Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pirat
Dəniz quldurluğu və ya piratlıq — orta əsrlərdə dəniz quldurları tərəfindən okean və dənizlərdə, əsasən, ticarət gəmilərinə qarşı həyata keçirilən quldurluqdur. Dəniz quldurlarını, adətən, "flibustyer", "bukanyer", "kaper", "pirat" adlandırırdılar. Latınca "pirat" sözü "taleyini sınayan" deməkdir.
Sirat
Əs-Sirat (ərəb. الصراط‎‎‎) ― İslam və zərdüştilik dinlərinə görə cəhənnəm üzərində qurulmuş dar körpüdür. Zərdüşt dinində bu körpünün adı "Çinvat körpüsü" olaraq səslənir. == Etimologiya == Sırat ərəb dilindən tərcümədə "doğru yol" (ərəb. الصراط المستقيم‎‎) deməkdir. Lüğət alimlərinin bir qismi (o cümlədən, Süyuti) bu kəlmənin ərəb dilinə latın dilindən keçdiyini və "strata" sözündən qaynaqlandığını bildirirlər. Qurani-kərimdə bu söz tez-tez "sıratül-müstəqim" (istiqamətlənmiş, doğru yol) ifadəsi şəklində işlədilir ki, müxtəlif təfsirlərdə bunu İslam dininə inanmaq, halal-haramlara riayət etmək və hətta İmam Əli ibn Əbu Talibin (ə) imamətini qəbul etmək kimi yozurlar. == İslamda == Sırat körpüsü tükdən nazik, qılınc tiyəsindən itidir. Alimlərin bəziləri bu cəhəti hərfi mənada deyil, məcazi mənada qəbul etməyi tövsiyə edirlər. Yəni İslam müqəddəsləri sıratın bu qədər nazik olduğunu bildirməklə, əslində onun üzərindən keçməyin nə qədər çətin və təhlükəli olduğunu göstərmək istəyiblər.Bəzi hədislərdə deyilir ki, hər kəs öz əməllərinə uyğun olaraq müəyyən bir nur dəhlizinin içində sırat körpüsündən keçəcək.
Zarat
Zarat (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Zarat (Siyəzən) — Azərbaycanın Siyəzən rayonunda kənd. Zarat (Dəvəçi) — Azərbaycanın Dəvəçi rayonunda kənd. 30 dekabr 1997-ci ildə ləğv olunub. Dərə Zarat — Azərbaycanın Siyəzən rayonunda kənd. Zaratxeybəri — Azərbaycanın Şamaxı rayonunda kənd. Zarat — Dəvəçi rayonu ərazisində çay.
Zirab
Zirab — İranın Mazandaran ostanının Savadkuh şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 18,216 nəfər və 4,764 ailədən ibarət idi.
Ziraat Bank
Ziraat Bank — Türkiyədəki üç dövlət bankından biri. 1863-cü ildə Osmanlı İmperiyası dövründə Mithat Paşa tərəfindən qurulan Məmləkət Sandıqlarının bir hissəsidir. == Tarixçə == Türkiyə Respublikası Ziraat Bankı Anonim Şirkətinin 18 müxtəlif ölkədə 88 yerdə törəmə bankı, filial və nümayəndəlik ofisləri mövcuddur. Ziraat Bank ilk dəfə 1863-cü ildə “Milli Xəzinə” kimi fəaliyyətə başlamışdır. “Xəzinələr” 1883-cü ildə yardım fondları ilə əvəz edilmiş və Bank 1888-ci il tarixindən etibarən rəsmi olaraq "Ziraat Bank" kimi fəaliyyətə başlamışdır. 1923-cü ildə Türkiyə Respublikasının yaradılması ilə Bankın adı Türkiyə Respublikası Ziraat Bankı adlandırılmışdır. 2000-ci ilin noyabr ayında Ziraat Bankı dövlət bankı statusunu dövlətə məxsus birgə səhmdar cəmiyyəti ilə əvəzləmiş və onun yeni adı Türkiyə Cumhuriyeti Ziraat Bankası Anonim Şirkəti (“T.C. Ziraat Bankası AŞ”) olmuşdur. Türkiyə Respublikasının Xəzinə Katibliyi 100% səhmlərin tək sahibidir. Ziraat Bankının Baş Ofisi, Türkiyə Respublikasının paytaxtı olan Ankara şəhərində yerləşir və Baş Ofisin bir çox bölmələri ölkənin maliyyə mərkəzi olan İstanbul şəhərində fəaliyyət göstərir.Ziraat Bankı 2014-cü ildə də əvvəlki illərdə olduğu kimi inkişaf tempini yüksəltmişdir. Belə ki, 2013-cü il ilə müqayisədə, 2014-cü ildə Bankın aktivləri 19% artaraq 108 milyard dollar, kreditləri 27.8% artaraq 74.5 milyar dollar, mənfəəti 21.6% faiz artaraq 1.75 milyard dollar təşkil etmişdir.
