Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Galera
Epipogium (lat. Epipogium) – səhləbkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Ceratopsis Lindl. Epipogon S.G.Gmel., orth. var. Galera Blume Podanthera Wight == Növləri == Epipogium aphyllum Sw. Epipogium japonicum Makino Epipogium roseum (D.Don) Lindl. == İstinadlar == Epipogium:The Plant List saytında takson barədə məlumat.
Galega
Çəpişotu (lat. Galega) — leguminosae fəsiləsinə aid bitki cinsi.
Qaleri
Qay Qaleri Valeri Maksimian (lat. Gaius Galerius Valerius Maximianus), Roma tarixşünaslığında daha çox Qaleri kimi tanınır (250, Roma Dakiyası – 5 may 311) — 293–311-ci illərdə hakimiyyətdə olmuş Roma imperatoru. O, xristianları təqib etməsi ilə tanınır. == Həyatı == Əslən İlliriyadan olan Qaleri 1 mart 293-cü ildə Diokletian tərəfindən sezar təyin edilmişdir. Diokletianın qızı Valeriya Qaleri ilə evlənmiş və Diokletian da öz növbəsində Qalerini övladlığa götürmüşdür. Qaleri həyat fəaliyyətinə savadsız çoban kimi başlamışdır, zorakı xarakterli və siyasi baxımdan əhəmiyyətsiz bir insan idi. O, sonradan bacarıqlı bir əsgər və Diokletianın sadiq köməkçisi olmuşdur. İmperiya Diokletian və Maksiminian arasında bölünəndə Qaleri Dunayboyu ölkələrə yiyələnmişdir. Onun rəsmi iqamətgahı Sirmiyada idi, lakin o, xüsusilə şərqdə, imperiyanın Diokletian payına düşən hissəsində fəal idi. Qaleri 293–295-ci illərdə Aşağı Dunayda german tayfalarına qarşı yürüşlər aparmış və onları dəfələrlə məğlub etmişdir.
Galega officinalis
Dərman çəpişotu (lat. Galega officinalis) - çəpişotu cinsinə aid bitki növü.
Galega orientalis
Şərq çəpişotu (lat. Galega orientalis) — çəpişotu cinsinə aid bitki növü.
Qalena (nereida)
Qalena (yun. γαλήνη) — yunan mifologiyasında nereida, Nerey və Doridanın qızı.
Qaleri Maksim
Qaleri Maksim (lat. Galerius Maximus) — III əsrin ortalarında fəaliyyət göstərmiş Roma senatoru. O, 240-cı illərin əvvəllərində qeyri-müəyyən bir nundiniyə konsul-suffekt olmu.dur. Qaleri Maksim daha çox imperatorlar Valerian və Qallienin Roma tanrılarına qurban kəsmək ilə bağlı diktələrinə tabe olmamaq əsası ilə yepiskop Kiprianı ölümə məhkum edən Roma Afrikasının prokonsulu kimi tanınır.
Berlin-Baku-Galeri
"Berlin-Baku-Galeri" — Berlində sərgi salonu. Bakıdakı "Qız qalası" rəsm qalereyasının Berlindəki filialıdır. Rəhbəri tanınmış rəssam İbrahim Əhraridir. Bu qalereya 2007-ci ildən fəaliyyət göstərir. Azərbaycan mədəniyyətinin təbliği baxımından qalereyanın fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. == Sərgiləri == Burada bir çox Azərbaycan və alman rəssamının sərgisi keçirilmişdir.
Galeana
Galeana (lat. Galeana) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Galeana hastata La Llave Galeana pratensis (Kunth) Rydb.
