Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Viza
Viza (lat. visus — ziyarət) — Bir xarici ölkəyə daxil olmaq, orada yaşamaq, yaxud oradan getmək üçün xarici pasportda edilən xüsusi qeyd və ya rəsmi icazə. == Viza Növləri == Alınma məqsədinə görə viza növləri aşağıda verilmişdir. Tranzit vizalar Qısa müddətli viza Uzun müddətli viza İmmiqrasiya vizası Rəsmi viza Transit Viza Tranzit vizası, bir ölkədən digərinə getmək üçün üçüncü ölkənin ərazisindən keçmək lazım gəldiyi hallarda alınan viza növüdür. Tranzit vizası viza sahibinə bu ölkənin ərazisindən keçməyə imkan verir. Tranzit vizası qısamüddətli vizadır. Qısamüddətli viza Qısamüddətli viza, viza müraciətinin edildiyi ölkəyə qısa müddətə səyahət etməyə imkan verən bir viza növüdür. Turist vizası, tibbi viza, ziyarət vizası, atletik və ya sənət vizası, qaçqın vizası, rəqəmsal köçəri vizası, xüsusi viza kimi vizalar qısamüddətli viza növünə daxildir. Qısamüddətli viza sahibləri səyahət etdikləri ölkədə maksimum 90 gün qala bilərlər. Uzun müddətli viza Uzunmüddətli viza bir ölkədə 90 gündən çox qalmağa imkan verən viza növüdür.
Vize Kırklareli
Vize — Kırklarelinin təbiətində, İstanbuldan 140 km məsafədə tarixi və təbii gözəllikləri ilə önə çıxan bir ilçədir. "Cittaslow" deyilən sakit şəhər adı ilə Türkiyədəki 10 ilçədən biri olmuşdur. 2015 Türkiyə statistika qurumunun məlumatlarına görə rayon əhalisi 13.095 nəfərdir. Vize eyni zamanda Bolqarıstan şəhərlərinə bənzər Frakiyadakı Qara dəniz ilçələrindən biridir. Vize Yunanıstan və Bolqarıstan ilə mədəniyyət və turist mübadiləsini davam etdirən Balkan ilçəsidir. == Tarixi == Tarixdə fərqli adlarla tanınan şəhər Buzia, Bizye, Bida, Biza, Vuza, Vizii və nəhayət, Vize kimi tanınır. Adının kökü Buzasdan gəlir, Bizas Poseydonun bir oğlunun adıdır. Eyni zamanda Buzas Frak dilində keçi deməkdir və Frakiyalılar üçün bu çox işlədilən bir addır. Həmçinin Byzas adının əfsanəvi bir Frakiya kralının adından gəldiyi deyilir ki, bu da Byzas su pərisi Semestranın oğludur. Vizedə ilk dəfə Frakyalıların bir qolu olan Astaylar məskunlaşmışdı.
Vize adası
Vize adası və ya Vize Torpağı — Şimal Buzlu okeannın Kara dənizi sularında yerləşən ada. Kara dənizinin şimalında qərarlaşır. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisində qərarlaşır. == Tarixi == === Açılış tarixi === 1910-cu illərdə Georgi Lvoviç Brusilovun təşkil etdiyi ekspedisiya zamanı Müqəddəs Anna buxarlı şxununu Kara dənizində dreyf edərirdi. 1914-cü ildə gəmi sulara qər olur. Ancaq gəmi şturmanı Valerian İvanoviç Albanov gəmi jurnalını vilas edə bilir. 1924-cü ildə sovet okeanoqrafı, metroroloqu və qütb araşdırmaçısı Vladimir Yuleviç Vize gəminin buzlara sıxılaraq dreyf etdiyi əraziləri tətqiq etmişdir. O, gəminin məhv olmasının səbəbini onun adaya sıxılaraq parçalanmasında görürdü. Hətta gəminin batdığı ərzinin ada olmasını bildirmişdir. «Georgi Sedov» gəmisində 1930-cu ildə Vize Otto Şmitdin təşkil etdiyi ekspedisiyada özü tərəfindən ehtimal edilən adanı kəşf etmişdir.
Viz Media
VIZ Media, LLC — manqa və anime nəşr edən amerika kompaniyası .
Rogi Viq
Robert Qabor Şarl "Rogi" Viq (nid. Rogi Wieg, Robert Gabor Charles Wieg; 21 avqust 1962, Delft, Cənubi Hollandiya – 15 iyul 2015, Amsterdam, Niderland) — Niderland şairi, romançısı və musiqiçisi. == Həyatı == Robert Qabor Şarl Viq 21 avqust 1962-ci ildə Niderladın Delft şəhərində anadan olmuşdur. Onun valideynləri 1956-cı ildə Macarıstandan qaçmış və bir il sonra Niderlanda məskunlaşmışdılar. Viq gənclik illərində klassik musiqidə təhsil almışdı, lakin on altı yaşında blüz musiqisinə və holland şansonuna üstünlük verməyə başlamışdır. Viq "Tirade" və "Measure" ədəbi jurnallarının redaktoru idi. 1986–1999-cu illərdə "Het Parool"da poeziya tənqidçisi olmuşdur. 1999-cu ildə Viq rəsm çəkməyə başlamışdır. Onun həyatı ağır depressiya ilə yadda qalmışdır. O, elektroşok terapiyası keçmək üçün mütəmadi olaraq ruhi xəstəxanalara yerləşdirilmiş və üç dəfə intihara cəhd etmişdir.