Dərə Zarat
Dərə Zarat — Azərbaycanın Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Zarat kənd Sovetinin Dərə Zarat kəndi Beşdam kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == XIX əsrdə Zarat kəndindən çıxmış ailələrin dərədə saldığı yaşayış məntəqəsidir. Bəzən Yenikənd də adlandırılmışdır. Oykonim "dərədə salınmış Zarat kəndi" deməkdir. == Coğrafiyası və iqlimi == Kənd Ataçayın sağ sahilindən 3 km. aralı, Yan silsiləsinin (Böyük Qafqaz) yamacında yerləşir. == Əhalisi == Əhalisinin sayı 36 nəfərdir.
Fırat Tanış
Nuri Fırat Tanış 5 may, 1975), türkiyəli aktyor və musiqiçi. == Həyatı == İstanbul Universitetinin Dövlət Konservatoriyasının Teatr Fakültəsinin məzunu olan sənətkar, teatra lisey dövründə Məmməd Beyazid Məktəbində başlayıb. Bir müddət Şəhər Teatrında vəzifə etdiyi 1998–2001-ci illərdə Nail Ol Sabunçu, Məmməd Ulusoy, Kamal Kocatürk kimi rejissorlarla çalışdı. 2000–2010 tarixləri arasında Sirr Uşaqları-2002, Tramvay-2003, Ağ Mələk, Dilbərin Səkkiz Günü, Vay Qardaş-Manik, Tika, Dildo kino filmlərində və Adəm ilə Həvva, Radyo-Madyo, Yeddi Təpə İstanbul, Fələk Nə Demək, Şeytan, Ətrafda Gizlənir, Eşqə Sürgün, Cökələr Altında, Bənövşə İlə Xəlil, Geniş Ailə televiziya çəkilişlərində rol aldı. Musiqi sahəsində də çalışmaları olan sənətkarın sözü-musiqisi özünə aid olan işləri Əmrə Altuğ, Levent Yüksəl, Gülay kimi analitiklər tərəfindən səsləndirilmişdir. 1 Oktyabr 2012-ci ildə qurulan gündəlik sol Qəzetinin mədəniyyət səhifəsində 3 Dekabr 2012-ci ildən etibarən tin dramaturgiya edilmişdir.
Gənc pirat
Gənc Pirat (isv. Ung Pirat) - İsveçdə fəaliyyət göstərən Pirat partiyasının gənclər qanadıdır. 22 mindən çox üzvə malik qurum İsçevin ən böyük gənclər təşkilatıdır.
Mert Fırat
Mert Fırat — Məşhur Türkiyə aktyoru. == Həyatı və karyerası == Mert Fırat 10 yanvar 1981-ci ildə Ankarada dünyaya gəlib. Ankara Universiteti Dil və Tarix-Coğrafiya Fakültəsi teatr bölümü məzunudur. Aktyor ərəb və çərkəz əsillidir.