Galerida
Kəkilli torağay (lat. Galerida) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin torağaylar fəsiləsinə aid heyvan cinsi. Afrika və Avrasiyada yayılmışdır. Uzunluqları 18 sm təşkil edir. Bitki toxumları və həşəratlarla qidalanırlar. == Təsnifat və areal == 2018-ci ilin fevralına olan məlumata görə cinsə 7 növ daxildir: Galerida cristata (Linnaeus, 1758) — Adi kəkilli torağay; Afrika və Avrasiyada geniş ərazidə yayılmışdır; Galerida deva (Sykes, 1832) — Sayks kəkilli torağayı; Hindistanın mərkəzi; Galerida macrorhyncha Tristram, 1859 [syn. Galerida randonii] — Şərqi Mərakeş və Şimali Əlcəzair; Galerida magnirostris (Stephens, 1826) — Enlidimdik kəkilli torağay; Cənubi Afrika: CAR, Lesoto və Cənub-Şəqri Namibiya; Galerida malabarica (Scopoli, 1786) — Malabar kəkilli torağay; Qərbi Hindistan; Galerida modesta Heuglin, 1864 — Günəşli kəkilli torağay; Afrikada geniş ərazidə yayılmışdır; Galerida theklae A. E. Brehm, 1857 — Qısabarmaq kəkilli torağay; Pireney yarımadası, Şimali və Qərbi Afrika, Qərbi Böyük Səhradan Misirə qədər və Edfiopiyada az bir ərazidə.
Geblera
Flyuggeya (lat. Flueggea) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin fillantkimilər fəsiləsinə aid bitki cinsi.
Hadera
Hadera (ivr. ‏חֲדֵרָה‏‎ Ḥadera ; ərəb. الخضيرة‎ al-Ḫuḍayrah ) İsrailin Hayfa dairəsində yerləşən şəhərdir. Şaron bölgəsinin şimalında, ölkənin əsas şəhərləri olan Tel-Əviv və Hayfa şəhərlərindən təqribən 45 km məsafədə yerləşir. Şəhər Aralıq dənizi boyunca 7 km uzunluğunda sahilə sahibdir. 2016-cı il hesablamalarına əsasən şəhər əhalisi 91,707 nəfər təşkil edir. 1990-cı ildən bəri Efiopiya və keçmiş SSRİ-dən gələn immiqrantların hesabına əhalinin artım tempi yüksəlmişdir.Hadera şəhəri Rusiya İmperiyası dövründə 1891-ci ildə Litva və Latviyadan gəlmiş Hovevey Zion qruplaşmasının üzvləri tərəfindən inşa olunmuşdur. 1948-ci ildən etibarən 11,800 nəfər əhalisi ilə regional mərkəz rolu oynamağa başlamışdır. Hadera 1952-ci ildə şəhər statusu almışdır. == Demoqrafiya == İsrail Mərkəzi Statistika Bürosunun 2013-cü ilin oktyabr ayına olan məlumatına əsasən Hadera şəhərinin əhalisi 91,634 nəfər təşkil etmişdi.
Kalara
Kalara — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 11 km məsafədə yerləşir. Kəndin qədim adı Kalalı //Kalaley olmuşdur. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Kelare kimi qeyd edilir . Toponim türk dilində «dayaz dərə» mənasında işlənən kol sözü ilə, «hüdud», «sərhəd» mənasında işlənən ara sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 1. XII. 1949 - cu il fərmanı ilə adı dəyişdirilib Qukasavan qoyulmuşdur. == Əhalisi == Kənddə ermənilərlə yanaşı 1897-ci ildə 6 nəfər, 1926-cı ildə 5 nəfər azərbaycanlı yaşamışdır .
Kalema
Kalema - Afrikanın qərb sahilboyunun çox yerində sakit havada bərk ləpədöyməyə deyilir. Güman olunur ki, belə ləpədöymənin səbəbi uzaqlarda – Atlantik okeanında şiddətli dalğalanmanın «əks-sədasıdır».
Kaleria
Qoyunqulağı (lat. Silene) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi.
Kaleya
Kaleya (lat. Calea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Sinonim == Aschenbornia S.Schauer Brasilia G.M.Barroso Geissopappus Benth. Mocinna Lag.
