Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Herpes
Herpes və ya qızdırma qabarcığı kimi tanınan, əsasən dodaqlara təsir edən herpes simplex virusunun infeksiya növü. == Təsviri == Virusun peyvəndi olmasa da, insan orqanizminin immun sistemi və spesifik anticisimlər adətən virusla mübarizə aparır. Virusa ən çox yoluxur: dəri, gözlər (konyunktivit, keratit), xarici cinsiyyət orqanlarıXəstəliyin ağır vəziyyətlərində, herpetik meningit və ensefalitin inkişafı ilə nəticələnən mərkəzi sinir sisteminin zədələnməsi mümkündür. Bədənin müqavimətinin azalması xəstəliyin inkişafını tezləşdirir. Bədənin həddindən artıq istiləşməsi zamanı herpes isti havada da mümkündür. İnsanlarda 8 növ herpes virusu olur: Herpes virusu 1 növ — dodaqlarda qabarcıqlara ("soyuqdəymə") səbəb olan herpes simpleks virusu. Herpes virusu 2 növ — genital herpesə səbəb olur, əksər hallarda cinsiyyət orqanlarında problemlər yaradır. Su çiçəyi virusu — Çiçək və şingles (herpes zoster) xəstəliklərinə səbəb olan herpes virusu növ 3. Epştein-Barr virusu — 4-cü növ virus — infeksion mononükleoza səbəb olur. Sitomeqalovirus — sitomeqalovirus infeksiyasına səbəb olan 5-ci növ virus.6, 7 və 8 növlərin səbəbləri tam aydın deyil.
Herpes simpleks virus
Herpes simplex virusu
Sadə herpes virusu (HSV, ing. herpes simplex virus) — Herpesviridae fəsiləsinə aid, insanda herpes xəstəliyini törədən viruslar. Ümumdünya Səhiyyə Təşkilatının 2015-ci ildə dərc olunmuş məlumatlarına əsasən bütün dünyada yaşayan 3,7 milyard insanda herpes virusu var. Bu, dünyada yaşayan insanların 67%-ni təşkil edir. [daha etibarlı mənbəyə ehtiyac var]Sinir hüceyrələrində yerləşən Herpes Simpleks virusunun 8 tipi var.Tibbi olaraq isə ən çox 3 tipinə rastlanmaqdadır: HSV-1, HSV-2, HSV-3. HSV-1 ümumilikdə ağız və burun çevrəsində muşahidə olunarkən, HSV-2 genital bölgədə yerləşməkdədir. HSV-3 isə Zona adlandırılan xəstəliyə yol açan, varisella zorter virusunun səbəb olduğu tipdir.[mənbə göstərin]Bizim eradan əvvəl Heredot tərəfindən təsvir olunub. Yunanca “Herpeine” sözundən olub mənası “ sürünən, sürünmək” deməkdir. Bu viruslar ailəsi 90-dan çox insan və heyvan orqanizmi üçün patogen olan növə malikdir. Ömür boyu xroniki formada orqanizmdə qalan və ən qədim infeksiya olan Herpes müasir sivilizasiya xəstəliyidir.[mənbə göstərin] == Simptomları == Əvvəllər suçiçəyi xətəliyinə yoluxmuş insanlarda görülən, vücudun hər hansı bir hissəsində qırmızılıq və iynə batması şəklində hiss edilən Herpes Zoster digər Herpes tiplərindən kəskin ağrıları ilə fərqlənir.
Fərməş
Fərməş — yorğan-döşəyi yığmaq üçün ağzını gözəmək məqsədilə ilgəklər tikilmiş yarım metr hündürlüyündə, 1,2 metr enində, iki metr uzunluğunda bəzəkli xalça. Fərməşə bəzi bölgələrdə məfrəş də deyilir.
Geraea
Geraea (lat. Geraea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Geraea canescens Torr.