Mirat (jurnal)
"Mirat" jurnalı (az.-əbcəd مرات‎) — 1910-cu il iyun-iyul aylarında Bakıda çıxmış Azərbaycan satira jurnalı. == Tarixi == "Molla Nəsrəddin" ədəbi məktəbinin təsiri ilə yaradılan bir neçə satirik jurnal nəşr olunurdu ki, onlardan biri də "Mirat" idi. "Mirat" gülgü məcmuəsi olub 1910-cu ilin iyun ayının 19-dan etibarən Bakıda nəşr olunmağa başlamışdır. Jurnalın redaktoru Əliabbas Tağızadə idi. M.B.Məmmədzadənin "Azərbaycan türk mətbuatı" kitabında "Mirat"ın yalnız bir sayının işıq üzü gördüyü qeyd olunsa da, əslində bu satirik jurnalın 5 nömrəsi işıq üzü görmüşdü. Aşağıdakı iki misranı öz fəaliyyət prinsipi kimi seçən "Mirat" həyatda baş verənlərə laqeyd qalmayacağını, doğrunu yazacağını, müşahidə olunan nöqsanları kəskin tənqid etməyi oxucalara vəd edirdi. Bu misralarda jurnalın həqiqətəndən yazacağından, tənqid olunacaq adamların jurnal səhifələrində öz surətlərini güzgüdə gördükləri kimi görəcəyindən xəbər verirdi. Jurnalın bütün nömrələrində epiqraf olaraq aşağıdakı iki misra şeir verilirdi: Əslində isə jurnalın müəllifləri həyat həqiqətlərinə sadiq qalmırdılar. Bəha Səid kimi mürtəce fikirli yazıçılar bu jurnaldan istifadə edib, Azərbaycan xalqına, Azərbaycan yazıçılarına böhtanlar yağdırırdılar. == Mövzusu == "Mirat"ın heç də bütün materialları belə deyildi.
Zarat (Dəvəçi)
Zarat — Azərbaycan Respublikasının Dəvəçi rayonunun Çuxurəzəmi kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 dekabr 1997-ci il tarixli, 419-IQD saylı Qərarı ilə Dəvəçi rayonunun Çuxurəzəmi kənd inzibati ərazi vahidi tərkibindəki Zarat kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Zarat (Siyəzən)
Zarat — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. == Haqqında == Kənd Azərbaycanın gözəl guşələrindən biridir. Orada yayda həddindən artıq isti, qışda isə həddindən artıq soyuq olur. Azərbaycanın məşhur Beşbarmaq dağı da bu kənddə yerləşir. == Əhalisi == Əhalisinin sayı 1410 nəfərdir (2009-cu il). == Toponimikası == Siyəzən rayonunun Çuxur-əzəmi inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Tədqiqatçılar oykonimi ərəb dilindəki ziraət (əkin yeri) sözü ilə əlaqələndirir, yaşayış məntəqələrinin keçmiş əkin yerlərində salınmalarına əsaslanırlar.
Zarat (İsmayıllı)
Zarat — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənd Lahıc turizm zonasında, Girdimançayın sol sahilində yerləşir. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 10 km yolu piyada və ya atla getmək olar. İsmayıllı-Lahıc- Quba turist marşrutları kəndin yaxınlığından keçir. Kənddən Şamaxının Zarat-Xeybəri kəndinə piyada yol vardır. == Əhalisi == 1859-1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Şamaxı qəzasının Zarat kəndində 54 evdə etnik tatlardan ibarət 416 nəfər (244 nəfəri kişilər, 172 nəfəri qadınlar) sünni təriqətli müsəlman əhali yaşayırdı. Əhalisi 31 nəfərdir ki onunda 17 nəfəri kişi, 14 nəfəri qadındır. Kənd əhalisi heyvandarlıq, bostançılıq və arıçılıqla məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur.
Zarat Xeybəri
Zarat Xeybəri – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şamaxı r-nu Dəmirçi i.ə.d.-də kənd. Pirsaat çayının sahilində, dağətəyi ərazidədir. Əhalisi 233 nəfərdir (2009), 40 təsərrüfatı var. Keçən əsrin əvvəllərində Şamaxı qəzasında Zarat sözü ilə bağlı Zarat Bahadərəsi, Birinci Zarat (Zarat Xeybəri), İkinci Zarat adlı üç kənd qeydə alınmışdır. Xeybəri komponenti Zarat adlı bu kəndləri bir-birindən fərqləndirmək üçün artırılmışdır. 1933-cü ildə kəndin adı Zarat Xeybərli kimi qeyd edilmişdir. Xeybəri mənşəcə ərəb tayfalarından birinin adıdır. Tarixi mənbələrin məlumatına görə, Xəlifə Ömər dövründə (634-644) xeybərlər öz doğma yerlərindən qovulmuşdular. Görünür, Azərbaycanda məskunlaşmış ərəblərin tərkibində xeybərlər də olmuşdur.
