Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Halogen
Halogenlər (yun. ἁλός — duz və γένος — mənşə) — VII qrup elementləri (energetik səviyyələrini doldurmaq üçün 1 elektronları çatmayanlar). Halogenlər reaksiya zamanı daha çox elektron alırlar. Bu xassə daha çox flüora aiddir. Halogenlər təbiətdə sərbəst şəkildə tapılmır,yalnız birləşmə şəklində tapılırlar. Xlor ilk dəfə 1774-cü ildə xlorid turşusunun manqan oksidi ilə oksidləşməsindən alınmışdır. Flüor yalnız oksidləşdiricidir, onu duz məhlullarının elektrolizi yolu ilə almaq olar. Flüor yalnız −1 və 0 oksidləşmə dərəcəsi göstərir.Yerdə qalan elementlər isə- xlor, brom, yod −1 — +7 aralağında oksidləşmə dərəcəsi göstərir. Qrup üzrə yuxarıdan aşağı getdikcə (F->Cl->Br->J sırası boyunca); elektromənfilik, oksidləşdiricilik, qeyri-metallıq xassəsi, aktivlik azalır. Atom radiusu, reduksiyaedicilik isə artır.
Paleogen
Paleogen və ya paleogen dövrü — kaynozoy erasının birinci geoloji dövrü; davamiyyəti 40-42 milyon il. Paleogen dövrü alp qırışıqlıq strukturlarının və müasir Pireney, Alp, Karpat, Krım, Qafqaz, Kopetdağ, Pamir, Atlas, habelə Himalay dağlarının mərkəzi hissələrinin geomorfoloji formalaşma döv­rüdür. Paleogen dövrü yerüstü onurğalı heyvanlardan məməlilər inkişaf etmişdir. Qədim yırtıcılar (kreodontlar) səciyyəvidir. Dövrün axırında xüsusiləşmiş cütdırnaqlılar və təkdırnaqlılar, xortumlular və primatlar meydana gəlmişdir. Cənub Amerikada kisəli, natamamdişli və ibtidai meymunların, Avstraliyada isə monotermlərin və kisəlilərin sərbəst inkişaf mərkəzləri yaranmışdır. Primitiv məməlilərin əksəriyyəti dövrün axırında məhvolmuşdur. Dəniz faunasında qarınayaqlı (qastropoda) və ikitayqabıqlı molluskalar inkişaf etmiş, braxiopodlar isə kəskin şəkildə azalmışdır. İri foraminiferlərin (nummulitlər, diskotsiklinlər və orbitoidlər) yeni qrupları xüsusilə geniş inkişaf tapmışdır. Kiçik plankton foraminiferlərin tərkibində əsaslı dəyişikliklər baş vermişdir: tipik qlobigerina və onlara yaxın olan cinslər (qloborotalilər, akarininalar və b.) daha da inkişaf etmişlər.
Qalağan
Qalağan — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Patogen
Patogen (yun. παθογένεια ← πάθος "əzab" + γενετική "yaradan") — istənilən mikroorqanizm (göbələklər, viruslar, bakteriyalar və d.), həm də başqa canlı varlıqda xəstəlik törədən, patoloji xarakter daşıya bilən zülal — priondur. Daha ümumi halda, patogen hər hansı bir orqanizm sisteminə zərər verə bilən və ya hər hansı bir xəstəliyin inkişafına səbəb ola biləcək hər hansı bir ekoloji amil kimi başa düşülür. Patogen mikroorqanizmlər öz sahibinə münasibətdə parazitlik edən mikroorqanizmlərdir (xüsusilə heyvanlarda bakteriyalar, bitkilərdə göbələklər). "Patogen" termini 1880-ci illərdə istifadəyə verilmişdir. Ümumiyyətlə, bu termin virus, bakteriya, protozoy, prion, viroid və ya göbələk kimi yoluxucu mikroorqanizm və ya agenti təsvir etmək üçün istifadə olunur. Bəzi qurdlar və həşərat sürfələri kimi kiçik heyvanlar da xəstəliyə səbəb ola bilər. Bununla belə, bu canlılara bir qayda olaraq, patogen deyil, parazit deyilir. Mikroskopik orqanizmlərin, o cümlədən mikroskopik patogen orqanizmlərin elmi tədqiqi ilə mikrobiologiya məşğul olur. Bu patogenləri cəlb edə bilən xəstəliklərin öyrənilməsiylə isə patologiya məşğul olur.