Azərbaycanın viza siyasəti
Azərbaycanın viza siyasəti — Azərbaycan Hökuməti, müəyyən ölkələrin vətəndaşlarına, müəyyən bir müddət üçün viza almaq məcburiyyətində qalmadan, ümumi Azərbaycan pasportu ilə turizm və ya iş məqsədli Azərbaycan ziyarəti və diplomatik və xidmət pasportu ilə rəsmi məqsədli Azərbaycan ziyarəti üçün giriş icazəsi verir. Digər ölkələrin vətəndaşları, Azərbaycan Respublikası səfirliklərində və ya konsulluqlarında Azərbaycana səyahət etmədən əvvəl viza almalıdırlar. == Ümumi viza şərtləri == Pasport, verilən Azərbaycan vizasının bitmə tarixindən sonra ən az 6 ay etibarlı olmalıdır. Bir xarici ölkə vətəndaşlarının pasport müddətinin bitməsinə 4 aydan az bir müddət varsa,(Türkiyə vətəndaşları üçün bu müddət 150 gündür) viza verilməyəcək. Ümumi pasport ilə xidmət pasportu üçün viza alması lazım olan sadalanan müəyyən ölkələrin vətəndaşları, Azərbaycana səyahət etmədən əvvəl viza almalıdırlar. Vizalar, Azərbaycan Respublikası səfirliklərindən və ya konsulluqlarında ya da Azərbaycan Respublikası sərhədindəki keçid məntəqələrində verilir. == Afrika == == Amerika == == Asiya == == Avropa == == Siyahıda olmayan digər bütün ölkələr == Siyahıda olmayan ölkələrin vətəndaşları Azərbaycana səyahət etməmişdən əvvəl viza almalıdırlar. Vizalar Azərbaycan Respublikası səfirliklərindən və ya konsulluqlarında ya da Azərbaycan Respublikası sərhədindəki keçid məntəqələrində. == Qadağan == Ermənistan Respublikası ilə müharibə vəziyyəti səbəbindən Ermənistan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasına girişi qadağandır. Azərbaycan Hökuməti, qanuna Azərbaycanın hissəsi olan və Ermənistan tərəfindən işğal edilmiş, separatçı Dağlıq Qarabağ bölgəsini (qanunsuz "Dağlıq Qarabağ Respublikası"), onu əhatə edən torpaqları və tamamilə Ermənistan torpaqları içində iştirak edən Kərki, Yuxarı Əskipara, Barxudarlı və Sofulu anklavlarını, Azərbaycan hökumətinin icazəsi olmadan xarici ölkə vətəndaşlarının ziyarət etmələrini qətiliklə qadağan edib.
Dnestryanı viza siyasəti
Dnestryanı viza siyasəti — xarici ziyarətçilərin Dnestryanıya vizaya ehtiyacı yoxdur. Xarici ziyarətçilərdən yalnız girişdə səlahiyyətli orqanlarda qeydiyyatdan keçmələri tələb olunur. Bu arada daha 3 postsovet münaqişəli vətəndaş Dnestryanıya pulsuz səyahət edə bilər. Demokratiya və Millətlərin Hüquqları Birliyinin bütün üzvlərinin vətəndaşları üçün viza tələblərinin ləğv edilməsi qərara alınıb: == Qeydiyyat proseduru == Xarici vətəndaşlar Dnestryanı əraziyə gəldikdən sonra, dəvət, təhsil və ya iş məqsədilə qohumlarının və ya dostlarının yanında qaldıqları zaman pasport və şəxsiyyət vəsiqələri 24 saat ərzində qeydiyyat üçün Viza Departamentinə və Daxili İşlər Nazirliyinin qeydiyyat və pasport idarələrinə təqdim olunur. Xarici vətəndaşlar hotelə gəldikdən sonra otel rəhbərliyinə, Daxili İşlər Nazirliyinin rəsmilərinə məlumat vermək və vaxtında qeydiyyatdan keçmək üçün məsuliyyət daşıyırlar. Ev sahibləri isə xarici vətəndaşların səfər tarixini və məqsədini üç gün əvvəldən Daxili İşlər və Dövlət Təhlükəsizliyi Nazirliyinə bildirməyə borcludurlar.