Gərgər
Gərgər bu mənalarda gələ bilər: == Gərgər == Gərgər (Loru) — Gərgər (Cəlaloğlu) — Tiflis quberniyasının Borçalr qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda kənd. Gərgər — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda kənd. Gərgər (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Gərgər (Adıyaman) — Türkiyənin Adıyaman vilayətinin inzibati rayonlarından biridir . Gərgər (Hadişəhr) — Hadişəhrin cənubi qisminin tarixi adıdır. Gərgər mahalı — Arazın cənubunda yerləşən kiçik bir mahalıdı. Gərgər (çay) — İranın Xuzistan ostanının Şuştər şəhərində Karun çayının bir qolu. Gərgər qapısı — Gərgərlər — Gərgər — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda çay.
Gərrus
Gərrus
Hermes
Hermes (q.yun. Ἑρμῆς, Ἑρμέας, Ἑρμείας, miken dilində e-ma-a2) — qədim yunan mifologiyasında ticarət, gəlir, praqmatizm, cəldlik ilahı, ticarətdə gəlir və var-dövlət bəxş edir, atletlərin ilahıdır. Adının ən qədim versiyası Mikena mənşəlidir. Əksər alimlər Hermes adını "daş/yolqırağı məbəd/mərz" mənası verən "herma" sözündən törədiyini qeyd edirlər, lakin onun adı "tərcüməçi" mənası verən "hermeneus" sözü ilə də bağlı ola bilər. Hermes səfirlərin, çobanların, carçıların və yolda olanların himayəçisidir. Magiya, əlkimya və astrologiyanı himayə edir. İlahların elçisi və ölənlərin ruhunun Aidin dünyasına aparan bələdçidir (buna görə də, onu həm də Psixopomp, yəni "ruhların bələdçisi" adlandırırdılar). Cəldlikdə, hiyləgərlikdə və oğurluqda tayı-bərabəri yoxdur. Homer və Hesiod onu "uğur gətirən", "cangüdən" və "əla hiylə quran" adlandırırlar. Ölçü vahidlərini, rəqəmləri, əlifbanı ixtira etmiş və insanlara öyrətmişdir.
Kərkəs
Kərkəs (lat. Gyps) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi. == Növləri == Gyps fulvus Gyps bengalensis Gyps rueppelli Gyps indicus Gyps tenuirostris Gyps himalayensis Gyps africanus Gyps coprotheres == Cinslər və növləri == Gypohierax Palma kərkəsi, Xurma kərkəsi (G. angolensis) Gypaetus Toğlugötürən (G. barbatus). Neophron Leşyeyən (N. percnopterus). Necrosyrtes Keşiş kərkəsi (N. monachus) Gyps Ağ çiyinli kərkəs (G. africanus) Benqal kərkəsi (G. bengalensis) İncədimdikli kərkəs (G. indicus) Xallı kərkəs (G. rueppellii) Himalay kərkəsi (G. himalayensis) Ağbaş kərkəs (G. fulvus). Kap kərkəsi (G. coprotheres) Aegypius Qara kərkəs (A. monachus). Torgos Düşük yanaqlı kərkəs (T. tracheliotus) Trigonoceps Ağ başlı kərkəs (T. occipitalis) Sarcogyps Qızıl başlı kərkəs (S. calvus)Azərbaycanda 4 növü var:Qara kərkəs (A. monachus);Ağbaş kərkəs (G. fulvus);Leşyeyən (N. percnopterus);Toğlugötürən (G.barbatus).
Mərfəş
Fərməş — yorğan-döşəyi yığmaq üçün ağzını gözəmək məqsədilə ilgəklər tikilmiş yarım metr hündürlüyündə, 1,2 metr enində, iki metr uzunluğunda bəzəkli xalça. Fərməşə bəzi bölgələrdə məfrəş də deyilir.
