Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gennadiy Padalka
Gennadiy İvanoviç Padalka (doğ. 21 iyun 1958-ci il, Krasnodar) — rusiyalı kosmonavt, Rusiya Hərbi Hava Qüvvələrinin polkovniki. 12 sentyabr 2015-ci ildə dəqiqləşdirilən məlumatına görə Padalka açıq kosmosda keçirtdiyi ümumi günlərin sayına görə birinci yerdədir — 878 gün 11 saat 29 dəqiqə 51 saniyə. == Həyatı == 1979-ci ildə Yeysk Ali Hərbi Aviasiya İnstitutunu (Cənubi Sudan) bitirib. Ailəlidir, üç qız atasıdır: böyük — iqtisadçı, orta — hüquqşünas, kiçik - videoblogger. Boş vaxtlarında teatr, dayvinq və Paraşüt idmanı ilə maraqlanır == Faktlar == Bir dəfə, zarafatyana deyib ki, yadplanetlilərlə görüş üçün xüsusi davranış təlimatı var. Bu məlumatı tezliklə jurnalistlər yaydılar. Qırmızı dənizdə istirahət etməyi üstün tutur və dayvinqlə maraqlanır. Kosmosda saç kəsimi etmir.
Qazaka
Qazaka — Azərbaycanın ən qədim şəhərlərindən biri, Atropatena hökmdarlarının yay iqamətgahı, Atropatena dövlətinin paytaxtı, Azərbaycanda, eləcə də bütün Şərq zərdüştiliyin əsas ibadətgahlarından, böyük mədəniyyət mərkəzlərindən biri, zəngin şəhər olmuşdur. == Etimologiyası == Şəhərin adı qədim yunan dilli mənbələrdə Qazaka kimi qeyd edilir. Qazaka ərəb işğalları dövründən etibarən mənbələrdə Cənzə və ya Şiz adlandrılır. "Şiz" və ya "şiçikan" sözünə pəhləvi dilli mənbələrdə tez-tez rast gəlmək olur. Pəhləvi dilində bu söz xəzinə və yaxud ləl-cəvahirat saxlanan yer anlamında işlədilirdi. Erməni dilli mənbələrdə "Qandzak" və ya "Kandzak" formasında verilmiş bu ad ərəblərdə "Cənzə", farslarda isə Gəncə formasında işlədilmişdir. Məhz buna dayanan İran alimləri şəhərin adını fars dilləri vasitəsiylə izah etməyə çalışırlar.Qiyasəddin Qeybullayevin saklar haqqındakı araşdırmaları zamanı bəlli olmuşdur ki, həm Qazaka (Gəncək), həm də Şimali Azərbaycandakı Gəncə şəhəri sakların məskunlaşdığı ərazidə yaranıb formalaşmış, hətta Şimali Azərbaycandakı Gəncə şəhəri uzun müddət Sak çarlığının siyasi mərkəzi – paytaxtı olmuşdur. Həmçinin Orta Asiyada da sakların məskunlaşdığı yerdə Gəncə sözü ilə bağlı bir neçə toponim, oronim və etnonim olmuş, onlardan bəziləri günümüzə qədər çatmışdır. Q.Qeybullayev Şimali Azərbaycandakı Gəncə və Cənubi Azərbaycandakı Gəncək şəhərlərinin adının sakların ən böyük tayfalarından biri olan gəncəklərinadı ilə bağlı olduğunu isbat etmişdir. == Tarixi == Qazaka şəhəri Atropatena dövlətinin paytaxtı olmuşdur.
Anna Gavalda
Anna Qavalda (fr. Anna Gavalda, 9 dekabr 1970, Bulon-Biyankur) — fransız yazıçısı. Onun əsərləri onlarca dillərə tərcümə olunub və böyük sevgiylə oxunur. == Bioqrafiya == Anna Gavalda Parisin prestijli Boulogne-Billancourt şəhər kənarında anadan olmuşdu. Anna'nın böyük nənəsi Sankt Peterburqda anadan olmuşdu və tanınmış Fulda nəslindəndir. Valideynlərin boşanmasından sonra, 14 il pansionda yaşamış, sonradan isə Sorbonna universitetinə daxil olmuşdu. 2007-ci ildə ekranlara Anna Gavalda'nın eyniadlı romanı əsasında? fransız rejissoru Klod Berrinin, Odru Totu baş rolda olmaqla "Sadəcə birlikdə" adlı film nümaiş olunmuşdur. 4 həftə ərzində filmi Fransada 2 milyon tamaşaçı izləmişdir.
