqlənmə diplomu ilə bitirib, burada incəsənət ustası və incəsənət doktoru dərəcələrini almışdır. Paris IV Sorbonne Universitetini bitirib, sənət ixtisası üzrə magistr dərəcəsi alıb. Brüsseldəki Fənlərarası Tədqiqatlar Kollecini (Collége d´Études Interdisciplinaires) bitirir, burada bir incəsənət magistrini dərəcəsi alır. İngiltərədəki bir kollecdə ali təhsil haqqında bir sertifikat (Cert.H.E.) əldə edir.
Veronika Ruiz
Veronika Ruiz (d. 23 yanvar 1989) — İspaniyanı təmsil edən bədii gimnast. Veronika Ruiz, İspaniyanı 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Veronika Ruiz, 2008-ci ildə İspaniyanın bayrağı altında Çinin paytaxtı Peкin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Lara Qonzalez, Barbara Qonzalez, Ana Pelaz, İsabel Paqan və Elizabet Salom ilə təsnifat mərhələsində 30.100 xal topladı və 11-ci yeri tutaraq mübarizəni dayandırdı.
Verxniy Taqil
Verxniy Taqil (rus. Ве́рхний Таги́л) — Rusiya Federasiyasının Sverdlovsk vilayətində şəhər.
Verxniy Ufaley
Verxniy Ufaley — Rusiya Federasiyasında yerləşən şəhər, Çelyabinsk vilayətinə daxildir.
Əyani dərslik
Dərslik — hər hansı bir fənnin əhatə etdiyi bilik, bacarıq və dəyərlərin öyrədilməsi üçün onun kurikulumu əsasında hazırlanan, səlahiyyətli orqan tərəfindən bəlli meyarlarla qiymətləndirilib tədrisinə icazə verilən əsas vəsait. == Əyani dərslik == Biliyin ötürülməsinin yollarından biridir və tədrisdə istifadə olunur. Əyani dərsliklər adi kitablardan daha interaktiv, aydın və maraqlı olurlar. Onlardan adətən konkret misallar üzrə informasiyaları çatdırmaq üçün istifadə olunur. Məzmunundan və məqsədindən asılı olaraq əyani dərsliklər müxtəlif formalarda ola bilər: kompüter əsaslı, internet əsaslı, televiziya əsaslı və s.
Nikolay Şvernik
Nikolay Şvernik (19 may 1888, Sankt-Peterburq – 24 dekabr 1970, Moskva, SSRİ, RSFSR[d]; rus. Николай Шверник) — sovet partiyasının üzvü və dövlət xadimi. Stalin hakimiyyətinin son dövründə, 1946-1953-cü illərdə o ən yüksək dövlət vəzifəsini - SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsini tutub. Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin (1927-1938) və SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin üzvü (1935-1938), SSRİ Ali Sovetinin deputatı (1937-66). 1952-1953 və 1957-1966-cı illərdə Sov.İKP MK Rəyasət Heyətinin (Siyasi Büro) üzvü, 1939-1952 və 1953-1957-ci illərdə üzvlüyə namizəd olub. Sosialist Əməyi Qəhrəmanı (1958). == Həyatı == Nikolay Şvernik 1888-ci il mayın 7-də Sankt-Peterburqda anadan olub. O, böyük fəhlə ailəsində böyüyüb. Kilsə məktəbindən sonra isə peşə məktəbini bitirib. On dörd yaşlı yeniyetmə ikən 1902-ci ildə Duflon və Konstantinoviç elektromexaniki zavodunda tornaçı köməkçisi kimi işləməyə başladı.
Le-Versak
Le-Versak (fr. Le Bersac, oks. Lo Bersac) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Ser kantonuna daxildir. INSEE kodu — 05021. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 928 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 96 yaşda (15-64 yaş arasında) 52 nəfər iqtisadi fəal, 44 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 54,2%, 1999-cu ildə 62.6%). Fəal 52 nəfərdən 47 nəfər (27 kişi və 20 qadın), 5 nəfər işsiz (3 kişi və 2 qadın) idi.
Vernio (Fransa)
Vernio (fr. Vernioz) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Russilyon kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38536. Kommunanın 2007-cı il üçün əhalisi 1097 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 218 ilə 408 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 38 km cənubda, Qrenobldan 70 km şimal-qərbdə yerləşir.
Qrey Anatomiyası (dərslik)
"Qrey Anatomiyası" — məşhur ingilisdilli insan anatomiyasından bəhs edən klassik ədəbiyyat. İlk dəfə olaraq bu ədəbiyyat 1857-ci ildə Böyük Britaniyada, bir il sonra isə ABŞ-sa "Qrey Anatomiyası: təsviri və cərrahi nəzəriyyə" adı altında çap edilmişdir. İnfeksion xəstəliklərin pata morfologiyasını öyrənən Qrey 34 yaşında təbii çiçək xəstəliyinə yoluxaraq vəfat etmişdir. Kitab üzərində iş digər mütəxəssislər tərəfindən davam etdirilərək bir neçə dəfə təkrar nəşr olunmuşdur. 26 sentyabr 2008-ci ildə professor Syuzan Standrinqin redaktorluğu altında məşhur ədəbiyyatın 40-cı britan nəşrinin yubileyi qeyd edilmişdir. == Kitabın tarixi == Britaniya anatomu Henri Qrey 1827-ci ildə anadan olmuşdur. Daxili sekresiya vəzilərinin və dalağın inkişafını öyrənən Qrey 1853-cü ildən Londonun Müqəddəs Georgi hospitalının tibbi məktəbində anatomiya üzrə mühazirələr oxumuşdur. 1855-ci ildə öz həmkarı Henri Vindayk Karterə tibb tələbələri üçün ucuz başa gələn anatomiya kitabını təsis etmək ideyası ilə müraciət edir. Qrey və Karter kitabın materialları üzərində 18 ay gərgin işlədikdən sonra onun nəşrinə nail olurlar. Kitabın nəşrindən üç ay sonra Qrey vəfat edir.