Qalqan
Qalqan (fr. Galgan, oks. Galganh) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Monbazan kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12108. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 36 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 349 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 192 yaşda olan (15-64 yaş arasında) 145 nəfər iqtisadi fəal, 47 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75.5%, 1999-cu ildə 70.7%).
Qalen
Berqamalı Qalen (yun. Γαληνός, lat. Claudius Galenus; ən tezi 129 və ən geci 131, Pergamon, Qədim Roma – ən tezi 201 və ən geci 216, Roma) — yunan mənşəli romalı, həkim, filosof, Orta platonizmin tanınmış nümayəndəsi. == Təbabətdə uğurları == Həkim kimi tanınmış, Roma əsilzadələrini müalicə edir və imperator Markus Avreliusun saray həkimi kimi tanınmışdır. Qalen bir çox xəstəliklərin təsnifatını vermiş, onların müalicə yollarını araşdırmış, təbabət və anatomiya üzrə çoxlu bilgilər əldə etmişdir. Onlardan Avropa təbibləri 1300 il ərzində istifadə etmişdir. O, həmçinin farmakologiya elminin əsaslarını qoymuşdur. Qalenin əsərləri müsəlman dünyasında təşəkkül tapmış təbabət elminin də inkişafında əhəmiyyətli rol oynamışdır. Müsəlman təbibləri və düşünürləri onun əsərlərini tərcümə etmiş və öz kitablarında onlara çoxlu istinadlar vermişdirlər. == Fəlsəfəsi == Qalen həm də filosof kimi tanınmışdır.
Hologen süxurlar
Hologen süxurlar (rus. галогенные породы, ing. halogen rocks) — yun. hals-duz və genes-doğuran, doğulmuş- arid iqlim şəraitində duzlu göl və laqunlarda suyun buxarlanması nəticəsində yaranan kimyəvi xloridlər, sulfatlar mənşəli süxurlar, daş-duz, kalium və maqnezium duzları, gips və s.
Paleogen dövrü
Paleogen və ya paleogen dövrü — kaynozoy erasının birinci geoloji dövrü; davamiyyəti 40-42 milyon il. Paleogen dövrü alp qırışıqlıq strukturlarının və müasir Pireney, Alp, Karpat, Krım, Qafqaz, Kopetdağ, Pamir, Atlas, habelə Himalay dağlarının mərkəzi hissələrinin geomorfoloji formalaşma döv­rüdür. Paleogen dövrü yerüstü onurğalı heyvanlardan məməlilər inkişaf etmişdir. Qədim yırtıcılar (kreodontlar) səciyyəvidir. Dövrün axırında xüsusiləşmiş cütdırnaqlılar və təkdırnaqlılar, xortumlular və primatlar meydana gəlmişdir. Cənub Amerikada kisəli, natamamdişli və ibtidai meymunların, Avstraliyada isə monotermlərin və kisəlilərin sərbəst inkişaf mərkəzləri yaranmışdır. Primitiv məməlilərin əksəriyyəti dövrün axırında məhvolmuşdur. Dəniz faunasında qarınayaqlı (qastropoda) və ikitayqabıqlı molluskalar inkişaf etmiş, braxiopodlar isə kəskin şəkildə azalmışdır. İri foraminiferlərin (nummulitlər, diskotsiklinlər və orbitoidlər) yeni qrupları xüsusilə geniş inkişaf tapmışdır. Kiçik plankton foraminiferlərin tərkibində əsaslı dəyişikliklər baş vermişdir: tipik qlobigerina və onlara yaxın olan cinslər (qloborotalilər, akarininalar və b.) daha da inkişaf etmişlər.