Kolera
Vəba (lat. cholera) — Vibrio cholerae adlı bakteriyanın səbəb olduğu nazik bağırsağın infeksion xəstəliyidir. Bağırsaq infeksiyası, sərt və şiddətli ishal ilə müşahidə edilir. Bu xəstəlik üçün güclü zəhərlənmə, qusma, ishal, orqanizmin kəskin susuzlaşması və nazik bağırsağın zədələnməsi xarakterik cəhətlərdir. Vəba xəstəliyində ölüm halları yüksəkdir. Günəş işığı bu törədicilərə məhvedici təsir göstərir. Vibrion (vəba törədicisi) qaynadıldıqda, habelə xlorlu əhəng və xloramin məhlulunun təsirindən tez məhv olur. Xəstəlik, ümumiyyətlə, nəcis bulaşmış çirkli su ya da bu suyla yuyulmuş qidalar vasitəsilə yayılır. Buna görə kanalizasiya və ya su təmizləmə sistemlərindəki hər hansı bir səhv vəbanın qısa müddətdə geniş əraziyə yayılmasına yol aça bilər. Vəbanı asanlıqla müalicə etmək mümkündür, lakin müalicə edilməzsə, %50 nisbətində ölümlə nəticələnə bilər.
Macəra
Macəra — insanın başına gələn ona həyəcan verən bir hadisə və ya hadisələr zənciri, sərgüzəşt, əyləncədir. Həm də nəticəsi qeyri-müəyyən olan cəsarətli bir təşəbbüs də ola bilər.
Qalaça
Qalaça və ya Şamilqala — Qax rayonunun İlisu kəndində Yazlıq dağının üstündə inşa olunmuş qala. Qalaça (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd. Qalaça (Loru) — Loruda kənd. Qalaça — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonu ərazisində kənd.
Qalina
Qalina — qadın adı və təxəllüs Qalina Vişnevskaya — Sovet və rus opera müğənnisi. Qalina Timçenko — Rusiya jurnalisti Qalina Tançeva — Bolqarıstanlı bədii gimnast. Qalina Nikandrova — Bolqarıstanlı bədii gimnast. Qalina Malaşenko — Bolqarıstanlı bədii gimnast. Qalina Marinova — Bolqarıstanlı bədii gimnast. Qalina Bıstrova — Yüngül atletika üzrə üç qat Avropa çempionu, Əməkdar idman ustası.
Qalxma
Qalxma; uçmağı bacaran canlıların və təyyarələrin yer, su və digər səthlərlə təmasının kəsilməsi və uçmağa başlaması. Kosmik gəmilərin və raketlərin yerdən böyük bir bucaq yaradacaq şəkildə rampadan etdiyi qalxmaya əsasən fırlatma deyilir. Bir cismin qalxması üçün, daşıyıcı qüvvənin cazibə qüvvəsini üstələməsi lazımdır. Təyyarələr şaquli qalxma və üfüqi qalxma edə bilənlər kimi ikiyə bölünür. Bəzi hibrid nəqliyyat vasitələri həm şaquli, həm də üfüqi şəkildə qalxma həyata keçirdə bilirlər. Əksər sabit qanadlı təyyarələr yerdə sürətlənirlər ki, qanadlarda nəqliyyat vasitəsini havaya qaldırmağa yetəcək qədər qüvvə olsun. Helikopterlər kimi fırlanan qanadlı nəqliyyat vasitələri də paletlərdə olan daşıma qüvvəsi ilə qalxmanı həyata keçirirlər. İsti hava balonları isə içərisindəki isti havanın xaricdəki havadan daha yüngül olması səbəbinə görə batmazlıq qüvvəsi sayəsində qalxma həyata keçirirlər.