Qəçrəş
Qəçrəş — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. == Tarixi == Quba rayonunun ən böyük kəndlərindən biridir. Turizminə görə Azərbaycanda tanınan yerdir. == Toponimikası == Qəçrəş oyk., mür. Quba r-nunun Qəçrəş i.ə.v.-də kənd. Qudyalçayının sahilində, Böyük Qafqaz silsiləsinin yamacındadır. Kəndin adı fars dilindəki kaç (fıstıq) və ras (tala, dağ ətəyi, çəmən) sözlərinin birləşməsindən əmələ gəlib, “fıstıqlı dağ ətəyi” mənasını verir. Yaşayış məskəninin adı yerin təbii şəraitini, relyefini əks etdirir. == Mədəniyyəti == Kənddə mədəniyyət evi, 3 kənd sovetlik binası, poçt, 11 illik məktəb və bir məscid var.
Serpez
Serpez (fr. Serpaize) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vyen-1 kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38484. Kommunanın 2012-ci il üçün əhalisi 1564 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 190 ilə 324 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 23 km cənubda, Qrenobldan 80 km şimal-qərbdə yerləşir.
Sərkeş
Sərkeş (Culfa)
Sərpuş
Sərpuş — Qədim Azərbaycan məişətində işlədilən mis qapaq. Sərpuşla plov qazanı bağlanırdı. Misgərlik nümunələrindən olan sərpuş iki vəzifə daşıyıb. Ondan həm plovun isti qalması üçün qapaq kimi, həm də inək sağarkən şiş hissəsini yerə sancaraq, süd yığmaq üçün qab kimi istifadə ediblər.
Tərkeş
Tərkeş — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Rayon mərkəzindən 30 km cənub-şərqdə, Tikanlıçayın sağında, Oğuz-Qəbələ avtomobil yolunun sağında yerləşir. Sincan İnzibati Ərazi Dairəsinə daxildir. Tərkeş Oğuzda ən qədim yaşayış məskənlərindən biridir. Kəndin ərazisində respublika əhəmiyyətli arxeoloji və memarlıq abidələrindən Qədim Qəbiristanlıq (son orta əsrlər), Böyük Qala, Kiçik Qala (antik dövr), Tikanlı qoruq yaşayış yeri (III–VIII əsrlər) var. "Tərkeş" – etnotoponimdir. Göytürklərin bir qolu olan türkeş tayfasının adını əks etdirir. Bu tayfa haqqında "Türkün qızıl kitabı"nda geniş məlumat verilir. "Türk" – "hərəkətedənod"dur. Uruk-turuk (nəsil-kök), ətrak, tukyu, Terek (çay), tərk, struktur, strategiya, elektrik kimi sözlərin məzmunu da odla, hərəkətlə, həyata qovuşmaqla bağlıdır.
Xepreş
Xepreş — Qədim Misirin Yeni padşahlıq dövrünə aid hökmdar tacını adı. Xepreş "Mavi tac" və ya "Cəng tacı" mənasını da daşıyır. Bu taca adətən tarixi kitabələrdə təsvir olunmuş döyüş arabasında ova və ya döyüşə gedən firon hökmdarların başında rast gəlinir.
Xerxes
Heterocoma (lat. Heterocoma) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Sinonimləri == Bishopalea H.Rob. Sipolisia Glaz. ex Oliv. Xerxes J.R.Grant Alcantara Glaz. ex G.M.Barroso == Növləri == Heterocoma albida (DC. ex Pers.) DC. Heterocoma ekmaniana Heterocoma erecta Heterocoma gracilis Heterocoma lanuginosa Heterocoma robinsonianaformal daxil edilib Heterocoma bifrons (DC. ex Pers.) DC. - Chronopappus bifrons (DC. ex Pers.) DC. növünün sinonimidir.
Gəraş
Gəraş- İranın Fars ostanının şəhərlərindən və Gəraş şəhristanın mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 27,574 nəfər və 6,261 ailədən ibarət idi.