Qalağan bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Tarya Halonen
Tarja Kaarina Halonen (24 dekabr 1943-cü il təvəllüdlü), Finlandiyanın 11-ci prezidenti və 2000–2012-ci illərdə bu vəzifəni tutan ilk qadın kimi fəaliyyət göstərən bir Fin siyasətçisidir. İlk öncə fəaliyyətinə Finlandiya Həmkarlar İttifaqlarının Mərkəzi Təşkilatı (SAK) ilə vəkil kimi başlamış və fəaliyyətindəki uğurlar nəticəsində bu sahə üzrə məşhurlaşmışdır sonra isə Baş nazirin parlament katibi (1974–1975) və Helsinki Şəhər Şurasının üzvü (1977–1996) olmuşdur. Xanım Halonen 1979-cu ildən 2000-ci ildə prezidentliyə seçilənə qədər parlamentdə Sosial Demokrat Partiyasının üzvü olmuşdur. 1987–1990-cı illərdə Sosial İşlər və Səhiyyə Nazirliyində nazir, 1990–1991-ci illərdə Ədliyyə Naziri və 1995–2000-ci illərdə Xarici İşlər Naziri vəzifələrində çalışmışdır. Halonen, Finlandiyanın son dərəcə populyar bir prezidenti olmuş, 2003-cü ilin dekabrında təsdiqləmə reytinqi ilə yüzdə 88 səviyyəsinə qalxmışdır. İkinci turda Milli Koalisiya Partiyası namizədi Sauli Niinistöyü 51–48% ilə məğlub edərək 2006-cı ildə yenidən seçilmişdir. Müddət məhdudiyyəti səbəbindən 2012 prezident seçkilərində iştirak etmək hüququ olmayan Halonen, 1 Mart 2012-ci ildə vəzifəsindən ayrılmış və yerinə Niinistö gəlmişdir. İnsan hüquqları məsələlərinə marağı ilə geniş tanınan Halonen 1980-ci illərdə Finlandiya LGBT hüquq təşkilatı Seta-nın sədri vəzifəsində çalışmış və prezidentliyi dövründə qadın hüquqları və qloballaşma problemləri kimi məsələlərin müzakirəsində fəal iştirak etmişdir. 2006-cı ildə, müxtəlif şərhçilər tərəfindən Birləşmiş Millətlər Təşkilatının Baş katibi seçimi üçün potensial bir namizəd olaraq göstərilmiş, lakin o, digər karyera seçimləri haqqında düşünmədən əvvəl prezidentlik müddətini bitirmək istədiyini ifadə edərək, rədd etmişdir. 2009-cu ildə Forbes onu dünyanın ən güclü 100 qadını sırasına daxil etmişdir.
Sankt-Qallen
Sankt-Qallen (alm. St. Gallen‎, Şablon:Dil-als [saŋ.ˈg̊ːalə], fr. Saint-Gall, it. San Gallo) — İsveçrənin şərqində yerləşən şəhər, Sankt-Qallen kantonunun paytaxtı. Şəhər Konstans gölünün yaxınlığında dəniz səviyyəsindən təxminən 700 metr yüksəklikdə yerləşir və İsveçrənin ən yüksək şəhərlərindən biridir. Müqəddəs Qallın şərəfinə adlandırılmışdır. Kitabxananın barok zalı olan monastır binaları YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Şəhər VII əsrdə qurulmuşdur və şərqi İsveçrənin mədəni və iqtisadi mərkəzidir. Müasir şəhərə köhnə şəhər məhəlləsi (1798-ci ilə qədər - imperiya şəhəri və Sankt-Qallen Respublikası) və əvvəllər kommunalara aid olan bir sıra ətraf kəndlər (Hafnersberg, Rotmonten, Bruggen, Lachen, Sankt-Fiden və s.) daxildir.