Qazaxıstanın viza siyasəti
Qazaxıstana gələn ziyarətçilər viza tətbiq olunmayan ölkələrdən gəlmədikləri təqdirdə Qazaxıstanın diplomatik nümayəndəliklərindən birindən viza almalıdırlar. == Viza siyasəti xəritəsi == == Vizasız giriş == Aşağıdakı ölkələrin və ərazilərin vətəndaşları Qazaxıstana vizasız səfər edə bilərlər: 11 iyul 2020-ci ildən bəri vizasız gələn şəxslər ölkədə 180 gün ərzində ən çox 90 gün qala bilərlər (ilk giriş anından etibarən hesablanır). Qeydlər ^ ŞV – Milli şəxsiyyət vəsiqəsi ilə daxil ola bilərlər ^ IP – Daxili pasportla daxil ola bilərlər 2 – 30 günədək, istənilən 180 günlük dövr ərzində ölkədə qalma müddəti ən çox 60 gün ola bilər 3 – 180 gün ərzində 30 günədək 4 – il ərzində 30 günədək Türkmənistan— Balkan vilayətinin sakinləri Atırau və Mangistau vilayətlərinə vizasız 5 günlük səfər edə bilərlər. === Vizasız proqram === Qazaxıstan iqtisadiyyatına böyük xarici investisiyalar qoyan aşağıda sadalanan ölkələrin vətəndaşlarına tətbiq olunan vizasız siyasət çərçivəsində 30 gündən az qalmaq müddəti üçün viza tələb olunmur. Proqram əvvəlcə 15 iyul 2014-cü ildə başlamış və 10 ölkəyə birtərəfli vizasız giriş imkanı təqdim etdi, 2015-ci ilin iyul ayında isə siyahı 19 ölkəyə qədər genişləndirilmişdir, daha sonra 2017-ci ilin yanvar ayında bu say 43-ə və 2019-cu ilin sentyabr ayında isə 54-ə qədər yüksəlmişdir. Həmin ölkələr bunlardır: === Vizanın dəyişdirilməsi === Qırğızıstanın etibarlı turizm vizasını əldə etmiş bu ölkələrin vətəndaşları bu tip vizanın qüvvədə olduğu müddətdə Qazaxıstanın Almatı və Cambul vilayətlərinin sərhəd bölgələrini ziyarət edə bilərlər: ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Danimarka, Fransa, Finlandiya, Xorvatiya, İngiltərə, İrlandiya, İslandiya, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kanada, Lixtenşteyn, Lüksemburq, Macarıstan, Malayziya, Monako, Niderland, Norveç, Polşa, Portuqaliya, Səudiyyə Ərəbistanı, Sinqapur, Slovakiya, Yaponiya, Yeni Zelandiya və Yunanistan. === Qeyri-adi pasportlar === Yalnız Almaniya, Benilüks, Çex Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, İspaniya, İsveçrə, İtaliya, Latviya, Litva, Norveç, Portuqaliya, Sloveniya, Vatikan və Yunanıstan diplomatik pasportlarına sahib vətəndaşlar və həmçinin Bolqarıstan, Birləşmiş Ərəb Əmirlikləri, Çili, Xorvatiya, İsrail, Kipr, Meksika, Monteneqro, Rumıniya, Slovakiya və Şimali Makedoniya diplomatik və xidmət kateqoriyası pasportlarına malik şəxslər 90 günə qədər Qazaxıstanda vizasız qala bilərlər. Yalnız Misir, Polşa diplomatik pasport sahibləri və Bosniya və Herseqovina, Çin, Filippin, Hindistan, İndoneziya, İordaniya, İran, Kuba, Macarıstan, Pakistan, Şri-Lanka, Tailand, Türkmənistan, Vyetnam və Yaponiya ölkələrinə aid yalnız diplomatik və xidmət kateqoriyalı pasport sahibləri 30 günə qədər Qazaxıstanda vizasız qala bilərlər. Birləşmiş Millətlər Təşkilatının pasportu sahiblərindən 180 gün müddətində 30 gün ərzində viza tələb olunmur. 2019-cu ilin dekabr ayında Kolumbiya ilə diplomatik və xidməti pasport sahibləri üçün vizasız müqavilə imzalanmışdı, lakin o, hələ təsdiqlənməyib.
ABŞ-ın viza siyasəti
Amerika Birləşmiş Ştatlarının viza siyasəti əcnəbilərin Amerika Birləşmiş Ştatlarına səyahət etmələri, daxil olmaları və burada qalmalarını qanunla tənzimləyən tələblərdir. ABŞ-yə ziyarət edən şəxslər Visa imtina Proqramı ölkələrindən olmadıqları təqdirdə ABŞ diplomatik missiyalarının birindən viza əldə etməlidirlər. Eyni qaydalar ABŞ-nin bütün əyalətlərinə, Kolumbiya Dairəsinə, Puerto Riko və ABŞ Virgin Adalarına, həmçinin əlavə imtiyazlarla Guam və Şimali Mariana Adalarına səyahət etmək üçün tətbiq edilir. Oxşar, lakin ayrı qaydalar Amerika Samoası üçün də tətbiq olunur. == Viza siyasəti xəritəsi == == Viza azadlığı == === Visa Waiver Program === 2021-ci il tarixindən etibarən 39 ölkə ABŞ hökuməti tərəfindən Vizadan İmtina Proqramına (VWP) daxil olmaq üçün seçilmişdir. Vətəndaşlarının qısa müddətli səyahətləri üçün ABŞ vizasına ehtiyacları olmasada, lakin hava və ya dəniz yolu ilə gəldikdə elektron icazə (ESTA) almaları tələb olunur. Ziyarətçilər 90 günədək ABŞ-də qala bilərlər. Bura Kanada, Meksika, Bermuda və ya ABŞ-dən keçməsi halları olduqda Karib dənizindəki adalar da daxildir.