Şah Fırat
"Şah Fırat əməliyyatı" — Süleyman Şah türbəsini yeni əraziyə köçürmək məqsədilə Türkiyə Silahlı Qüvvələri tərəfindən 2015-ci ildə keçirilmiş xüsusi xilasetmə əməliyyatı. == Məqsədi == Əməliyyatın məqsədi Türkiyənin dövlət sərhədlərindən kənarda yeganə ərazi vahidi (eksklav) olan, Suriya ərazisində yerləşən Süleyman Şah türbəsini qoruyan 35 nəfərlik hərbi birliyi Türkiyəyə gətirmək idi. == Tarixi == Əməliyyat fevral ayının 21-dən 22-nə keçən gecə saat 21 radələrində başladılıb. 50 tank, 57 zirehli maşın, 100 avtomobil və 572 hərbçinin iştirak etdiyi xilasetmə əməliyyatı 3,5 saat davam edib və gecə saat 00.30-da hərbçilər türbəyə çatıb.Türbədə qəbrin köçürülməsi üçün lazımı dini ritual həyata keçirilib və hərbçilərlə birlikdə Süleyman Şahın nəşi Mürşidpınar sərhəd-keçid məntəqəsinə doğru köçürülüb. Gecə saat 04.45-də sonuncu Türkiyə hərbçisi türbəni tərk etdikdən sonra türbə və yardımçı tikililər partladılıb.Səhər saat 6-da Türkiyə hərbçiləri öz ölkələrinin ərazisinə daxil olub və bununla da əməliyyat başa çatıb. == Nəticəsi == Türkiyə baş Qərargahının şərti olaraq "Şah Fırat" adı verdiyi bu əməliyyat nəticəsində türbədə xidmət edən və onu qoruyan 35 nəfərlik hərbçi qrup və Süleyman Şahın nəəşi Türkiyəyə gətirilmişdir. Əməliyyat zamanı yalnız bir əsgər qəza nəticəsində həlak olub.Əməliyyat zamanı Türkiyə tərəfi Suriya hökumətini və ərazidəki qüvvələri məlumatlandırıb.
Əbdülilah Fırat
Əbdülilah Fırat 1946, Kırklareli – Türk siyasətçi, yazar, şeyx. == Həyatı == Şeyx Səidin nəvəsi olan Əbdülilah Fırat XIX əsr Ərzurum Millət vəkili (RP) və XX əsr Ərzurum Millət vəkili (RP, AP) vəzifələrində çalışıb. Şeyx Səid Üsyanından sonra sürgün yeri olan Kırklareli vilayətinin Vize rayonunun Sergen qəsəbəsində 1946-cı ildə məcburi köçürmə zamanı dünyaya gəlib. İbtidai və orta təhsilini Hınısda alıb. 27 may 1960-cı ilin çevrilişindən sonra Milli Birlik Komitəsi tərəfindən Sivas Kabakyazıda 5-ci Şəxsi Təlim Briqadasında yaradılan toplama düşərgəsində 6 ay nəzarət altında qaldıqdan sonra (27 may çevrilişinin ən gənc məhbusu), 55 Şeyx və Ağa adı ilə ailəlikcə Türkiyənin müxtəlif vilayətlərinə sürgün ediliblər. Sürgün və əsarət həyatı içində, Şeyx Səidin böyük oğlu müdərris və alim olan babası Şeyx Əli Rza Əfəndi və Şeyx Əli Rzanın böyük oğlu olan atası Şeyx Məhəmməd Əminin yanında dini təhsil (mədrəsə təhsili) alıb. O, Əbdülilah Fırat sürgündən qayıtdıqdan sonra təhsilini davam etdirərək 1968-ci ildə Elazığda orta məktəbi bitirib. Ali təhsilini Ankara İqtisadi və Ticarət Elmləri Akademiyasında davam edərkən akademiyanın rəhbəri və Türkiyə Özəl Məktəblər Birliyi Tələbə Federasiyasının sədrliyini üstlənib. Daha sonra bu məktəbi tərk edərək Ankara Universitetinin Hüquq fakültəsinə başlayıb. Ancaq sonra bir çox problemlər səbəbindən təhsilini yarımçıq qoyub.
Airat Ichmouratov
Dzirav çölündə döyüş
Dzirav çölündə döyüş — 371-ci ildə Sasani və Roma arasında baş vermiş döyüş. Nəticədə Albaniya Otena (Uti), Sakasena, Kambisena, Girdiman və Kolt vilayətlərini müvəqqəti olaraq itirib.