Qədeş
Qədeş və ya balaqədeş — Azərbaycanda submədəniyyət. Yalnız Bakı və Bakıətrafı yaşayış məntəqələri üçün xarakterik sayılır. 2010-cu illərin axırlarından bəri bu submədəniyyətə yalnız Bakının kənd yerlərində nadir hallarda rast gəlinir. Qədeşlik yalnız Azərbaycana, xüsusilə də Bakıya xas lokal submədəniyyət idi. == Etimologiya == Bir neçə mənbəyə görə "qədeş" sözü bütün türk dillərində rast gəlinən və tat dili ilə Abşeron ləhcəsinə uyğunlaşdırılmış "qardaş" sözündən törəmişdir. Bu, qaraqalpaq və qırğız dillərində də "kiçik bacı" mənasındadır. Həmçinin, "karındaş//kerenteş//xərəntəş" başqırd sözü olub, dilin cənub dialektlərində "kiçik bacı" mənasını verir. == Tarixi == Qədeş submədəniyyəti 1950-ci illərdə yaranmışdır. Onlar Azərbaycana, əsas olaraq Bakı və ətraf ərazilərə xasdır. Qədeşlər ilə eyni dövrdə mövcud olmuş, qədeşlərin əks qütbü olan stilyaqalar arasında baş verən antaqonizm daha çox qədeşlərin stilyaqalara təzyiq etməsi və onlara qarşı zorakılıq tətbiq etməsi ilə özünü göstərirdi.
Qərçə
Qərçə — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Lahıc qəsəbə inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə İsmayıllı rayonunun Lahıc qəsəbə inzibati-ərazi vahidinin tərkibindəki Qərçə kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Qərəh
Qərəh — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Yenikənd kənd Sovetinin Qərəh kəndi Məşrif kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Bəzi tədqiqatçılara görə, toponim təh­rifə uğramışdır və əslində ərəb dilindəki qəryə (kənd) sözü ilə bağlıdır. == Coğrafiyası və iqlimi == Kənd Samur-Dəvəçi ovalığında yerləşir. Kənd coğrafi olaraq 4 tərəfdən dağlarla ötrülmüşdür. Kəndin əsas yerlərindən biridə kəndin bulağıdır cə Siyəzən rayonunda tədqiqat işləri demək olar ki, aparılmamış, indiyədək qeyd edilmiş yeganə bioloji təbiət abidəsidə Qərəh kəndi yaxınlığındakı bir cüt müqəddəs şərq çinarıdır. == Əhalisi == Bu kəndin Xızı və Siyəzən rayonlarındakı türkdilli kəndlərdən biri olmasını nəzərə alsaq məhz əhalinin şimaldan gəlmə türk tayfalarından olmasını ehtimal etmək olar. Kənd əhalisi bu ərazinin ilk sakinləri sayılır. Kəndin XX əsrin əvvəllərində 500 nəfərə yaxın olub hazırda əhalisi 50 -60 nəfərə yaxındı.
Qərəq
Qərəq - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən gənc lər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Qərəq oyunu Novruz bayramı günlərində, eləcə də el şənliklərində, müxtəlif yığıncaqlarda gənclərin və cavanların, xüsusən orta əsrlərdə, Səfəvilər dövründə geniş yayılmış atüstü oyunlardan biri olmuşdur. Bu oyunun rəsm təsvirlərinə Səfəvilərin Qəzvin şəhərindəki “Qırx sütun” sarayının daxili divarında rast gəlmişdir. XVI əsr İran şairi Əbdi bəy Şirazi “Çiçəklər bağı” əsərində həmin rəsmdən bəhs etmişdir. == Oyunun qaydaları == Məlumata görə, Qərəq oyununda 6-8 nəfər iştirak edirmiş. Meydanın ortasında basdırılmış hündür dirəyin-“qərəq” ağacının ucuna içi gümüş pulla dolu kiçik bardaq və qızıl bir cam-piyalə qoyulur. El-oba şənliklərində, təntənəli günlərdə keçirilən oyunlarda bardaq qızıl sikkələrlə doldurulmuş. Oyunçular atlarını çaparaq müəyyən məsafədən tək-tək hədəfə ox atırlar. Hədəfi vuran qalib sayılır və bardaqdan tökülən sikkələr ona çatardı. == Mənbə == Novruz bayramı ensklopediyası.