ABŞ-nin viza siyasəti
Amerika Birləşmiş Ştatlarının viza siyasəti əcnəbilərin Amerika Birləşmiş Ştatlarına səyahət etmələri, daxil olmaları və burada qalmalarını qanunla tənzimləyən tələblərdir. ABŞ-yə ziyarət edən şəxslər Visa imtina Proqramı ölkələrindən olmadıqları təqdirdə ABŞ diplomatik missiyalarının birindən viza əldə etməlidirlər. Eyni qaydalar ABŞ-nin bütün əyalətlərinə, Kolumbiya Dairəsinə, Puerto Riko və ABŞ Virgin Adalarına, həmçinin əlavə imtiyazlarla Guam və Şimali Mariana Adalarına səyahət etmək üçün tətbiq edilir. Oxşar, lakin ayrı qaydalar Amerika Samoası üçün də tətbiq olunur. == Viza siyasəti xəritəsi == == Viza azadlığı == === Visa Waiver Program === 2021-ci il tarixindən etibarən 39 ölkə ABŞ hökuməti tərəfindən Vizadan İmtina Proqramına (VWP) daxil olmaq üçün seçilmişdir. Vətəndaşlarının qısa müddətli səyahətləri üçün ABŞ vizasına ehtiyacları olmasada, lakin hava və ya dəniz yolu ilə gəldikdə elektron icazə (ESTA) almaları tələb olunur. Ziyarətçilər 90 günədək ABŞ-də qala bilərlər. Bura Kanada, Meksika, Bermuda və ya ABŞ-dən keçməsi halları olduqda Karib dənizindəki adalar da daxildir.
ABŞ vətəndaşları üçün viza tələbləri
Amerika Birləşmiş Ştatları vətəndaşları və vətəndaşlığı olmayan milliyətlər üçün viza tələbləri digər ölkələrin səlahiyyətliləri tərəfindən ABŞ vətəndaşlarına qoyulan inzibati giriş tələbləridir. 13 aprel 2021 (2021-04-13) tarixinə olan məlumata əsasən, Birləşmiş Ştatlar pasportu sahibləri 187 ölkəyə/əraziyə vizasız və ya vizanı girişdə əldə etməklə daxil ola bilərlər. Henley Pasport İndeksinə görə Birləşmiş Ştatlar pasportu, səyahət azadlığı baxımından (Belçika, Yeni Zelandiya, İsveçrə və Biləşmiş Krallığın pasportları ilə bərabər) 7-ci sırada qərarlaşır. == Viza tələbləri xəritəsi == == Viza tələbləri == Dövlətlərin Amerika Birləşmiş Ştatları vətəndaşlarına qarşı ümumi viza tələbləri: === Fərqli viza siyasətinə sahib ərazilər və ya inzibati bölgülər === ABŞ vətəndaşları üçün müxtəlif ərazilərə, mübahisəli ərazilərə, yuxarıda göstərilən siyahıda adı çəkilən qismən tanınmış ölkələrə, fərqli viza siyasəti və məhdud bölgələrdə fəaliyyət göstərən tanınmış inzibati bölmələrə səfərlər üçün viza tələbləri: == Xaricdəki ABŞ vətəndaşlarının konsulluq qorunması == ABŞ dünyanın hər bir ölkəsindən ən çox diplomatik nümayəndəliyə sahibdir. ABŞ-nin diplomatik nümayəndəliklərinin siyahısı və həmçinin ABŞ-dəki diplomatik nümayəndəliklərin siyahısına da baxın.
Azərbaycan vətəndaşları üçün viza tələbləri
Henley Tərəfdaşları Pasport İndeksinin 26 may 2019 tarixindəki hesabatına görə 67 ölkə və ya ərazi Azərbaycan pasportunu vizasız, ya da vizanı girişdə verərək qəbul edir. Eyni vaxtda Azərbaycan ilə Avropa İttifaqı arasında vizanın qaldırılması ilə bağlı danışıqlar aparılır. Aşağıdakı cədvəl ancaq Azərbaycan vətəndaşlarının turist səfərləri haqqında məlumatı göstərir. Digər iş, jurnalist və başqa vizasız girişlər cədvəldə göstərilməyib. Aşağıdakı "vizasız" və ya "viza girişdə verilir" adı altında göstərilən ölkələr bəzən gediş/qayıdış bileti və maddi vəziyyəti göstərən sənədlər tələb edə bilər. Bu səbəbdən səyahətə çıxmazdan qabaq viza haqqında məlumatları səfirliklərdən öyrənmək tövsiyə olunur. Məlumatlar Azərbaycan Xarici İşlər Nazirliyi və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasısından götürülmüşdür. Əgər məlumat fərqli yerdən götürülübsə, cədvəldə qeyd edilib.