Fırat Qalxan Əməliyyatı
Fərat Qalxanı Əməliyatı və ya Cerablus döyüşü - İraq Şam İslam Dövlətinə qarşı Türkiyə Silahlı Qüvvələri, Azad Suriya Ordusu və Türkman hərbi birləşmələrinin başlatdığı hərbi əməliyyat. Türkiyə qüvvələri əməliyyatda İŞİD və YPG düşərgələrinin vurulduğunu bəyan etdi. == Öncəki vəziyyət == 22 avqust 2016-ci ildə İraq Şam İslam Dövləti tərəfindən həyata keçirilməsi düşünülən Qaziantep terror aktına cavab olaraq Türkiyə Hava Qüvvələri Cerablus və Mənbici bombardımana tutmuşdur.. Üstəlik Qarqamışa iki mərmi atılmışdır. Türkiyə Qarqamış sakinlərini şəhəri imkan daxilində boşaltmasını həyata keçirilmişdir. Qısa müddətdə şəhər boşaldılmışdır. Köçürülmə könüllülük əsasında həyata keçirilmişdir. 25 avqustda Türkiyə Silahlı Qüvvələrnini rəsmiləri ələ keçirilmiş ərazilərin ilhaq edilməyəcəyini və Azad Suriya Ordusuna təhvil veriləcəyinin açıqlamasını vermişdir. == Əməliyyat == 24 avqust 2016 04.00 radələrində Türkiyə Cümhuriyəti rəhbərliyindən, Türkiyə Silahlı Qüvvələrinin koalisiya hava qüvvələri ilə birlikdə Suriyanın Hələb bölgəsinə bağlı Cerablus şəhərinin IŞİD-dən təmizlənməsi məqsədi ilə hərbi əməliyyat başlatdığının açıqlamasını vermişdir. Bu açıqlamadan sonra Türkiyə Silahlı Qüvvələrinin Cerablusu ağır bombardman atəşinə tutarkən, Türk Hava Qüvvələri 11 hədəfi bombaladığını bəyan etmişdir.
Gənc Pirat Partiyası
Gənc Pirat (isv. Ung Pirat) - İsveçdə fəaliyyət göstərən Pirat partiyasının gənclər qanadıdır. 22 mindən çox üzvə malik qurum İsçevin ən böyük gənclər təşkilatıdır.
Mehmet Korhan Fırat
Mehmet Korhan Fırat (d. 26 avqust 1988, Ərzincan, Ərzincan ili, Türkiyə) — Türkiyəli aktyor. Şefkat Tepe serialında 4 mövsüm canlandırdığı Şahin Bulut personajı ilə tanındı. == Həyatı və karyerası == 26 avqust 1988-ci ildə Ərzincanda doğulan Mehmet Korhan Fırat təhsilini Selçuk Universiteti Dövlət Konservatoriyasında tamamladı. İlk aktyorluq təcrübəsini 2010-cu ildə Şefkat Tepe serialında Şahin Bulut obrazı ilə qazandı. Daha sonra Ekip 1 serialında rol aldı və serialdakı Ali Babür obrazını canlandırdı. 2017-19 arasında yayımlanan Bizim Hikaye serialında Tufan obrazını canlandırdı. 2019-cu ilin dekabr ayında TV8-də yayım həyatına başlayan Doğduğun Ev Kaderindir serialının ilk mövsümündə Celal personajına həyat verdikdən sonra Paytaxt: Əbdülhəmid serialına Tatavlalı personajıyla daxil olmuşdur və ssenari gərəyi 133-cü bölümdə ölərək serialla vidalaşmışdır. Mavera serialında Şahsuvar personajına həyat verdikdən sonra Aşk Mantık İntikam serialında Ekrem Erten personajına həyat vermişdir.