Klavdi Qalen
Berqamalı Qalen (yun. Γαληνός, lat. Claudius Galenus; ən tezi 129 və ən geci 131, Pergamon, Qədim Roma – ən tezi 201 və ən geci 216, Roma) — yunan mənşəli romalı, həkim, filosof, Orta platonizmin tanınmış nümayəndəsi. == Təbabətdə uğurları == Həkim kimi tanınmış, Roma əsilzadələrini müalicə edir və imperator Markus Avreliusun saray həkimi kimi tanınmışdır. Qalen bir çox xəstəliklərin təsnifatını vermiş, onların müalicə yollarını araşdırmış, təbabət və anatomiya üzrə çoxlu bilgilər əldə etmişdir. Onlardan Avropa təbibləri 1300 il ərzində istifadə etmişdir. O, həmçinin farmakologiya elminin əsaslarını qoymuşdur. Qalenin əsərləri müsəlman dünyasında təşəkkül tapmış təbabət elminin də inkişafında əhəmiyyətli rol oynamışdır. Müsəlman təbibləri və düşünürləri onun əsərlərini tərcümə etmiş və öz kitablarında onlara çoxlu istinadlar vermişdirlər. == Fəlsəfəsi == Qalen həm də filosof kimi tanınmışdır.
Pol Qogen
Pol Qogen (fr. Paul Gauguin; 7 iyun 1848[…], Paris – 8 may 1903[…]) — fransız rəssam, postimpressionizm və primitivizm cərəyanının nümayəndəsi. Pol Sezan və Vinsent van Qoq ilə yanaşı postimpressionizmin ən böyük nümayəndəsi hesab olunur. Rəssamlığa 1870-ci illərdə həvəskar kimi başlamış, 1883-cü ildən peşəkar rəssam olmuşdur. Qogenin sağlığında onun əsərlərinə tələbat olmamış və o, kasıb bir həyat yaşamışdır. Son dövrlərdə isə onun əsərləri çox yüksək qiymətləndirilir. Xüsusilə də, onun Nə vaxt evlənəcəksən? adlı əsəri dünyanın ən bahalı rəsm əsərlərindən biridir. == Həyatı və fəaliyyəti == Yevgeni Henri Pol Qogen 7 iyun 1848-ci ildə doğulmuş post-impressionist rəssamdır. 1851-ci ildə ailəsi ilə Peruya köçürlər.
Cozef Qoqen
Cozef Amadi Qoqen (28 iyun 1941 – 3 iyul 2006, San-Dieqo, Kaliforniya) — Amerikalı kompüter alimi. O, Kaliforniya və Oksford Universitetlərində Kompüter elmləri professoru olub, IBM və SRI International şirkətlərində tədqiqatçı kimi çalışmışdır. 1960-cı illərdə Lütfi Zadə ilə birlikdə qeyri-səlis məntiq üzrə tədqiqatlar aparmış və qeyri-səlis çoxluq nəzəriyyəsinə böyük töhfələr vermişdir .
Sankt-Qallen (kanton)
Sankt-Qallen — İsveçrədə yerləşən kantonlardan biridir.
Vil (Sankt-Qallen)
Wil İsveçrədə Müqəddəs Gallen kantonunda Wahlkreisin paytaxtıdır. St. Gallen kantonun üçüncü böyük şəhəridir. 1984-cü ildə Wil memarlıq irsinin inkişafı və qorunması üçün Wakker mükafatına layiq görülmüşdür. == İqtisadiyyatı == 2007-ci il tarixinə görə Wil, 2,87% işsizlik səviyyəsinə sahib olmuşdur. 2005-ci il tarixinə görə, əsas iqtisadi sektorda işləyən 82 nəfər və bu sektorda yerləşən təxminən 19 iş növü mövcuddur. 2454 nəfər orta sektorda işləyir və bu sektorda 177 iş növü mövcuddur. Üçüncü dərəcəli sektorda 934 müəssisə olmaqla 8025 nəfər işləyir. 2009-cu ilin oktyabr ayı etibarilə ortalama işsizlik nisbəti 4,7% təşkil edir.