Zakavkazski vestnik (qəzet)
Zakavkazski vestnik (rus. Закавказский вестник) — 1838-ci ildə Tiflisdə rus dilində nəşr olunan qəzet. Bu qəzet sonralar gürcü və Azərbaycan dillərində də buraxılmışdır. == Qəzet haqqında məlumat == Həftəlik "Zakavkazski vestnik" qəzetinin ilk nömrəsini redaktor əvəzi kimi "Sovetnik Lyubarski" imzalamışdır. 1841-ci ildən redaktor yerində "İspolnyayuşi doljnosti vitse-qubernatora Vasilkovski" imzası gedir. Sonra isə P.İoseliani redaktor olur. Qəzet ardıcıl olaraq şənbə günləri çıxır, hər il 52 nömrəsi buraxılırdı. == Şöbələri == "Zakavkazski vestnik" iki müstəqil şöbədən ibarət idi: rəsmi və qeyri-rəsmi. Rəsmi hissədə fərmanlar, hökumət və inzibati orqanlara aid materiallar, qeyri-rəsmi şöbədə isə Zaqafqaziya xalqlarının iqtisadi və mədəni həyatını əks etdirən, rus mədəniyyətini təbliğ edən materiallar dərc olunurdu. Redaksiya qeyri-rəsmi şöbənin açılmasının məqsədi barədə yazırdı: == Qəzetdə dərc olunan məqalələr == 1845-ci ildən "Zakavkazski vestnik"də Bakı həyatına, xüsusilə Bakıda neft emalı məsələlərinə dair ilk publisist materiallar buraxılır.
Vərik (Səlmas)
Vərik (fars. وريك‎‎‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 177 nəfər. yaşayır (32 ailə).
Vərni xalçası
Vərni — mifik dünya, əfsanələr aləmini xatırladan, xovsuz xalçalar növünə aid xalçalar[mənbə göstərin]. == Ümumi məlumat == Xovsuz xalçalar növünə aid olan Vərni xalçalarının istehsalının əsas mərkəzləri Ağcabədi, Bərdə (Ləmbəran) və Cəbrayıldır[mənbə göstərin]. Vərni Qarabağ, Naxçıvan, İrəvan və Qazax-Borçalı bölgələrində geniş yayılmışdır. Bəzən Muğanda toxunmuş vərnilərə də rast gəlmək mümkündür. Mürəkkəb sarıma üsulu ilə toxunduğuna görə "Vərni" xalçalarının üzərində mürəkkəb naxışlar qoymaq mümkün olurdu. Orta əsrlərdə ornamental naxışlarla zərif hazırlanmış yüksək keyfiyyətli parçalar "perni" və ya "berni" adlandırılırdı. O zamanlar şahlar bayram günlərində və xüsusi təntənəli günlərdə bu parçalardan libas geyinərdilər. Hesab olunurdu ki, bu libası onlara cənnətdən Cəbrayıl adlı mələk gətirmişdir və buna görə də onunla ehtiyatla davranırdılar. Fərz etmək olar ki, sonrakı dövrlərdə ornamental naxışlı, zərif toxunuşlu "Vərni" xalçaları məhz həmin "perni" və ya "berni" adlanan parçalardan toxunmuşdur və adı da bununla bağlıdır. "Verni" xalçaları xalçaçılar tərəfindən "As-tan" adlandırılan 2 hissədən hazırlanır.
Leons Verni
Fransua Leons Verni (fr. François Léonce Verny; 2 dekabr 1837[…], Obena[d] – 2 may 1908[…], Obena[d]) – Fransa leytenantı və dəniz mühəndisi. O, Yaponiyanın müasirləşməsi prosesində vacib rol oynamış, Yaponiyada Yokosuka dəniz arsenalı və digər infrastruktur layihələrinə rəhbərlik etmişdir. == İlk illəri == Leons Verni 2 dekabr 1837-ci ildə Fransanın Ardeş departamentində yerləşən Obena şəhərində doğulmuşdur. 1856–1858-ci illərdə Fransa Politexnik Məktəbində, 1858–1860-cı illərdə Fransa Dəniz Mühəndisliyi Tətbiqi Məktəbində oxumuşdur. 1860-cı ildə məzun olduqdan sonra Brestdə yerləşən dəniz arsenalında işləməyə başlamışdır. == Karyerası == === Çin === Verni 1863–1865-ci illərdə Ninbo və Şanxayda gəmiqayırma layihələrində işləmişdir. Fransa hökumətinin göstərişi ilə Ninboda 18 ay ərzində 4 gəmi tikmək tapşırığı ilə vəzifləndirilmişdi. === Yaponiya === Leons Verni 1865-ci ildə Yaponiyada hökumət tərsanəsinin tikilməsi üçün Tokuqava hökuməti tərəfindən ölkəyə dəvət olunmuşdur. Belə ki, şoqunluğun siyasətçisi Oguri Kozukenosuke Tadamasa Yaponiyanın müstəqil gəmiqayıranlara ehtiyacı olduğunu düşünürdü.