Ermənistan vətəndaşları üçün viza tələbləri
Ermənistan vətəndaşları üçün viza tələbləri — digər dövlətlərin hökumətləri tərəfindən Ermənistan vətəndaşlarına tətbiq olunan inzibati giriş məhdudiyyətlərdir. Henley Passport İndeksinə əsasən, 7 yanvar 2020-ci il tarixinə qədər Ermənistan vətəndaşları səyahət azadlığı üzrə 81-ci yeri tuturlar, onlar 62 ölkə və əraziyə vizasız və ya vizanı girişdə almaqla daxil ola bilərlər.
İsrail vətəndaşları üçün viza tələbləri
İsrail vətəndaşları üçün viza tələbləri İsrail pasportu olan vətəndaşlara aiddir. 11 yanvar 2022-ci il tarixinə İsrail vətəndaşları 159 ölkə və əraziyə vizasız və ya vizanı girişdə əldə etməklə daxil ola bilərlər. Bununlada İsrail pasportu Qlobal Pasport İndeksi 2021-ə görə səyahət azadlığı baxımından 24-cü yerdədir. Abraham Accords Sülh Sazişləri İsrail pasportunun 2021-ci ilin avqustunda reytinqdə 13 pillə yüksələrək 13-cü yerə yüksəlməsinə səbəb oldu. == Viza tələbləri xəritəsi == == Viza tələbləri == Turist olaraq səyahət edən ümumvətəndaş pasport sahibləri üçün viza tələbləri: === Əvvəlcədən təsdiqlənmiş vizaların götürülməsi === Əvvəlcədən təsdiqlənmiş vizalar səfirlik və ya konsulluq əvəzinə aşağıdakı ölkələrə gəldikdən sonra götürülə bilər. === Tanınmamış və ya qismən tanınan ölkələr === === Asılı və muxtar ərazilər === == Xaricdə İsrail vətəndaşlarının konsul müdafiəsi == İsraili tanıyan 159 dövlətdə 70 daimi səfirlik, 23 konsulluq və beş “xüsusi” missiya var. 2014-cü ildən etibarən Almaniya israillilərin təmsil olunmadığı ölkələrdə israillilərə konsulluq yardımı təklif edir. Şimali Koreya İsraili “imperialist peyk” kimi qəbul etdiyi üçün onu ölkə kimi tanımır. 2016-cı ildən bəri İsrail mülki vətəndaşlarına İsraildə müvafiq vizalarla Şimali Koreyaya vasitəçi olmadan getməyə icazə verilib. == Ərəb-İsrail münaqişəsi == Ərəb dövlətləri ilə davam edən münaqişə səbəbindən Birləşmiş Millətlər Təşkilatının 13 ərəb üzvü İsrail Dövlətini tanımır.
Jinq Ninq
Qondarma Dağlıq Qarabağ Respublikasının viza siyasəti
Qondarma Dağlıq Qarabağ Respublikasının viza siyasəti — Qondarma Dağlıq Qarabağ Respublikasına gələnlər vizadan azad olan ölkələrdən birindən gəlmirlərsə, viza almalıdırlar. == Viza siyasəti == Aşağıdakı ölkələrin vətəndaşları Dağlıq Qarabağ Respublikasına vizasız gedə bilərlər: Yuxarıda göstərilən ölkələrlə yanaşı, daha üç keçmiş Sovet dövlətinin vətəndaşları Artsaxa vizasız gedə bilərlər. Tanınmamış dövlətlər birliyinin bütün üzvləri öz vətəndaşları üçün viza tələbini qaldırmağa razılaşıblar: Digər ölkələrin vətəndaşları Ermənistanın Dağlıq Qarabağdakı daimi nümayəndəliyindən viza ala bilərlər. İstisna hallarda, giriş vizası Qondarma Dağlıq Qarabağ Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən də Xankəndidə verilə bilər. Tək 21 günlük turist vizası mövcuddur, tək və çoxlu viza maksimum bir, iki və ya üç ay müddətinə verilə bilər. Azərbaycana getmək istəyən şəxsin pasportunda Dağlıq Qarabağ vizası, möhürü və ya ora səfər etməsi ilə bağlı hər hansı sübut olarsa, onun Azərbaycan Respublikasına girişi həmişəlik qadağan ediləcək və bu şəxs "persona non qrata" siyahısına (arzuedilməyən adam siyahısına) daxil ediləcək.