Qaneşa
Qaneşa (sanskr. गणेश) — hinduizmdə müdriklik və gözəl sənətlər tanrısı, elmlər hamisi. Dünyada Hindistan panteonunun ən çox pərəstiş edilən tanrılarından biri. Qaneşanı adətən insan bədəni və fil başı ilə siçovulun üstündə təsvir edirlər. Əsatirə görə Qaneşa Şiva və Parvatinin oğludur. Bəzi fərziyələrə görə Qaneşanın başını doğma atası Şiva qoparmış və yerinə yaxınlıqdakı fil balasının başını qoymuş. Digər əsatirə görə isə Şivanın başını onun ad gününə çağırılmamış Şani tanrısı (Saturnun təsviri) baxışı ilə külə döndərmiş. Brahma da Şivaya məsləhət görür ki, Qaneşanın başının yerinə qarşısına çıxan ilk heyvanın başını qoysun. Bu heyvan İndranın Ayravata adlı fili olur. Qaneşanın rəmzi daşı qırmızıdır.
Guiera
Guiera (lat. Guiera) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin kombretkimilər fəsiləsinə aid bitki cinsi.
Kaldera
Kaldera (isp. Caldera; "yemək qazanı") və ya kalder — vulkanın zirvəsinin və ya bəzən ona bitişik olan sahənin bir hissəsinin uçması zamanı əmələ gələn az və ya çox dərəcədə düz dibli, dik divarlı sirkvari oval və ya dairəvi çuxur. Kaldera eninə ölçüləri 10–15 km-ə, dərinliyi isə bir-neçə 100 m-ə çatır. Belə güman olunur ki, vulkan boğazından və ya çatdan partlayış zamanı külli miqdarda maqma püskürür. Bu zaman vulkan kamerasının daha dərin mənbələrdən gələn materiallarla dolmasına nisbətən, onun enməsi daha sürətlə gedir və vulkanın tavanı dayaq nöqtəsini itirərək uçur, yer səthində kaldera əmələ gəlir. Kraterdən mənşəyinə və böyük ölçülərinə görə fərqlənir. Vilyams qeyd edir ki, kraterin diametri əsasən 1–1,5 km olduğu halda, bir çox kaldera diametri 8 km-dən 15 km və daha böyük olur. Kaldera təsnifatı onların formasına və genezisinə əsaslanmışdır. Ritman, 1964, aşağıdakı kaldera tiplərini ayırır: zirvə kalderası (və ya nəhəng kraterlər), nəhəng eksploziv püskürmələr nəticəsində əmələ gələn monogen kaldera, bir sıra ardıcıl püskürmələr nəticəsində əmələ gələn poligen kaldera. Kalderanın əmələ gəlməsi haqqında iki fərziyyə məlumdur: Eşerə görə, kaldera maqmatik ocağın yalnız böyük dərinlikdə, Vilyamsa görə isə, yalnız az dərinlikdə yerləşməsi nəticəsində əmələ gələ bilər.
Galeon
Galeon köhnə Gecko əsaslı veb brauzerdir. GNOME-da təkmilləşdirmə məqsədləri üçün Marco Pesenti Gritti və komandası tərəfindən hazırlanmışdır. 2000-ci illərdə populyarlıq qazandı və paralel olaraq, çeviklik və yeni xüsusiyyətlərlə təkmilləşdirmələr edildi. 2002-ci ildə inkişaf qrupu fikir ayrılıqlarına görə ayrıldı. İnkişaf 2008-ci ilin sentyabrından dayandırılıb.
Glycyrrhiza glabra var. glabra
Şirinbiyan (lat. Glycyrrhiza glabra) — biyan cinsinə aid bitki növü.Şirinbiyan bitkisi Paxlalılar fəsiləsinə daxildir. Biyan latın dilində qlisseraza deməkdir. Lüğəti mənası şirin kök deməkdir. Biyan cinsinin dünya florasının tərkibində 18 növü yayılmışdır. Azərbaycanda 8 növünə təsadüf olunur. Bunlardan ən geniş yayılanı şirinbiyandır – Glyeyrrhiza glabra. Bu, çoxillik yarımkol bitki olub, iri yeraltı kök sisteminə malikdir. Ana kökdən yanlara çoxlu xırda yan köklər ayrılır. Biyanı qiymətli edən də məhz bu kök və kökümsovlardakı müxtəlif mənşəli maddələrdir.