Anna Qavalda
Anna Qavalda (fr. Anna Gavalda, 9 dekabr 1970, Bulon-Biyankur) — fransız yazıçısı. Onun əsərləri onlarca dillərə tərcümə olunub və böyük sevgiylə oxunur. == Bioqrafiya == Anna Gavalda Parisin prestijli Boulogne-Billancourt şəhər kənarında anadan olmuşdu. Anna'nın böyük nənəsi Sankt Peterburqda anadan olmuşdu və tanınmış Fulda nəslindəndir. Valideynlərin boşanmasından sonra, 14 il pansionda yaşamış, sonradan isə Sorbonna universitetinə daxil olmuşdu. 2007-ci ildə ekranlara Anna Gavalda'nın eyniadlı romanı əsasında? fransız rejissoru Klod Berrinin, Odru Totu baş rolda olmaqla "Sadəcə birlikdə" adlı film nümaiş olunmuşdur. 4 həftə ərzində filmi Fransada 2 milyon tamaşaçı izləmişdir.
Adalia decimpunctata
10 nöqtəli adalia parabüzəni (lat. Adalia decimpunctata) — parəbüzənlər ailəsinin Coccinellinae yarımfəsiləsinə aid böcək növü. == Quruluşu == Bədən formaları yumru, qanadlarının üzəri sarımtıl və bir az da qırmızıya çalır. Üzərində simmetrik olaraq 10 ədəd eyni böyüklükdə qara nöqtələri var. Qoz və qovaq mənənəsi ilə qidalanırlar. == Biologiyası == Yüksək temperatur şəraitində yaşlı və sürfə formaları daha fəal olurlar. Bir qayda olaraq yumurtalarını qoz ağaclarının aşağı yerlərində olan yarpaqlarının alt tərəfinə, mənənə koloniyasının arasına qoyurlar. Qoz ağacının qurumuş hissəsində qabıq altında, Günəş düşən tərəfdə qışlayırlar. Qış sığınacaqlarına oktyabr ayının ikinci yarısından çəkilirlər. Aprel ayının ortalarından ağaclarda yayılmağa başlayırlar.
Padala buzlağı
Padala buzlağı (bolq. ледник Падала, ‘Lednik Padala’ \'led-nik pa-'da-la\) — 9 km uzunluğu və 3.9 km eni olan, Antarktidanın Elsuort dağlarına daxil olan buzlaqdır. Buzlaq Kopsis buzlağından şimal-qərbdə, Marsa buzlağından cənub-şərqdə yerləşmişdir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir. Bangey yüksəkliyindən şərqdə yerləşmişdir.Buzlaq qərbi Bolqarıstanda yerləşən Padala şəhərinin adını daşıyır. == Yerləşməsi == Padala buzlağı 78°02′40″ c. e. 85°31′00″ q. u. koordinatlarında yerləşmişdir.
Sadala burnu
Sadala burnu (bolq. нос Садала, ‘Nos Sadala’ \'nos sa-'da-la\) — Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən cənub-şərqdə yerləşən burundur. Burun Bransfild boğazından 500 m aralıda, Robert burnundan 2.43 km şimal-şərqdə, Batuliya burnundan 2.97 km cənub-qərbdə, Kitçen burnundan isə 4.8 km cənub-qərbdə yerləşmişdir.Burun E.ə 87-79 illərdə Frakiya hökmdarı olan Sadalanın adını daşıyır. == Yerləşməsi == Bolqarıstan xəritəsinə 2009 və 2010-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005. L.L. Ivanov. Antarctica: Livingston Island and Greenwich, Robert, Snow and Smith Islands.
Ölümə qadağa
Ölümə qadağa — xüsusi ərazilərdə ölümə qoyulan hüquqi qadağa. Qadağa ölmüş insanın ailəsinə cərimə formasında tətbiq olunur. Tarixdə bu tip qadağaya e.ə. V əsrdə Yunanıstanda rast gəlinir. Müqəddəs Delos adasında dini inanclar zəminində ölümə qadağa qoyulmuşdu. Böyük Britaniyada ehtimal olunur ki, parlamentin Vestminster sarayında ölərək oranı murdarlamaq qəbul edilməzdi. Əgər bu baş verərsə kralın hesabına dəfn edilərək təmizlənmə həyata keçirilir. Müasir dövrdə bir çox yaşayış məntəqələri ölümə qadağa qanunu qəbul etmiş. Buna səbəb ərazidə qəbiristanlıq yerinin dolması olur və aidiyyatı qurumlardan bu yolla yeni ərazinin ayrılmasına nail olmaqdır. Belə qanun İspaniyanın Əndəlus vilayətinə aid olan Lanjaronvə Fransanın cənubunda yerləşən üç yaşayış məntəqəsində — Kyuno, Le-Lavandu və Sarpurans, eləcədə Norveçin Şpitsbergen adalarında yerləşən Lonqyirbyuen şəhərində güvvədədir.