Sinq-Sinq
Sinq-Sinq həbsxanası (ing. Sing Sing Correctional Facility) — ABŞ-nin Nyu-York ştatının Ossininq şəhərində yerləşən ciddi rejimli həbsxana. Nyu-York şəhərindən təxminən 48 km şimalda, Hudzon çayının sahilində yerləşir. Həbsxana Sinq-Sinq kəndinə görə belə adlandırılmışdır, mənasını "Sint Sinks" hindu sözlərindən almışdır, daş üstə daş anlamına gəlir. Təxminən 1700 cinayətkar burada saxlanılır. 1825 kamerası olan tarixi binasının muzeyə çevrilməsi planlaşdırılır. == Tarixi == Həbsxana 1825-ci ildə memar Elam Lindsin layihəsi əsasında tikilmişdir. Divarlar yaxınlıqdakı karxanadan çıxarılan mərmərdən hazırlanmışdır. Həbsxana tikildikdən sonra karxana məhbusların əsas islah-əmək düşərgəsinə çevrilmişdir. Elam Linds özü 1828-ci ildə açılışı olan həbsxananın ilk rəisi olmuşdur.
Avizo
Avizo (it. Avviso) — qarşılığında hesablamalardakı dəyişikliklər haqqında bir kontragentin digərinə göndərdiyi bildiriş vərəqi. "Avizo" termini bank əməliyyatında çox işlənir.
Bing
Bing — Microsoft tərəfindən qurulan bir axtarış sistemidir. İlk dəfə "Microsoft" şirkətinin baş direktoru Stiv Balmer tərəfindən təqdim olunmuşdur. 2009-cu ilin ilk yarısında sınaq işlərinə başlayan və ictimaiyyətə adı əvvəl Kumo olaraq elan olunan Bing, "vərdişləri dəyişdirmə" iddiasıyla yola çıxdı. Bing sistemində ən əhəmiyyətli yeniliyin, veb-saytlarına keçid vermənin xaricində alt başlıqlar halında məlumatların də listələnməsi oldu. Windows Live Search axtarış sisteminin yerini alması və Google rəqib olması gözlənilən Bing, 1 iyun 2009 tarixində "beta" (sınaq) yayımıyla xidmətə qoşuldu.Bing axtarış sistemi 58 dildə istifadə edilə bilir. www.discoverbing.com adlı saytda təqdimatı edilən Bing'in bir fərqli xüsusiyyəti də hər gün dəyişən arxa plan rəsmidir.
Cizgi
Animasiya, cizgi, animasiya kinosu və ya cizgi filmi – incəsənətin bir növü. Onun əsərləri kağız üzərində və ya kompüterdə çəkilmiş şəkillərin hərəkətə gətirilməsi nəticəsində yaranır. == Haqqında == Kino sənətinin əsas növlərindən biri də animasiya kinosudur. Bu növ uşaqlar üçün nəzərdə tutulmuşdur. Ona multiplikasiya kinosu da deyilir. Animasiya kinosu yeni multiplikasiya filmləri rəsmli, yaxud həcmli obyektləri müəyyən fazalarla hərəkət etdirib onların bu hərəkətini ardıcıl lentə almaqla yaranır. Animasiya kinosunda fantastika, bədii uydurma mühüm yer tutduğuna görə tədqiqatçılar bəzən onu təsviri sənət növlərinə daha yaxın hesab edir və ya kinematoqrafiya texnikasından istifadə edən müstəqil sənət sayılır. Gerçəkliyi əks etdirmənin xüsusi bədii şərtilik forması olan qrafik animasiya fantastik hadisə və əhvalatların təsviri üçün özünə məxsus ifadə vasitələrinə malikdir. Əhvalatı göstərmək cəhətindən qrafik animasiya ilə ayaqlaşa bilməyən həcmli animasiyada personajların təsviri xarakteristikası daha dolğun olur. Elektronikaya və kibernetik maşınların tətbiqinə əsaslanan animasiya filmləri də vardır ki, onlara kompüter animasiyası deyilir.
Cizə
Cizə, ə l - C i z ə (الجيزة) – Misirdə şəhər. Qahirənin cənub-qərbində şəhərətrafı. Cizə mühafazasının inzibati mərkəzi. Əhalisi 3,6 mln. (2012); Əhalisinin sayına görə Qahirə və İsgəndəriyyə şəhərlərindən sonra ölkənin üçüncü şəhəri. Nil çayının sol sahilində port. Nəqliyyat qovşağı; Metro xətti ilə Qahirəyə bağlanır. Turizm mərkəzidir. == Tarixi == Cizə yaxınlığında fironların IV sülaləsinin nümayəndələri Xeops (Xufu), Xefren (Xafra) və Mikerinin (Menkaurun) e.ə. 3-cü minilliyin 1-ci yarısında tikilmiş və ellinizm dövrü ədəbiyyatında Dünyanın yeddi möcüzəsi sırasına daxil edilmiş əzəmətli Memfis nekropolu qalmışdır.
