QALEN

прил. галенов. Qalen dərmanları галеновые препараты (лекарственные средства, получаемые из растительного и животного сырья)
QALDIRTMAQ
QALENİT
OBASTAN VİKİ
Qalen
Berqamalı Qalen (yun. Γαληνός, lat. Claudius Galenus; ən tezi 129 və ən geci 131, Pergamon, Qədim Roma – ən tezi 201 və ən geci 216, Roma) — yunan mənşəli romalı, həkim, filosof, Orta platonizmin tanınmış nümayəndəsi. == Təbabətdə uğurları == Həkim kimi tanınmış, Roma əsilzadələrini müalicə edir və imperator Markus Avreliusun saray həkimi kimi tanınmışdır. Qalen bir çox xəstəliklərin təsnifatını vermiş, onların müalicə yollarını araşdırmış, təbabət və anatomiya üzrə çoxlu bilgilər əldə etmişdir. Onlardan Avropa təbibləri 1300 il ərzində istifadə etmişdir. O, həmçinin farmakologiya elminin əsaslarını qoymuşdur. Qalenin əsərləri müsəlman dünyasında təşəkkül tapmış təbabət elminin də inkişafında əhəmiyyətli rol oynamışdır. Müsəlman təbibləri və düşünürləri onun əsərlərini tərcümə etmiş və öz kitablarında onlara çoxlu istinadlar vermişdirlər. == Fəlsəfəsi == Qalen həm də filosof kimi tanınmışdır.
Klavdi Qalen

Qalena (nereida)
Qalena (yun. γαλήνη) — yunan mifologiyasında nereida, Nerey və Doridanın qızı.
Qalenit
Qalenit (qurğuşun parıltısı) – PbS — Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. == Növ müxtəliflikləri == Selenli qalenit; svinçak – narındənəli bütöv sıx kütlələr. == Xassələri == Rəng – qurğuşunu-boz; Mineralın cizgisinin rəngi – bozumtul-qara; Parıltı – güclü, metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 7,4-7,6; Sərtlik – 2-3; Ayrılma – kub üzrə tam mükəmməl; Sınıqlar – pilləvari; Başqa xassələr – zəif elektrik keçiricisidir; Morfologiya – kristallar: heksaedrik, heksaoktaedrik, hərdənbir oktaedrik, bəzən skelet formalı, İkiləşmə: təmas və qarşılıqlı nüfuzetmə; Mineral aqreqatları: dənəvər kütlələr, druzalar. == Mənşəyi və yayılması == Skarn yataqlarında, bəzən püruzlar şəklində qələvi süxurlarda və peqmatitlərdə qeyd olunur. Qalenitin mineraloji əhəmiyyət daşıyan aqreqatlarına vulkanik qazlardan əmələ gələn məhsullar içərisində rast gəlinir. Geniş yayıldığı hidrotermal yataqlarda başqa sulfidlərlə birlikdə damarlar, metasomatik filiz cisimləri və püruzlar əmələ gətirir. Mühüm sənaye əhəmiyyətli toplularına polimetal və kolçedan-polimetal yataqlarında rast gəlinir. Sfaleritlə birlikdə karbonat süxurlarında iri filiz cisimləri əmələ gətirir. Nadir hallarda fosforit və pirit konkresiyalarında müşahidə edilir.
Qalenobismutit
Qalenobismutit — mineral, PbBi2S4. == Haqqında == Qalenobismutit - Rombik. Kristalları iynəvari, sütunvari, lövhəcikvari. Ayrılması{110} üzrə mü­kəmməl. Aqreqat dənəvər. Rəngi qalayı-ağ, açıq boz, bəzən əlvan oksidləşmə rəngləri olur. Cizgisi bozumtul-qara, parlaq. Parıltısı metallik. Sərtliyi 2,5-3,5. Xüsusi çəkisi 7,1.