Ağbaş kərkəs
Ağbaş kərkəs (lat. Gyps fulvus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kərkəs cinsinə aid heyvan növü. == Qısa təsviri == İri quşdur (10-12 kq). Bel tərəfi qonur, qarın tərəfi isə kürəndir. Çalma və sükan lələkləri qaradır. Quyruğu qısadır və ucu dəyirmi qurtarır. Beyni uzundur və dibində ağ qu lələklərdən ibarət “yaxalıq” var. Başı və boynu qısa ağ qu lələkləri ilə örtülüdür. == Yayılması və həyat tərzi == Avropa, Asiya və Şimali Afrikada yayılıb. Oturaq növdür.
Georges Clemenceau
Jorj Bencamin Klemanso (fr. Georges Benjamin Clemenceau; 28 sentyabr 1841[…] – 24 noyabr 1929[…], Paris) — fransız siyasi və dövlət xadimi, jurnalist,Fransanın 41-ci (1906–1909) və 54-cü (1917–1920) baş naziri, Fransa akademiyasının üzvü. == Həyatı == === Uşaqlığı === Jorj Klemanso Fransanın qərbində yerləşən Vandeya departamentində respublikaçı baxışlı həkim ailəsində dogulmuşdu. Vandeya 1789-cu il Fransa burjua inqilabından etibarən royalizmin və katolisizmin dayağı olması şöhrət qazanmışdı. Klemansonun əcdadları ölkədə vətəndaş müharibəsi gedən zaman inqilabi hökumətin tərəfində vuruşmuşdular. Jorj Klemanso xatırlayırdı ki, uşaqlığında ona qiyamçıların güllələdikləri respublikaçının həlak olduğu ağacın ətrafını göstərmişdilər. Bu hekayə onun təxəyyülündə o qədər canlanmışdı ki, hətta ağacın ətrafında naməlum vətənpərvərin həyatına son qoyan güllələri axtarıb tapmağa cəhd etmişdi. Klemansonun atası Benjamen tibbi təhsil almış, lakin respublikaçı ruhu onu siyasi fəaliyyətə cəlb etmişdi. Jorj Klemanso etiraf edirdi ki, məhz atasının Böyük Fransa inqilabı haqqında oxuduqlarını dəfələrlə ona danışması və özünün bununla bağlı fəlsəfi fikirlərini zarafatyana formada ona təqdim etməsi onun baxışlarının formalaşmasına təsir göstərmiş yeganə hal olmuşdur. === Gəncliyi === Klemanso atası kimi tibbi təhsil almaq üçün 1858-ci ildə liseyi bitirdikdən sonra əvvəl Nantdakı tibb məktəbinə daxil oldu.
Georges Dumézil
Georges Dumézil (4 mart 1898[…], Paris – 11 oktyabr 1986[…], Paris), Fransız tarixçi və linqvistik == Bəzi əsərləri == Le crime des Lemniennes: rites et legendes du monde egeen, Geuthner (Paris), 1924. Le festin d'immortalite: Etude de mythologie comparee indo-europenne, Volume 34, Annales du MuseeGuimet, Bibliothèque d'etudes, Geuthner (Paris), 1924. Le probleme des Centaures: Etude de mythologie comparee indo-europenne, Volume 41, Annales du MuseeGuimet, Bibliothèque d'etudes, Geuthner (Paris), 1929. Legendes sur les Nartes, Champion (Paris), 1930. La langue des Oubykhs, Champion (Paris), 1931. Etudes comparatives sur les langues caucasiennes du nord-ouest, Adrien-Maisonneuve (Paris), 1932. Introduction a la grammaire comparee des langues caucasiennes du nord, Champion (Paris), 1933. Recherches comparatives sur le verbe caucasien, 1933. Ouranos-Varuna: Etude de mythologie comparee indo-europenne, Adrien-Maisonneuve (Paris), 1934. Flamen-Brahman, Volume 51, Annales du Musée Guimet, Bibliothèque de vulgarisation, Geuthner (Paris), 1935.