Ding
Ding — çəltiyi qılafdan təmizləmək üçün nisbətən geniş yayılmış döyüm alətlərdən biri. Azərbaycanda tarixən dingin ayaq və əl dingi olmaqla iki əsas növü yayılmışdır. Ding yerli ustalar tərəfindən palıd, qoz, şabalıd və möhkəm oduncaqlı ağac növlərindən hazırlanırdı. Ayaq dinginin qabaq hissəsində girdə çala, arxa hissəsində bir cüt qol olurdu. Ding ağacı ox vasitəsilə həmin qolların arasına salınır və təpmə yolu ilə qaldırılıb-endirilirdi. Dibəyin dişli dimdiyi çalaya doldurulmuş çəltiyə dəydikcə onu qılafdan ayırıb təmizləyirdi. Çəltiyi vaxtı ilə su dingi vasitəsilə də döyüb təmizləmişlər. Bu tip dinglər Azərbaycanın bütün çəltikçilik bölgələrində geniş yayılmışdı. Quruluşuna və istehsal gücünə görə su dingi ayaq dingindən fərqlənirdi. Su dingi nov, pər (su çarxı), şapalaqlı ox, ding qolu, döyəc və 5-6 ədəd girdə çaladan ibarət düzəldilirdi.
Dizaq
Dizaq mahalı — Qarabağ xanlığının inzibati bölgələrindən biri. == Mahal haqqında qısa məlumat == Sahəsi - Əhalisi - Yaranması — 1737-ci il Paytaxtı— Tuğ kəndi Sərhədləri —Qərbdən Bərgüşad mahalı, şimaldan Vərəndə mahalı, şərqdən Cavanşir-Dizaq mahalı, cənubdan Xırdapara-Dizaq mahalı. == Tarixi == Adı «qalaça» kimi açıqlanır. Dizaq adı VII əsrə aid hadisələrdə çəkilir. Mirzə Yusif Qarabağlıya görə mahalın uzunluğu Əkərə çayı və Gültəpədən başlayaraq Maltəpəyə kimi, eni isə Arazdan Xurat dağına qədər olan ərazinin əhatə edir. Başqa sözlə, indiki Füzuli və Cəbrayıl rayonlarının ərazilərini əhatə edirdi. XVIII əsrdə İrəvan xanlığının Qırxbulaq mahalında Dizək kənd adı ilə mənaca eynidir. Orta fars dilində dizək “qüvvətləndirilmiş yer“ sözündəndir. Nizami Gəncəvinin “Xosrov və Şirin“ poemasında Dizaknak kimidir. Sınır-sərhəddi dürlü dönəmlərdə gah azalmış, gah da genişlənmişdir.
Dizə
Dizə (Ordubad) — Azərbaycanın Ordubad rayonunda kənd. Dizə (Culfa) — Azərbaycanın Culfa rayonunda kənd. Dizə (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd. Dizə nekropolu - Şərur rayonundakı eyniadlı kəndin yaxınlığında yerləşən nekropol. Nəcəfəlidizə (keçmiş yazılış qaydası Nəcəfəli Dizə) — Azərbaycanın Babək rayonunda bir kənd. Dizəzinə dağı - Babək rayonundakı Nəcəfəlidizə kəndinin yaxınlığında, Zəngəzur silsiləsində yerləşən dağ. Kalbaoruc Dizə (keçmiş adı Oruc Dizə) — Azərbaycanın Babək rayonunda bir kənd. Kələntər Dizə — Azərbaycanın Ordubad rayonunda bir kənd. Məmmədrza Dizə (keçmiş adı Yeniyol) — Azərbaycanın Babək rayonunda bir kənd.
Fitzg.
Robert Devid Fitzcerald (irl. Robert David Fitzgerald; 30 noyabr 1830 – 12 avqust 1892) — İrlandiya botaniki. Elmi f'aliyy'ti== Robert Devid Fitzcerald toxumlu bitkilər sahəsində ixtisaslaşıb.. Həm də böyük Alman-Avstraliyalı botanik Ferdinand von Mueller üçün orkide toplayırdı. == Əsərləri == Australian Orchids. 1875–1894..
Gilg
Ernst Friedrich Gilg' (alm. Ernst Friedrich Gilg‎; 12 yanvar 1867, Şlingen, Baden-Vürtemberq — 11 oktyabr 1933, Berlin) — alman botaniki. == Elmi əsərləri == Pharmazeutische Warenkunde, 4. Auflage 1911 Grundzüge der Botanik für Pharmazeuten, 6. Auflage 1921 Lehrbuch der Pharmakognosie, 3.