Vaira Vike-Freiberqa
Vayra Vike-Freyberqa (latış. Vaira Vīķe-Freiberga‎; 1 dekabr 1937, Riqa) — Latviya Respublikasının 6-cı və ilk qadın Prezidenti (8 iyul 1999 — 8 iyul 2007) olub. O, bütövlükdə Şərqi Avropada ilk qadın prezident olub. Cəmi səkkiz il ərzində (1999-2007) ölkəsinin həm Avropa İttifaqına, həm də NATO-ya üzv olmasına nail olan dövlət xadimidir. O, bu gün də beynəlxalq siyasətdə xüsusi fəallığı ilə seçilən, BMT-nin baş katibinin xüsusi elçisi, 2006-cı ildə BMT-nin baş katibliyinə rəsmi namizəd olmuş zərif xanım, güclü və peşəkar siyasətçi və əsl liderdir. == Həyatı == Vayra Vike-Freyberqa 1 dekabr 1937-ci ildə Riqada anadan olub. Dənizçi Karlis Vikislə Annamariya Vikenin ailəsində dünyaya gələn Vayranın uşaqlığı çətinliklər içində keçib. Onun doğulmasından bir neçə həftə sonra atası Atlantik okeanında faciəli şəkildə həlak olur. Bir neçə il sonra anası dənizçi Edqar Xermanoviçlə evlənir. 1944-cü ildə, keçmiş Sovet İttifaqının Latviyanı ikinci işğalı başlayan zaman onun ailəsi Almaniyaya üz tutur.
Zirar ibn Əmr
Əbu Əmr Zirar ibn Əmr Qətafani Kufi (ərəb. ضرار بن عمرو‎) (728, Kufə – 815, Bəsrə) — islam ilahiyyatçısı, ilk mötəzililərdən biri. Zirar ibn Əmr Bəsrə və Bağdad mötəzililik məktəblərinin formalaşmasından əvvəlki dövrdə yaşamışdır. 786-cı ildən sonra o, Bağdadda Bərməkilər dairəsində əhəmiyyətli şəxsə çevrilmişdir. Yəhya ibn Xalid Bərməkinin təşkil etdiyi məşhur mübahisələrdə iştirak etmişdir. O hesab edirdi ki, Quran insan tərəfindən tələffüz edilir, lakin Allah tərəfindən yoxdan yaradılmışdır. Allahı adi hisslərlə görmək imkanını inkar etmişdir. O, qiyamət günü ilə bağlı əqidənin mövqeyini izah edərək, bunun üçün altıncı hissin yaradılacağını irəli sürmüşdür.
Niklaus Virt
Niklaus Virt (ing. Niklaus Emil Wirth; 15 fevral 1934, Vintertur, Sürix kantonu) — məşhur isveçrəli alim, kompüter elmləri üzrə professor, Pascal, Modula-1, Oberon proqramlaşdırma dillərinin müəllifi 15 fevral 1934-cü ildə anadan olmuşdur. O, Swiss Academy of Engineering (İsveçrə), U. S. Academy of Engineering (ABŞ), BerlinBrandenburg Academy (Almaniya) Milli Akademiyalarının üzvüdür. Müxtəlif sayda adlara və titullara layiq görülən məşhur alim 1984-cü ildə EYLER, ALGOL-W, MODULA və PASCAL proqramlaşdırma dillərini yaratdığına görə Türinq mükafatına layiq görülmüşdür. == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Josef Virt
Josef Virt (alm. Karl Josef Wirth‎;6 sentyabr 1879[…], Frayburq im Breisqau – 3 yanvar 1956[…], Frayburq im Breisqau, Baden-Vürtemberq) — Almaniyada siyasi və ictimai xadim, 1921–1922-ci illərdə Almaniya kansleri, habelə xarici işlər naziri. 1930–1931-ci illərdə daxili işlər naziri. 1955-ci ildə "Xalqlar arasında sülhün möhkəmləndirilməsinə görə" Beynəlxalq Stalin Mükafatı laureatı. == Həyatı == Zavod mühəndisi ailəsində anadan olub. O, Frayburq Universitetini bitirib, burada riyaziyyat, təbiət elmləri və iqtisadiyyat üzrə təhsil alıb. 1906–1913-cü illərdə doğma Frayburqdakı gimnaziyada dərs demişdir. Birinci Dünya Müharibəsi zamanı hərbi xidmətə yararsız olduğu üçün Qərb Cəbhəsində Qırmızı Xaç komandiri kimi xidmət etmişdir. Katolik Mərkəzi Partiyasının sol qanadının rəhbəri, Reyxstaqın üzvü (1914–1918 və 1920–1933). 1918-ci il Noyabr İnqilabı zamanı respublikanın sadiq tərəfdarı olan Virth Badenin yeni maliyyə naziri təyin edilir.