Natalka Poltavka (opera)
Natalka Poltavka (ukr. Наталка Полтавка) — İvan Kotlyarevskinin eyni adlı əsəri əsasında Nikolay Lısenkonun operası. Kotlyarevskinin oyunu bir çox musiqiçi və Lysenkonun qarşısına çıxsa da, bu opera opera evlərinin repertuarına qatılan və Ukraynanın ən populyar operaları arasında yerini tutan opera idi. == Səhnələr == Opera tamaşası 1889-cu ildə Odessa Teatrında keçirildi. Vladimir Yorisin musiqi ilə "böyük opera" halına gətirmək cəhdi uğursuz oldu. Teatr, Lisenkonun müəllif versiyasına qayıtdı. Müxtəlif illərdə "Natalka Poltavka" da səhnə zamanı Mixail Şepkin, Panas Saksaqanski kimi səhnə ustaları var idi. == Personajlar == məhkəmə icraçısı, Tetervakovski - tenor; Qorpina Terpilixa, dul qadın - soprano, mezzosoprano; Natalka, qızı - soprano; Petro Natalkin, sevilən - tenor; Mikola, Terpilixinin uzaq bir qardaşı - bariton; Makoqonenko, kənd seçməsi - bas. == Süjet == Aksiya XIX əsrin əvvəllərində Ukraynada keçirilir. İlk hərəkət.
10 nöqtəli adalia parabüzəni
10 nöqtəli adalia parabüzəni (lat. Adalia decimpunctata) — parəbüzənlər ailəsinin Coccinellinae yarımfəsiləsinə aid böcək növü. == Quruluşu == Bədən formaları yumru, qanadlarının üzəri sarımtıl və bir az da qırmızıya çalır. Üzərində simmetrik olaraq 10 ədəd eyni böyüklükdə qara nöqtələri var. Qoz və qovaq mənənəsi ilə qidalanırlar. == Biologiyası == Yüksək temperatur şəraitində yaşlı və sürfə formaları daha fəal olurlar. Bir qayda olaraq yumurtalarını qoz ağaclarının aşağı yerlərində olan yarpaqlarının alt tərəfinə, mənənə koloniyasının arasına qoyurlar. Qoz ağacının qurumuş hissəsində qabıq altında, Günəş düşən tərəfdə qışlayırlar. Qış sığınacaqlarına oktyabr ayının ikinci yarısından çəkilirlər. Aprel ayının ortalarından ağaclarda yayılmağa başlayırlar.
İki nöqtəli adalia parabüzəni
İki nöqtəli adalia parabüzəni (lat. Adalia bipunctata L.)-Bədəni ovalşəkilli, başı parlaq, qaradır və iki ağ ləkəsi var, yanı ağ haşiyəlidir. == Biologiyası == Bədəni ovalşəkilli, başı parlaq, qaradır və iki ağ ləkəsi var, yanı ağ haşiyəlidir. İki mürəkkəb gözləri aydın bilinir. Ağız hissə tünd sarıdır, dodaq uzanıb və parlaqdır, tüksüzdür. Ayaqları tünd qaradır, caynaqları enlililəşmiş və qərni dişciklərə malikdir ki, bu ağaclarda yayılan böcəklərin əsas əlamətləridir. Çünki, caynaqlar ağaclarda şaquli vəziyyətdə durmaq rolunu oynayır. Qanadüstlükləri əsasən sarıdır, lakin dəyişkəndir. Hər qanadüstlüyündə, tən ortada iki qara nöqtəsi var. Qidalandıqları ağaclarda alt yaruslarda olan yarpaqların alt tərəfinə, mənənə koloniyalarının arasına 300-ə yaxın yumurta qoyurlar.
Hərtərəfli Nüvə Sınağına Qadağa Müqaviləsi
Hərtərəfli Nüvə Sınağına Qadağa Müqaviləsi (ing. : Comprehensive Nuclear-Test-Ban Treaty – CTBT), bütün nüvə sınaqlarını, istər hərbi, istərsə də, mülki məqsədlər üçün olsun hər bir halda qadağan edən çoxtərəfli müqavilədir. Müqavilə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 10 sentyabr 1996-cı ildə qəbul edilmişdir, ancaq səkkiz dövlət müqaviləni təsdiqləmədiyi üçün qanuni qüvvəyə minməmişdir.