Ling
Ling — tərpənməz dayaq ətrafında fırlana bilən bərk cismdir. Dayaq nöqtəsindən kənarda olan tərəflərə lingin qolları deyilir. Böyük qola kiçik qüvvə ilə təsir etməklə lingin kiçik qolunda böyük qüvvə yaradılır. Lingin qolunu kifayət qədər uzun etməklə nəzəri olaraq istənilən qüvvəni yaratmaq mümkündür. Belə sistemin riyazi təsviri ling qanunu ilə izah edilir. Bu qanun ilk dəfə olaraq antik dövrdə Arximed tərəfindən təsvir edilmişdir. == İşləmə prinsipi == Lingin işləmə prinsipi enerjinin saxlanması qanununa əsaslanır. Qolu Δ h 1 {\displaystyle \Delta h_{1}} məsafəsinə gətirmək üçün yük tərəfindən təsir edən qüvvə aşağıdakı işi görməlidir: A 1 = F 1 Δ h 1 {\displaystyle \ A_{1}=F_{1}\Delta h_{1}} . Digər tərəfdən baxdıqda, qoyulan qüvvə bu işi görməlidir: A 2 = F 2 Δ h 2 {\displaystyle \ A_{2}=F_{2}\Delta h_{2}} , burada: Δ h 2 {\displaystyle \Delta h_{2}} — lingin qolunun ucu hissəsindəki yerdəyişməsidir. Burada F 2 {\displaystyle F_{2}} qüvvəsi təsir edir.
Liza
Liza (balıq) — kefallar fəsiləsinə aid balıq cinsi. Liza (ad) — qadın adı. Liza (film, 1972) — film. Liza (film, 1978) — film.
Nitq
Nitq — ən mühüm ünsiyyət vasitəsi olan dilin şifahi və yazılı təzahür forması, informasiya ötürücü vasitə. Nitq şəxsin müəyyən kollektivin digər üzvləri ilə qarşılıqlı əlaqə saxlamaq məqsədilə dildən istifadə etmək fəaliyyətidir. Nitqin əsas məqsədi informasiya mübadiləsi yaratmaqla informasiyanın ötürülməsi, qəbul edilməsidir. Lakin bununla yanaşı, nitq informasiyanın qeydə alınması və saxlanması məqsədinə də xidmət edir. Nitqin gerçəkləşdirilməsi üçün dilin müxtəlif vasitələri işlədilir. Nitq bir sıra parametrlərilə səciyyələnir. Nitqin aydınlığı onun adresat tərəfindən heç bir çətinlik çəkilmədən izah və şərhə əlavə vasitələrə tələb yaranmadan başa düşülməsidir. Nitq bədii və obrazlı ola bilər. Bəzən bədii və obrazlı nitqi eyniləşdirirlər. Lakin bu nitq formaları arasında fərq vardır.
Qızıq
Qızıq/Kızık/Qırıq boyu — Oğuz xan dastanına əsasən adını Oğuz xanın nəvəsi Ulduz xanın oğlu Qızıqdan almış, Oğuz türklərinin 24 boyundan biri. === Türkiyədə === Kızık (Gümüşhacıköy) — Türkiyənin Amasya ili, Gümüşhacıköy ilçəsində kənd. Kızık (Sandıklı) — Türkiyənin Afyonkarahisar ili, Sandıklı ilçəsində kənd. Kızık (Kızılcahamam) — Türkiyənin Ankara ili, Kızılcahamam ilçəsində kənd. Kızık (Manyas) — Türkiyənin Balıkəsir ili, Manyas ilçəsində kənd. Kızık (Develi) — Türkiyənin Kayseri ili, Develi ilçəsində kənd. Kızık (Andırın) — Türkiyənin Qəhrəmanmaraş ili, Andırın ilçəsində kənd. Kızık (Karaman) — Türkiyənin Karaman ili, Mərkəz ilçəsində kənd. Kızık (Ovacık) — Türkiyənin Tunceli ili, Ovacık ilçəsində kənd. Kızık (Zara) — Türkiyənin Sivas ili, Zara ilçəsində kənd.
Rize
Rizə — Türkiyənin Rizə ilinin inzibati mərkəzi. == Əhalisi == 2009-cu ilin məlumatına görə il əhalisi 319.569-dur. == Etimologiya == Qədim yazılı mənbələrdə Rhizus (Πιζοῦς) adlandırılan Rizənin yunanca "ριζα" (riza) adındandan gəlir, mənası "dağ ətəyi" deməkdir. Bəzi tarixçilər də adın yunanca düyü mənasını verən rizi (ρύζι) və ya "kök,təməl, əsas" mənası verən Riza (ῥίζα), lazca "düzənliklər" mənası verən İrizeni olduğu deyilir. Şəhərin gürcücə adı "რიზე", lazca adı isə "Rizini"'dir.
Rizə
Rizə — Türkiyənin Rizə ilinin inzibati mərkəzi. == Əhalisi == 2009-cu ilin məlumatına görə il əhalisi 319.569-dur. == Etimologiya == Qədim yazılı mənbələrdə Rhizus (Πιζοῦς) adlandırılan Rizənin yunanca "ριζα" (riza) adındandan gəlir, mənası "dağ ətəyi" deməkdir. Bəzi tarixçilər də adın yunanca düyü mənasını verən rizi (ρύζι) və ya "kök,təməl, əsas" mənası verən Riza (ῥίζα), lazca "düzənliklər" mənası verən İrizeni olduğu deyilir. Şəhərin gürcücə adı "რიზე", lazca adı isə "Rizini"'dir.